çərşənbə axşamı günü, 29 sentyabr 2026
     

Könüllü döyüşçü Elmin Nəcəfov - top mərmisindən şəhid oldu...

Image


Saleh Nəcəfov: “Dedi ki, hər şey yaxşı olacaq, qələbə bizimlədir”

İgidlər gedir döyüşə,
Yol ver, yol ver bu dəstəyə...
Bir himndir, bir çağırışdır
Şəhidlərin səsi çöküb
Bu nəğməyə, bu bəstəyə.
Vətən, canım sənə qurban!

Bu nəğmə neçə-neçə igid oğulun dilində ilk kəlməyə, neçə-neçə qəhrəmanlıq dastanının baş cümləsinə çevrildi. Oğullar durna qatarı kimi cərgədə durdular. Vətənin müdafiəsinə könüllü getdi oğullar, getdilər ki, qarı düşmənin ayağını birdəfəlik ana torpaqdan kəssinlər, onların izlərini silib atsınlar. 44 günlük Vətən müharibəsinə könüllü getdi Neftçala rayon Həsənabad kəndinin sakini Saleh Nəcəfovun üç oğlunun kiçiyi olan Elmin də. Həsənabad qəhrəmanlar yetişdirən bir eldir. Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılov bu qəsəbədə doğulub böyüyüb. Camal kimi igidləri çox olub Həsənabadın. Cəsur vətən oğlu Nəcəfov Elmin Saleh oğlu belə igidlərdən biridir.

Biləsuvar rayonunda yaradıcılıq ezamiyyətində olarkən Elminin atası Saleh Nəcəfovla söhbətləşdik. Nəzakət Məmmədovanın rəhbərlik etdyi Mədəniyyət Nazirliyi Xatirə Kitabı Redaksiyasının ərsəyə gətirdiyi “44 Gün-Tarixi zəfər” IV cildliyinin ııı və IV cildlərinin Biləsuvar rayonunda keçirilən təqdimatına Saleh ata da gəlmişdi.

Bildirək ki, Nəcəfov Elmin Saleh oğlu 30 yanvar 1999-cu ildə Neftçala rayonunun Həsənabad kəndində anadan olub. Atası Saleh dülgərdir. Saleh ata və Səidə ana üç oğul böyüdüb. Elmin üç qardaşın ən kiçiyi idi. 2005-ci ildə Həsənabad kənd Şəmsəddin Orucov adına orta məktəbdə təhsilə başlayıb və 2016-cı ildə həmin məktəbi bitirib.

Elmin Nəcəfov 31 yanvar 2017-ci il tarixdə Neftçala Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb. Əvvəlcə Gəncədə, sonra Qazaxda xidmət edib, baş topçu kimi qumbaraatan olub.
2018-ci il iyulun 1-də xidmətini başa vuran Elmin Nəcəfov ordudan qayıtdıqdan sonra dülgərliklə məşğul olub.

“...Cəbhəyə könüllü getdi”

Saleh ata bildirir ki, Elminsiz keçən bu beş il sözün əsl mənasında çox ağırdır, gözləri hər yerdə onu axtarır. Ata deyir ki, Elmir çox yaxşı oğul olmaqla yanaşı, həm də vətənpərvər olub. “Əsgərliyini çəkib gəldikdən sonra mənim yanımda dülgər işləyirdi. Ata-bala işləyirdik. Müharibə başlayanda cəbhəyə könüllü getdi. Bircə dəfə danışa bildik. Dedi ki, hər şey yaxşı olacaq, qələbə bizimlədir. Başqa heç nə danışmadı. Üç oğlumun sonuncusu idi Elmin. Elmin evlənməmişdi, subay idi. Evə-eşiyə can yandıran uşaq idi. Düzdür, məktəbdə yaxşı oxumasa da, amma tərbiyəsi, davranışı bir nümunə idi”.

Saleh ata bildirir ki, Elminin qəhrəmancasına şəhid olması onlara təsəllidir. “Təsəlimiz odur ki, torpaq uğrunda şəhid olub. Düzdür, itkisinə dözmək çox çətindir...”-dedi ata.

Elmin Nəcəfov Azərbaycan Silahlı Qüvvələri tərəfindən 2020-ci il sentyabrın 27-də Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi məqsədilə başlanmış İkinci Qarabağ müharibəsində iştirak edib. 29 sentyabr döyüşlərində, xüsusilə Füzuli və Cəbrayıl rayonlarının azad edilməsində könüllü iştirak edib. Müharibə dövründə taqım bölüyünə komandir təyin edilib.
Elmin Nəcəfov oktyabrın 9-da Cəbrayıl uğrunda gedən döyüşlərdə düşmən qüvvələrinin atdığı artilleriya mərmisindən şəhid olub. O, noyabrın 21-də Neftçala rayonunun Həsənabad kəndində torpağa tapşırılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi istiqamətində aparılan hərbi əməliyyatlarda iştirakına və hərbi əməliyyatlar zamanı üzərinə düşən vəzifələri şərəflə yerinə yetirdiyinə görə Nəcəfov Elmin oğlu ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
Azərbaycan Prezidenti İlham Əliyevin 24 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi istiqamətində döyüşlərdə iştirakına görə Elmin Nəcəfov ölümündən sonra “Cəbrayılın azad edilməsinə görə” medalı ilə təltif edilib.

Saleh Nəcəfovun içi nə qədər acılarla dolsa da, ürəyi qubar bağlasa da, dik durmağa çalışır. Axı o, Elmin kimi bir cəsur oğulun atasıdır...

Salam, şəhid atası,

Sən necə qürurlusan.

Dağ boyda oğlun gedib

Yenə də dik durmusan.

Ağappaq saçlarından,

Nur saçılır, nur ata.

Həmişə qürurlu ol,

Həmişə dik dur, ata.

İradə SARIYEVA
Biləsuvar-Bakı



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

28.09.2026 / 15:39
Kreml Ankaranın Qara dənizdə təhlükəsizlik təklifini rədd etdi...

28.09.2026 / 15:12
Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı

28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya... - VIDEO

28.09.2026 / 14:15
Ukrayna Krasnodarda daha iki neft anbarını vurdu…

28.09.2026 / 14:03
Dövlət Agentliyinin rəhbərliyi Zəfər Parkını ziyarət ediblər

28.09.2026 / 13:51
Azərbaycan arxeologiyasına həsr edilmiş ömür yolu: Professor Arif Məmmədovun elmi və pedaqoji fəaliyyəti

28.09.2026 / 13:38
Macarıstanın Baş naziri telefon oğurlamaqda ittiham olunur – Magyarın toxunulmazlığı ləğv edildi…

28.09.2026 / 13:22
İranın Hörmüz boğazında ABŞ gəmisini vurdu, səkkiz dəniz piyadası yaralandı...

28.09.2026 / 13:07
Bakının bu küçələrində avtomobillərin hərəkətinə qadağa qoyuldu...

28.09.2026 / 12:51
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN

28.09.2026 / 12:36
Rusiyanın Kiyevə hücumları nəticəsində bir Azərbaycan vətəndaşı həlak oldu…

28.09.2026 / 12:14
Kamran Əliyev ermənilərin məhkəmə işini tarixi hadisə adlandırdı...

28.09.2026 / 11:55
Baş prokuror: "Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb"

28.09.2026 / 11:03
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi

28.09.2026 / 10:36
Prezident bir qrup prokurorluq əməkdaşını təltif etdi

28.09.2026 / 10:35
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verildi - Sərəncam

28.09.2026 / 10:24
Rusiya Ukraynanın PUA Qüvvələri komandanının başına 20 milyon dollar pul qoydu - kriminal qruplar "Magyar"ın izinə düşdü...

28.09.2026 / 10:19
Paytaxtda avtoşluq edən sürücü həbs olundu...

28.09.2026 / 09:44
Netanyahunun şəxsi təyyarə ilə gizlicə BƏƏ-yə səfər etdiyi ortaya çıxdı…

28.09.2026 / 09:20
Ruslar Kiyevdə Səudiyyə səfirinin iqamətgahını vurdu…

28.09.2026 / 09:03
Tokayev Xəzərdə həlak olan hərbçilərlə bağlı qəti tapşırıq verdi - xilasetmə jiletləri olmayıb...

28.09.2026 / 07:45
İran Hörmüzdə pilotsuz sualtı təyyarə yaxaladı - ABŞ nə təsdiq, nə təkzib etdi

28.09.2026 / 07:05
Putinin “gizli səfərbərlik” planı ortaya çıxdı - NATO ölkələri Rusiyanın mümkün hücumuna qarşı hazırlıqlara başladı

28.09.2026 / 06:38
İsrail-Türkiyə qarşıdurması geridönməz hal alır - indi də Netanyahu Ərdoğanı beynəlxalq məhkəməyə verir…

28.09.2026 / 00:40
Meloni yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident Əliyevə təşəkkür etdi

28.09.2026 / 00:02
ABŞ-la İran arasında danışıqların yeni mərhələsi başlayır - Araqçi və Uitkoff bu gün bir araya gələcək…

27.09.2026 / 23:35
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verdi...

27.09.2026 / 23:06
Rusiya Ukraynanın mobil telekommunikasiya operatorunun baş ofisini bombaladı…

27.09.2026 / 18:26
Türkiyə, Oman və BƏƏ ABŞ-ın tələbi ilə İran aviaşirkətlərinin və banklarının fəaliyyətini dayandırdı…

27.09.2026 / 17:31
Rusiyadan Türkiyəyə net mesaj – bizim razılığımız olmadan S-400-ləri sata bilməzsiniz...

27.09.2026 / 15:52
İtaliyada "uzun ətək" qalmaqalı – nazir aranı qatdı, kişi deputatlar ətək geyinib parlamentə gəldilər…

27.09.2026 / 15:19
Xəzərdə 14 hərbçinin ölümündən sonra Qazaxıstan müdafiə naziri vəzifəsindən azad edildi…

27.09.2026 / 14:55
Tehran ABŞ-ın Hörmüzün boğazının açılması ilə bağlı yekun mövqeyini gözləyir…

27.09.2026 / 13:24
Adı milyardlıq korrupsiya qalmaqalından keçən AKP sədrinin müavini istefa verdi

27.09.2026 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi - FOTO

27.09.2026 / 12:06
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə Zəfər parkını ziyarətindən görüntülər paylaşılıb - VİDEO

27.09.2026 / 12:05
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı - FOTO

27.09.2026 / 11:36
Azərbaycan 2027-ci ildə BMT Forumuna ev sahibliyi etmək niyyətini açıqladı...

27.09.2026 / 11:07
Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

27.09.2026 / 10:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar - FOTO

27.09.2026 / 09:28
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yaydı

27.09.2026 / 08:30
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - FOTO

27.09.2026 / 02:03
AKP Türkiyəsində hazırkı anti-Azərbaycan kampaniyasını kim(lər) idarə edir…

27.09.2026 / 01:35
Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yaydı

27.09.2026 / 00:05
Azərbaycanda Anım Günüdür - Vətən müharibəsinin başlanmasından 6 il ötür...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ