Bazar ertəsi günü, 28 sentyabr 2026
     

Gözlər yoldan yığılarmı...

Image


Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin "Xatirə Kitabı" Redaksiyası "Bakı-Xəbər" qəzeti ilə birgə layihə əsasında "Şəhidlər ölməz, Vətən bölünməz" seriyasından yeni bioqrafik sənədli povestin çapına başlayır. Xatırladaq ki, bundan öncə yenə həmin birgə layihə çərçivəsində "Gözlə gələcəyəm" adlı kitab uğurla yekunlaşdırılaraq təqdim edilib. Son illərdə bütün təbiətinin ecazkar koloriti, insanlarının yüksək bəşəri keyfiyyətləri ilə mənə doğmalaşan İsmayıllıyadır yolum yenə. Bu dəfə bu yurdun itkin-şəhidinin axtarışına çıxmışam. Respublika "Xatirə Kitabı"nın redaksiyası və "Bakı-Xəbər" qəzetinin birgə layihəsi əsasında baş redaktor Nəzakət xanım Məmmədovanın bir qədər kövrək, bir qədər duyğusal təklifindən qaynaqlanır bu səfərim. Qarşıda məni və oxucuları hansı yaşantılar gözləyir?!.. Tələsməyin. Sizi bir Vətən övladının kitab-dəftərə sığmayacaq taleyinin bəzi epizodları ilə tanış edəcəyəm. İtkin-şəhid Xəqani Eyvaz oğlu Əkbərovla ilgili, onlu-onsuz tale yolu, axtarışları ilə...

(Üçüncü yazı)

Qarabağ savaşı zəmanəmizin böyük dəyişikliklərə gedən məqamlarda, dövlətimizin hələ tam bərkiməmiş çağlarında başımızın üstünü kəsdirmişdi. Bizdən asılı olmadan başlayan müharibə alovuna qatılmaqsa vətəndaşlıq borcumuz idi. Torpaqlarımız işğal olunurdu, yurd yerlərimiz viran qoyulurdu, vətənimiz parçalanırdı, namus-qeyrətimiz tapdaqlar altına düşürdü. O torpaqlarımız, o yurd yerlərimiz ki, onları babalarımız göz bəbəyi kimi qoruyub bizə əmanət vermişdilər. O zaman qələmə aldığım “Yanmış Qarabağ” adlı publisistik qeydlərimdə bu barədə təfsilatlı məlumatlar vermişdim. Həmin yazıdan bir hissəni  bu məqamda xatırlamaq, sizlərin də nəzər-diqqətinə çatdırmaq istəyirəm: “Ermənilər kəndlərimizi yandırırlar. Bu kəndlər babalarımızın bizə əmanətidir. Ermənilər əmanətlərimizi yandırırlar. Qalalarımızı yandırırlar. Əsrlərlə duşmən qarşısında sipər olan qalalarımızı. Qəbristanlıqlarımızı yandırırlar. Qeyrətli babalarımızın uyuduğu məzarlıqlarımızı... Hərəsinin arxasında bir tarixi gercəklik, əbədiyaşar missiya var bu daş kitabələrin...

...Bu daş kitabələrin harayına, cığırtısına səs verən yoxdur. Amma bu harayı seyr edənlərimizin sayı milyonlarladır… biz hələ də nədənsə umidimizi itirmirik. Bilmirəm, bu umidsizlik qorxaqlığımız­danmı irəli gəlir, ya başqa səbəb var, amma deyirlər ki, Qarabağ torpaq­larında uyuyan, indi məzarı ustundə tonqal qala­nan babalarımız belə qorxaq olmayıblar…”

Qeydlərimin başqa bir hissəsində ermənilərin işğal altında saxladıqları torpaqlarımızda sahibsiz qalmış biçənəkləri odladıqlarından söhbət açmışdım. Buna səbəb bizimkilərin həmin od-alovun işğal altında olmayan ərazilərə keçəcəyindən ehtiyatlanıb keşikçi dəstələri yaratmaları olmuşdu: “Bizimkilər ermənilərin tarixi yurd yerlərimizdə qaladıqları tonqalların, törətdikləri yanğınların işğal altında olmayan ərazilərimizə adlayacağından ehtiyatlanırlar. Hətta bunun qarşısını almaq ucun keşikci dəstələri də təşkil ediblər. Bəs işğal altında yandırılanlar?! Gorəsən, cəbhə xəttindən o tayda yanan doğrudanmı artıq VƏTƏN deyil?!..”

Xəqani döyüşlərə qatılanda heç bir öyüd-nəsihətə məhəl qoymayıb. Onun doğmaları ilə söhbət-müsahibələri sizlərə təqdim etdikcə siz də bunun şahidlərinə çevriləcəksiniz. Amma bir suala bəri başdan hamılıqla cavab axtarmağımızı istərdim. Vətəni, namus-qeyrəti qorumaqçün icazə alınması, icazə umulması, icazə düşünülməsi nə qədər caizdi? Müqayisə bir qədər qüsurlu görünsə də deyim. Bir dəfə Azərbaycan jurnalistlərinin ağsaqqalı, professor Şirməmməd Hüseynovun dərsində ondan soruşduq ki, Allahın lütf etdiyi sərvətlər Şərqdə, ilkin elmi-ədəbi intibahlar Şərqdə, qədim tarixi abidələr, böyük fikir, düşüncə adamları Şərqdə, bəs nədən Şərq zamanla Qərb sivilizasiyasına uduzdu, şərqlilər Qərb elminin, Qərb icadlarının, Qərb kəşflərinin arxasınca baxa-baxa tamamilə onlardan asılı duruma düşmüş kimi göründülər və işıqlı gələcəklərə doğru nicat yolunu Qərbdə axtarmaqla öz işlərini bitmiş hesab etdilər. Professor cavab olaraq öncə söylədi ki, birinci səbəb o dediyiniz sərvətlərin Şərq dünyasında daha rahatlıqla tapılmasındadır. İkinci səbəbsə Qərbdən fərqli olaraq, Şərq dünyasında oğulun hər hansı bir addımı atmazdan öncə atadan icazə gözləməsindədir. Axı inkişafdan danışırsınızsa, həyatın dinamikasına görə oğul atanı təkrarlamaqla yerində durub saya bilməz. Oğul atadan bir addım önə çıxmalıdır ki, elmi də, həyatı da, dövləti də, xalqı da irəliyə apara bilsin. Xəqaninin heç kimdən icazə gözləmədən döyüş meydanını seçməsi bu istəkdə və bu ürəkli oğulların, azlıqda qalsa da, hələ tükənmədiyinin göstəricisidir ölkəmizdə. Qarşıdakı yazılarımızda onun erməniyə əsir düşmüş döyüş yoldaşını qoyub geriyə qayıtmaması faktını da oxuyanda sizlərə necə bir azərbaycanlı oğulu barədə danışdığımın daha çox fərqində olacaqsınız. İndi isə Xəqaninin seçdiyi tale yoluna daha çox uyğun, Nüsrət Kəsəmənlinin aşağıdakı misraları ilə yazımızı davam etdirək:

- Oynamaq olmazdı çiçəklə, güllə,

Onu ana vətən haraylayırdı.

Cəbhədə birinə tuşlanan güllə

Arxada bir nəsli yaralayırdı.

 

Talelər beləcə sönürdü onda,

Güllələr həyatın təzadı idi...

Dil deyil, əsəblər dinirdi onda

Ölməyə nə vardı, çətin deyildi

Yaşamaq dünyanın əzabı idi.

 

Fikir verirsizmi, nə qədər həmahəng səslənir Xəqani taleyi ilə. “Ölməyin asan, yaşamağın əzab olduğu” həmin dövrdə əsl azərbaycanlı oğlunun döyüş meydanını seçməkdən başqa  yolu qalırdımı, sizcə?! Bəs “cəbhədə birinə tuşlanan güllə” arxada nə boyda izlər buraxdı?!.. Xəqaninin doğmalarıyla görüşlərimi hissə-hissə təqdim edəcəyəm sizlərə. Əvvəlcə onun axtarışları barədə tamamilə üst-üstə düşməyən fikirlərə diqqət yetirin. Pərakəndə, xaotik müharibənin elə nizamsız şəkildə toplanılmış sübut-dəlilləri əsgərin itkin düşdüyü döyüşdəki rolu, yeri və itkin düşmə şəraiti barədə müfəssəl məlumatlar almağımızı da çətinləşdirir. Halbuki döyüşdə əsgərin bütün davranışlarına qədər hər şey ölçülüb-biçilməli, onun öləcəyi təqdirdə belə hansı nüansların gözlənilməsi birbəbir qabaqcadan planlaşdırılmalıdır. Bunlar həm sahibinə lazımi məlumatların verilməsini, həm də əsgərin həyatına və nəşinə sayğının göstərilməsi tələbləridir. Bunlar həm də vətənpərvərlik tərbiyəsinin təbliği üçün çox önəmli faktorlardır... 

Sonuncu səfər

Xəqaninin axtarışlarına ilk çıxan qardaşı Qinyaz Əkbərov olur. O da bir qədər gecikib bu axtarışlara. Xəqaniyə söz veribmiş ki, dekabr ayının 25-də gəlib ona icazə alacaq və aparıb Yeni il bayramını keçirənə qədər Gəraybəyli kəndində ata ocağında saxlayacaq. Lakin iş elə gətirir ki, Qinyaz ayın 25-də yox, 28-də gəlib çıxır Xəqaninin də təmsil olunduğu Sabunçu batalyonunun dislokasiya yeri - Ağdamın Güllücə kəndinə. Burda məktəbdə yerləşirmiş batalyon... amma gəlin əvvəlcə Xəqaninin ailəsi ilə tanış olaq Qinyaz müəllimin vasitəsilə:

- Ailədə bir bacı, dörd qardaş olmuşuq. Böyüyümüz qız olub. Sonbeşiksə Xəqani. 1968-ci il yanvar ayının 25-də anadan olmuşdu. Ötən yanvarın 25-də onun 50 yaşı tamam olacaqdı. 2011-ci ildə atamEyvaz bu dərdə dözməyib ürəyi nisgilli dünyasını dəyişdi. Anam da kənddə dözə bilmədi, qardaşım Gündüz də, köçdülər Bakıya. Gündüz həyatını - yaşayışını orda qurdu, müəllim işləyir, anam da qardaşım Elçinin evində yaşayır. Burda ata evimiz boş qalıb. Hərdən anam gəlir, bir-iki gün qalır, hövüllənir, dözməyib təzədən qayıdır geri.

- Xəqaninin Qarabağa getməsi necə baş vermişdi?

- Xəqani indiki Neft-Kimya Akademiyasının III kursunda təhsil alırdı. Axşam şöbəsində oxuyurdu, oxuya-oxuya da Sabunçudakı Yusif Qasımov adına Bakı Maşınqayırma zavodunda işləyirdi. Özü könüllü ərizə yazıb döyüşə getdi. Qarabağa yollanmasından çoxumuz lap gec xəbər tutduq.  Onu döyüşlərin qızğın vaxtı birbaşa cəbhəyə aparmışdılar. Bircə ay Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəki hərbi hissədə təlim keçib. O dövrdə əksəriyyəti belə səfərbər edirdilər. Xəqani isə könüllü ərizə verib döyüşə gedənlərdən idi. Mən özüm o qədər getmişəm həmin zamanlarda cəbhə bölgəsinə. Bir gündə İsmayıllıya altı meyit gətirilib, onun xəbərini mən gətirmişəm.

- Son dəfə nə zaman görüşmüzdünüz Xəqani ilə?

- Həmin il dekabrın 17-də gəlmişdi. Bölük komandiri və əsgər yoldaşı ilə üç nəfər gəlmişdilər. O zaman mən burda sovxoz direktoru işləyirdim. Yeyib-içəndən sonra yoldaşları getdilər Bakıya. Xəqani isə iki gecə - ayın 19-na qədər qaldı evdə. Dedim gözlə yoldaşların da gəlsin, dedi yox, onlar birbaşa gedəcəklər, mən də burdan gedirəm cəbhəyə. Sözün düzü, mən ona dedim ki, getmə. Çünki özüm gedib həmin Güllücə kəndini görmüşdüm. Dinc əhalini çıxarmışdılar, kənddə heç kim yox idi. Orda qalanlar da bunların iş yoldaşları – Yusif Qasımov adına Bakı Maşınqayırma zavodunun işçiləri – Sabunçu batalyonu idi. Zavod öz hesabına məktəb binasına çarpayılar yerləşdirmişdi. Artıq döyüşçü olan zavod işçiləri burda yatırdılar. Çətin şəraitdə. Məktəbin həyətindəki idman meydançasında məşq edirdilər. O gördüyüm şəraitsizliyə görə təkidlə dedim ki, qardaş, gəl sən getmə. Dedi yox, bu mümkün deyil. Üstəlik də, biz yoldaşlığa söz vermişik ki, geri çəkilən bizdən deyil, yəni azərbaycanlı, müsəlman deyil. Nə isə məcbur oldum, bunu mindirdim dostum Qurbanın maşınına, özüm də bərabər getdik Ağdama. Yağışlı bir gün idi. Getdik gördük bunların yoldaşları hamısı Güllücədədi. Nə isə. Yemək-içmək aparmışdıq maşınla. Elə orda stol açdılar. Birlikdə yemək yedik. Axşamüstü saat 4-5 radələrində mən sağollaşıb qayıdıb gəldim. Ancaq söz vermişdim ki, ayın 25-də gəlib səni apararam yeni ili birlikdə qeyd edərik, sonra yenə gətirərəm. İşlə əlaqədar mən ayın 25-i ora gedə bilmədim, amma üç gün sonra - ayın 28-i getdim. Getdim gördüm Güllücədə məktəbdə heç kim yoxdu döyüşçülərdən...

- Amma kənd, evlər dağıdılmayıb...

- Hə, kənd yerindəydi. Həyət-bacalar, tikililər dururdu. Bəzi həyətlərdə tək-tək adamlar var idi. Qonşu Qərvənd və Suma kəndlərindən keçib gedirdin ora. Bir nəfər yaralı əsgər var idi. Yaralı olduğuna görə döyüşə aparmamışdılar, qalıb əsgərlərin əşyalarının qarovulunu çəkirdi. Ondan soruşdum hardadı döyüşçülər, cavab verdi ki, döyüş mövqelərindədirlər. Soruşdum mövqelər harda yerləşir? Dedi ki, bu kəndin ərazisi xeyli böyükdü. Təxminən 10 km məsafədə gölün yaxınlığında yerləşir mövqelərimiz. Dedim gedək ora. Dedi, mən gedə bilmərəm buraları sahibsiz qoyub, bu gördüyün yol ancaq ora gedir, başqa heç bir yerə getmir. Uzun sözün qısası, gedib çıxdım ora. Gördüm burda insan doludu. Sən demə, hamısı ayın 25-də giriblər döyüşə, 27-si, 28-i qayıdıblar geriyə. Mən orda Xəqani ilə gəlib Bakıya gedən Naxçıvanlı Sabir adında oğlanı gördüm. O da Bakıdan elə həmin gün gəlib çıxıb. Gecikməyinin səbəbi isə Bakıda siqaret alan zaman alverçini döyməsi səbəbindən tutulması olub. Belə ki, alverçi oğlan ona siqareti baha qiymətə təklif edəndə Sabir dözməyib, deyib biz orda düşmən qabağında dayanmışıq, siz isə burda möhtəkirlik edib siqareti də bizə belə baha satırsınız. Bu sözdən sonra sözləri çəpləşib və o siqaret satanı döyüb. Komendaturaya şikayət-filan. Ona görə də onu 10 gün müddətinə qauptvaxta salmaqla həbs edibmişlər. Onun taleyində bu hadisə bir rol oynayıb bəlkə də. Deyir axı bəzən “yanlış da bir naxışdı”. Bu oğlan da avtomat, qumbara üstündə tam döyüşçü formasında idi. Sonralar o, iki ədəd erməni tankı vurmuşdu. Tank vurana da o vaxtın pulu ilə 100 min manat mükafat verirdilər. Ona da 200 min pul vermişdilər. Nə isə. Dedilər komandir də yaralanıb. Sabirdən soruşdum komandiri əvəz eləyən kimdi. Məlum oldu ki, əslən Şəmkir rayonundan olan Qasım adlı oğlandı. Əlqərəz, Qasımı tapdım soruşdum ki, hardadı Xəqani. Dedi buralardadı, gələcək. Dedim necə yəni burdadı?! Yoxdu axı! Dedi görmüşük, buralardadı, gələcək. Bu zaman ordakı döyüşçülərdən biri məni tanıyıb yaxınlaşdı və dedi ki, Xaqani gedib “boy”a gəlməyib. Axı necə olub ki, gəlməyib?!.. Cavab verdi ki, dünəndən yoxdu, tapa bilmirik, itkin düşüb.

Könüllü döyüşçü – inadkar kəşfiyyatçı

... Bu xəbəri eşitmək qardaş üçün nə qədər ağırdı?.. Qinyaz özünü ələ ala bilməyib Qasımın üstünə atılır. Onları sakitləşdirməyə çalışır əsgərlər. Ancaq Qinyazı sakitləşdirən əsgərlərin araçılıq istəyindən çox, Qasımın hönkürməyi olur. O da Qasıma qoşulub haray çəkir. Nə faydası... Sonra Qasım nəql edir ki, Xəqani Bakının Ramana qəsəbəsindən olan Fərhad adlı döyüşçü ilə batalyonun kəşfiyyat xidmətini yerinə yetirirmişlər. Amma bu dəfə onlardan kəşfiyyata getməmək tələb olunub. Hətta Xəqaniyə sən nişanlısan və qolundan da yaralanmısan (bu zaman Xəqaninin qolu yaralanıbmış və o, hərbi səhra qaydalarına uyğun olaraq öz maykasını cırıb qolunu sarıyıbmış - N.Z.) dediyini bildirən Qasımın sözlərinə görə, onlar buna məhəl qoymayıb öz missiyalarını davam etdirməkdə israrlı olublar və düşmənin mövqe nöqtələrini dəqiqləşdirmək üçün kəşfiyyata yollanıblar. Daha doğrusu,  Ukrayna vətəndaşı, burda xidmətdə olan mayor  Zelenko soyadlı briqada komandirləri bu iki kəşfiyyatçını Tərtərdən Ağdamın Boyəhmədli kəndinə gələn su kanalındakı döyüşçün çox əhəmiyyəti olan körpünü mühafizə etməyə göndərib (Sonrakı araşdırmalarımızdan bəlli olacaq ki, bu Xəqaninin son döyüşü və itkin düşmə şəraiti ilə bağlı ortaya çıxmış versiyalardan yalnız biridi – N.Z.). Əmr belə olub ki, ermənilər körpünü keçməyə cəhd edərlərsə, körpünü partlatsınlar (“Torpaq, dəniz, od, səma” filmindəki məlum epizodu xatırladım bunu eşidəndə – N.Z.).  Zelenko da Qinyazla söhbəti zamanı təsdiq edir ki, Xəqaninin yaralı olması səbəbindən onun bu kəşfiyyata getməyinə qarşı çıxıbmış. Lakin deyilənlər bir nəticə vermədikdən sonra Zelenko hər iki kəşfiyyatçıya uğur diləmək məcburiyyətində qalır və onlara kifayət qədər hərbi sursat verilməsini əmr edir. Nəhayət Fərhadla Xəqani bu kəşfiyyata gedib Boyəhmədli (rəsmiyyətdə bu kəndin adı Bəyəhmədli kimi qeyd olunub -  N. Z.) kəndində çaxır zavodunun ərazisinə çatırlar. Orada nə baş verirsə, bu iki əsgər elə həmin yerdən də yoxa çıxırlar...

Qinyaz:

- Şahidlərin dediklərinə görə, batalyonun digər döyüşçüləri həmin zavodun ərazisində mühasirəyə düşürlər. Deməli, ermənilər qəfildən gizləndikləri şərab çənlərinin içindən çıxıb bunları mühasirəyə salırlar. Tələbləri də belə olur ki, bircə mayoru (söhbət ukraynalı mayor, briqada komandiri Volodya Zelenkodan gedir –N.Z.) bizə verin, hamınızı azad edirik. Mayor da əsgərlərə toxunulmaması şərtilə ermənilərin tələbinə razılaşır. Amma əsgərlər bu tələbin qəti əleyhinə çıxaraq mayora təslim olmağa icazə vermirlər. Xeyli atışma gedir nəticədə. Təcəvvür edin ki, mayorun diz qapağını güllə ilə tamamilə dağıtmışdılar. Nəhayət, çətinliklə də olsa, bizimkilər bu mühasirədən çıxa bilmişdilər. Qasım dedi ki, həmin körpünün altına baxdıq, orda heç kim yox idi, körpü də faktiki partlamamışdı. Ona görə onların hansı vəziyyətdə itkin düşdüklərini  dəqiqləşdirə bilmədik. Bəlkə də bizi mühasirəyə alan ermənilər artıq onları bu döyüşədək əsir götürmüşdülər və ya başqa bir şəraitdə onları tutmuşdular, bax, bütün bunlar barədə heç bir dəqiq məlumat yoxdur.

Bunlar Qasımın o zaman söylədikləri və ya Qinyazın hövlnak vəziyyətdə o zaman yaddaşında qalanlardı. Gələcək yazılarda Qasımın özünü də danışdıranda həmin döyüşün mənzərəsi və Xəqaninin başına gələnlərlə bağlı daha fərqli nüanslarla tanış olacaqsınız. Ümidlənəcəksiz də bir az. Mənim kimi...

Xəqaninin sonrakı taleyi, axtarışlar, nəticəsiz nəticələr... Şəhid-itkinimizin axtarışları barədə danışır qardaşı Qinyaz müəllim. Dinləyirəm, qeydlərimi aparıram. Əslində qeydləri çatdıra da bilməzdim. Fiziki, daha çox mənəvi baxımdan acizəm bunları qeyd etməyə. Yaxşı ki, diktofon, soyuqqanlı bu aparat mənim əvəzsiz köməkçimə çevrilir.  Qinyazın bu gün də bitməyən axtarışları o zaman aşağıdakı ardıcıllıqla davam edir:

- Sonra gəldim heç olmasa arayış alım, rəsmən təsdiqləsinlər 190 saylı hərbi hissədən ki, bu əsgər nə zaman, hansı şəraitdə yoxa çıxıb. Bunu almaq belə xeyli vaxt apardı. Bir də 1994-cü il fevral ayının 12-də bizə arayış verdilər ki, 190 saylı hərbi hissənin sıravi əsgəri Əkbərov Xəqani Eyvaz oğlu 28.12.1993-cü il tarixində Ağdam rayonunun Boyəhmədli kəndi istiqamətində gedən döyüşlərdə itkin düşüb.

Mənə Xəqaninin o dövrdə kəşfiyyatçı olmasının səbəbləri maraqlı və qəribə göründü. Axı kəşfiyyatçılıq üçün ən iki vacib amil var ki, onların heç birinin parametrinə Xaqani uyğun gəlmirdi. Təbii ki, bunlardan biri düşmənin (burada erməninin - red.) dilini bilmək, ikincisi döyüşlər gedən ərazilərə bələd olmaq nüansları idi (Xəqaninin komandiri olmuş Qasım Həsənovla söhbətimizdə bu suallara nisbətən də olsa cavab tapacağıq – N.Z.). İkinciyə bəlkə də zamanla sahiblənmək olardı. Amma bunun üçün də o ərazi ilə tanış olmağa Xəqaninin vaxtı və imkanı olmayıb axı... Qinyaz müəllim söyləyir ki, təbii bu amillər var, lakin orada döyüşən əsgərlərin onsuz da əksəriyyəti hərəsi bir bölgədən idilər. Necə olmuşdusa, Xəqanigil də kəşfiyyat üçün ayrılmışdılar və artıq bir neçə dəfə bu funksiyanı uğurla yerinə də yetirmişdilər. Erməni dilini təbii ki bilmirdi. Ancaq rus dilini bilirdi.

(Ardı var)
Nəzirməmməd ZÖHRABLI



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

28.09.2026 / 15:39
Kreml Ankaranın Qara dənizdə təhlükəsizlik təklifini rədd etdi...

28.09.2026 / 15:12
Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı

28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya... - VIDEO

28.09.2026 / 14:15
Ukrayna Krasnodarda daha iki neft anbarını vurdu…

28.09.2026 / 14:03
Dövlət Agentliyinin rəhbərliyi Zəfər Parkını ziyarət ediblər

28.09.2026 / 13:51
Azərbaycan arxeologiyasına həsr edilmiş ömür yolu: Professor Arif Məmmədovun elmi və pedaqoji fəaliyyəti

28.09.2026 / 13:38
Macarıstanın Baş naziri telefon oğurlamaqda ittiham olunur – Magyarın toxunulmazlığı ləğv edildi…

28.09.2026 / 13:22
İranın Hörmüz boğazında ABŞ gəmisini vurdu, səkkiz dəniz piyadası yaralandı...

28.09.2026 / 13:07
Bakının bu küçələrində avtomobillərin hərəkətinə qadağa qoyuldu...

28.09.2026 / 12:51
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN

28.09.2026 / 12:36
Rusiyanın Kiyevə hücumları nəticəsində bir Azərbaycan vətəndaşı həlak oldu…

28.09.2026 / 12:14
Kamran Əliyev ermənilərin məhkəmə işini tarixi hadisə adlandırdı...

28.09.2026 / 11:55
Baş prokuror: "Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb"

28.09.2026 / 11:03
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi

28.09.2026 / 10:36
Prezident bir qrup prokurorluq əməkdaşını təltif etdi

28.09.2026 / 10:35
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verildi - Sərəncam

28.09.2026 / 10:24
Rusiya Ukraynanın PUA Qüvvələri komandanının başına 20 milyon dollar pul qoydu - kriminal qruplar "Magyar"ın izinə düşdü...

28.09.2026 / 10:19
Paytaxtda avtoşluq edən sürücü həbs olundu...

28.09.2026 / 09:44
Netanyahunun şəxsi təyyarə ilə gizlicə BƏƏ-yə səfər etdiyi ortaya çıxdı…

28.09.2026 / 09:20
Ruslar Kiyevdə Səudiyyə səfirinin iqamətgahını vurdu…

28.09.2026 / 09:03
Tokayev Xəzərdə həlak olan hərbçilərlə bağlı qəti tapşırıq verdi - xilasetmə jiletləri olmayıb...

28.09.2026 / 07:45
İran Hörmüzdə pilotsuz sualtı təyyarə yaxaladı - ABŞ nə təsdiq, nə təkzib etdi

28.09.2026 / 07:05
Putinin “gizli səfərbərlik” planı ortaya çıxdı - NATO ölkələri Rusiyanın mümkün hücumuna qarşı hazırlıqlara başladı

28.09.2026 / 06:38
İsrail-Türkiyə qarşıdurması geridönməz hal alır - indi də Netanyahu Ərdoğanı beynəlxalq məhkəməyə verir…

28.09.2026 / 00:40
Meloni yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident Əliyevə təşəkkür etdi

28.09.2026 / 00:02
ABŞ-la İran arasında danışıqların yeni mərhələsi başlayır - Araqçi və Uitkoff bu gün bir araya gələcək…

27.09.2026 / 23:35
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verdi...

27.09.2026 / 23:06
Rusiya Ukraynanın mobil telekommunikasiya operatorunun baş ofisini bombaladı…

27.09.2026 / 18:26
Türkiyə, Oman və BƏƏ ABŞ-ın tələbi ilə İran aviaşirkətlərinin və banklarının fəaliyyətini dayandırdı…

27.09.2026 / 17:31
Rusiyadan Türkiyəyə net mesaj – bizim razılığımız olmadan S-400-ləri sata bilməzsiniz...

27.09.2026 / 15:52
İtaliyada "uzun ətək" qalmaqalı – nazir aranı qatdı, kişi deputatlar ətək geyinib parlamentə gəldilər…

27.09.2026 / 15:19
Xəzərdə 14 hərbçinin ölümündən sonra Qazaxıstan müdafiə naziri vəzifəsindən azad edildi…

27.09.2026 / 14:55
Tehran ABŞ-ın Hörmüzün boğazının açılması ilə bağlı yekun mövqeyini gözləyir…

27.09.2026 / 13:24
Adı milyardlıq korrupsiya qalmaqalından keçən AKP sədrinin müavini istefa verdi

27.09.2026 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi - FOTO

27.09.2026 / 12:06
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə Zəfər parkını ziyarətindən görüntülər paylaşılıb - VİDEO

27.09.2026 / 12:05
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı - FOTO

27.09.2026 / 11:36
Azərbaycan 2027-ci ildə BMT Forumuna ev sahibliyi etmək niyyətini açıqladı...

27.09.2026 / 11:07
Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

27.09.2026 / 10:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar - FOTO

27.09.2026 / 09:28
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yaydı

27.09.2026 / 08:30
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - FOTO

27.09.2026 / 02:03
AKP Türkiyəsində hazırkı anti-Azərbaycan kampaniyasını kim(lər) idarə edir…

27.09.2026 / 01:35
Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yaydı

27.09.2026 / 00:05
Azərbaycanda Anım Günüdür - Vətən müharibəsinin başlanmasından 6 il ötür...

27.09.2026 / 00:03
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım etdi

26.09.2026 / 23:58
Rusiya Ukraynanın data-mərkəzlərini vurur - neft zavodlarının qisası alınır?...

26.09.2026 / 23:23
"Bu münasibətləri kənar qüvvələrin təxribatlarına qurban vermək olmaz" - Bəhruz Quliyev

26.09.2026 / 21:18
Zelenski Trampdan Rusiyaya qarşı "cəhənnəm sanksiyaları" tətbiq etməsini istədi...

26.09.2026 / 20:25
Latviyada NATO təlimləri zamanı İtaliya zirehli maşını başqa bir maşına atəş açdı – yaralılar var...

26.09.2026 / 19:53
Prezidentin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - VİDEO

26.09.2026 / 19:07
Polşa öz ərazisində yerləşdiriləcək hər bir əsgər üçün ABŞ-a ildə 15 min dollar təklif etdi...

26.09.2026 / 17:52
Azərbaycan üzərindən İrandan Rusiyaya qaz kəməri çəkilir...

26.09.2026 / 17:38
Oktyabrda Azərbaycan Jurnalistlərinin IX qurultayı keçiriləcək - FOTO

26.09.2026 / 17:19
Corc Rassell Formula 1 Azərbaycan Qran-Prisinin qalibi oldu

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ