Dekabrın 22-də respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Xocalı rayonunun Badara, Daşbulaq, Ağdərınin Kolatağ, Vəngli və Həsənriz kəndlərinə çatıb.
Bu gün Xocalının Badara kəndinə 66 nəfər (15 ailə), Daşbulaq kəndinə 11 nəfər (4 ailə), Ağdərənin Həsənriz kəndinə 54 nəfər (10 ailə), Vəngli kəndinə 14 nəfər (6 ailə), Kolatağ kəndinə isə 31 nəfər (7 ailə) qayıdıb.
Bu münasibətlə keçirilən mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Sakinlər doğma yurdlarında qarşılandıqdan sonra Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktorunun müavini Mahmud Əfəndiyev onlara evlərinin açarlarını təqdim edib.
ZÜMRÜD