Bu gün paytaxtın Xətai rayonunda qaz təchizatı dayandırılacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb. "Xətai rayonunda yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması məqsədilə 22.12.2025-ci il tarixdə saat 10:00-dan etibarən bəzi küçələrin qaz təchizatı müvəqqəti dayandırılacaq", - deyə məlumatda qeyd olunub.
Mətləb