şənbə günü, 14 noyabr 2026
     

AMEA institutları elmdən pul qazanmağı tam bir kənara atıblar

Image


“Fikrimcə, bu gün Azərbaycanda elmə ayrılan vəsait 10 dəfə artırılsa belə, heç bir effekt əldə olunmayacaq”
“Bütün dünyada olduğu kimi, Azərbaycanda da elm özü pul qazanmalıdır”

 

Elm əqli mülkiyyət sahəsi kimi öz hədəflərini müəyyən etməli və konkret istiqamətlərdə dövlətə, xalqa, bütövlükdə isə bəşəriyyətə fayda verməlidir. Xüsusən də elmi tərəqqiyə, çağdaş texnologiyaların yaranmasına, inkişafına birbaşa təsir edən texniki sahədə irəliləyişlər olmalıdır.

Son zamanlar tez-tez müxtəlif tribunalardan “dövlət büdcəsindən elmə ayrılan vəsait azdır, vəsaitin artırılmasına ciddi ehtiyac var” kimi çağırışlar eşidirik.

Azərbaycanda elmin inkişafı ilə bağlı dövlət səviyyəsində saysız iş görülüb, elmin inkişaf strategiyası hazırlanıb, bu sahə ilə bağlı bir sıra proqramlar həyata keçirilib.

Ölkəmizdə Milli Elmlər Akademiyası var və onun müxtəlif profilli elmi-tədqiqat institutları fəaliyyət göstərir. Lakin hələ də ölkəmizdə hansısa bir institut özü maliyyə qazana bilmir, halbuki, bütün dünyada belə profilli institutlar müxtəlif layihələr həyata keçirərək xeyli vəsait əldə edirlər. Bizdə isə elm hələ də dövlət büdcəsinə göz dikir.

Respublikanın elmlə məşğul olan institutları, mərkəzləri hansı səbəbdən müstəqil olaraq maliyyə vəsaiti qazana bilmirlər?

Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru İlqar Orucov “Bakı-Xəbər”ə bildirdi ki, dövlət elm sahəsinə hər zaman qayğı ilə yanaşır, institutların özlərinin fəaliyyəti zəif olduğu üçün, hər hansı bir layihə həyata keçirib maliyyə əldə edə bilmirlər. “Azərbaycanda elmə ayrılan vəsaitlə bağlı hər zaman alimlərin və bütövlükdə elmin idarə olunması həvalə edilən insanların münasibəti birmənalı olmayıb. Nəinki ölkəmizdə, hətta dünyada bu məsələlərə yanaşma təxminən eynidir. Yəni ölkənin ümumdaxili məhsulunun 2 faizə qədəri elmə ayrılmırsa, həmin ölkədə elmdən danışmaq mümkün deyil, elm həmin ölkələrdə yalnız görüntü xarakteri daşıyır. Bütövlükdə götürdükdə, bütün elm tutumlu ölkələrin, hansı ki, bu ölkələrin bilik iqtisadiyyatını qururlar, inkişafını təmin edən başlıca faktor elmdir, o ölkələrdə elmə ayrılan vəsait ümumdaxili məhsulun 2 faizindən artıq təşkil edir. ABŞ-da elmə ayrılan vəsait Azərbaycandan 30 dəfə çoxdur. Ancaq məsələ burasındadır ki, bu vəsaitin üçdə bir hissəsini dövlət qarşılayır, qalan vəsaiti isə elm, elmi müəssisələr, elmi mərkəzlərin özü qazanır. Yəni alimlər bu vəsaiti özləri cəlb edirlər. Gördüyünüz kimi, dünyanın güclü dövləti olan Amerika belə, elmin bütün xərclərini qarşılamır. Ümumiyyətlə, elmin bütün xərclərini dövlət öz üzərinə götürə bilməz. Hər zaman deyirik ki, elmə yalnız dövlət vəsait ayırmalıdır, elm xərclərini tamamilə dövlət qarşılamalıdır, lakin bu, zərərli bir tendensiyadır. Bu ziyanlı tendensiyadan uzaqlaşmaq lazımdır. Hazırda Azərbaycanda elmə ayrılan vəsaitin azlığı ilə bağlı hər zaman Milli Elmlər Akademiyası və orada çalışan alimlər narazılıq edirlər. Fikrimcə, bu gün Azərbaycanda elmə ayrılan vəsait 10 dəfə artırılsa belə, heç bir effekt əldə olunmayacaq. Çünki biz elmin keyfiyyətindən danışa bilmirik. SSRİ dövründə ölkəmizdə mövcud olan elmi məktəblərin, demək olar ki, hamısı sıradan çıxıb, o məktəblərin əsasını qoyan alimlər yoxdur. Bu alimlərin yerinə yeni nəsil gəlib” - deyə İ.Orucov qeyd etdi.     

İ.Orucovun sözlərinə görə, SSRİ dağıldıqdan sonra bütün MDB məkanında elmə münasibət dəyidi, bu sahəyə qayğının olmaması alimləri bu sahədən soyutdu və ölkəmiz də daxil olmaqla keçmiş Sovetlər Birliyindən xarici ölkələrə beyin axını baş verdi. “Bütün dünyada olduğu kimi, Azərbaycanda da elm özü pul qazanmalıdır. Mən dəfələrlə elmə rəhbərlik edən insanlarla söhbətlərimdə bu məsələni önə çəkmişəm, onlar etiraf ediblər ki, doğru deyirsiniz, bizə də elmin pul gətirməli olduğunu tapşırıblar. Bizim elmi müəssisələrə rəhbərlik edən şəxslərimizin çoxu elmin pul qazanmağını belə başa düşürlər ki, elmi müəssisəyə aid olan zalları, otaqları, binaları icarəyə verib pul qazanmalıdırlar. Lakin elmin pul qazanması, vəsait gətirməsi bu deyil. Elmin pul qazanması üçün böyük imkanlar var. Əslində, elm adamları, elm mərkəzləri öz elmi biliklərini, innovasiylarını satmaqla, innovasiyasının tətbiqi ilə pul qazanırlar və iqtisadiyyata davamlı fayda verirlər. Yeni iqtisadi modellər qururlar, yeni texnologiyalar yaradırlar. Lakin mən hələ Azərbaycanda yeni texnologiyalar yaratmış elmi müəssisə görməmişəm. Araşdırsanız da tapa bilməzsiniz, doğrudan da yoxdur” - deyə bildirən İ.Orucov hesab edir ki, bu gün Azərbaycan iqtisadiyyatında elmin payı sıfırdır. O, həmçinin, qeyd etdi ki, bu səbəbdən də bütün yeni texnologiyalar xarici ölkələrdən alınır. Bu baxımdan, elmi mərkəzlərin elmə münasibəti bu cür olmamalıdır. “Siz elmi-tədqiqat institutlarının rəhbərlərinin maşınlarının qiymətinə baxın, hərəsinin 100 min manat qiyməti olan xidməi maşını var. Onlar bir təkər ixtira edə bilmirlərsə, nə üçün belə bahalı maşınlarda gəzməlidirlər? Dövlət Azərbaycan aliminə hər zaman yüksək qiymət verib. Amma bu gün elm heç bir dividend gətirmir. Sovet dövründə elm ölkəyə böyük dividendlər gətirirdi” - deyən İ.Orucovun fikrincə, texniki elmlərdən fərqli olaraq, ədəbiyyat, dilçilik, fəlsəfə, tarix, arxeologiya və s. ideoloji elmlər xalqın təfəkkürünün formalaşmasında rol oynadığı üçün onlara vəsaitin ayrılması normaldır. O hesab edir ki, ancaq texniki, fundamental elmlər özü vəsait qazanmalıdır, onlar dünyada elmin hansı yolla pul qazanmasının üsullarını öyrənməlidirlər. “Hər dəfə büdcə müzakirə ediləndə “elmə ayrılan vəsait azdır” deyirlər. Bu məsələ ilə vaxtı uzatmaq olmaz. Dövlət elmə onsuz da dəstək göstərir, elm özü də dövlətin iqtisadiyyatına səmərə verməlidir”.

İ.Orucov onu da bildirdi ki, ölkənin neftlə bağlı elmi-tədqiqat institutları Dövlət Neft Şirkətinin sifarişi ilə müəyyən layihələr həyata keçirirlər. Azərbaycanda elm sahəsinin ancaq neftlə bağlı olmadığını vurğulayan İ.Orucovun bildirdiyinə görə, bu gün bir sıra  elmi strateji müəssisələr var ki, onlar fəaliyyətləri ilə gəlir gətirməlidirlər.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ