şənbə günü, 08 avqust 2026
     

Cəza ədalətin təzahürüdür

Image


“Cəza, insanı islah etmirsə,o artıq ədalətin bərpası deyil.”
İngilis filosofu və həkimiCon Lokk

Azərbaycanın dövlət müstəqilliyinin,xalqın süverenliyinin,ərazi bütövlüyünün və Konstitusiyanın ali hüquqi qüvvəsinin ölkənin bütün ərazisində tam bərpası əsrin ZƏFƏR səlnaməsidir.Bu tarixi qələbənin əzəmət və miqyasına,humanizm və mərhəmət ənənələrinə sadiq qalmaqla Prezident İlham Əliyev Amnistiya aktının elan edilməsi təşəbbüsünü irəli sürüb.Cəzadan azad olunacaq şəxslərin islah olunmasına və qanunlara,ictimai qaydalaraəməl edəcəklərinə,habelə dövlətimizin inkişafına töhfə verə biləcəklərinə əminlik Konstitusiya və süverenlik ilinin son günlərində belə bir aktın qəbul edilməsini şərtləndirdi.

Amnistiya yunan sözü-amnestia olub,”unutmaq”,”bağışlamaq” mənasını verir.Amnistiya cinayət törətmiş şəxslər barəsində dövlətin iradəsi ilə həyata keçirilən humanist tədbirdir.Ölkədə iqtisadi,sosial sahədə əldə olunan əks-səda doğuran nailiyyətlər,beynəlxalq aləmdə tarixi əhımiyyət kəsb edən əlamətdar hadisələrlə dövlətin ali nümayəndəli orqanı və ya dövlət başçısı tərəfindən qəbul olunur.Bir növ dövlət öz vətəndaşının ictimai təhlükəli əməlini-cinayətini unudur.(məhkumun əməlindən əzab çəkdiyinə,peşiman olduğuna və gələcəkdə ictimai münasibətlərə zidd davranmayacağına inam ərsəyə gəlir)

Amnistiya aktının ümumlikdə 20 mindən çox şəxsə şamil olunacağı gözlənilir.5 mindən çox məhkum həyatını yaşayan şəxsin azadlıqdan məhrumetmə cəzasından azad olunacağı,3 mindən çox şəxsin cəzasının azaldılacağı,7 mindən çox məhkumun azadlığın məhdudlaşdırılması cəzasından,4 minə yaxın məhkumun azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan azad ediləcəyi gözlənilir.

Amnistiya aktının qəbulu ölkədə kriminogen duruma təsir edə bilərmi?Bu sualın cavabı bir sıra hüquqi ,sosial və institusional amillərdən asılıdır.

İlk növbədə bu amilləri aşağıdakı qaydada sıralamaq olar; Reabilitasiya və sosial adaptasiya mexanizmlərinin (işsizlik,yaşayış yeri problemi,sosial nəzarətin olmaması və s.) zəifliyi;

Post- Penitensiar nəzarətinin (probasiya,sosial müşahidə) yetərsizliyi;

Kriminal submədəniyyət(Böyüklər üçün mədəniyyət,gənclik mədəniyyəti,həyat tərzləri,idman submədəniyyətləri,musiqi submədəniyyətləri və s.)əlaqələrinin bərpası,davam etməsi və s.hallarda təkrar cinayətlər baş verə bilər.Amnistiya və əfv aktının tətbiqinin hüquqi əhəmiyyəti Penitensiar düşərgələrinin məhkumlarla yüklənməsinin azalması,resursların daha təhlükəli,islah olunmayan,residiv cinayətkarlara yönəldilməsi ilə bağlıdır.İndiki halda Hüquq-mühafizə orqanlarının profilaktik fəaliyyəti,ailə icma və əmək bazarına inteqrasiya imkanları da gücləndirilməlidir!

Məs:Avropa ölkələrində-Almaniyada klassik”Kütləvi amnistiya”aktı nadir hallarda tətbiq edilir.Daha çox şərti azad etmə,cəzanın yüngülləşdirilməsi və probasiya xidmətinə -mexanizmlərinə üstünlük verilir.Tədqiqatlar göstərir ki, güclü probasiya nəzarəti altında azadlığa buraxılan şəxslər arasında residiv göstəricisi az olur.

Fransada Milli bayramlar və siyasi əlamətdar günlər münasibətilə amnistiya tətbiq edilir.

Skandinaviya modeli:(Norveç,İsveç,Finlandiy)Bu ölkələrdə cəzadan azadetmə deyil,reinteqrasiya siyasətinin davamı kimi qəbul edilir.Norveç residivin səviyyəsinə görə dünyada ən aşağı yerdə-20-25%-dir.Sosial dövlət modeli bu ölkədə kriminogen riski minimuma endirir.

Qardaş ölkə-Türkiyədə bir neçə dəfə genişmiqyaslı amnistiya qəbul edilib.Bəzi regionlarda təkrar cinayətlərin riski yüksəlib.

ABŞ təcrübəsi:Bu ölkədə Amnistiya əvəzinə”Risk əsaslı yanaşma” mövcuddur:Zorakı cinayətlər istisnalıq təşkil edir,dövlət xüsusilə ağır cinayətlərin sübyektlərini unutmur.

Narkotik və iqtisadi cinayətlər prioritet təşkil edir.

BMT və Avropa Şurası isə Amnistiyanın İnsan hüquqları,Humanizm və Cəzaların fərdiləşdirilməsi prinsiplərinə əsaslandırılmasının tərəfdarıdır.Bu mənada sosial,yəni Amnistiya+probasiya+sosial dəstək=kriminogen durumun minimuma endirilməsi.

Sosial ədalətin bərpası məqsədilə cəza,yalnızməhkəmənin hökmü ilə təyin edilən dövlətin cinayət hüquqi xarakterli məcburiyyət tədbiri kimi cinayət törətməkdə təqsirli sayılan şəxslərə tətbiq edilir.Bir az da obrazlı ifadə etsəm,cəzanın tətbiqi ilə təqsirkara məhrumiyyətlər yaradılır,onun hüquq və azadlıqlarını məhdudlaşdırmaqla fəlsəfi bir anlama eyham vurulur,ətraf üçün baş verə biləcək təkrar cinayətlərin qarşısını almağa, məhkumların islah olunmasına istiqamətlənən və hamıya”Dur!”-deyəcək bir işarədir.

Cəzanın tətbiqi fəlsəfi baxımdan cəzanın mahiyyətini,məzmununu və formasını xarakterizə edənəlamətlərini,cəzanın məqsədinin qaçılmaz olduğunu,habelə ictimai təhlükəli əməlin dərəcəsinə uyğunluğunu özündə əks etdirir. Digər xarakterik cəhət ondan ibarətdir ki, cəzanınümumi xəbərdarlığı həm təqsirkara və onun ətrafına,həm də, baş verə biləcək təkrar ictimai təhlükəli halların qarşısını almağa yönəlir.

İlk növbədə cəzanı xarakterizə edən əlamətlərə diqqət yetirək:

-Cəza,dövlətin törədilən ictimai təhlükəli əməllərə görə”qisas”almaq reaksiyasıdır (sair hüquqpozmalara tətbiq edilmir).

– Cəza yalnız Azərbaycan Respublikası CM ilə,təhdid altında qadağan edilən və cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu,təqsirli olaraq törədildiyi ictimai təhlükəli əməllərə görə tətbiq edilir;

– Cəza cinayət hüququ məsuliyyətin subyekti olan (müəyyən yaş həddinə çatan) anlaqlı fiziki şəxslərə tətbiq edilir;

– Cəza əməlin dərəcəsinə uyğun, yalnız məhkəmənin hökmü ilə təqsirkara təyin edilir;

– Cəza dövlətin adından qəbul edilir və məhkumluq yaradır;

– Cəzanın hüquqpozmalardan fərqli cəhəti təqsirkar üçünəhəmiyyət kəsb edən müəyyən hüquq və azadlıqlardanməhrum olması,bu,bəşəri dəyərlərin məhdudlaşdırılması ilə bağlıdır.

Digər hal cəzanın məzmununu xarakterizə edən əlamətlərdir. Yəni,cəzanın dövlətin adından, cinayət hüquqi xarakterli məcburiyyət tədbiri kimi təyin edilməsində məqsəd bəzi məhdudiyyətlərin tətbiqi ilə diqqət çəkir.

Cəzanın formasını xarakterizə edən əlamətlər isəCM-nin müvafiq maddələri ilə,təqsirkarın işkəncələrə, qeyri insani və amansız rəftara və yaxud, ləyaqəti alçaldan hərəkətlərə məruz qalmamasını nəzərdə tutur.

Bir qayda olaraq cəzanın məqsədi, onun tətbiqindən gözlənilən və hamı üçün ideal ifadə təzahürünün realizə olunmasından ibarətdir, –deyə bilərik.

Sosial ədalətin bərpası cəzanın törədilən cinayətə uygun olması ilə təsdiqini tapır.

Cəzanın fəlsəfi mənası ədalət,nizam və humanizmin vəhdəti üzərində qurulur.Ədalət pozulduqda cəza onu bərpa etməklə,nizam pozulan əxlaqi tarazlığı,milli,mənəvi dəyərləri qoruyur,sabitliyi geri qaytarır.İnsan əndazəsini aşdığı zaman cəza onu doğru yola(İslam dininə görə SİRATƏL MÜSTƏQİM-Sirat körpüsü-doğru yol) qaytarır.Müasir hüquq sistemi cəzanın əsas hədəflərindən biri kimi təqsirləndirilən şəxsi islah edib yenidən cəmiyyətə qaytarmaqdır.İnsan dəyişə bildiyindən müasir hüquq sistemi bu dəyişimi təşviq etməyi də bacarmalıdır.Yəni cinayət törədəni cəmiyyət üçün düşmənə çevirmək yox,onu doğru yola yönəltmək üçün tətbiq olunmalıdır.Cəza həm də,təkrar ictimai təhlükəli əməllərin qarşısını almaq üçün sosial müdafiə mexanizmidir.

Əməlin subyektinə qarşı cəzanın və ya cinayət hüququ xarakterli tədbirin tətbiqi ədalətli olmalı, ictimai təhlükəli əməlin dərəcəsinə və xarakterinə, təqsirkarın şəxsiyyətinə və əməlin törədilmə şəraitinə müvafiq olmalıdır. Sosial ədalətin bərpası həm də,o deməkdir ki,dəymiş zərərin müxtəlif növləri kompensasiya olunur, zərər ödənilir.Bu əlamət,cəzanın cinayətkarın sosial statusuna uyğun tətbiqidir. Cəza elə həddə olmalı və təasirkardan-dövlət ona mənsub olan vətəndaşından əməlinə görə elə səviyyədə”qisas” almalıdır ki,zərərçəkən vətəndaşlar üçün təkrar qisas almağa dəhliz açılmasın.

Məhkumun islah olunması: islah etmək məhkumda insana hörmətin, cəmiyyətə, əməyə,ictimai normalara, hüquq və birgəyaşayış qaydalarına qeyri etik davrananlara qarşı xüsusi xəbərdarlığın formalaşdırılması ilə əhəmiyyət kəsb edir. Cəzanın tətbiqi ilə məhkuma hüquqi və qeyri hüquqi vasitələrlə təsir edilir, məhkum törətdiyi əmələ görədaxili iztiraba məruz qalır və hər gün peşmançılıq çəkməyə vadar olunur. İslah olunmanın ilk və deyərdim ki,ən mühüm üsulu cinayətkarın öz günahını anlamasındanibarətdir.Bu baş vermirsə deməli, cəzanın məqsədinə dair bütün hərəkətlər boş yerə sərf edilib,havaya atılan daş kimi hara atıldığı bilinsə də,hara düşdüyüni bilmək çətindir.

Cəza həm də, yeni (törədiləcək) cinayətlərin qarşısını almaq məqsədilə xəbərdarlıq vasitəsidir.

Cəzanın bu əlaməti qeyri müəyyən şəxslərin dairəsi və ətraf üçün onların şüuruna və düşüncələrinə təsir edəcək “cinayət varsa,cəza da olmalıdır” hədənin – vahimənin bir alətə və vasitəyə çevrilməsini özündə əks etdirir..

Cəza məzmununun xarakterinə görətənzimlənməyən sosial davranışlara görə təqsirkarafiziki, maddi və mənəvi ziyanın yetirilməsi gücünü özündə saxlayır.Bu mənada,cəzanın əsas cəhətlərindən birionun labüdlüyü və məcburi tətbiqidir.Amma bəzən,davranışın özünü tənzimləmə təcrübəsinə də rast gəlinir.Yəni,şəxs vicdanı və həyası qarşısında əzab çəkərək özünə qarşı “cəza” tətbiq edir,hərəkətinə görəsarsılır,peşimanlıq çəkir…

Cəzanın tətbiqi ona görə məcburi və qaçılmazdır ki,əxlaqında və davranışında problemi olan fərd, digər tərəfin hüquqlarına, ictimai münasibətlərə zidd davranmasın, sosial-fəlsəfi,əxlaq və etik baxımdan ictimai şüurun qəbul etmədiyi anormal hərəkətlərə bir daha yol verməsin və s…

Tarixən cəzanın törədilən əməlin subyektlərinə qarşı tətbiqinə həmişə “bəraət” qazandırılıb, təqdir olunub.Müasir normativ nəzəriyyələrdə də,cəzanın məqsədiçətin əldə edilən bəşəri bir dəyərin- ədalətin bərpası kimi xatırlanır, sosial ədalət, yalnız ədalətli cəzanın tətbiqindən sonra bərpa olunur. Yuxarıda qeyd etdiyim kimi, məhkumun günahını anlayacağı təqdirdə sosial ədalət bərpa oluna bilər.Qədim Yunan filosofu Siseronu təbirincə desək,Cəzanın məqsədi keçmişi cəzalandırmaq yox,gələcəyi qorumaqdır,ədalət və islah üçün tətbiq edilməlidir.Cəza vahiməsi ilə hamıya düzgün yol göstərmək üçün labüddür!Yenə antik cəmiyyətin filosoflarının külliyyatına istinad etsəm,cəzanın labüdlüyü fərdin məsuliyyət hissini gücləndirmək və cəmiyyətdə əxlaqi,milli mənəvi dəyərləri qorumaqdır.

Eyni zamanda zərəçəkənlərin–qurbanların da hüquq və azdalıqlarının ədalətlə təmini,mühafizəsi və dəymiş fiziki, maddi və mənəvi ziyanın kompensasiyanın sözsüz ödənilməsi prioritet təşkil edir. Neqativ, deviant davranışı olan şəxslərin islah olunması cəzanın sonrakı məqsədi kimi qəbul edilir. Cəzanın tətbiqi ilə təqsirkarın, şəxsiyyətin oriyentasiyasında dəyişiklik etmək mümkün olarsa,məhkumda qanunlara,hüquq qaydalarına və ətrafın hüquq və azadlıqlarına hörmət ruhunda davranılması aşılanarsa (ən azı təkrar əməlinə görə cəzanın tətbiqindən ehtiyatlanırsa, həyacan keçirirsə) deməli, cəzanın islah olunmağa təsiri olmuşdur. Sonrakı məqsəd törədiləcək yeni,ictimai münasibətlərə zidd əməllərin qarşısını almaqla xəbərdarlığı nəzərdə tutulur. Bir növ, məhkuma və digər sosial qruplara cəzanın “Vahiməli barmağının” silkələnib “dur” deməsidir.

Cəzanın məqsədi məzmununa görə fərqli olsa da,bir-birilərinin ayrılmaz tərkib hissələrdir. Qənaətimə görəcəzadan çəkindirmə və yaxud, ona hörmətin aşılanması üçün cinayətlərin qəsdən törədilən ağır və xüsusilə ağır növlərinə görə sərtləşdirilməsinə ehtiyac var.Kimin nə deyəcəyindən asılı olmayaraq cəzanın sərtliyi insana məhəbbətin təzahürüdür.İnsanın sərtliyi isə onun amansızlığından və emprik düşüncəyə malik olmasından yaranır.Bunları eyniləşdirmək olmaz.Cəza sərtliyi ilə insanı təkrar bədxahlıqdan saxlamaqla ona məhəbbətini ifadə edir…və s.Ağacın bar verməsi və inkişafı üçün yağışa və günəşə nə dərəcədə ehtiyac varsa, cəmiyyətin də təhlükəsizliyinin təmini,hüquq və azadlıqlarının mühafizəsi üçün cəzanın sərtləşdirilməsi qaçılmazdır. Cəzaların humanistləşdirilməsi ilə bağlı atılan hüquqi islahatlar cinayətkarlığa meyilli fərdlərin ictimai münasibətlərə zidd hərəkətlərinin, statistikada qəsdən törədilən cinayətlərin sayının artması ehtimal edilir.Əvvəlki CM-də cazaların növləri sırasında “azadlığın məhdudlaşdırılması”növü var idi. Sonra,hüquqi islahatların davamı kimi məcəllədən çıxarıldı.Elə bir vəziyyət yarandı ki,dövlət qulluğuna gələn hüquqşünas namizədlərə cəzanın növləri ilə bağlı sual verildikdə, bu cəza növünü də sadalayır,məcəllədən çıxarılmasından xəbərləri olmurdu.Məcəlləyə yenidən bu cəza növünün salınması(və yaxud çıxarılması) hansı zərurətdən yaranması bəlli deyil və “azadlığın məhdudlaşdırılması”nın tətbiqi proseduru barədə ictimaiyyətə qanunun yaradıcı ekspertləri tərəfindən heç bir məlumat və şərh verilməmişdir.

XXI əsrin astanasında vətəndaşların məlumat almaq imkanı daha genişdir, başqasının hüquq və azadlıqlarına, qüvvədə olan qanunların tələblərinə hörmət etmək üçün təkmil, əhatəli normativ baza vardır. Belə olan halda cəmiyyətin azad inkişafına mane olan deviant davranışların subyektlərinə qarşı“başqalarına dərs olsun”- deyə başqa cür davranmaq lazım gəlir.

Son illərdə bir sıra ölkələrdə cəzanın sərtləşməsi tendensiyasına artıq rast gəlinir, daha çox vətəndaşların həyat və sağlamlıqlarına yönələn qəsdlərə görə azadlıqdan məhrum etmənin müddəti artır, ömürlük həbs cəzası tətbiq edilir. Bu onunla sərtlənir ki, əvvəllər, sovet dönəmindədövlətin marağına daha çox önəm verilirdisə, müasir cəmiyyətimizdə insan kapitalı,vətəndaşların həyat və sağlamlıqları, dövlətin ali məqsədi kimi qabarılan insan və vətəndaş hüquq və azadlıqlarının təmini, habelə onların rifah halının yaxşılaşdırılması əsas götürüldüyündən cəzanın sərtləşdirilməsini gerçəkləşdirir.

Azərbaycan Respublikasının Mili Məclisində müstəsna cəza növünün tətbiqinə artıq təkliflər səslənir.

Cəza fəlsəfi mənada da sanksiyadır, qanunun və qaydanın pozulması halları zamanı tətbiq edilir, müəyyən imkanların məhdudlaşdırılması və təqsirkarın sosial statusunu “aşağılamaq”məqsədini daşıyır.Cəza həmçinin əxlaqi,fəlsəfi və hüquqi kateqoriyadır.Yetər ki,təqsirkar əməlinə görə“qazandıqlarının bəhrəsini”anlasın.Bu çox vacibdir və təqsirkarın sağlam fərd kimi cəmiyyətəinteqrasiyasına sövq edir.

Qədim filosofların cəza haqqında üç əsas ideyaları diqqət çəkir:

1)Cəza cinayətlərin xəbərdarlığına(profilaktikasına)istiqamətlənməlidir;

2)Cəza lazımi həddə ətraf üçün tərbiyə etmək təsirini bağışlamalıdır;

3)Cəza ədalətli və əməlin təhlükəlilik dərəcəsinə adekvat olmalıdır.

Qədim Yunan mütəfəkkürlərinə görə cəza şəxsin iztirab çəkməsi üçün tətbiq edilən ədalətli prosesual tədbir vasitəsidir, “onu çəkən şəxs üçün xeyirlidir”, o törətdiyi əmələ müvafiq,ən azı mənəvi cəhətdən islah olunmağa məcbur edilir.Yunan və Roma mütəfəkkirlərinin təbirincə,“Qanun bütün və hər bir təsəvvürlərdən üstündür, onu pozmaq isə sözsüz ki, şər olduğuna görə tətbiq edilən cəza daha xeyirlidir. Xətaya görə tənbeh və cəza vacibdir, əks təqdirdə qanunun pozulması faktlarını mübahisələndirmək olmazdı.

Bunun əksi olaraq qədim Yunan dövlətində belə bir antitezis aforizmə xas tərzdə meydana gəlmişdi: cinayətkar iradəcə zəif olduğuna, hakimlərin kompetensiyası şübhədoğurduğuna və müqəddəs olmadığına görə cəzanın tətbiqi zamanı sosial ədalətin bərpası həmişə mümkün olmur. Yəni,təqsirkarın maddi və mənəvi cəhətdən çətin durumda olduğuna görə cinayət törətməsi ehtimal edilir,əməlin məcburiliyi və hakimin cəza tətbiq etməkdə çətinlik çəkməsi və yaxud, “səlahiyyətli” olmaması diqqətə çatdırılırdı. Burada “məcburi cinayət törətmə”qanuniləşdirilir, eyni zamanda onun zəif iradəyə malik olmasına da haqq qazandırılırdı.

Rəvayət edilir ki,qədim Romada qatilə hökm oxunan zaman müdafiəçi söz istəyir:Zati Aliləri! İttiham etdiyiniz qatilin əməlinin qurbanı yaxın dəqiqələrdə zala daxil olacaq,ehtimallara söykənən sübutlar əhəmiyyətini itirəcək və qatil bəraət qazanacaq.Hamının baxışları qapıya dikilir.Vəkil yalanı o dərəcədə məharətlə səsləndirmişdi ki,qətlə yetirilənin möcüzə olaraq zala daxil olmasına hamı inanmışdı.Məhkəməyə sədrlik edən isə qatili baxışları ilə izləyirdi.Qatil öz dünyasında,barmaqları ilə oynayır,qapıyaəsla baxmırdı.Hakim isə:“Qatil əməlinin qurbanının dirilməyəcəyinə əmindir”…Bir neçə dəqiqədən sonra hakim hökmü elan etmək üçün ayağa qalxır.Vəkilə:Dediklərinizprezumpsiyanızın məhsuludur və həqiqət sayıla bilməz! Qatilə gün kimi aydın idi ki,əməlinin qurbanı heç vaxt dirilməyəcək,qapıya tərəf də əsla baxmırdı.Vəsatətiniz bizə nihilist ovqat bəxş etdi,elan edilən ittihamlar isə əsaslıdır…

Çox təəssüf ki,belə hallara və vəkillərə indi də,rast gəlmək olur.Amma nə yaxşı ki,təcrübəli və peşəkar hakimlər də var…

Şəmsəddin Əliyev
hüquqşünas



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Təhsil Nazirliyini iki yeni münaqişə gözləyir...

Ermənistan “rus ayısının pəncəsində” - Avropanın gözü qarşısında “param-parça” edilir...

Cənubi Qafqazın 3 ölkəsinin xarici ticarəti bir-birindən inanılmaz fərqli imiş...

SON XƏBƏRLƏR

07.08.2026 / 22:37
Rusiya vətəndaşlarını uzunmüddətli müharibəyə hazır olmağa çağırdı - Avropa sülhə imkan vermir…

07.08.2026 / 22:14
Yeni tədris modelli orta məktəblər repetitorluğun alternativi ola bilməz(ər) - mübahisə və şübhələr var...

07.08.2026 / 21:57
Rusiya Cənubi Koreyadan 30 min ton neft məhsulları aldı…

07.08.2026 / 21:45
Zelenskidən ABŞ-a ittihamçı eyham - raketlərin tükənməsi Ukraynanı kapitulyasiyaya məcbur etmək taktikasıdır...

07.08.2026 / 21:21
Əliyev-Tramp-Paşinyan sənədinin imzalanmasından 1 il ötdü... TƏHLİL...

07.08.2026 / 21:06
Azərbaycandan Ukraynaya qaz ixracı yenidən gündəmdə...

07.08.2026 / 20:48
Dünyanı Bakıya tökdülər, separatçı ermənilər barədə hökmü zərrə qədər dəyişə bilmədilər...

07.08.2026 / 20:34
Ukraynada Rusiyaya qarşı 72 ölkədən 16 min əcnəbi döyüşür…

07.08.2026 / 20:21
Qarşıdakı 4 ildə Bakıda 9 yeni metro stansiyası?...

07.08.2026 / 20:03
Elmi müdafiələrdə “ədəbiyyat tarixi mütəxəssisi opponent ola bilməz (?!)...Niyə?

07.08.2026 / 19:47
Rusiya Ermənistana göndərilən 220 min dolları müsadirə etdi...

07.08.2026 / 19:40
17 yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundu

07.08.2026 / 19:37
Bankomatlardan 7 təqaüdçünün pulunu talayan şəxs qandallandı

07.08.2026 / 19:23
Yaxın Şərqdə tarazlığı dəyişəcək yeni hərbi ittifaq... Türkiyə, Səudiyyə və Pakistan müdafiə paktı imzaladı - “İslam NATO-su”na doğru ilk addım atıldı...

07.08.2026 / 19:13
Faiq Ələkbərlinin “Türk xalqları fəlsəfəsi tarixi (qədim dövr)” kitabı nəşr olunub

07.08.2026 / 19:10
Ermənistan hakimiyyəti müxalifətin bütün biznesini ələ keçirir...

07.08.2026 / 18:54
2 mindən çox sayta müdaxilə edib ələ keçirdilər... kiberpolisdən əməliyyat - 2 haker yaxalandı - VİDEO

07.08.2026 / 18:48
Ukraynanın “Patriot” dalanı: Rusiya Qərbin də səbrini sınayır

07.08.2026 / 18:32
8 avqustdan sonra ilk 1 il, Əliyevlə Trampın doldurduğu boşluq, Putin 9 noyabr sənədini niyə yeniləmədi? - Aydın QULİYEV yazır...

07.08.2026 / 18:17
ATƏT bu dəfə Xəzər regionunda faydalı qurum olduğunu sübut etmək istəyir

07.08.2026 / 17:54
Yanmış, güllələnmiş və yaralanmış Rusiya əsgərləri cəbhə xəttinə geri göndərilir...(?)

07.08.2026 / 17:39
Azərbaycanın Ukrayna və Rusiya ilə münasibətləri Ermənistan üçün böyük dərd olub

07.08.2026 / 17:04
Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər məhkəmə qarşısına çıxarılır...

07.08.2026 / 16:49
ABŞ-la Azərbaycanın ən məzmunlu sənədləri Trampla Əliyevin arasında inzalanıb...

07.08.2026 / 16:25
Tramp hələ prezident seçilməzdən öncə İlham Əliyevlə əlaqələrin möhkəm əsasları yaradılmışdı...

07.08.2026 / 16:10
Trampın naziri ilə müavini bir-birini qırdı - "raketlər tükənib" qalmaqalı böyüyür...

07.08.2026 / 15:45
Azərbaycanın Ukrayna ilə "strateji tərəfdaşlığı" Kremli qıcıqlandırdı - Bakıya "dəyişiklik eyhamı"...

07.08.2026 / 15:21
Qafanda Rusiya konsulluğunun açılması gündəmə qaytarıldı - hədəf "dəhlizdir"...

07.08.2026 / 15:05
10 ölkə NATO-nun alternativini yarada bilər - Kiyevdən "NATO köhnəlib" ideyası...

07.08.2026 / 14:47
ABŞ kəşfiyyatından dünyanı silkələyən İDDİA - Rusiya NATO-ya hücum edəcək...

07.08.2026 / 14:21
Doğumla ABŞ-da vətəndaşlıq almaq istəyənlərə pis xəbər – Tramp "doğum turizmi"ni ləğv etdi...

07.08.2026 / 14:06
Husilərdən Səudiyyəyə ağır zərbə - 58 nəfər öldürüldü, onlarla insan yaralandı...

07.08.2026 / 13:50
XƏBƏRDARLIQ - sabah temperatur 39 dərəcəyədək yüksələcək...

07.08.2026 / 13:24
Xəzər Fərhadov Azərbaycan Malayziyadakı səfiri təyin edildi

07.08.2026 / 13:22
Bakıda keçiriləcək Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Təşkilat Komitəsi yaradıldı

07.08.2026 / 13:17
İrfan Davudov Azərbaycanın Pakistandakı səfiri təyin edildi

07.08.2026 / 13:15
Azərbaycan Estoniyaya yeni səfir təyin etdi

07.08.2026 / 13:10
Azərbaycan və Tacikistan arasında illik təhsil kvotalarının qarşılıqlı ayrılması haqqında saziş təsdiqləndi

07.08.2026 / 12:58
Media və Yayım Şurasının strukturu təsdiqləndi

07.08.2026 / 12:42
Neft Fondu Perunun ən böyük enerji şirkətinə investisiya yatırdı

07.08.2026 / 12:34
Türkiyənin UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edilən unikal tarixi abidəsi - Kadıkalesi

07.08.2026 / 12:20
"TRIPP vasitəsilə Azərbaycan və Ermənistanla münasibətlərimizi yenidən başlatdıq" - ABŞ rəsmisi

07.08.2026 / 12:12
Bakının mərkəzində obyekt yanır - insanlar təxliyə edildi

07.08.2026 / 11:56
Zərdabda qəsdən yanğın törədən şəxs saxlandı

07.08.2026 / 11:31
Tərtərdə ər-arvadı evdə yandırıb pullarını oğurladı, ancaq çox uzağa gedə bilmədi...

07.08.2026 / 11:27
Paşinyan Aİİ-nin büdcəsinə 319 milyon köçürdüklərini xatırlatdı və baryerlərin qaldırılmasını istədi

07.08.2026 / 11:10
Yetmiş min manatlıq elektrik naqilləri oğurlayan şəxs yaxalandı

07.08.2026 / 10:48
"Müqavilə olmasa da, müəllif qonorarı ödənilməlidir" - Ali Məhkəmə

07.08.2026 / 10:09
Moskva İrəvana sərt xəbərdarlıq etdi - Ermənistana rus turistlərin axını dayandırıla bilər...

07.08.2026 / 09:52
Rusiya Azərbaycan üzərindən Ermənistana buğda və daş kömür göndərəcək

07.08.2026 / 09:25
Paşinyanın milyardlarla dollar tələbi Moskvanı qəzəbləndirdi – bizi şantaj etməyə çalışırlar...

07.08.2026 / 07:56
Mossad iki yüksək rütbəli məmurunu işdən çıxardı - İranda uğursuz çevriliş planı üzündən…

07.08.2026 / 06:14
Tramp etiraz etdi - “külli miqdarda sursatımız var…”

07.08.2026 / 05:57
Rusiya kəşfiyyatı Almaniyanın dron istehsalçısının izində - sui-qəsd cəhdi alınmadı

07.08.2026 / 00:55
İran Hörmüzün açılması üçün təzə şərtlər qoydu...

07.08.2026 / 00:25
Rubinyan vəzifədə oturan kimi Türkiyə rəhbərlərini kabab yeməyə dəvət etdi...

07.08.2026 / 00:15
Saakaşvili: “Tiflisdə işığın ümumi kəsilməsi İvanişvilinin biznesi üzündən baş verir"...

06.08.2026 / 23:28
ABŞ Ukraynanın Rusiya ərazisinə zərbələr endirməsinə kömək etdiyini etiraf etdi...

06.08.2026 / 23:11
Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi - Lənkəran üsyanı (iyul 1920 – fevral 1921)

06.08.2026 / 22:46
“Azərbaycan öz milli maraqlarını rəhbər tutaraq müstəqil və prinsipial xarici siyasət yürüdür” - Hikmət Hacıyev

06.08.2026 / 22:35
Rusiya XİN Ermənistan hakimiyyətinin Kiyevlə yaxınlaşmasına münasibət bildirdi - ciddi şübhələr yaradır…

06.08.2026 / 22:17
Ceyhun Bayramov Zelenski ilə görüşdü - FOTO

06.08.2026 / 22:08
Azərbaycan Mədəniyyəti sosial platforması Yayfest-də uğurla çıxış edib...

06.08.2026 / 21:41
İran 8 ildən sonra Xəzərin statusuna münasibətini dəyişdi...

06.08.2026 / 21:24
Rusiya Ukrayna müharibəsinin strategiyasını dəyişir - Parlamentdən müraciət təsadüf deyil...

06.08.2026 / 20:57
Omanla yeni razılaşma regional güc balansını İranın xeyrinə dəyişir...

06.08.2026 / 20:42
Təhsil Nazirliyini iki yeni münaqişə gözləyir...

06.08.2026 / 20:25
Satınalmaların 50 faizi şübhəli icra olunub - məlumat rəsmi mənbələrdən təsdiqlənib...

06.08.2026 / 20:01
Tehrandan ABŞ-a mesaj - Hörmüz İrana qarşı təhdidlər dayandırılana qədər bağlı qalacaq...

06.08.2026 / 19:45
Tramp Zelenski ilə “Patriot” razılaşmasından tam imtina etdi...

06.08.2026 / 19:29
Avropa ölkələri ifrat sağçı partiyaların əlində qalıb - Azərbaycan vaxtında demişdi siyasəti dəyişin...

06.08.2026 / 19:14
Azərbaycanın neçə və hansı ölkələrlə müttəfiqlik müqaviləsi var...

06.08.2026 / 19:00
Zəngəzur dəhlizi ilə bağlı ABŞ və Ermənistan arasında mühüm proses başladı

06.08.2026 / 18:47
ABŞ ŞOKDA… Ordunun raket ehtiyatı tükəndi - Tramp müdafiə nazirdən izahat tələb etdi…

06.08.2026 / 18:33
Yeniyetmələr üçün sosial şəbəkə məhdudiyyətləri ailə məsələlərinə necə təsir edəcək...

06.08.2026 / 18:22
Mobil internetin sürətinə görə Azərbaycan Gürcüstandan da geridə qalır...

06.08.2026 / 17:48
Vətənə ürəkdən bağlanmaq eşqi

06.08.2026 / 17:24
Mərkəzi Bank "Zolotaya Korona" köçürmələrinin dayandırılmasına münasibət bildirdi

06.08.2026 / 17:13
Rusiya Qara dənizdə hərbi yük daşıdığını iddia etdiyi Ukrayna gəmilərini vurdu…

06.08.2026 / 16:50
Rusiya kəşfiyyatı Fransada prezident-2027 seçkisinə qarşı əməliyyata başladı...

06.08.2026 / 16:32
Ceyhun Bayramov İrpen şəhərinə gedib

Yeniyetmələr üçün sosial şəbəkə məhdudiyyətləri ailə məsələlərinə necə təsir edəcək...

XƏBƏR ARXİVİ