şənbə günü, 14 noyabr 2026
     

Əlilliyi olan şəxslər: fiziki məhdudiyyətdən sosial inteqrasiyaya

Image


Bütün insanların yaşamaq, yaratmaq, fəaliyyət göstərmək, öz istedadını, bilik və bacarığını realizə etmək imkanı olmalıdır. Cəmiyyətdə hər insanın özünü tapması, ifadə etməsi üçün münbit şəraitin olması vacibdir. Tanrının yaratdığı insanların hamısının sağlamlığı sözsüz ki, eyni vəziyyətdə deyil. Heç bir fiziki əngəli olmayan insanlarla bərabər, fiziki məhdudiyyəti olan insanlar da var ki, bu kateqoriyadan olanlar son illərə qədər cəmiyyətə adaptasiya olunmaq sarıdan çətinlik çəkirdilər. Bu onların həm orta, həm də ali təhsil almasında, işlə təmin olunmasında özünü daha çox göstərirdi.

Azərbaycan dövlətinin həyata keçirdiyi uğurlu sosial siyasət nəticəsində əlilliyi olan şəxslərin cəmiyyətə əngəlsiz inteqrasiya olunması üçün şərait yaradıb. Bu gün əlil arabasında oturmağa məhkum olan insanlar həm orta məktəblərdə, həm də ali məktəblərdə təhsil ala bilirlər. Ümumiyyətlə, hazırda Azərbaycanda əlilliyi olan şəxslərin məşğulluq imkanlarının artırılmasına kömək üçün xeyli sosial investisiya layihəsi həyata keçirilib.

Bu sahədə əsaslı işlər görən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və dövlət məşğulluq mərkəzləri fiziki məhdudiyyəti olan insanların işlə təmin olunması üçün gərəyi olan işlər görürlər. İndiyə qədər fiziki məhdudiyyətli insanların cəmiyyətə inteqrasiyası üçün yaradılan şəraitə onların iş biliklərinə yiyələnməsi, habelə ingilis dili, kompyuter və ünsiyyət bacarıqlarının öyrədilməsi və s. daxildir. Bu kateqoriyadan olan insanların bu kimi vərdişləri, bacarıqları əxz etməsi üçün xüsusi təhsil ehtiyacları üzrə müəllimlərin yetişdirilməsi təlimi də həyata keçirilib. Bildiyimiz kimi, fiziki məhdudiyyəti olan şəxslərin işlə təminatı dövlətin əsas prioritetlərindən biridir. Əlilliyi olan şəxslərdə məşğulluq imkanları günü-gündən artır və onların bu sahədəki problemləri aradan qaldırılır.

Fiziki məhdudiyyəti olan insanlar arasında aylarla evə qapanıb qalanlarla yanaşı, öz əlilliyi ilə barışmayan “mən daha çox şey bacara bilərəm, böyük uğurlara imza atmaq gücündəyəm” deyənlər də var. Sözsüz ki, mənəvi-psixoloji vəziyyəti sağlam olan belə insanlar özlərini cəmiyyətə adaptasiya üçün hazırlaya bilir və heç bir çətinlik çəkmədən normal insanlar kimi fəaliyyət göstərirlər. Onların sırasında elm, mədəniyyət, ədəbiyyat, incəsənət, pedaqoji fəaliyyət, idman, ictimai fəaliyyətlə məşğul olanların sayı kifayət qədərdir. İllər əvvəl bədbinliyə, ruh düşkünlüyünə, “mən gərəksiz adamam” kimi insanda ümidsizlik yaradan fikirlərə “yox” deyərək, çox aktiv şəkildə cəmiyyətə inteqrasiya edən, ali təhsil alan, özünü təsdiqləmək üçün mücadilələr verən insanlardan biri Azərbaycan Respublikası Əlillərin “Zaur” Xeyriyyə Cəmiyyətinin sədri, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin teatrşünaslıq və Bakı Dövlət Universitetinin hüquq fakültələrinin məzunu olan Zaur Seyidzadədir. Z.Seyidzadə fiziki məhdudiyyəti olmasına baxmayaraq, böyük uğurlara imza atıb. İndiyə qədər 25 layihənin müəllifi və rəhbəri olan Zaur Seyidzadə Azərbaycan Milli Elimlər Akademiyasının Fəlsəfə, Sosiologiya Hüquq İnstitutunun dissertantıdır. Z.Seyidzadə bizimlə söhbətində bildirdi ki, o, heç zaman bu vəziyyətə təslim olmayıb və hər zaman özünü cəmiyyətin aktiv üzvü kimi görməyi bacarıb. “Mən özümü hər zaman cəmiyyət üçün yararlı, faydalı olan bir insan kimi hiss etmişəm. Fiziki məhdudiyyətim mənim təhsilimə, fəaliyyətimə heç bir əngəl törətmir. 1988-1998-ci illərdə Səbail rayonu 219 saylı orta məktəbdə oxumuşam. İki ali təhsilim var. Ailə qurmuşam. Onu da deyim ki, hazırda hüquqşünas kimi fəaliyyət göstərirəm. Bilirsiniz, əvvəllər əlilliyi olan şəxslərin cəmiyyətə, sosial həyata inteqrasiyası çox zəif idi, müəyyən məhdudiyyətlər vardı. Bu gün isə, demək olar ki, o problem aradan qaldırılıb. Əlilliyi olan insanlar onlayn ali təhsil ala bilirlər. Lakin bir məsələyə toxunmaq istəyirəm. Valideynlərindən biri vəfat edən, sağ qalan valideyni əlil olan ödənişli təhsil alan şəxslər ali məktəblərdə təhsil haqqından azad edilsələr də, əlilliyi olan şəxslər təhsil haqqından azad edilmir. Çox istərdim ki, bu məsələyə də diqqət yetirilsin. Əlillər bu problemlə rastlaşırlar. Mən özüm QHT rəhbəriyəm və bu sahədə aktiv fəaliyyət göstərirəm. Hazırda fiziki məhdudiyyəti olan şəxslərin məşğulluğunun təmin edilməsi üçün işlər həyata keçirilir. Doğrudur, əlilliyi olan şəxslərin çox hissəsi hələ də işlə təmin edilməyib. Çox arzu edərdim ki, onların da işlə təmin edilməsi istiqamətində daha genişmiqyaslı işlər həyata keçirilsin. Çünki buna çox böyük ehtiyac var”- deyən Z.Seyidzadə həm də “Valideyn Himayəsindən Məhrum Olan Uşaq və Gənclərə Yardım” İctimai Birliyinə də rəhbərlik edir. 2008-ci idə yaradılan təşkilatın 17 üzvü var. O dedi ki, İctimai Birlik bu illər ərzində çox iş görüb, o cümlədən də qurumun xətti ilə əlil arabasına ehtiyacı olan əlillər Azərbaycan Respublikasının ərazisində Almaniyadan gətirilmiş bu əlil arabaları ilə təmin olunublar. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə “Ali təhsilli gənclərin məşğulluğu” adlı layihə həyata keçirilib. Gənclər və İdman Nazirliyinin qismən maliyyə dəstəyilə “Tanınmış fiziki məhdudiyyətli şəxslər” adlı layihə də gerçəkləşib. Z.Seyidzadənin sözlərinə görə, bu layihənin məqsədi əlillərin cəmiyyətə inteqrasiya olunması üçün mövcud olan psixoloji baryerləri aradan qaldırmaq idi. Müsahibimiz dedi ki, bu məqsədlə müxtəlif təlimlər keçirilib və ən əsası 6 nəfərlik yaradıcı qrup çalışaraq Azərbaycanda və dünyada tanınmış fiziki məhdudiyyətli şəxslərin həyat və yaradıcılığını əks etdirən “Bir ümid işığı” adlı kitabı nəşr etdirib. Əlil və valideyn himayəsindən məhrum olan şəxslərə aid olan xəbərlər və onların yaratdığı əl işlərinin satışını asanlaşdırmaq üçün www.newsfromus.az saytı yaradılıb.

Ölkəmizdə əlillərlə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsi davamlı olaraq işlər həyata keçirir. Bu şöbə əlillərin sosial müdafiəsi, tibbi-sosial və peşə reabilitasiyası sahəsində dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi, əlil insanların cəmiyyətə inteqrasiyasını gerçəkləşdirə biləcək proqramların və sosial layihələrin, əlillərin sosial müdafiəsinə dair normativ-hüquqi sənədlərin, təlimat, metodiki göstərişlərin işlənib hazırlanması, əlillərin ictimai həyatın bütün sahələrində iştirakına şərait yaradılması, onların öz fərdi maraq və qabiliyyətlərinə uyğun dolğun həyat sürməsi üçün mühüm sosial adaptasiya tədbirlərinin reallaşdırılması, əlil ictimai təşkilatlarla qarşılıqlı işin təşkili istiqamətində fəaliyyət göstərir.

Əlillərin sosial müdafiəsi istiqamətində də dövlət böyük layihələr həyata keçirir. İndiyə kimi gözdən əlillər və digər əlillik kateqoriyasına aid olan insanlar üçün Prezident İlham Əliyevin sərəncamı ilə yaşayış bunaları inşa edilib və əlillər mənzillə təmin ediliblər. Ümumiyyətlə, əlillərin mənzillə təmin edilməsi istiqamətində dövlət ardıcıl olaraq işlər görüb və görməkdədir.

2015-ci ilin sentyabr ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika Əlillərin Bərpa Mərkəzinin əsaslı yenidənqurmadan sonra yenidən əlillərin ixtiyarına verilməsi də görülən işlərdən biridir.

Azərbaycanda fiziki məhdudiyyəti olan insanlarla bağlı bir sıra sənədlər imzalanıb. Ölkədə əlillərlə bağlı dövlət siyasətini müəyyən edən “Əlilliyin və sağlamlıq imkanı məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu, Əlillərin hüquqları haqqında Konvensiya və s. mövcuddur.   

Ölkəmizdə əlilliyi olan şəxslərin fiziki məhdudiyyətdən sosial inteqrasiyaya doğru addımlar atması, irəliləməsi üçün dövlət tərəfindən davamlı siyasət həyata keçirilir. 12 dekabr 2017-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə “2018–2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə” Dövlət Proqarmının  təsdiq edilməsi bu qəbildən olan şəxslərin təhsilə cəlb edilməsində mühüm rol oynayıb. Reallıq budur ki, sağlamlıq imkanları məhdud olan şəxslərin təhsilə çıxış imkanları var və bu şərait dövlət tərəfindən yaradılıb. 

Prezident İlham Əliyevin 19 iyul 2018-ci ildə imzaladığı “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun bu sahədə görülən işlərin əyani nümunələrindən biridir. Qanun Konstitusiyanın 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq, əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsaslarını və onların hüquqlarının müdafiəsi sahəsində dövlətin vəzifələrini müəyyən edir, əlilliyə səbəb olan risqlərin, əlillik əlamətinə görə ayrıseçkiliyin bütün formalarının aradan qaldırılmasını, əlilliyi olan şəxslərin reabilitasiyasını, cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onlara aid olan strategiya və proqramlara dair qərarların qəbulu prosesinə fəal cəlb olunmasını, əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsini, onların şərəf və ləyaqətinin müdafiəsi sahəsində yaranan münasibətləri tənzimləyir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi fiziki məhdudiyyəti olan şəxslərə hər cür qayğı göstərir. Hətta nazirliyin 142 “Çağrı mərkəzi” də hər zaman əlillərin müraciətlərinə açıqdır. Əlillər üzləşdikləri problemlərlə bağlı bu mərkəzə müraciət edirlər.

Bu gün Azərbaycanda fiziki məhdudiyyətli insalara diqqət və qayğı çoxdur və onlara münasibət əvvəlki kimi deyil. Heç əlillər özləri də cəmiyyətdən kənarda “öz dünya”larında qalmırlar. Onlar cəmiyyətə inteqrasiya edir və özlərini bizlərdən biri kimi təqdim etməyi bacarırlar. Heç şübhəsiz ki, hər birimiz belə insanlara dayaq durmalı, onların bacarıqlarına, biliklərinə, yaratdıqları sənətkarlıq nümunələrinə dəyər verməliyik. Belə olduqda o insanlarda daha böyük ruh yüksəkliyi yaranır və onlar özlərini, sözün əsl mənasında, xoşbəxt hesab edirlər.

İradə SARIYEVA

Yazı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ