şənbə günü, 14 noyabr 2026
     

Müasir Azərbaycan müəlliminin ən böyük problemi…

Image


Kamran Əsədov: “Hesab edirəm ki, müəllimlərə dövlət qulluqçusu statusu verməklə, bundan sonra onları bütün kommunal və nəqliyyat xərclərindən azad etməklə maddi rifahının yaxşılaşdırılması istiqamətində mühüm addım atmış olarıq”

 

Dünyada müqəddəs sənət müəllimlik sənətidir desək yanılmarıq. Müəllim adına dünyanın dahi şəxsiyyətləri, dövlət xadimləri çox yüksək qiymət veriblər. Ölkəmizdə müəllim adını ləyaqətlə daşıyan, onu sevdirən pedaqoqlar az olmayıb.

Qarşıdan Azərbaycan müəllimlərinin qurultayı gəlir. Noyabrın 28-də Azərbaycan Müəllimlərinin XV qurultayı keçiriləcək. Respublika müəllimləri bu mühüm tədbirə hazırlaşır.

Xatırladaq ki, Azərbaycan Müəllimlərinin I Qurultayı 1906-cı il 15 avqust tarixində keçirilib.

Müasir Azərbaycan müəlliminin nə kimi problemləri var?

Tanınmış təhsil eksperti Kamran Əsədov “Bakı-Xəbər”ə bildirdi ki, Azərbaycan müəllimləri XV qurultaya qayğısız getmir, müəlimlərin kifayət qədər problemi var və onlar həll edilməlidir. “İlk növbədə qeyd edim ki, insanın şəxsiyyət kimi formalaşmasında, onun təhsil və inkişafında müəllimin rolu danılmazdır. Bütün dövrlərdə müəllim peşəsinin əhəmiyyəti, şərəfliliyi, yüksəkliyi barədə müdrik kəlamlar söyləyiblər. Dünyanın fatehi Makedoniyalı İsgəndər öz müəllimi Aristotel haqqında deyib: “Valideynlərim məni göydən yerə endirdi, müəllimim isə yerdən göyə qaldırdı”. Bu kimi kifayət qədər dahilərin sözləri var.

Çox vaxtı şikayət edirlər ki, əvvəllər təhsil yüksək səviyyədə idi, müəllim-şagird münasibətləri indiki dövrdən qat-qat yaxşı idi, müəllimlərin bilik səviyyəsi çox yüksək idi, cəmiyyətdə onlara münasibət tamam başqa idi, müəllim cəmiyyətdə daim öz nüfuz və statusunu qoruyub saxlamağa çalışırdı. Bəs nə oldu ki, indi vəziyyət dəyişdi? Müəllim tədricən öz nüfuzunu itirməyə başladı. Məktəbdə müəllim-şagird münasibətləri dəyişməyə başladı. Cəmiyyət yeni yola, bazar iqtisadiyyatına qədəm qoydu. Etiraf edək ki, bazar iqtisadiyyatının fəaliyyəti dövründə aşağı səviyyəli əməkhaqqı alan müəllim öz maddi vəziyyətini düzəltmək üçün əyri yola əl atdı. Təhsilin bəlası o vaxtdan başladı. Şagirddən hədiyyə, pay, aylıq və sair, nə adlandırırsan-adlandır, alan müəllim şagirdin gözünə dik baxa bilmir, mənəvi cəhətdən özünü saf hesab etmir. İş o yerə çatdı ki, cəmiyyətdə bu geniş yayılmağa başladı və gündəlik məişət hadisəsinə çevrildi. Hətta ictimaiyyətdə rəy sorğusu aparılan zaman korrupsiyanın səviyyəsinə görə müəllim yol polisi işçilərindən sonra ikinci yeri tutdu.

Amma etiraf edək ki, son illərdə müəllimlərin nüfuzu müəyyən qədər aşağı düşüb. Baxmayaraq ki, dövlət tərəfindən müəllimin nüfuzunun qaldırılması üçün mütəmadi addımlar atılır.

Məktəb son dərəcədə həssas təsisatdır. Burada çalışanlar maddi, mənəvi, psixoloji baxımdan tam təmin olunmalıdırlar ki, verdikləri təhsil keyfiyyətli olsun. Müəllimlik peşəsi şərəfli olduğu qədər də məsuliyyətli bir işdir. Amma təəssüf ki, bu vəzifəni yerinə yetirən, amma məsuliyyətini dərk etməyən müəllimlər də az deyil. Əlbəttdə ki, onların bütün ehtiyaclarının təmin olunması onda formalaşmış problemi həll etməyəcək.

Düşünürəm ki, bu gün müəllimlərin ən birinci problemi əməkhaqqı ilə bağlıdır. Hesab edirəm ki, müəllimlərə dövlət qulluqçusu statusu vermək, bundan sonra onları bütün kommunal və nəqliyyat xərclərindən azad etməklə maddi rifahının yaxşılaşdırılması istiqamətində mühüm addım atmış olarıq. Eyni zamanda, müəllimlərin hamısını tibbi sığortaya mütləq şəkildə cəlb etmək lazımdır.

Hazırda gənclərin müəllimlərin sayında payı azdır. Dövlət tərəfindən gənc müəllimlərin mənzil problemi həll olunarsa, onların müəllimlik peşəsinə cəlb olunması genişlənər. Düşünürəm ki, ən başda müəllimi dolandıra biləcək, onun minimum tələblərini ödəyə bilən əməkhaqqı vermək lazımdır” - deyə K.Əsədov bildirdi.

K.Əsədovun sözlərinə görə, müəllimlərin problemlərindən biri onların peşə səviyyəsinin aşağı olmasıdır. O təəssüflə bildirdi ki, peşəkar müəllim ordusunun sayı azdır. “Müəllimlərin digər bir problemi təhsildə yeniliyə, fəal təlim metodlarına münasibətidir. Mənə elə gəlir ki, indi də, gələcəkdə də ən böyük problem bu sahədə olacaq. Təəssüf ki, müəllimlərimiz yeniliyə maraqlı deyil və tətbiq etməkdə fəal deyillər. Müasir dövrün müəllimi yeniliyə meylli deyil. O, düşüncə tərzini, iş üsulunu dəyişmək fikrində deyil. Müəllimlərin ən böyük problemlərindən biri də müəllim-şagird  münasibətləri problemidir. Təhsil müəssisəsində, demək olar ki, vaxtın çoxu bu problemin həllinə sərf olunur. Təəssüf ki, bu məsələdə də vəziyyət ürəkaçan deyil” - deyə K.Əsədov vurğuladı.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ