çərşənbə axşamı günü, 29 sentyabr 2026
     

20 yaşı tamam olan gün Murovda qəhrəmancasına şəhid oldu - Rzayev Əlirza Mehman oğlu...

Image


Gülnarə Rzayeva: “Balam son nəfəsində “ana” deyərək gözlərini əbədi yumub”

Taleyin gərdişi belədir, bir gün gələn gedir, amma yaddaşlarda qalan qəhrəmanlar olur. Bizim şəhidlərin hər biri bir yenilməz qəhrəmandır, ölüm onları yenmədi, onlar ölümü yenib əbədiyaşarlıq qazandılar. Bəlkə də heç biri qəhrəman olmağı arzulamayıb, amma hər biri torpaq uğrunda can verməyi, şəhid olmağı arzulayıb.

Hansı ana ilə danışırsan, deyir ki, oğlumun ən böyük arzusu torpaqlarımızı işğaldan azad edib şəhid olmaq olub. Şəhidlər bir-birinə bənzədiyi kimi, analar da bir-birinə oxşayır, çünki onları bir-birinə taleləri bənzədir.

2000-ci ilin 29 sentyabrında Salyan şəhərində anadan olan şəhid Əlirza Mehman oğlu Rzayev də öz şəhid qardaşlarına bənzəyir. Əlirzanın anası Gülnarə xanımla Biləsuvarda yaradıcılıq ezamiyyətində olarkən görüşüb söhbətləşdik. O, da Nəzakət Məmmədovanın rəhbərlik etdiyi Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının ərsəyə gətirdiyi “44 Gün-Tarixi zəfər” IV cildliyinin III və IV cildlərinin Biləsuvar rayonunda keçirilən təqdimat mərasiminə qatılmışdı.

Gülnarə xanım bildirdi ki, mərhum həyat yoldaşı Mehman Rzayev 1-ci Qarabağ müharibəsi, oğlu Fərid isə Aprel döyüşləri iştirakçısı olub.

Mühəndis işləyən Gülnarə xanım qeyd etdi ki, 2 övladı olub.

“20 yaşı üçün də artıq hədiyyəmi almışdım, qismət olmadı...”

Ananın dediyinə görə, Əlirza Rzayev 10-cu sinfə qədər şəhid Azər Səfərov adına Salyan internat məktəbində təhsil alıb. 10 və 11 sinifləri Salyan şəhər 4 saylı məktəbdə oxuyaraq 2017-ci ildə orta təhsilini başa vurub. O, 2018-ci ildə Qərb Universitetinin nəzdində olan Qərbi Kaspi Kollecinə daxil olub, vergi və vergitutma ixtisası üzrə əyani təhsil almağa başlayıb. Amma 2019-cu ildə təhsilini donduraraq hərbi xidmətə gedib. “Oğlum hərbi qulluğunu düşmənlə təmas nöqtəsində, Murovda edib. Vətən müharibəsi başlayan andan Əlirza da topçu kimi döyüş mövqeyində olub, Murov dağı yüksəkliyinin Kəlbəcər istiqamətində ağır döyüşlərdə topçu kimi iştirak edib. Sərrast atəşlə düşmən mövqelərinə sarsıdıcı zərbələr vurub. Lakin 29 sentyabr tarixində, 20 yaşı tamam olan gün düşmənin atdığı mərmi nəticəsində aldığı qəlpə xəsarətlərindən şəhid olub. Şiddətli döyüş getdiyi üçün ağır yaralanmış Əlirzanı 4 saata yaxın ərazidən çıxarmaq mümkün olmadığından, o, çoxlu qan itirib. Sanitar hissəyə çatdırılanda isə artıq gec olub. Oğlum son nəfəsində “ana” deyərək gözlərini əbədi yumub...”

Ana deyir ki, oğlu şəhid olanda tərxis olunmağa üç gün qalıbmış. “Əsgər idi, hərbi xidmətini bitirməyinə üç gün qalmışdı, şəhid oldu. Subay idi. Ağıllı, tərbiyəli oğul olub. Bütün şəhid balalarımız necə olubsa Əlirza da elə olub. Əlirzanın arzuları çox idi. Çox vətənpərvər uşaq idi. Məktəb vaxtından bu onda hiss olunurdu”.

Döyüşlər zamanı Murovdakı gərgin vəziyyəti görüb heç məzuniyyətə də gəlməmişdi. Ana deyir, Əlirza şəhid olmazdan 15 gün əvvəl qardaşına zəng vurub ondan hərbi xidmətdən qayıtdıqdan sonra geyinmək üçün pal-paltar almağını istəyib. “Qardaşı da onun bu arzusunu həvəslə yerinə yetirdi. Əlirza 1-ci sinifdə oxuyarkən qardaşı ilə birlikdə şəkli var. O şəhid olandan sonra fikir vermişik ki, həmin şəkildə bir əlində bayraq, o biri əlində oyuncaq avtomat tutub. Oğlanlarımın ad günləri ard-arda idi. Sentyabr ayının 28-i Fəridin, 29-u isə Əlirzanın ad günüdür. Senbtyabrın 28-də qardaşına zəng vuraraq ad gününü təbrik etdi. Özündən və məndən muğayat olmasını istədi. Telefonda əsgərlərin səs-küyü, top atəşləri eşidilsə də narahat olma dedi. Hələ internatda oxuyan zaman uşaqlara deyibmiş ki, mən də şəhid olacam. Bircə təsəllim odur ki, oğlum bu arzusuna çatdı...

Əlirza kimi mərd və ağıllı övladı itirmək mənim üçün çox çətindir. Özüm işlədiyim üçün məcbur olub onu internat məktəbinə qoymuşdum. Bir gün evə gəlib mənə dedi ki, müəllim 20 Yanvar və Xocalı qətliamı ilə əlaqədar uşaqlara istədikləri şəkli çəkməyi tapşırıb. Mən qərara gəlmişəm ki, Şəhid anası şəkli çəkim... demə, balam mənim şəklimi çəkirmiş... Əlirza hələ uşaqlıqdan harda əsgər paltarı gördü geyinib şəkil çəkdirməyi xoşlayardı. Ordudan tərxis olunma fərmanına cəmisi 2 gün qalmışdı. 19 yaşı tamam olan gün onun əsgər olduğu hərbi hissəyə getmişdim. Elə 20 yaşı üçün də artıq hədiyyəmi almışdım, qismət olmadı... Qardaşının ad günündə ona zəng vuranda mən də telefonu alıb danışdım. Ertəsi gün Əlirzanın 20 yaşı tamam olduğundan onu təbrik etdim. Nədənsə, təbrikimə heç bir cavab vermədi. Bircə onu dedi ki, “məndən nigaran qalma, özündən muğayat ol”. Telefonda atəş səsləri eşidilirdi... Müharibə dayandıqdan sonra hərbi hissədən komandirləri, döyüş yoldaşları gəlmişdilər. Əlirzanı itirdikləri üçün elə ağlayırdılar ki... Mənə oğlumun qəhrəmanlıqları barədə xeyli danışdılar, birlikdə Əlirzanın məzarını ziyarət etdik. Döyüş yoldaşları mənə tez-tez təsəlli üçün zəng vururlar. Onlara hələ müharibədən əvvəl deyibmiş ki, şəhid olacaq. Şəhid olan övladların hamısını öz balam hesab edirəm... Şükür, onların qanı yerdə qalmadı, işğal olunmuş torpaqlarımız azad edildi. Mənim təsəllim bircə budur...”

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Əlirza Rzayev ölümündən sonra "Vətən uğrunda" , "Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Gülnarə ana deyir ki, şəhid unudulanda ölür, amma Əlirzanın və başqa şəhid balalarımız unudulmayacaq.

Ananın göz yaşı qurumadı heç, Əlirza, hər gün, hər an səni gözləyir. Deyir ki, balam gəlib qapıdan içəri girsə dünyalar mənim olar.

Anan deyir balam gəlsin,

Gəlsin, ev-eşiyim gülsün

Dost sevinsin, düşmən ölsün

Şəhid balam, de hardasan?

Anaları yol gözləyər şəhid oğulların, oğullarsa zirvələrdən baxar analarına, şəhidlik zirvəsindən. Əlirza da o zirvədən görür anasını...

İradə SARIYEVA
Biləsuvar-Bakı



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

28.09.2026 / 15:39
Kreml Ankaranın Qara dənizdə təhlükəsizlik təklifini rədd etdi...

28.09.2026 / 15:12
Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı

28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya... - VIDEO

28.09.2026 / 14:15
Ukrayna Krasnodarda daha iki neft anbarını vurdu…

28.09.2026 / 14:03
Dövlət Agentliyinin rəhbərliyi Zəfər Parkını ziyarət ediblər

28.09.2026 / 13:51
Azərbaycan arxeologiyasına həsr edilmiş ömür yolu: Professor Arif Məmmədovun elmi və pedaqoji fəaliyyəti

28.09.2026 / 13:38
Macarıstanın Baş naziri telefon oğurlamaqda ittiham olunur – Magyarın toxunulmazlığı ləğv edildi…

28.09.2026 / 13:22
İranın Hörmüz boğazında ABŞ gəmisini vurdu, səkkiz dəniz piyadası yaralandı...

28.09.2026 / 13:07
Bakının bu küçələrində avtomobillərin hərəkətinə qadağa qoyuldu...

28.09.2026 / 12:51
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN

28.09.2026 / 12:36
Rusiyanın Kiyevə hücumları nəticəsində bir Azərbaycan vətəndaşı həlak oldu…

28.09.2026 / 12:14
Kamran Əliyev ermənilərin məhkəmə işini tarixi hadisə adlandırdı...

28.09.2026 / 11:55
Baş prokuror: "Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb"

28.09.2026 / 11:03
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi

28.09.2026 / 10:36
Prezident bir qrup prokurorluq əməkdaşını təltif etdi

28.09.2026 / 10:35
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verildi - Sərəncam

28.09.2026 / 10:24
Rusiya Ukraynanın PUA Qüvvələri komandanının başına 20 milyon dollar pul qoydu - kriminal qruplar "Magyar"ın izinə düşdü...

28.09.2026 / 10:19
Paytaxtda avtoşluq edən sürücü həbs olundu...

28.09.2026 / 09:44
Netanyahunun şəxsi təyyarə ilə gizlicə BƏƏ-yə səfər etdiyi ortaya çıxdı…

28.09.2026 / 09:20
Ruslar Kiyevdə Səudiyyə səfirinin iqamətgahını vurdu…

28.09.2026 / 09:03
Tokayev Xəzərdə həlak olan hərbçilərlə bağlı qəti tapşırıq verdi - xilasetmə jiletləri olmayıb...

28.09.2026 / 07:45
İran Hörmüzdə pilotsuz sualtı təyyarə yaxaladı - ABŞ nə təsdiq, nə təkzib etdi

28.09.2026 / 07:05
Putinin “gizli səfərbərlik” planı ortaya çıxdı - NATO ölkələri Rusiyanın mümkün hücumuna qarşı hazırlıqlara başladı

28.09.2026 / 06:38
İsrail-Türkiyə qarşıdurması geridönməz hal alır - indi də Netanyahu Ərdoğanı beynəlxalq məhkəməyə verir…

28.09.2026 / 00:40
Meloni yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident Əliyevə təşəkkür etdi

28.09.2026 / 00:02
ABŞ-la İran arasında danışıqların yeni mərhələsi başlayır - Araqçi və Uitkoff bu gün bir araya gələcək…

27.09.2026 / 23:35
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verdi...

27.09.2026 / 23:06
Rusiya Ukraynanın mobil telekommunikasiya operatorunun baş ofisini bombaladı…

27.09.2026 / 18:26
Türkiyə, Oman və BƏƏ ABŞ-ın tələbi ilə İran aviaşirkətlərinin və banklarının fəaliyyətini dayandırdı…

27.09.2026 / 17:31
Rusiyadan Türkiyəyə net mesaj – bizim razılığımız olmadan S-400-ləri sata bilməzsiniz...

27.09.2026 / 15:52
İtaliyada "uzun ətək" qalmaqalı – nazir aranı qatdı, kişi deputatlar ətək geyinib parlamentə gəldilər…

27.09.2026 / 15:19
Xəzərdə 14 hərbçinin ölümündən sonra Qazaxıstan müdafiə naziri vəzifəsindən azad edildi…

27.09.2026 / 14:55
Tehran ABŞ-ın Hörmüzün boğazının açılması ilə bağlı yekun mövqeyini gözləyir…

27.09.2026 / 13:24
Adı milyardlıq korrupsiya qalmaqalından keçən AKP sədrinin müavini istefa verdi

27.09.2026 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi - FOTO

27.09.2026 / 12:06
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə Zəfər parkını ziyarətindən görüntülər paylaşılıb - VİDEO

27.09.2026 / 12:05
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı - FOTO

27.09.2026 / 11:36
Azərbaycan 2027-ci ildə BMT Forumuna ev sahibliyi etmək niyyətini açıqladı...

27.09.2026 / 11:07
Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

27.09.2026 / 10:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar - FOTO

27.09.2026 / 09:28
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yaydı

27.09.2026 / 08:30
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - FOTO

27.09.2026 / 02:03
AKP Türkiyəsində hazırkı anti-Azərbaycan kampaniyasını kim(lər) idarə edir…

27.09.2026 / 01:35
Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yaydı

27.09.2026 / 00:05
Azərbaycanda Anım Günüdür - Vətən müharibəsinin başlanmasından 6 il ötür...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ