Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni təqvim ili münasibətilə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Bakı Baş Səhiyyə İdarəsinin 1 saylı Körpələr Uşaq Evində bayram tədbiri keçirilib.
Nəsimi RIH-dən “Bakı Xəbər”ə bildirildiyinə görə, rayon ərazisində yerləşən bu Körpələr Uşaq Evi Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir olunub, burada yaşayan valideyn himayəsindən məhrum uşaqlar üçün hər cür şərait yaradılıb.
Tədbirdə uşaqlara hədiyyələr təqdim edilib, Şaxta baba və Qar qız burada yaşayan uşaqların sevincinə səbəb olub, uşaqları əyləndirib və birlikdə maraqlı oyunlar keçiriblər.
Tədbirdə iştirak edən Nəsimi rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva və Körpələr Evinin kollektivi Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya daim uşaqlara göstərdiyi diqqət və qayğıya görə minnətdarlıq edib.
Baki-xeber.com