şənbə günü, 14 noyabr 2026
     

Azərbaycana turist axınının qeyri-adi nəticələrindən biri - tarixi şəbəkə sənətimiz xarici memarlıq abidələrində istifadə olunmağa başlayır…

Image


“Onlar ustalarımıza şəbəkə sifariş verir və öz ölkələrinə aparırlar”

“Mədəniyyət Nazirliyi tərəfindən xüsusi proqram hazırlanmalıdır”

 

Azərbaycanın qədim xalq sənəti növlərinin əksəriyyəti bir neçə il əvvələ qədər özünün durğunluq dövrünü yaşayırdı. Hətta elə sənət növləri vardı ki, ona tələbat azaldığından, yaxud ümumiyyətlə olmadığından, məhv olmaq astanasında idi. Bir neçə il əvvələ qədər xalq sənətinin ən qədim qollarından olan şəbəkə sənətinə maraq, demək olar ki, aşağı səviyyədə idi. Vaxtilə evləri, məscidləri, binaları bəzəyən şəbəkələr bir müddət tikintidə arxa plana keçdi. Plastik məhsulların tikintiyə nüfuz etməsi qədim xalq sənətinə diqqətin zəifləməsinə gətirib çıxardı.

Bu gün isə şəbəkə sənətininin inkişafına xüsusi diqqət yetirilir. Bir vaxtlar az qala emalatxanalarının qapısını qıfıllamaq məcburiyyətində qalan sənətkarlar bu gün şəbəkə hazırlamaq işini davam etdirirlər.   

Sənətşünas Leyla Qafarova bizimlə söhbətində bildirdi ki, hazırda Şəkidə, Bakıda, Naxçıvanda, eləcə də digər bölgələrdə şəbəkə sənətinin inkişafına xüsusi əhəmiyyət verilir. Bu gün şəbəkə sənətinin dirçəldiyini deyən L.Qafarovanın sözlərinə görə, qədim zamanlardan bəri tarixi abidələrdə şəbəkə sənəti nümunələrinə geniş yer verilib, bu gün də ənənə bərpa olunur. “Şəbəkə sənəti memarlıqla sıx əlaqəlidir. Hazırda ölkəmizdə abidələrin bərpası da daxil olmaqla, yeni tikililərdə də şəbəkədən geniş istifadə olunur. Şəbəkə sənətinə marağın artması dövlət səviyyəsində bu sənətin inkişafına bəslənən müsbət münasibətlə bağlıdır. Bir qayda olaraq, bu gün inşa edilən mədəniyyət mərkəzlərində, şadlıq saraylarında, eləcə də mənzillərdə şəbəkə ilə işləmələrə sıx-sıx rast gəlirik. Şəbəkənin hazırlanması çox çətin prosesdir. Əsas çətinlik isə şəbəkənin şüşələrindədir. Qeyd edim ki, bu sənəti öyrənmək istəyən gənclərimiz az deyil. Bu da ənənəvi xalq sənətinin yaşadılaraq gələcək nəsillərə ötürülməsinə səbəb olacaq”.

Sənətşünas vurğuladı ki, bu gün Azərbaycan xalq sənəti olan şəbəkə yalnız ölkəmizdə məşhur deyil, hazırda azərbaycanlı ustaların yaratdıqları şəbəkələr xarici ölkələrə də aparılır. O dedi ki, son zamanlar şəbəkəyə tələbatın çoxalmasının bir səbəbi xalqımızın öz ənənələrinə qayıdışı ilə bağlıdırsa, digər səbəbi isə xarici turistlərin ölkəmizə axını ilə əlaqədardır. “Mən dəfələrlə şəbəkə ustalarımızla söhbətlər etmişəm, onların emalatxanalarında olarkən xarici turistlərin şəbəkələrə necə maraq göstərməsinin şahidi olmuşam. Özüm şahidi olmuşam ki, şəbəkə ustalarına əsasən xarici turistlər sifarişlər verirlər. Son illər ölkəmizə gələn turistlərin sayının çoxalması şəbəkə sənətinə də tələbatın artmasına səbəb olub. Bilirsiniz, bir çox sənətkarların şəbəkə emalatxanaları turizmin proqramına salınıb. Bu səbəbdən də əsasən Şəkiyə gələn qonaqlar Şəki Xan Sarayına baxdıqdan sonra şəbəkə ustalarının emalatxanalarına da gedirlər. Xaricilər şəbəkələrə böyük maraqla baxırlar, deyirlər ki, biz belə qeyri-adi əl işini dünyanın heç yerində görməmişik. Odur ki, onlar ustalarımıza şəbəkə sifariş verir və öz ölkələrinə aparırlar. Ümumiyyətlə, hesab edirəm ki, şəbəkə də daxil olmaqla, bütün xalq sənəti növlərinə aid nümunələrin xaricə ixracı ilə bağlı Mədəniyyət Nazirliyi tərəfindən xüsusi proqram hazırlanmalıdır. Biz bununla həm xalq sənətinə marağı daha da artırarıq, həm də sənətkarlarımızın əl işlərini beynəlxalq aləmdə təbliğ edə bilərik”.

Ekspert qeyd etdi ki, xarici ölkə vətəndaşları, turistlər hətta ölkələrinə şəbəkə qapı və yaxud da pəncərə sifariş verib aparırlar.

L.Qafarova bildirdi ki, Azərbaycan ustalarının forma-biçimi və rəng həlli ilə tamaşaçını heyrətləndirən şəbəkələri müxtəlif miqyaslı beynəlxalq sərgilərdə nümayiş olunur. O dedi ki, sənətkarlarımız şəbəkəni ənənəvi qapı-pəncərə funksiyası çərçivəsindən çıxararaq, incə ağac hissələri ilə rəngli şüşə parçalarının vəhdətindən yaranan gözəllik nümunələrinə yeni bədii-texniki tutum bəxş edirlər.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ