şənbə günü, 14 noyabr 2026
     

Əlilliyi olan şəxslər: fiziki məhdudiyyətdən sosial inteqrasiyaya...

Image


Anadan sağlam doğulmaq bəlkə də yeganə sərvətdir ki, insana fitrən verilir və onun sonrakı fəaliyyətilə birbaşa əlaqəsi olmur. Lakin həyat o tip istisna hallardan da xali deyil ki, insan dünyaya hansısa qüsurlarla gəlir. Adətən belə insanlar çox həssas, çox zaman həyata küsgün olur və hansısa fiziki qüsur səbəbindən özünü cəmiyyətin tamhüquqlu üzvü saymır, özü-özünü cəmiyyətdən təcrid edir.

Sirr deyil ki, buna bəzi hallarda ətrafdakı insanların qeyri-etik davranışı da yol açır. Yəni bu tip həssas insanlar adi bir baxışdan da “sına” bildiyindən, onlara münasibətdə ehtiyatlı davranış sərgilənməməsi belə insanlarda müəyyən komplekslərin yaranmasına, nəticədə onun tərkidünya həyat tərzi seçməsinə, özünə qapanmasına gətirir. Nəticədə isə cəmiyyət fərd olaraq belə şəxsləri itirir. Lakin bu halda dövlət öz vətəndaşına sahib çıxarsa, onun hüquqlarını qoruyan qanunları işlək vəziyyətdə olarsa və fiziki imkanları məhdud şəxslərin əməyə, təhsilə cəlb olunması strategiyası uğurla həyata keçirilərsə, həmin dövlət nəinki belə vətəndaşlarını itirmir, hətta həyatını qolaylaşdırdığı, onun cəmiyyətə inteqrasiya etməsinə vəsilə olduğu üçün dövlətinə minnətdar vətəndaşlara sahib olmuş olur. Məhz bu səbəbdəndir ki, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiya olunmasına şərait yaradılması istənilən dövlətin qarşısında əsas vəzifələrdən biri kimi durur. Eyni sözləri sağlamlığını sonradan hər hansı səbəbdən itirmiş şəxslər barəsində də demək olar. Burada söhbət imkanların məhdudluğundan deyil, bu məhdud imkanlarla hansısa sahədə əmək fəaliyyətilə məşğul olub dövlətinə, xalqına xeyir verməklə şəxsin özünü cəmiyyətin gərəkli üzvü olaraq qəbul etməsindən gedir ki, bu tip insanlar üçün bunun nə dərəcədə önəmli olduğunu əlavə şərhə ehtiyac yoxdur.

 Azərbaycan dövləti fiziki imkanları məhdud insanların sosial həyata inteqrasiyası yönündə çox böyük işlər həyata keçirir. Ölkəmizdə fiziki qüsurlu və fəaliyyət imkanları məhdud şəxslərin sosial rifahının yüksəldilməsi, onların hüquqlarının təminatı, sosial müdafiəsi, tibbi-sosial reabilitasiyası, cəmiyyətə fəal inteqrasiyası kimi məsələlər əlaqədar qurumların qarşısına prioritet vəzifə kimi qoyulur. BMT Baş Məclisi tərəfindən 2006-cı ildə qəbul edilmiş "Əlillərin hüquqları haqqında” Konvensiyaya qoşulan ölkəmizdə əlillərin sosial müdafiəsi ilə bağlı həyata keçirilən genişmiqyaslıi tədbirlər il-ildən təkmilləşdirilir, əhatə dairəsi genişlənir.

Azərbaycanda paralimpiya hərəkatı necə yarandı və paralimpiyaçılarımıza yarışlar öncəsi stimul verən əsl səbəb nə idi...

Müstəqilliyin ilk illərində Azərbaycan dövlətinin sosial inteqrasiyaya ehtiyacı olan şəxslərlə bağlı məqsədyönlü strategiyasının ilk təzahürlərindən biri ölkədə paralimpiya hərəkatının yaranması ilə özünü göstərdi. Fiziki imkanları məhdud vətəndaşlarımızın cəmiyyətə inteqrasiya olunmasının müstəqil Respublikamızda dövlətçiliyin möhkəmləndirilməsində ayrı-ayrı sahələrə verə biləcəyi töhfəni zamanında qiymətləndirən böyük siyasət adamı, mərhum prezident Heydər Əliyev bu istiqamətdə çox gərəkli bir addım ataraq, 1996-cı ildə Milli Paralimpiya Komitəsinin yaradılmasına xeyir-dua verdi. Beləliklə, həmin ilin 9 fevral günü ölkəmizin idman salnaməsinə Azərbaycan Respublikası Milli Paralimpiya Komiitəsinin yaranma tarixi kimi düşdü. Həmin ilin yayında Azərbaycan Milli Paralimpiya Komitəsi Atlantada keçirilən X Yay Paralimpiya Oyunlarında cəmi iki idman növü üzrə iki idmançı ilə iştirak etdi – bu, Azərbaycan paralimpiyaçılarının dünya idman arenasında ilk kövrək addımları idi. Bu kövrək addımların atılmasına stimul verənsə yarış öncəsi mərhum prezidentin həmin idmançılarla şəxsən görüşərək, onları yarışlara ruhlandırması idi...

Növbəti Sidney (2000) Yay Paralimpiya Oyunları ərəfəsində Heydər Əliyevin idmançılarımızın təlim-məşq bazasına gələrək paralimpiyaçılarımızı yolasalma mərasimində iştirak etməsi və Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmançılarımızla görüşməsi isə onlara əlavə stimul oldu.

Paralimpiyaçıların böyük dostu – Ölkə Prezidenti...

Prezident İlham Əliyev çıxışlarının birində paralimpiyaçıların ən yaxın dostu olduğunu demişdi və ötən müddət ərzində istər Milli Olimpiya Komitəsinin prezidenti, istərsə də Ölkə prezidenti kimi bu kateqoriyadan olan idmançılarımıza göstərdiyi qayğı və diqqət sübut etdi ki, bu, gəlişi gözəl sözlər deyil. Bu gün ölkəmizdə dövlətin əlil vətəndaşlarına sahib çıxması, onların cəmiyyət həyatının bütün sahələrində uğurla fəaliyyət göstərməsi bu sözlərin real təsdiqi sayıla bilər. Özəlliklə paralimpiyaçılarımızın bütün beynəlxalq yarışlarda uğurla təmsil olunaraq il-ildən qələbələrin sayını artırmaları bu istiqamətdə dövlətin apardığı uğurlu strategiyanın həqiqi təcəssümüdür. Elə bu günlərdə - noyabrın 15-də Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Endrü Parsonsu qəbul edən Prezident İlham Əliyev Azərbaycanda paralimpiyaçılara göstərilən xüsusi diqqət və qayğıdan danışaraq bildirib ki, paralimpiyaçılarımız Yay Paralimpiya və eləcə də Avropa Oyunlarında yaxşı nəticələr göstəriblər. Endrü Parsons isə idmana, o cümlədən paralimpiyaçılara böyük diqqət və qayğı göstərdiyinə görə beynəlxalq paralimpiya hərəkatı adından dövlət başçısına minnətdarlıq edib, Azərbaycanda paralimpiyanın inkişafının bir nümunə olduğunu vurğulayıb.

Məhz dövlətin diqqət və qayğısının nəticəsidir ki, hazırda Paralimpiya Komitəsi yüzlərlə idmançını özündə birləşdirir və bu idmançılar dünya boyu beynəlxalq yarışlarda Azərbaycanın bayrağını ucaltmaqda davam edirlər.

Dövlət qayğısı ilk günlərdən onu qələbələrə ruhlandırırdı...

Bu yazıda onlardan biri haqqında danışacağıq - Azərbaycan paralimpiya cüdoçusu, üçqat Paralimpiya Oyunları çempionu, ikiqat dünya çempionu və yeddiqat Avropa çempionu, 2015 Avropa Oyunları çempionu, Azərbaycanın Əməkdar idman ustası, 6-cı dan sahibi, Qarabağ müharibəsi əlili və qazisi İlham Zəkiyev haqqında.

İlham Zəkiyev idmana gəlişini belə xatırlayır: “İdmana marağım kiçik yaşlarımdan olub. 11 yaşımdan 14 yaşımadək sərbəst güləşlə məşğul olmuşam. Bu illər ərzində şəhər çempionu olmaqla yanaşı, bir neçə yarışda mükafata layiq yerlər tutmuşam. Respublika çempionatında 83 kq çəki dərəcəsində üçüncü yeri qazandım. Sonra qardaşımın sayəsində cüdo ilə məşğul olmağa başladım. Sumqayıtda Mehdi Hüseynzadə adına stadionda Əhməd Rəcəblinin rəhbərliyi altında cüdo üzrə ilk məşqlərimi etdim. Çox qısa müddət ərzində respublikadaxili yarışlarda uğurlarım oldu. Dəfələrlə şəhər çempionu və respublika mükafatçısı olmuşam. 1998-ci il iyun ayında Azərbaycan kuboku uğrunda turnirdə çıxış etdim. Bundan bir ay sonra həqiqi hərbi xidmətə çağırıldım. İdmançı olduğum üçün məni kəşfiyyat taboruna seçdilər...”

1999-cu il fevralın 4-də Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən düşmən snayperinin gülləsinə tuş gəlir İlham. Güllə sol gicgahından girərək sağ gicgahından çıxır. 3 gün koma vəziyyətində qalır. Həkimlər sağ qalacağına ümüd etmir... “...anamın səsinə komadan ayıldım. Hər tərəf qaranlıq idi. Görmə qabiliyyətimi itirmişdim. Beləliklə, evə I qrup Qarabağ müharibəsi əlili kimi döndüm. 2002-ci ildə Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev Moskvada müayinə olunmağıma şərait yaratdı. Təəssüf ki, həkimlərin cəhdi nəticəsiz qaldı. Bundan sonra Gənclər və İdman Nazirliyinin şöbə müdiri Tağı Tağıyev mənə paralimpiya ilə məşğul olmağı məsləhət gördü. Həmin ilin noyabr ayından Mehdi Hüseynzadə adına stadionda Əhməd Rəcəblinin başçılığı altında yenidən məşqlərə başladım. Lakin bu dəfə paralimpiyaçı kimi. O cür zədədən sonra ilk günlər tatamiyə alışmaq bir qədər çətin idi. Amma bütün çətinliklərə baxmayaraq, bunu bacardım. 2003-cü ilin avqust ayında Kanadada keçirilən dünya çempionatında iştirak etdim. Bu dünya çempionatı Afina-2004 Yay Paralimpiya Oyunlarına lisenziya verən yeganə yarış idi. Həmin yarışda birinci, onuncu yeri tutan idmançılar Afina Paralimpiya Oyunlarına lisenziya qazanırdılar. Bu yarışlarda bürünc medal qazanaraq Afina Paralimpiya Oyunlarına lisenziya əldə etdim. Afina-2004 Yay Paralimpiya Oyunlarında isə qızıl medal qazanaraq ilk dəfə paralimpiya çempionu tituluna layiq görüldüm”.

İlham deyir ki, öz işi ilə fəxr edir və hər qələbə sonrası Azərbaycanın bayrağı yüsəklərə qalxanda, himni səslənəndə bunda payı olduğu üçün qürur hissi keçirir...

İlham Afina-2004 Yay Paralimpiya Oyunlarında qazandığı medalı özünün ən böyük uğuru hesab edir. Deyir ki, Afinada ilk dəfə mötəbər yarışda iştirak etdiyinə görə burada qazandığı medal onun üçün daha dəyərlidir. “Pekin Paralimpiya Oyunlarına isə titulumu qorumaq üçün yollanmışdım və bunu da bacardım. Londonda qazandığım bürünc medal isə mənim üçün qızıl medala bərabərdir. Bundan əlavə, mənim üçün fərəhləndirici bir hadisə də odur ki, Pekin və Londonda komandanın bayraqdarı mən idim. Mən bununla fəxr edirəm”.

Londondan qayıtdıqdan sonra İlham Zəkiyev Prezident İlham Əliyevin Sərəncamı ilə "Tərəqqi" medalına layiq görülür. Amma bu, onun dövlət başçısından qürurla qəbul etdiyi ilk ödül deyildi. Belə ki, 2008-ci il dekabrın 26-da Prezidentin Sərəncamı ilə o, "Şöhrət" ordeni ilə təltif olunmuşdu. 2016-cı ildə isə İlham Zəkiyev Prezidentin Fəxri Diplomuna layiq görülür.

“Mən Avropa Oyunları məşəlini yandıranda söz vermişdim ki, ordu günündə cənab Prezidentə medal hədiyyə edim. Mükafatlandırma mərasimində dedim ki, cənab Ali baş komandan, əsgər Zəkiyev verdiyiniz döyüş tapşırığını yerinə yetirdi və qızıl medal qazandı. Sonra ondan xahiş etdim ki, mənim yanıma qalxsın". Bu sözləri isə o, 2015-ci il iyunun 26-da – Milli Ordu Günündə Azərbaycanın ev sahibliyi etdiyi İlk Avropa Oyunları zamanı səsləndirib və özünü xoşbəxt adlandırıb. Özünü xoşbəxt adlandırmaqda isə məşhur paralimpiyaçımız heç də yanılmır, çünki ona yüksək səviyyədə göstərilən etimadı doğruldub, Vətənə ödüllər, cəmiyyətə layiqli vətəndaş, milli idmanımıza əvəzsiz idman ustası qazandırıb...

Əmək ... Nazirliyi - əlilliyi olan vətəndaşlarımızın ümid yeri...

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası istiqamətində çoxsaylı layihələrə imza atır və bu fəaliyyətin il-ildən genişləndirildiyi göz önündədir. Bu sıraya əlillərin bərpa və reabilitasiya mərkəzlərinin açılmasından tutmuş, onların uyğun müəssisələrdə işlə təminatı, dövlət xəttilə onlara mənzil və avtomobillərin verilməsi kimi fəaliyyətlər daxildir ki, bu da fiziki imkanları məhdud şəxslərin yaşam şərtlərinin yüngülləşdirilməsi, eyni zamanda cəmiyyətdə bərabərhüquqlu vətəndaş kimi təmsil olunmasında öz sözünü deyir. Nazirlik bu fəaliyyətində fiziki imkanları məhdud azyaşlıları da unutmur. Belə ki, bu yaxınlarda Uşaq Hüquqları aylığı çərçivəsində AFFA Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində futbol festivalı təşkil edib. Nazirlikdən verilən xəbərə görə, Heydər Əliyev Fondunun dəstəyilə həm bu müəssisədə, həm də 2 saylı Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində ən müasir tələblərə uyğun yaşayış və reabilitasiya şəraiti yaradılıb. Nazirliyin açıqlamasında bildirilir ki, ümumilikdə 230 nəfərdən çox uşağın daimi dövlət təminatında yaşadığı hər iki müəssisədə uşaqların stasionar şəraitdə sosial xidmətlərlə təminatı həyata keçirilməklə, onların sosial reabilitasiya yönümlü tədbirlərə, bacarıqlarına uyğun idman növlərinə cəlb olunması yönündə də işlər aparılır.

Futbol festivalında AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev, Kütləvi Futbol Departamentinin rəhbəri Cahangir Həsənzadə, Dövlət Sosial Müdafiə Fondunun şöbə müdiri Vüqar Behbudov, habelə ayrı-ayrı ölkələrin Azərbaycandakı səfirlərinin və BMT-nin ölkəmizdəki nümayəndəliyinin rəhbərinin həyat yoldaşları iştirak edib.

Tədbirdən əvvəl qonaqlar uşaqların bacarıqlarının inkişafı üçün fəaliyyət göstərən dərnəklərlə, emalatxanalarla, uşaqların hazırladıqları əl işləri ilə tanış olublar.

Bütün bu sadalananlar sübut edir ki, humanizm prinsiplərinə hər an sadiq qalan Azərbaycan dövləti heç bir fərq qoymadan bütün vətəndaşlarına sahib çıxır, onların hər birinin məhz uğur qazana biləcəyi sahədə təmsil olunması üçün bütün imkanlarını səfərbər edir. Dövlətinin arxasında olduğunu hiss edən, əldə edəcəyi uğurun anında qiymətləndiriləcəyini bilən kəs isə bu etimadı doğrultmaq üçün nələr etməz ki?..

Samirə SƏFƏROVA

Yazı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ