çərşənbə axşamı günü, 29 sentyabr 2026
     

Daxili Qoşunlara dair köhnə və yeni qanun - nələr dəyişdi və nələr təhrif edilir?.... (Təhlil)

Image


“Azərbaycan Respublikasının daxili qoşunları haqqında” yeni Qanunun qəbulundan sonra qanun ətrafında manipulyasiyalar başlayıb.

Xaricdəki bloqer və “ekspert”lərin savadsızlığı və qərəzi

Xüsusilə xaricdəki bəzi bloqerlər, özünü ekspert kimi təqdim edən bəzi şəxslər sənədi qərəzli şəkildə şərh edirlər. Onlar bildirirlər ki, yeni qanuna əsasən, bundan sonra daxili qoşunların komandanını Prezident vəzifəyə təyin edəcək və vəzifədən azad ediləcək.

Yeni qanun haqqında səslənən digər manipulyativ fikriləri bir kənara qoyaraq, təkcə bir faktı vurğulamaq kifayətdir ki, bu “ekspertlərin” savadsız və qərəzli olduqları onunla sübut olunur ki, daxili qoşunların komandanının təyin (azad) olunmasının Prezident tərəfindən həyata keçirilməsi yeni məsələ deyil. Bu səlahiyyət həmişə dövlət başçısında olub.

Bu günə qədər daxili qoşunların fəaliyyəti “Daxili qoşunların statusu haqqında” Qanunla tənzimlənirdi. Həmin Qanuna əsasən, Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali baş komandanı daxili qoşunların komandanını təyin (azad) edir.

25.12.2025-ci il tarixində təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili qoşunları haqqında” yeni qanunla əvvəlki qanun (“Daxili qoşunların statusu haqqında”) ləğv edildiyindən daxili qoşunların komandanının təyin (azad) olunması məsələsi bu günə qədər olduğu formada yeni qanuna daxil edilib. Yəni, daxili qoşunların komandanının təyini və azad edilməsi ilə bağlı hər hansı yeni norma tətbiq edilməyib, illərdir mövcud olan yanaşma əvvəlki qanun ləğv edildiyi üçün yeni qanuna və bununla əlaqədar fərmana daxil edilib.

Yeri gəlmişkən, bəzi media orqanlarında təqdim olunan xəbərlərdə də, əsasən, daxili qoşunların komandanının, habelə ali hərbi rütbələr nəzərdə tutulan vəzifələr üzrə zabitlərin bundan sonra birbaşa Prezident tərəfindən vəzifəyə təyin və vəzifədən azad ediləcəyi vurğulanıb və bu, yenilik kimi təqdim edilib. Halbuki yuxarıda qeyd edildiyi kimi, indiyə qədər qüvvədə olmuş qanunda da bu səlahiyyətlər dövlət başçısında olub, yəni, hər hansı yenilikdən söhbət getmir.

Xaricdə yaşayan bloqerlər və “ekspertlər” isə yersiz müzakirələr açaraq, yeni qanunu yanlış şərh etməklə ictimaiyyətdə çaşqınlıq yaratmaq niyyəti güdürlər.

“Artıq daxili qoşunlar birbaşa Prezidentə tabe olacaq” kimi ifadələr səsləndirən Ərəstun Oruclu və bu kateqoriyadan olan şəxslər məsələni hüquqi kontekstdən çıxarır, qərəzli informasiya yayır, yanlış fikir formalaşdırmağa cəhd edirlər.

Daxili qoşunlar Vətən müharibəsində

Onların bu istiqamətdə daxili qoşunları hədəfə alması isə heç bir ölçüyə sığmır.

Halbuki Daxili Qoşunlar şərəfli yol keçib.

Azərbaycanın təhlükəsizlik sistemində Daxili Qoşunların xüsusi yeri var. Silahlı münaqişələr və fövqəladə hallar zamanı bu qurumun fəaliyyəti xüsusilə əhəmiyyət kəsb edir. Daxili Qoşunlar həm arxa cəbhədə təhlükəsizliyin qorunması, həm də strateji obyektlərin mühafizəsi, ictimai asayişin təmin olunması kimi mühüm vəzifələri icra edir. Daxili İşlər Nazirliyinin Daxili Qoşunları həm Birinci, həm də ikinci Qarabağ müharibəsində öz xidmətini yüksək peşəkarlıq və vətənpərvərliklə yerinə yetiriblər, qəhrəmanlıqla döyüşüblər.

Birinci Qarabağ müharibəsində DİN-in Daxili Qoşunlarının şəxsi heyətindən 680 nəfər şəhid olub, 5 nəfər itkin düşüb, 1178 nəfər yaralanıb. 9 nəfər Milli Qəhrəman adına layiq görülüb (8-i ölümündən sonra).

Vətən müharibəsində də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbçiləri, o cümlədən xüsusi təyinatlılar şücaət göstərib, torpaqlarımızın işğaldan azad edilməsində digər qoşun növləri ilə birlikdə misilsiz igidlik və vətənpərvərlik nümayiş etdirib.

Vətən müharibəsində DİN-in Daxili Qoşunlarının şəxsi heyətindən 66 nəfər şəhid olub, 346 nəfər yaralanıb. 4 nəfər Vətən Müharibəsi Qəhrəman adına layiq görülüb (1-i ölümündən sonra). Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəhid əməkdaşlarının bir çoxunun qəhrəmanlıqları, şücaəti qiymətləndirilərək adları əbədiləşdirilib, 24 məktəbə, 7 məhəllə və küçəyə, bir körpüyə, bir mədəniyyət evinə onların adları verilib.

Bununla yanaşı, döyüş bölgələrinə yaxın ərazilərdə təhlükəsizliyin təmin olunmasında, təxribatların qarşısının alınmasında, mühüm kommunikasiya xətlərinin qorunmasında Daxili İşlər Nazirliyinin Daxili Qoşunları mühüm rol oynayıb. Bu xidmət, ordunun ön xətdə apardığı əməliyyatların daha təhlükəsiz şəkildə həyata keçirilməsinə mühüm töhfə verib.

Ekoloji aksiyalar və ictimai nizamın təmin olunması

Şuşa şəhəri ərazisində - Xankəndi-Laçın qolu üzərində keçirilən ekoloji aksiyalar zamanı da daxili qoşunların fəaliyyəti xüsusi olaraq diqqət mərkəzində olub. Aksiyalar dövründə daxili qoşunların şəxsi heyəti həm təhlükəsizliyin təmin olunması, həm də əraziyə giriş-çıxışın mərhələli nəzarətdə saxlanılması istiqamətində sistemli tədbirlər həyata keçirib. Bu prosesdə məqsəd yalnız ictimai nizamın qorunması deyildi, eyni zamanda aksiyada iştirak edən şəxslərin təhlükəsiz, idarəolunan və stabil mühitdə öz mövqelərini ifadə edə bilmələrinə şərait yaratmaq idi.

Xüsusi qeyd olunmalıdır ki, daxili qoşunların əməkdaşları bu mərhələdə peşəkar hazırlıq, intizam, təmkin və yüksək məsuliyyət nümayiş etdiriblər. Vətəndaşlarla etik ünsiyyətə üstünlük verilməsi, qanun çərçivəsində davranış standartlarının qorunması, mümkün risklərin əvvəlcədən qiymətləndirilməsi və qabaqlayıcı tədbirlərin görülməsi aksiyaların ümumi gedişinə pozitiv təsir göstərib. Nəticədə, bölgədə təhlükəsizlik rejimi pozulmadan, ictimai-siyasi sabitlik qorunmaqla, eyni zamanda aksiyaların məqsəd və məramı çərçivəsində sivil mühit formalaşdırıldı.

Daxili qoşunların koronavirus pandemiyası zamanı apardığı xidmət də yüksək qiymətləndirilməlidir. Onlar polis əməkdaşları ilə çiyin-çiyinə vətəndaşların təhlükəsizliyinin təmin olunması, pandemiya qaydalarına riayət edilməsi, bununla da, COVİD-19 virusunun daha geniş miqyasda yayılmasının qarşısının alınması üçün əllərindən gələni etdilər.

Bu faktlar bir daha göstərir ki, daxili qoşunlar yalnız hərbi strukturu təmsil edən bir qurum deyil. Onların fəaliyyəti həm də vətəndaş yönümlü proseslərdə təhlükəsizliyin təmin olunması, dövlətçilik prinsiplərinin qorunması, ictimai asayişin möhkəmləndirilməsi və fövqəladə situasiyalarda çevik reaksiya verilməsi kimi çoxşaxəli missiyaları əhatə edir. Məhz bu funksional xüsusiyyətlər daxili qoşunların müasir dövrdə ölkənin təhlükəsizlik arxitekturasında mühüm strateji rol oynadığını təsdiqləyir.

Daxili qoşunların institusional əhəmiyyəti

Daxili qoşunların institusional əhəmiyyəti onların fəaliyyətinin hüquqi dövlət prinsiplərinə əsaslanması ilə müəyyən olunur. Bu qurumun vəzifələri yalnız təhlükəsizliklə məhdudlaşmır, həm də cəmiyyətin sabit və təhlükəsiz mühitdə yaşamasına xidmət edir. Daxili qoşunlar ictimai asayişin qorunmasında, kütləvi tədbirlər zamanı nizam-intizamın təmin edilməsində, strateji və mühüm dövlət obyektlərinin mühafizəsində əsas rol oynayır. Eyni zamanda fövqəladə hallar baş verdikdə digər strukturlarla birlikdə operativ dəstək göstərir, risklərin azaldılması və insan həyatının qorunması istiqamətində koordinasiyalı fəaliyyət göstərir.

Təhlükəsizlik mühitinə təsir göstərə bilən təxribat və digər risklərin qarşısının alınmasında da daxili qoşunların rolu mühümdür. Silahlı münaqişə dövrlərində daxili təhlükəsizliyin təmin edilməsi, sabitliyin qorunması və vətəndaşların təhlükəsizliyinin təmin olunması onların əsas funksiyalarından biridir. Bu fəaliyyət sahələrinin hər biri yüksək intizam, peşəkarlıq, hüquqi bilik və məsuliyyət tələb edir. Şəxsi heyətin hazırlıq səviyyəsi, xidmət intizamı və qanunvericiliyə riayət olunması dövlətin təhlükəsizlik arxitekturasında daxili qoşunların etibarlı institut kimi formalaşmasına şərait yaradır. Qəbul edilən yeni qanun isə idarəçilik mexanizmlərinin təkmilləşdirilməsinə, səlahiyyətlərin daha dəqiq tənzimlənməsinə və fəaliyyətin müasir tələblərə uyğunlaşdırılmasına xidmət edir. Bu, daxili qoşunların dövlətçilik sistemində mühüm dayaqlardan biri kimi mövqeyini daha da gücləndirir.

Xaricdəki manqurtlar

Təhlükəsizlik və ictimai sabitlik hər bir dövlətin dayağıdır. Bu dayağın möhkəm olmasında daxili qoşunların xidmətləri mühüm yer tutur və onların fəaliyyəti milli təhlükəsizliyin strateji komponentlərindən biri olaraq qalır.

Xaricdəki bəzi manqurtların, savadsız və qərəzli “ekspert”lərin ölkənin təhlükəsizliyinin əsas elementlərindən olan bir təsisatı etibarsızlaşdırmaq cəhdləri isə onların xislətindən irəli gəlir. Bu “ekspert”lərin əvvəlki qanunla yeni qanunu müqayisə etməyə belə savadları çatmır. Bununla belə, ictimaiyyəti yanlış yönləndirir, xalqa ağıl öyrətmək iddiasına düşürlər. Nəticədə çox vaxt olduğu kimi, yenə də fakt qarşısında gülünc vəziyyətdə qalırlar.

APA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

28.09.2026 / 15:39
Kreml Ankaranın Qara dənizdə təhlükəsizlik təklifini rədd etdi...

28.09.2026 / 15:12
Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı

28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya... - VIDEO

28.09.2026 / 14:15
Ukrayna Krasnodarda daha iki neft anbarını vurdu…

28.09.2026 / 14:03
Dövlət Agentliyinin rəhbərliyi Zəfər Parkını ziyarət ediblər

28.09.2026 / 13:51
Azərbaycan arxeologiyasına həsr edilmiş ömür yolu: Professor Arif Məmmədovun elmi və pedaqoji fəaliyyəti

28.09.2026 / 13:38
Macarıstanın Baş naziri telefon oğurlamaqda ittiham olunur – Magyarın toxunulmazlığı ləğv edildi…

28.09.2026 / 13:22
İranın Hörmüz boğazında ABŞ gəmisini vurdu, səkkiz dəniz piyadası yaralandı...

28.09.2026 / 13:07
Bakının bu küçələrində avtomobillərin hərəkətinə qadağa qoyuldu...

28.09.2026 / 12:51
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN

28.09.2026 / 12:36
Rusiyanın Kiyevə hücumları nəticəsində bir Azərbaycan vətəndaşı həlak oldu…

28.09.2026 / 12:14
Kamran Əliyev ermənilərin məhkəmə işini tarixi hadisə adlandırdı...

28.09.2026 / 11:55
Baş prokuror: "Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb"

28.09.2026 / 11:03
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi

28.09.2026 / 10:36
Prezident bir qrup prokurorluq əməkdaşını təltif etdi

28.09.2026 / 10:35
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verildi - Sərəncam

28.09.2026 / 10:24
Rusiya Ukraynanın PUA Qüvvələri komandanının başına 20 milyon dollar pul qoydu - kriminal qruplar "Magyar"ın izinə düşdü...

28.09.2026 / 10:19
Paytaxtda avtoşluq edən sürücü həbs olundu...

28.09.2026 / 09:44
Netanyahunun şəxsi təyyarə ilə gizlicə BƏƏ-yə səfər etdiyi ortaya çıxdı…

28.09.2026 / 09:20
Ruslar Kiyevdə Səudiyyə səfirinin iqamətgahını vurdu…

28.09.2026 / 09:03
Tokayev Xəzərdə həlak olan hərbçilərlə bağlı qəti tapşırıq verdi - xilasetmə jiletləri olmayıb...

28.09.2026 / 07:45
İran Hörmüzdə pilotsuz sualtı təyyarə yaxaladı - ABŞ nə təsdiq, nə təkzib etdi

28.09.2026 / 07:05
Putinin “gizli səfərbərlik” planı ortaya çıxdı - NATO ölkələri Rusiyanın mümkün hücumuna qarşı hazırlıqlara başladı

28.09.2026 / 06:38
İsrail-Türkiyə qarşıdurması geridönməz hal alır - indi də Netanyahu Ərdoğanı beynəlxalq məhkəməyə verir…

28.09.2026 / 00:40
Meloni yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident Əliyevə təşəkkür etdi

28.09.2026 / 00:02
ABŞ-la İran arasında danışıqların yeni mərhələsi başlayır - Araqçi və Uitkoff bu gün bir araya gələcək…

27.09.2026 / 23:35
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verdi...

27.09.2026 / 23:06
Rusiya Ukraynanın mobil telekommunikasiya operatorunun baş ofisini bombaladı…

27.09.2026 / 18:26
Türkiyə, Oman və BƏƏ ABŞ-ın tələbi ilə İran aviaşirkətlərinin və banklarının fəaliyyətini dayandırdı…

27.09.2026 / 17:31
Rusiyadan Türkiyəyə net mesaj – bizim razılığımız olmadan S-400-ləri sata bilməzsiniz...

27.09.2026 / 15:52
İtaliyada "uzun ətək" qalmaqalı – nazir aranı qatdı, kişi deputatlar ətək geyinib parlamentə gəldilər…

27.09.2026 / 15:19
Xəzərdə 14 hərbçinin ölümündən sonra Qazaxıstan müdafiə naziri vəzifəsindən azad edildi…

27.09.2026 / 14:55
Tehran ABŞ-ın Hörmüzün boğazının açılması ilə bağlı yekun mövqeyini gözləyir…

27.09.2026 / 13:24
Adı milyardlıq korrupsiya qalmaqalından keçən AKP sədrinin müavini istefa verdi

27.09.2026 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi - FOTO

27.09.2026 / 12:06
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə Zəfər parkını ziyarətindən görüntülər paylaşılıb - VİDEO

27.09.2026 / 12:05
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı - FOTO

27.09.2026 / 11:36
Azərbaycan 2027-ci ildə BMT Forumuna ev sahibliyi etmək niyyətini açıqladı...

27.09.2026 / 11:07
Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

27.09.2026 / 10:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar - FOTO

27.09.2026 / 09:28
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yaydı

27.09.2026 / 08:30
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - FOTO

27.09.2026 / 02:03
AKP Türkiyəsində hazırkı anti-Azərbaycan kampaniyasını kim(lər) idarə edir…

27.09.2026 / 01:35
Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yaydı

27.09.2026 / 00:05
Azərbaycanda Anım Günüdür - Vətən müharibəsinin başlanmasından 6 il ötür...

27.09.2026 / 00:03
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım etdi

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ