çərşənbə axşamı günü, 29 sentyabr 2026
     

Daxili Qoşunların şəhid baş çavuşu - Zəfərə bir gün qalmışdı... Anar Vəlizadə...

Image


Yer üzündə elə bir qəhrəman yoxdur ki, şücaəti unudulsun, qəhrəmanların adı tarixdən-tarixə keçir, nəsillərdən nəsillərə ötürülür. Çağımızda da adı əbədiyaşarlar cərgəsində çəkilən oğullarımız çoxdur.

Onlar vətənizimin ərazi bütövlüyünün qorunması və suverenliyinin bərpası uğrunda canlarını fəda edən şəhidlərimizdir. Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu, igid döyüşçü Vəlizadə Anar Afət oğlu da qəhrəmanlığı dastanlara sığmayan oğullarımızdan biridir.

O, Farizlə Fatimənin atasıdır, o Zemfira ananın, Afət atanın ciyərparəsidir, həyat yoldaşının ürəyinin parçasıdır.

Beş ildir ki, Zemfira ananın gözləri yollarda qalıb, Fariz və Fatimə ata həsrəti çəkir.

Şəhid balaları bir ayrı cür olur, ürəyi kövrək, gözləri nəmli, bir az boynu bükü, bir az da küskün.

Ağlama şəhid balası,

Göz yaşından dərya dolar...

Ağlama şəhid balası,

Hicran gülər, sevinc solar.

Heç bir söz, heç bir təsəlli ovuda bilməz onları. Fatimə atasının üzünü heç görməyib, Fariz isə atasını dumanlı xatırlayır. Atası ilə arasında sanki bulanlıq bir şüşə var...Şəkillərdən saxlayıblar atalarını yadlarında.

Şəhid Anar Vəlizadənin anası Zemfira Vəliyeva ilə Biləsuvarda yaradıcılıq ezamiyyətində olarkən görüşüb dərdləşdik. O da Nəzakət Məmmədovanın rəhbərlik etdiyi Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının ərsəyə gətirdiyi “44 Gün-Tarixi zəfər” IV cildliyinin III və IV cildlərinin Biləsuvar rayonunda keçirilən təqdimat mərasiminə qatılmışdı.

Zemfira ana bildirir ki, oğlu həqiqi hərbi xidmətdən sonra könüllü olaraq Daxili Qoşunlarda xidmət edib, 2020-ci ilin 27 sentyabrında Vətən müharibəsi başlayan kimi Anar da döyüşlərə qatılıb.

“Noyabrın 9-da Şuşada şəhid olub. Anar ailəli idi. İki övladı yadigar qalıb.

Anar müharibədə olanda oktyabrın 7-də qızı dünyaya gəldi. Telefonla zəng edərək, üzünü görmədiyi qızının adını Fatimə qoymağımızı istədi. Onunla son danışığım oktyabrın 29-da olmuşdu. Gecə, təxminən saat 11-12 arası olardı. Anar mənə “ailəmi sənə tapşırıram, sənə arxayınam, mənim sənin kimi mehriban və qayğıkeş anam var”-dedi.

Ana deyir ki, Anar qızı dünyaya gələndə yaralı olmasına baxmayaraq döyüşü davam etdirib. “Vətən müharibəsi zamanı Anar iki dəfə - oktyabrın 4-də Cəbrayıl istiqamətindəki döyüşdə qumbaraatan mərmisinin yaxınlığına düşməsi nəticəsində barotravma (kontuziya), ayın 10-da isə Füzuli rayonunun Qarakollu kəndində düşmənin qurduğu pusquda mövqelərimizə atılan əl qumbarasının partlaması səbəbindən kürəyindən üç qəlpə yarası almışdı. Bütün bunlara baxmayaraq, o, cəbhə bölgəsində olan həkimlərə özünü çox yaxşı hiss etdiyini və sağlamlığı ilə bağlı hər hansı bir probleminin olmadığını deyərək, tibb işçilərinin təkidli tələblərinə rəğmən, müalicə almaq üçün qospitala getməkdən imtina edərək yenidən döyüşlərə qatılmışdı”.

Zemfira ana deyir ki, mən oğlumla fəxr edirəm, o, torpaqlarımızın azadlığı uğrunda canını fəda edib.

Ana deyir ki, oğlu evdə iki övladının və həyat yoldaşının onu gözləməsinə baxmayaraq son damla qanına qədər vuruşub.

Qeyd edək ki, Anar Afət oğlu Vəlizadə 3 iyul 1994-cü ildə Salyan rayonunun Cəngən kəndində dünyaya gəlib.

Həqiqi hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. Atası Afət Vəliyevin sözlərinə görə, Anar Vətən müharibəsinin ilk günlərindən xüsusi təyinatlıların qrupunda Qarabağa yollanıb. Cəbrayıl, Füzuli və Şuşa uğrunda gedən döyüşlərdə iştirak edib. Bir neçə dəfə yaralanmasına baxmayaraq, geri çəkilməyib, torpaqlarımızın azad edilməsi uğrunda döyüşünü davam etdirib.

Şəhidin atası Afət Vəliyev də oğlu haqda bunları dedi: “Oktyabrın 7-də yaralandı. Kürək nahiyəsinə 3 dənə qəlpə girmişdi. İkisini çıxarmışdılar, biri qalmışdı. Özü deməmişdi, 16 oktyabrda xəbər tutdum getdim hospitala, söhbət elədim. Elə axırıncı dəfə onda, oktyabrın 16-da gördüm. Sol qolu tərpənmirdi. Dedim, nəyə ehtiyacın var? Dedi, ata, heç nəyə ehtiyacım yoxdur, ancaq torpaq və döyüş yoldaşlarımdan ötrü darıxıram. Dedim, sağal, sonra gedərsən. Geri döndüm, eşitdim ki, 3 gün sonra yaralı halda gedib cəbhənin Füzuli istiqamətinə. Müharibə şəraiti olduğuna görə çox əlaqə də saxlamaq olmurdu. İkinci dəfə Qubadlı istiqamətində ayağından güllə yarası alaraq yaralanmışdı. Hadrutda ona yardım göstərilmişdi. Sonra Şuşa uğrunda döyüşlərə qatıldı. Şuşada şəhid oldu ayın 9-u günü. Birinci Qarabağ müharibəsinin iştirakçısı olan əmisinə həmişə deyirdi ki, torpağı mən alacam, sübut edəcəm ki, torpaq bizimdir”.

Zemfira xanım danışır: “Dedi, ana, müharibə başladı, biz gedirik, övladlarımı sənə əmanət edib gedirəm. Balalarımdan, ailəmdən muğayat ol. Deyirdim, yaralısan, olmaz ki, qayıdasan? Dedi, nə danışırsan, orda elə qardaşlar şəhid olub ki, mən onları qoyub geri qayıda bilmərəm. İkinci dəfə yaralananda dostu mənə zəng etdi, dedi, ana, narahat olma, Anar yaralanıb. 29 oktyabrda zəng elədi, dedi, ana yaxşıyam. Dedim, axı səni həkim xəstəxanaya yazıb, dedi, yox yaxşıyam. İnternetdə gördüm ki, onun haqqında bir həkim danışır və deyir belə igid oğul görməmişəm. O, döyüş bölgəsindən neçə yaralı çıxarıb. Axırda da Şuşadakı şücaətlərindən danışaraq deyirdilər ki, siz onun Şuşada necə döyüşdüyünü görəydiniz. Şuşada sol qolundan yaralanmışdı, tək qolu ilə döyüşə girmişdi. Elə də dəfn etdik - sol qolu yanmış halda. Allah bütün şəhid balalara rəhmət eləsin!”

Qeyd edək ki, baş çavuş Anar Vəlizadə 2020-ci il 9 noyabrda Şuşa şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub və noyabrın 12-də doğulduğu kənddə torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Anar Vəlizadə ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

“Balalarım, ailəm sizə əmanətdir” deyib balası Zemfira xanıma. Canı qədər sevdiyi Farizini, üzünü yalnız şəkillərdə gördüyü bircə qızı Fatiməni ailəsinə əmanət edib Anar Vəlizadə. Ana deyir ki, Anarın ailəsinə göz bəbəyi kimi baxırlar, balalarının oğlunun arzuladığı kimi böyümələri üçün əllərindən gələni edirlər. Onlar cəsur bir oğulun, qəhrəman bir əsgərin yadigarlarıdır. 26 yaşı vardı Anarın şəhid olanda. Ananın təsəllisi balasından yadigar qalan Fariz və Fatimədir. Onların gözlərinə baxanda dərd-qəmi bir az səngiyir, acazıq da olsa rahatlıq tapır. Şəhid balasının qoxusunu bu bir cüt fidan baladan alır.

“Ölüm Allah əmridir, ayrılıq işgəncədir” deyir ana. Bu ayrılıqdan nə qədər işgəncə, ağrı çəksə də, yaşamaq istəyir, ona görə ki, Fariz və Fatiməni qollu-budaqlı böyüdüb ərsəyə çatdıra bilsin, bir də Anar Vəlizadənin boynu bükük, qəlbi yaralı həyat yoldaşına arxa-dayaq olmaq üçün...

Sən gedəli günəş gülmür,

Yellər əsir acı-acı.

Qara torpaq aldı səni

Ağ buludlar çəkir sancı...

Qəhrəmansan, igid balam,

Şəhid oldun, torpağınsan...

Anan baxır yollarına

Ürəyimdə qəm dağımsan.

Bir gün gəlsən sevinərəm

Güllər açar ev-eşiyim.

Tabutuna layla dedim,

Yırğalandı qəm beşiyim...

Zemfira ananın və Afət atanın bala soraqlı xatirələri, söz-sovları, ayrılıqdan çəkdikləri əzablar, bütün bunların içində isə qürur hissi yaşamalarını gördük. Fəxr edirlər ki, Anar vətən uğrunda şəhid olub. Dillərində ancaq bir söz var – Vətən sağ olsun!

İradə SARIYEVA
Biləsuvar-Bakı



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

28.09.2026 / 15:39
Kreml Ankaranın Qara dənizdə təhlükəsizlik təklifini rədd etdi...

28.09.2026 / 15:12
Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı

28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya... - VIDEO

28.09.2026 / 14:15
Ukrayna Krasnodarda daha iki neft anbarını vurdu…

28.09.2026 / 14:03
Dövlət Agentliyinin rəhbərliyi Zəfər Parkını ziyarət ediblər

28.09.2026 / 13:51
Azərbaycan arxeologiyasına həsr edilmiş ömür yolu: Professor Arif Məmmədovun elmi və pedaqoji fəaliyyəti

28.09.2026 / 13:38
Macarıstanın Baş naziri telefon oğurlamaqda ittiham olunur – Magyarın toxunulmazlığı ləğv edildi…

28.09.2026 / 13:22
İranın Hörmüz boğazında ABŞ gəmisini vurdu, səkkiz dəniz piyadası yaralandı...

28.09.2026 / 13:07
Bakının bu küçələrində avtomobillərin hərəkətinə qadağa qoyuldu...

28.09.2026 / 12:51
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN

28.09.2026 / 12:36
Rusiyanın Kiyevə hücumları nəticəsində bir Azərbaycan vətəndaşı həlak oldu…

28.09.2026 / 12:14
Kamran Əliyev ermənilərin məhkəmə işini tarixi hadisə adlandırdı...

28.09.2026 / 11:55
Baş prokuror: "Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb"

28.09.2026 / 11:03
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi

28.09.2026 / 10:36
Prezident bir qrup prokurorluq əməkdaşını təltif etdi

28.09.2026 / 10:35
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verildi - Sərəncam

28.09.2026 / 10:24
Rusiya Ukraynanın PUA Qüvvələri komandanının başına 20 milyon dollar pul qoydu - kriminal qruplar "Magyar"ın izinə düşdü...

28.09.2026 / 10:19
Paytaxtda avtoşluq edən sürücü həbs olundu...

28.09.2026 / 09:44
Netanyahunun şəxsi təyyarə ilə gizlicə BƏƏ-yə səfər etdiyi ortaya çıxdı…

28.09.2026 / 09:20
Ruslar Kiyevdə Səudiyyə səfirinin iqamətgahını vurdu…

28.09.2026 / 09:03
Tokayev Xəzərdə həlak olan hərbçilərlə bağlı qəti tapşırıq verdi - xilasetmə jiletləri olmayıb...

28.09.2026 / 07:45
İran Hörmüzdə pilotsuz sualtı təyyarə yaxaladı - ABŞ nə təsdiq, nə təkzib etdi

28.09.2026 / 07:05
Putinin “gizli səfərbərlik” planı ortaya çıxdı - NATO ölkələri Rusiyanın mümkün hücumuna qarşı hazırlıqlara başladı

28.09.2026 / 06:38
İsrail-Türkiyə qarşıdurması geridönməz hal alır - indi də Netanyahu Ərdoğanı beynəlxalq məhkəməyə verir…

28.09.2026 / 00:40
Meloni yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident Əliyevə təşəkkür etdi

28.09.2026 / 00:02
ABŞ-la İran arasında danışıqların yeni mərhələsi başlayır - Araqçi və Uitkoff bu gün bir araya gələcək…

27.09.2026 / 23:35
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verdi...

27.09.2026 / 23:06
Rusiya Ukraynanın mobil telekommunikasiya operatorunun baş ofisini bombaladı…

27.09.2026 / 18:26
Türkiyə, Oman və BƏƏ ABŞ-ın tələbi ilə İran aviaşirkətlərinin və banklarının fəaliyyətini dayandırdı…

27.09.2026 / 17:31
Rusiyadan Türkiyəyə net mesaj – bizim razılığımız olmadan S-400-ləri sata bilməzsiniz...

27.09.2026 / 15:52
İtaliyada "uzun ətək" qalmaqalı – nazir aranı qatdı, kişi deputatlar ətək geyinib parlamentə gəldilər…

27.09.2026 / 15:19
Xəzərdə 14 hərbçinin ölümündən sonra Qazaxıstan müdafiə naziri vəzifəsindən azad edildi…

27.09.2026 / 14:55
Tehran ABŞ-ın Hörmüzün boğazının açılması ilə bağlı yekun mövqeyini gözləyir…

27.09.2026 / 13:24
Adı milyardlıq korrupsiya qalmaqalından keçən AKP sədrinin müavini istefa verdi

27.09.2026 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi - FOTO

27.09.2026 / 12:06
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə Zəfər parkını ziyarətindən görüntülər paylaşılıb - VİDEO

27.09.2026 / 12:05
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı - FOTO

27.09.2026 / 11:36
Azərbaycan 2027-ci ildə BMT Forumuna ev sahibliyi etmək niyyətini açıqladı...

27.09.2026 / 11:07
Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

27.09.2026 / 10:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar - FOTO

27.09.2026 / 09:28
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yaydı

27.09.2026 / 08:30
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - FOTO

27.09.2026 / 02:03
AKP Türkiyəsində hazırkı anti-Azərbaycan kampaniyasını kim(lər) idarə edir…

27.09.2026 / 01:35
Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yaydı

27.09.2026 / 00:05
Azərbaycanda Anım Günüdür - Vətən müharibəsinin başlanmasından 6 il ötür...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ