şənbə günü, 14 noyabr 2026
     

Azərbaycan Xəzərin dibində arxeoloji tədqiqatlara qoşulur...

Image


İdris Əliyev: “Sualtı arxeoloji ekspedisiyanın təşkil edilməsi kompleks yanaşma tələb edir”

“Bir mütəxəssis kimi dəfələrlə sualtı arxeoloji ekspedisiyanın təşkil edilməsi məsələsini qaldırmışam, lakin bu, texniki baxımdan mümkün olmayıb”

 

Azərbaycan arxeoloji tədqiqat sahəsində bir sıra beynəlxalq qurumlarla, arxeoloji mərkəzlərlə əməkdaşlıq edir. Son illər ölkəmizdə təşkil edilən arxeoloji ekspedisiyaların tərkibində müxtəlif dövlətlərdən olan alimlər də, xaricdəki arxeoloji institutların əməkdaşları da təmsil olunurlar. Hazırda ölkəmizin müxtəlif bölgələrində arxeoloji qazıntılar aparılır, Azərbaycanın qədim və orta əsrlər tarixinə aid abidələr aşkarlanır. Bu arxeoloji qazıntılar, bir qayda olaraq, ənənəvi üsulla aparılır.

Dünyanın bir sıra ölkələrində sualtı arxeoloji qazıntılar həyata keçirilsə də, ölkəmizdə uzun illərdir sualtı arxeoloji qazıntılar həyata keçirilmir. Baxmayaraq ki, keçən əsrin 60-70-ci illərində bu sahədə xeyli iş görülüb, lakin sonrakı dövrlərdə Xəzərə sualtı ekspedisiyalar təşkil edilməyib. 

Mətbuatın yazdığına görə, Rusiya Coğrafiya Cəmiyyəti Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutuna Xəzər dənizində birgə sualtı ekspedisiyalar aparmağı təklif edib.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutundan qəzetimizə verilən məlumata görə, hazırda bu təklif müzakirə edilir.

Abşeron arxeoloji ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru İdris Əliyev “Bakı-Xəbər”ə bildirdi ki, bu gün həqiqətən də Xəzər dənizində sualtı arxeoloji qazıntıların aparılması vacibdir. Azərbaycanda sualtı arxeoloji qazıntılar ənənəsinin olduğunu vurğulayan alim bir mütəxəssis kimi bu ekspedisiyaların yenidən təşkil edilməsini arzu edir.

İ.Əliyevin sözlərinə görə, sualtı ekspedisiyaların həyata keçirilməsi yalnız bir elmi-tədqiqat institutundan asılı olan məsələ deyil. Bunun üçün həm müxtəlif qurumların icazəsi olmalıdır, həm də bu işə dövlət tərəfindən böyük maliyyə vəsaiti ayrılmalıdır.

“Bu gün bizə Xəzər dənizində arxeoloji qazıntı aparmaq vacibdir. Çünki bizim su altında da çox böyük arxeoloji abidələrimiz var ki, onlar üzərində tədqiqat işləri aparılmalıdır. Amma sualtı arxeoloji ekspedisiyaların aparılması üçün böyük maliyyə vəsaiti ilə yanaşı, həm də bu sahə üzrə mütəxəssis və texniki avadanlıqlar lazımdır. Rusiya Coğrafiya Cəmiyyəti bizim instituta bu sahədə birgə əməkdaşlıq etməyi təklif edib. Rusiya Coğrafiya Cəmiyyətinin bizim instituta etdiyi təklif reallaşarsa, bunun çox böyük əhəmiyyəti olacaq. Bu il Azərbaycanda olan Rusiya Coğrafiya Cəmiyyətinin nümayəndələri sualtı arxeoloji ekspedisiyaların aparılması üçün Azərbaycana texniki və kadr baxımından yardım göstərə bilmək imkanında olduqlarını deyiblər. Onlar bu işi 2019-cu ilin planına daxil ediblər. Ekspedisiyanın Xəzərin Azərbaycan sektorunda aparılması nəzərdə tutulur. Azərbaycanda bu iş 1968-ci ildə Azərbaycan Elmlər Akademiyasının Tarix Muzeyi tərəfindən aparılıb. Püstəxanım Əzizbəyovanın bu sahədə əməyi böyükdür. O, həmin vaxt bu sahədə xeyli iş görülməsinə nail oldu. Xəzərdə sualtı arxeoloji ekspedisiyalar aparıldı, nəticələr də oldu, lakin keçən əsrin 80-ci illərinin sonlarında bu iş dayandırıldı. Bir mütəxəssis kimi dəfələrlə sualtı arxeoloji ekspedisiyanın təşkil edilməsi məsələsini qaldırmışam, lakin bu, texniki baxımdan mümkün olmayıb. Xəzərdə sualtı arxeoloji tədqiqat işləri aparılmalıdır. Xəzərin Azərbaycan sektorunda arxeoloji abidələr çoxdur. Əgər ekspedisiyalar başlanarsa, bir çox tarixi-arxeoloji  abidəni üzə çıxara bilərik. Bilgəhdə Amburan adlanan yerdə qədim dövrlərdə liman olub. Səfəvilər dövründə və ondan daha əvvəl gəmilər oraya yan alıb, karvanlar oradan Bakıya, yaxud Şirvan yoluna çıxıblar. Pirallahı yaxınlığında da qədim liman, Zirə bağları deyilən ərazidə (Şəhri Gürgahda) şəhər tipli yaşayış yeri olub. İndi də böyük dalğalar olanda sahilə X-XV əsrə aid saxsı qablar çıxır. Cilov adasında, Duvannıda, Nargin adasında abidələrimiz var, Bayıl qəsrinin özü də böyük tarixi abidədir. Salyan-Neftçala bölgəsində də həm sualtı, həm də sahilboyu abidələr var. Ələt istiqamətindəki abidələrimiz də öyrənilməlidir. Görüləcək işlərimiz çoxdur. Sualtı ekspedisiyanın həyata keçirilməsi ənənəvi arxeologiyadan çox fərqlidir. Sualtı arxeoloji ekspedisiyanın təşkil edilməsi kompleks yanaşma tələb edir, burada başqa qurumlardan da asılı məsələlər var” - deyə İ.Əliyev bildirdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ