şənbə günü, 14 noyabr 2026
     

Özəl hazırlıq kurslarında işləyən müəllimlərin attestasiyası məsələsi…

Image


Kamran Əsədov: “… lisenziya verilməsi sistemi tətbiq olunsun”
“Hesab edirəm ki, repetitorluq fəaliyyətilə məşğul olan hər kəs sadələşdirilmiş qaydada vergi ödəyicisinə çevrilməlidir”

 

Bildiyimiz kimi, respublikamızda müxtəlif özəl hazırlıq kursları fəaliyyət göstərir. Bu kurslar məktəbəqədər hazırlıqdan tutmuş, abituriyent hazırlığına qədər fəaliyyətlə məşğul olurlar. Özəl kurslar iddia edirlər ki, ölkənin ən savadlı, bilikli müəllimləri bu kurslarda çalışır və onlar abituriyentlərə yüksək keyfiyyətli bilik verirlər.

Dövlət İmtahan Mərkəzi tərəfindən davamlı olaraq orta ümumtəhsil məktəblərində dərs deyən müəllimlərin attestasiyası keçirilir, onlar üçün diaqnostik qiymətləndirmə olur. Bir sözlə, orta məktəb müəllimlərinin bilik və bacarıqları vaxtaşırı olaraq sınağa çəkilir. Lakin hələ də özəl hazırlıq kurslarında dərs deyən müəllimlərin attestasiyası keçirilməyib. Bu da bu istiqamətdə çalışan müəllimlərin bilik və bacarıqlarının səviyyəsi ilə bağlı müxtəlif fikirlər yaradır. Özəl hazırlıq kurslarında dərs deyən, repetitorluqla məşğul olan müəllimlərin attestasiyasının keçirilməsi zərurətə çevrilib.

Tarix üzrə fəlsəfə doktoru, tanınmış təhsil eksperti Kamran Əsədov “Bakı-Xəbər”ə bildirdi ki, müxtəlif özəl hazırlıq kurslarında repetitorluqla məşğul olan müəllimlərin imtahanlara cəlb edilməsi normaldır. O bildirdi ki, onsuz da burada dərs deyən müəllimlərin çoxu orta məktəb müəllimləridir və onlar imtahanlarda iştirak edirlər. “İlk növbədə qeyd etmək istəyirəm ki, Azərbaycanda repetitorluq fəaliyyəti 1992-ci ildə test üsulunun tətbiqindən sonra geniş şəkil alımağa başlayıb. Artıq cəmiyyətdə ali məktəblərə hazırlığın repetitor vasitəsilə aparılması ənənəsi möhkəmlənib. İş o yerə çatıb ki, valideynlər indi təkcə yuxarı sinif şagirdlərini deyil, ibtidai siniflərdə oxuyan uşaqları da dərsdən sonra müəllim yanına hazırlığa göndərirlər. Səbəb də əlbəttə ki, orta məktəblərdə təhsilin keyfiyyətinin aşağı olmasıdır. Hazırda repetitorluqla məşğul olan müəllimlər bir şagirdi 50-150 manata hazırlaşdırırlar.

Özəl hazırlıq kurslarında repetitorluqla məşğul olan müəllimləri bir necə kateqoriyaya bölsək, burada əsas üstünlüyü orta məktəbdə işləyən və ümumiyyətlə, təhsil sistemində işləməyənlər təşkil edir. Orta məktəb müəllimi kimi aldığı maaş ailəsinin dolanışığına çatmadığından, dərsdən evə gələndən sonra mənzilindəcə repetitorluq fəaliyyətilə məşğul olan, yəni uşaq hazırlaşdıran kifayət qədər müəllim var. Onlar 100-200 manat məvacib alırlar. Əlbəttə, bu məbləğ yaşamaq üçün kifayət deyil. Orta məktəb müəllimləri həm də məktəbə, direktora pul verirlər ki, onlara şərait yaratsın. Yazıq müəllim neyləsin?

Bu müəllimlər məcbur olub ya evdə, ya müxtəlif hazırlıq kurslarında repetitorluq edirlər. Ümumiyyətlə, o müəllimlər kursların dəvətilə gəlib orada dərs deyirlər.   

Təklif edirəm ki, istər evində, istərsə də kurslarda repetitorluq edən müəllimlərə qarşı mübarizə aparılmasın. Bu gün kurslarda, yaxud da evində repetitorluq edən müəllimlərin fəaliyyətinin leqallaşması, rəsmiləşdirilməsi sahəsində addımlar atılmalıdır. Bu işin təşkili çox vacibdir” - deyə bildirən K.Əsədov qeyd edir ki, repetitor dedikdə çoxları onların ölkəmizdə keçən əsrin 90-cı illərindən yarandığını iddia edir. O qeyd etdi ki, əslində, təhsil sistemi formalaşandan dünyanın inkişaf etmiş ölkələrinin hamısında, o cümlədən Azərbaycanda repetitorluq olub. “Lakin keçən əsrin 90-cı illərinin əvvəllərinə qədər müəllimlər əlavə oxumaq və öyrənmək istəyən şagirdlərə təmənnasız dərs keçiblər və cəmiyyət belə bir əlavə hazırlığın maddiyyətə bağlı gərginliyini yaşamayıb. Bu səbəbdən də heç kəs müəllimi əlavə dərs üçün qınaq obyektinə çevirməyib. Həm güclü müəllimlərin çox olması, həm də əlavə dərslərin təmənnasız aparılması neqativ təsəvvürlərin formalaşmasına imkan verməyib. Onu da deyək ki, bu gün də yüzlərlə yüksək səviyyəli müəllimimiz xüsusən də kənd rayonlarında təmənnasız olaraq şagirdlərin əlavə hazırlığı ilə məşğul olurlar.

Təəssüf ki, müəllimlik ixtisasları üzrə universitetlərə qəbul zamanı ən aşağı bal ilə məhz ibtidai sinif müəllimi olmaq istəyənlər qəbul olunurlar. Nəticə etibarilə bu sahə ilə məşğul olan şəxslərin də bilik və bacarıqları aşağı səviyyədə olur” - deyə bildirən mütəxəssis dedi ki, repetitorluq dünyanın bir çox dövlətlərində var. Onun sözlərinə görə, hətta Yaponiya kimi inkişaf etmiş ölkədə də belə fəaliyyət var. “Orada məktəb təhsili 12 ildir və onun yarısı ibtidai məktəbə aiddir. Bu onunla əlaqədardır ki, yapon dilinin öyrənilməsi çətin və çox əmək tələb edəndir. Hər gün adi məktəbdə oxuduqdan sonra uşaqlar başqa, məcburi olmayan, lakin orta məktəbin digər pilləsinə keçid və universitetə daxil olmaq üçün çox vacib olan məktəbə gedirlər. Bu məktəb "dzyuku" adlanır, tərcümədə "məharət məktəbi", daha doğrusu, "repetitor məktəbi"dir. Həmin məktəbdə xüsusi dəvət edilmiş müəllimlər əsas məktəbdə şagirdlərə deyilənləri bir daha izah edir və bu biliklərə yenilərini də əlavə edirlər ki, şagirdlər imtahanı yüksək səviyyədə verə bilsinlər.

Bilirsiniz, yaxşı repetitor olmaq üçün öz fənnini əla bilmək hələ kifayət deyil, eyni zamanda, müəllim-repetitor müəyyən qədər psixoloq da olmalıdır: hər bir dərsi o, fərdi aparır və şagirdlə fərdi məşğul olmaq göründüyündən daha mürəkkəbdir. Valideynlərin əksəriyyətinin övladlarının universitetlərə daxil olmasını əsas məqsəd hesab etmələri də düzgün deyil. Eyni zamanda, məktəblərdə savadlı müəllimləri dəyərləndirən və saxlayan sistemin yaradılması vacibdir. Özəl hazırlıq kurslarında fəaliyyət göstərən müəllimlər onsuz da orta məktəblərdə işlədikləri üçün imtahanlara cəlb olunurlar. Ancaq düşünürəm ki, özəl kurslarda repetitorluqla məşğul olan, lakin indiyə qədər imtahana cəlb edilməyənlər imtahanlarda iştirak etməlidirlər. Ümumiyyətlə, bu işlə məşğul olan adamlar xüsusi lisenziya almalıdırlar. Hesab edirəm ki, repetitorluq fəaliyyətilə məşğul olan hər kəs sadələşdirilmiş qaydada vergi ödəyicisinə çevrilməlidir. Amma unutmaq olmaz ki, repetitor-müəllim mütəmadi olaraq eyni məbləğdə pul qazanır. Əlavə ödənişlər olacağı təqdirdə, əlbəttə ki, repetitorlar da xidmət haqlarını qaldıracaqlar ki, bu da təhsil almaq istəyən imkansız şəxslərin elmə gəlməsinə, təhsil almasına ciddi şəkildə mane ola bilər.

Təklif edirəm ki, hazırlıq kurslarında, yaxud evində repetitor fəaliyyəti göstərən müəllimlərə lisenziya verilməsi sistemi tətbiq olunsun. Hesab edirəm ki, bu daha məqsədəuyğun olardı” - deyə K.Əsədov qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ