şənbə günü, 14 noyabr 2026
     

Rus oliqarxı Yekaterinburqda azərbaycanlı Hüseynovlar ailəsinin gənc oğlunu həbsə necə atdırdı...

Image


“Yekaterinburq şəhərinin oliqarxının sifarişilə qoyulan “yanlış diaqnoz” oğlumuzun azadlıqdan məhrum edilməsilə nəticələndi...”

Bu sözlər Rusiya Federasiyasının Yekaterinburq şəhərində yaşayan azərbaycanlı Hüseynovlar ailəsinin qəzetimizin Baş redaktoruna ünvanlanmış məktubundandır. Prezident Putinə, Rusiyanın bir sıra mətbu orqanına ünvanladığı məktubun bir surətini də “Bakı-Xəbər” qəzetinin elektron poçtuna göndərən Hüseynovlar ailəsi daha sonra yazır:

“Sizdən artıq dərəcədə xahiş edirəm, soydaşınız Hüseynov Roman Fariz oğlunun ətrafında yaranan situasiyaya biganə qalmayın!!!

Axı Yekaterinburqda “oliqarxların sifarişilə” insan haqlarının pozulması və günahsız insanların azadlıqdan məhrum edilməsi hallarına nə zaman son veriləcək?

Biz Hüseynovlar, Yekaterinburq şəhər Xəstəxanasının həkimləri sayəsində günahsız olduğu halda həbsə atılan Hüseynov Roman Fariz oğlunun valideynləri bildiririk ki, məhz məhkəmə-tibb ekspertizasının kobud prosessual pozuntularla apardığı ekspertiza nəticəsində “günahkar” elan etdiyi oğlumuz həkimlərin, əgər onları həkim adlandırmaq mümkündürsə, yanlış diaqnozu üzündən azadlıqdan məhrum edilib. Əslində isə səbəb onun bilərəkdən sağlamlığa ağır xəsarət yetirmə maddəsilə mühakimə olunan 3 nəfər arasında yeganə AZƏRBAYCANLI olmasıdır ki, bu hadisədə də zərərçəkən şəhər oliqarxıdır.

Rusiya Federasiyasında hüquqi dövlət quruculuğu kursu elan olunub və Konstitusiyanın 2-ci maddəsi insan hüquq və azadlıqlarını ən ali dəyərlər kimi təsbit edir. Rusiya prezidenti deyir ki, hökmlər “dəmir sübutlar əsasında” çıxarılmalıdır, əslində isə Rusiya məhkəmələrində nələr baş verir?! Müdafiə prosesində qanuni prinsiplər çoxdan yerini məsuliyyətsizliyə verib.

Bizim ailə diletant həkimlərin, ekspertlərin zərərçəkən oliqarxa qoyduğu yanlış diaqnozun qurbanı olub ki, nəticədə oğlumuz həbsə atılıb. Halbuki, onun günahsız olmasına dair kifayət qədər sübutlar, həmçinin iki dövlət ekspertizası rəyi vardı ki, bu da istintaq dövründə verilən ekspert dəyərləndirmələrinin saxta olması barədə düşüncələrə əsas verir. Ekspertizalar kobud qanun, həmçinin cinayət-prosessual qanunveriiliyin və məhkəmə-ekspert fəaliyyətinin ciddi pozuntuları ilə keçirilib. Ekspertlər zərərçəkənin aldığı xəsarətlərin ağırlıq dərəcəsini dəyərləndirərkən zərərçəkənə deyil, yalnız tibbi sənədlərin surətlərinə istinad edib ki, bu da

saxtalaşdırmanın əsas göstəricisi sayıla bilər. Aşkar vəziyyət isə ondan xəbər verir ki:

* Sağdan hematoraks diaqnozu saxtadır;

* Sınan qabırğaların sayında yanlışlıq var.

Əslində göstərilən diaqnozlar yalnız aidiyyəti üzrə həkimin (pediatr, terapevt, pulmonoloq) hərtərəfli müayinəsi sonucunda qoyulur. Diaqnoz qoyulduqdan sonra pasiyent xüsusi tibbi yardım alması məqsədilə hər cür müalicə etmə vasitələrinə malik xəstəxanaya göndərilir.

Bu deyilənlər vəkil sorğusuna Sverdlovsk vilayətinin Səhiyyə idarəsi tərəfindən 12.10.2018 tarixində göndərilən Cavabla (№ 03-08-20/462) da təsdiq olunur. Xüsusilə diqqətə alınmalıdır ki, həmin tibbi arayışda qabırğa sınmaları, pnevmatik hidritoraks, hemotoraks və bu kimi patologiyalar yoxdur. Beləliklə, ekspert rəylərinin ziddiyyətli məqamlara əsaslandığı, normativ bazanın düzgün istifadə olunmadığı, zərərçəkənin hərtərəfli və önəmli müayinələrdən keçmədiyi aşkardır.

Hesab edirik ki, bu pozuntular ekspertlər tərəfindən bilərəkdən, oliqarxın sifarişi əsasında istintaqı yanıltmaq məqsədilə törədilib. “Bizim” Yekaterinburq həkimlərinin yazdıqları absurddur! Görəsən qoyduqları bu ağır diaqnozun qiyməti nə qədərdir? Məsələ burasındadır ki, bu adamlar qorxmur, çünki bilirlər ki, onları “sudan quru” çıxaran olacaq. Diaqnoz qoyarkən, ekspertiza apararkən “bir yığın” qanun pozublar və heç kəs onları məsuliyyətə cəlb etməyib. Dövlət tibb müəssisəsinin həkim və ekspertlərinin saxtakar fəaliyyəti oğlumuzun xüsusilə ağır cinayətdə suçlanması ilə nəticələnib. Səbəb isə sadədir: bu işdə zərərçəkən şəhər oliqarxının yaxın dostudur!

Həqiqəti heç kəs axtarmır, günahsızı həbsə atmaqdan isə vicdanları sızlamır. Halbuki, onun cəmi 25 yaşı var və həkim və ekspertlər bu gənc həyatı məhv etmək istəyirlər. Biz isə onlara qarşı yalqız mübarizə apara bilmirik, o üzdən jurnalistləri qanunsuzluğa biganə qalmamağa çağırmağa məcbur olduq.

Oğlumuz günahı boynuna almayıb, lakin savaşda iştirakını da inkar etməyib: könüllü olaraq baş verənləri danışıb, zərərçəkənə harada və hansı zərbəni vurduğunu göstərib və bildirib ki, bu zərbələr ekspert rəyində göstərilən xəsarətlərə səbəb ola bilməzdi. Üstəlik, savaşda bir çox tanımadığı şəxs də iştirak edib. Müdafiə tərəfi də hökmü əsassız sayıb, bildirib ki, işin materiallarına və ayrıntılarına cavab vermir. Birincisi, ilkin və məhkəmə istintaqı müəyyən edib ki, dava iştirakçılarından heç kəs, üstəlik zərərçəkən özü də görməyib ki, ona kim neçə dəfə və hansı zərbəni vurub.

İkincisi, kütləvi davada iştirak edənlərdən heç kim təsdiqləməyib ki, zərərçəkənə göstərilən xəsarətləri yetirə biləcək zərbələri məhz bizim oğlumuz vurub. Biz məcbur qalıb, ikinci bir vəkil də tutmalı olduq və o, tibbi sənədlərdə bir çox ziddiyyətlər aşkarladı ki, bu da əsaslı şübhələrə yol açdığından, o, müstəqil ekspertlərə - Yekaterinburq şəhər Ekspert təşkilatına müraciət etdi. Burada müstəqil ekspertlər vəkilimizin şübhələrini təsdiqlədilər. Beləliklə, komissiyanın qərarı gəlinən qənaətlə ziddiyyət təşkil edir və ağır xəsarətlərin meydana çıxmasını mümkünsüz sayır. Komissiya rəyində deyilir:”Xəsərətə səbəb ola biləcək elementlər aşkarlanmadı, pnevmotoraks yoxdur, döş qəfəsi orqanlarında patologiya aşkarlanmadı”. Belə olduğu halda sağlamlığa ağır xəsarət haradan çıxdı? Elə oğlumuzun azadlıqdan məhrum edilməsinə də bu yanlış diaqnoz səbəb oldu. Belə çıxır ki, vurulan xəsarətin ağırlıq dərəcəsi həm də sosial statusla müəyyən olunur? Dövlət ekspertizası heç onun da qeydinə qalmadı ki, diaqnoz laborator müayinələrin nəticələrindən sonra birgə həkim rəyi əsasında qoyulsun. Sadəcə kağız üzərində “dozanı artırdılar”.

Sizdən xahiş edirik, müraciətimizi öz saytınızda yerləşdirin, qoy xalq görsün ki, necə problemlərlə üzləşmək mümkündür və Yekaterinburq şəhərinin oliqarxının sifarişilə qoyulan yanlış diaqnoz üzündən insanları necə mühakimə edirlər.

Biz bu müraciəti RF prezidenti Vladimir Putinə və insan hüquqları üzrə müvəkkil Moskalkova Tatyana Nikolayevnaya da göndərmişik. Ümid edirik ki, bu müraciətin dərci ədalətin bərpasına kömək edəcək və millətlərarası konfliktin yaranmasının önünü kəsəcək. Biz öz vəkillərimizlə birgə dediyimiz hər bir sözü SƏNƏDLƏRLƏ sübut etməyə hazırıq və onların surətini redaksiyanıza təqdim edirik.

Rusiya – Azərbaycan münasibətləri strateji əməkdaşlıq xarakteri daşıyır. Onun əsasında dostluq ənənələri, mehriban qonşuluq, bir-birinin maraqlarına hörmət, ümumi tarix və mədəniyyət, milyonlarla insanın qaynayıb-qarışmış taleyi durur. Düşünürdük ki, uzun illərdir Rusiyada yaşayan biz azərbaycanlılar bu ölkədən özümüzə doğma münasibət gözləməkdə haqlıyıq. Lakin təəssüf, görünür biz yanışmışıq...

Hörmətlə: Hüseynovlar ailəsi



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ