Cümə günü, 06 noyabr 2026
     

Qərbi Azərbaycan İcmasının olduğu küçəyə məşhur irəvanlı ziyalının adı verildi...

Image


Qərbi Azərbaycan İcmasının ofisinin yerləşdiyi küçəyə görkəmli rəssam Mirzə Qədim İrəvaninin adı verilib.

Bakı Şəhər İcra Hakimiyyətinin qərarı ilə paytaxtın mərkəzi küçələrindən birinə Mirzə Qədim İrəvaninin adı verilməsi onun xatirəsinin əbədiləşdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.

Mirzə Qədim İrəvani kimdir, hansı işlər görüb, hansı əsərlər yaradıb?

O, məşhur Qədimbəyovlar soyundandır və dövrünün adlı-sanlı fırça ustası olub.

Mirzə Qədim Məhəmmədhüseyn oğlu İrəvani 1825-ci ildə İrəvan xanlığının paytaxtı İrəvan şəhərində anadan olub. Xarrat Məhəmmədhüseynin ailəsinin yeganə övladı idi. Elmi ədəbiyyatda adı ilk dəfə 1954-cü ildə, sənətşünas Natalya Miklaşevskayanın İrəvaniyə həsr olunan məqaləsində çəkilib. Miklaşevskayanın mətbuatda yer alan fikirlərinə görə, Mirzə Qədimin atası Məhəmmədhüseyn adi xarrat yox, bədii ağac işlənməsi üzrə usta olub. Mikloşevskaya təxmin edir ki, Məhəmmədhüseyn ornament sənətini öz yeganə oğluna lap kiçik yaşlarından öyrədib. Məhəmmədhüseynin oğluna təhsil vermək imkanı var idi və onu Tbilisi progimnaziyasına göndərib. Erkən yaşlarından rus mədəniyyəti ilə yaxın təmasda olan Mirzə Qədim bununla rəssamlıq bacarıqlarını dərinləşdirmək imkanı qazanıb. Progimnaziyanı bitirdikdən sonra 15 yaşlı gənc Mirzə Qədim İrəvana dönərək teleqrafçı vəzifəsində poçta qəbul olub və orada 35 il - ömrünün sonunadək çalışıb.

Mirzə Qədim gənc yaşlarından rəsm çəkməyə başlayıb. Ailə əhvalatlarına əsasən, yeniyetmə dövründə güzgü üzərində boya ilə çəkdiyi "Qadın" portreti onun ilk işi olur. O, xidmətdən ayrı olduğu bütün zamanını rəsmə ayırırdı. Özü tərəfindən edilən naxışlar onun işlədiyi otağın divarlarını bəzəyirdi. Ancaq onun yaşadığı ev dövrümüzə gəlib çatmayıb. Peşəkar rəssam, təhsili olmasa belə, anadangəlmə zövqü və istedadı sayəsində geniş məşhurluq qazanıb. Artıq tanınmış rəssam olandan sonra Mirzə Qədim Sərdar sarayının divar naxışlarının restavrasiyası işlərinə cəlb olunur. Bu, XIX əsrin 50-ci illərinin əvvəllərində baş verir. Bu sarayda o Güzgülü zalı bərpa edir.

Rus, fransız, fars dillərini bilən İrəvani dövrünün savadlı insanı olub, eləcə də musiqini sevib, Qərbi Avropa, rus, şərq müəlliflərinin əsərlərindən ibarət kitabxanaya sahib olub.

1875-ci ildə kollec asessoru rütbəsində doğma şəhəri İrəvanda vəfat edib və İrəvanda da dəfn olunub. Amma məzarı günümüzə gəlib çatmayıb.

Tədqiqatçılara görə, demək olar ki, İrəvani, bir qayda olaraq, bütün əsərlərini azərbaycan və ya rusca imzalayaraq özünü "Mirzə Qədim İrəvani", ya da bəzən "kollec asessoru" sözlərini əlavə edərək, sadəcə "Qədim bəy" adlandırırdı.

Mirzə Qədim İrəvani real tarixi şəxsiyyətlərin portretlətini böyük sənətkarlıqla yaradıb.

O, Fətəli şahın, Abbas Mirzənin, Mah Tələt xanım və Vəcdullah Mirzənin təsvir olunduğu dörd portret yaradıb. Bu əsərlərdən başqa, "Naməlum savaşçı"nın portretini də çəkmişdi.

Mütəxəssislər yazır ki, Mirzə Qədim İrəvani işlərinin tarixini qeyd etmirdi, amma onları imzalamağı, eləcə də üzərlərində portreti çəkilənin adını yazmağı xoşlayırdı, buna baxmayaraq, onun rəsmlərinin müqayisəli təhlili əsasında rəssamın yaradıcılıq dövrlərinin ikişafını müəyyən etmək mümkün oldu. Beləliklə, mütəxəssislər tərəfindən İrəvaninin yaradıcılığı 3 dövrə ayrılır : birinci dövr – rəssamın gənclik illəri, ikinci dövr – bu, İrəvanda Sərdar sarayında işlədiyi dövrdü (XIX əsrin 50-ci illəri) və üçüncü dövr – yetişkinlik dövrünün yaradıcılığı (XIX əsrin 60–70-ci illəri).

Birinci dövr İrəvaninin gənclik illərini, onun Sərdar sarayının divar naxışlarının restavrasiya işlərində iştirakına qədərki dövrü əhatə edir. Dövr üçün əsasən tətbiqi-dekorativ incəsənət və primitiv rəssamlıq sahəsində işlər xarakrekdir.

Yaradıcılığının erkən dövründə İrəvani divar naxışları, rəsm və trafaretlər, ipək və qızıl saplı tikmələr (güləbətin) üçün, eləcə də cəngavərin əks olunduğu rəsmi yerinə yetirmişdi. Rəssamın ilk portreti boya ilə güzgü üzərində işlədiyi bilindiyindən, Azərbaycan Milli İncəsənət muzeyində saxlanılan iki ədəd şüşə üzərində işlənilən "Rəqqasə" və "Dərviş" əsərlərini də birinci dövrə aid etmək olar. İrəvaninin naxışlarında gül və quşların əks olunduğu tərtiblər üstünlük təşkil edirdi. Rəssamın trafaret və şəkillər kolleksiyasında belə motivlər saxlanılıb. Onlar İrəvaninin Azərbaycan ornamenti və divar rəssamlığı ənənələri ilə yaxşı tanış olduğunu təsdiq edir.

Yaradıcılıq fəaliyyətinin erkən dövründə İrəvani əsasən tətbiqçi-rəssam kimi çıxış edirdi. Azərbaycan Milli İncəsənət Muzeyində tikmə üçün yüngülcə uzadılmış səkkiz güşəli ulduz və yarımdairə formasında özündən medalyon bantı təşkil edən iki trafaret saxlanılır. Rəsmlər kağızdan kəsilmiş medalyon və dairə formasında yerinə yetirilmişdir. Stilləşdirilmiş güllərdən ornament qəti simmetrik şəkildə medalyonun hər dörddə bir hissəsini eyni naxışla doldurur. İkinci trafaret — 22,3 santimetr diametrində dairənin dörddə-bir hissəsi formasında bir sektordur, o da həmçinin, üslublaşdırılmış güllü ornamentdir. Naxış balaca sininin (məcməyi) üzərindəkiləri örtmək üçün istifadə olunan tikməyə (balaca örtük) təyin edilmişdir.

Qalan üç rəsm - "Quşlar və çiçəklər", "Qızılgül və qaranquş", "Güllər və qırqovul" ayrı vərəqlərin üzərində yerinə yetirilib. Natalya Mikloşevskayanın sözlərinə görə, onlar yalnız divar naxışı kimi istifadə oluna bilərdilər. "Qızılgül və qaranquş" rəsminə bənzər güllü tərtiblərin variantları isə İrəvani tərəfindən həm lak rəsmləri kimi, həm akvarel və tempera, eləcə də ayrı kağız vərəqlərin üzərində yaradılırdı. "Güllər və qırqovul" rəsmində isə, xüsusən, qırqovullar realist və canlı təsir bağışlayırlar. Rəsm o dərəcədə əsaslı yerinə yetirilib ki, Mikloşevskayaya əsasən, iddia etmək olar ki, rəssam öz işinə çox böyük sevgi ilə yanaşıb.

Yuxarıda adı çəkilən, divar naxışları üçün trafarert-rəsmlərin çəkilmə üsulu tikmələr üçün təyin edilmiş trafaretlərin üsulundan fərqlənir. Tikmələrdəki rəsm simmetrik şəkildə təkrarlanmırdı. İrəvani onu tam olaraq sadə qələm ilə yerinə yetirirdi, növbəti addım isə naxış salmaq üçün əvvəlcədən cızılmış konturu iynə ilə deşmək idi. Rəsmin xırdalıqlararını vurğulamaq üçün İrəvani nazik fırça ilə bütün kompozisiyanı bir daha işləyirdi. Mikloşevskayanın fikrincə, zərif konturu ilə fərqlənən, canlı incə xətt ilə yerinə yetirilən bu rəsm İrəvaninin təcrübəsindən xəbər verir. Divar naxışı üçün trafaret-rəsmlərin üçü də, XIX əsrin 40–50-ci illərində yaradılmasına baxmayaraq, nisbətən yaxşı qorunublar. Dövrümüzə trafaretlərdən birinin üzərində kamançada ifa edən kişi və onu çırtma çalaraq müşayiət edən rəqqasəni təsvir eləyib.

Yaradıcılığının erkən dövrünə aid olan portretlər arasında "Kişi xəncər ilə", "Döyüşçü", "Rəqqasə" və "Molla" ən çox maraq cəlb edənlərdəndir. Güman ki "Kişi xəncər ilə" cökə qabığı üzərində çəkiləcək rəsm üçün hazırlanmışdır. Mikloşevskayaya əsasən, bu rəsmdə İrəvani bütün fiqura yetəri qədər zəhmli görünüş verə bilib. Şəklin çəkilmə xarakterinin oxşarlığı ilə, bədii tərz və süjet seçimi ilə, şüşə üzərində yerinə yetirilmiş "Rəqqasə" və "Dərviş" portretləri cökə qabığı üzərində rəsmlərin təsəvvürünü yaradır.

Azərbaycan İncəsənət Muzeyinin 20 əsərdən ibarət kolleksiyasında : altı ədəd boya ilə çəkilmiş portret, bir ədəd tuşla çəkilmiş portret, iki ikiqat boyalar içində portret, bir ədəd peyzajın fonunda təsvir olunan atlı əsəri və altı trafaret-rəsmlər ; bir ədəd üzərində quşla təsvir olunmuş çəhrayı kol (bu rəsm tuş vasitəsilə bütünlüklə ərəb yazılarından tərtib edilib) ; iki əsər şüşə üzərində rəsm kimi verilir, sonuncusu – güllərdən kompozisiya – bitməmiş akvarel işi kimi təqdim olunur. İncəsənət Muzeyinin inventar dəftərində "Dərviş" əsəri səhvən "Kişi" kimi qeyd olunurdu. Azərbaycan Milli İncəsənət Muzeyində İrəvaninin Sərdarların portretlərini çəkməyə başlamamışdan əvvəl, hazırlıq xarakteri daşıyan iki ("Döyüşçü" və "Abbas Mirzə") rəsm saxlanılır. Dövlət Ermitajında Qatlama-güzgü saxlanır. Gürcüstan Dövlət İncəsənət Muzeyində isə qadın portreti (tempera) qorunur. Bu portretdən əlavə həmin muzeydən olan iki ədəd bir-birinə oxşar "Güllər və quşlar" miniatürləri Mirzə Qədimin fırçasına yazılır.

1938–1939-cu illərdə Azərbaycan Milli İncəsənət Muzeyi Mirzə Qədim İrəvaninin bir neçə maraqlı əsərini əldə etdi. Araşdırılan kolleksiyanın materialları "XIX əsrin azərbaycanlı rəssamları" adlı məqalənin dərc edilməsi üçün qaynaq oldu. İlk dəfə olaraq XIX əsr Azərbaycan incəsənətinin öyrənilməsi haqqında məlumatlar verən məqalə böyük maraqa səbəb oldu. Müəlliflər oxucunu İrəvani yaradıcılığında yönləndirərkən, onu rus mədəniyyətinin təsiri altına düşərək, dekorativizmin dar çərçivələrini aşmağa çalışan, Azərbaycan təsviri sənətində yaranmaqda olan realizm cərəyanının ilk təmsilçilərindən biri kimi təqdim edirdilər. Ancaq məqalədə bəzi qeyri-dəqiqliklər yer almışdı. Rəssamın bir çox əsərləri məqalənin müəlliflərinə bəlli deyildi, onları sonradan müəyyənləşdirmək mümkün oldu. Məqalə İrəvaninin işlərinin üç yaxşı reproduksiyaları ilə illüstrasiya olunub.

1940-cı ildə ədəbiyyat tənqidçisi Orucəli Həsənovun yalnız Mirzə Qədim İrəvaninin yaradıcılığına həsr etdiyi işi nəşr olunub. Müəllif orada rəsmlə, eləcə də rəng və kompozisiya ilə bağlı bir sıra məsələlərə toxunub, amma məqalə xüsusi xarakter daşımayıb.

1947-ci ildə Ermitaj fondlarının İran lakları və cökə qabığından rəsmləri arasında sənətşünas Natalya Miklaşevskaya Qatlama-güzgünün içəri tərəfindən Mirzə Qədim İrəvaninin əl işi olan miniatürü aşkara çıxardıb. 1950-ci ilin yayında Mişkloşevskaya Mirzə Qədimin həyatı və yaradıcılığı ilə bağlı daha çox məlumat toplamaq məqsədilə rəssamın vətəni İrəvana səfər edib. Ancaq bu təşəbbüs uğursuz olub. Tbilisiyə edilən səfər isə daha uğurlu olub. Belə ki Gürcüstan SSR-in Dövlət İncəsənət Muzeyində XIX əsr miniatürləri arasında Mikloşevskaya tərəfindən Mirzə Qədim İrəvaninin adına yazılan üç rəsm aşkara çıxdı.

1954-cü ildə Bakıda Mikoşevskayanın "XIX əsrin rəssamları. Mirzə Qədim İrəvani və Mir Möhsün Nəvvab" adlı məqaləsi çap olunur, müəllifin oradakı məqsədi imkan dairəsində Mirzə Qədim İrəvani və Mir Möhsün Nəvvabın həyat və yaradıcılığını işıqlandırmaq, R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində, Dövlət Ermitajı və Gürcüstan SSR-in Dövlət İncəsənət Muzeyində ("Metexi") saxlanılan əsərlər kolleksiyasını ilk dəfə olaraq təsvir etmək olub. Məqalənin əhəmiyyətli yerini müəllifin Dövlət Ermitajı və Gürcüstan SSR-in Dövlət İncəsənət Muzeyinin şərq fondlarında aşkara çıxartdığı, Mirzə Qədimin əvvəllər naməlum olan əsərləri tutur. Rəssam haqqında olan bioqrafik məlumatları Mikloşevskaya onun nəvələri Əfşan və Kamal Qədimbəyovlar ilə etdiyi söhbətlər əsasında artırıb. Mirzə Qədim haqqında bir sıra maraqlı məlumatları onun böyük oğlunun arvadı, 1950-ci ildə 77 yaşında Bakıda vəfat edən Fatimə xanım Qədimbəyova verib. İrəvaninin yaradıcılığına həsr olunan əsərlər Mikloşevskayanın Azərbaycan incəsənət tarixi ilə bağlı ciddi araşdırmalarının nəticəsi hesab olunur. Mikloşevskaya rəssam haqqında bioqrafik bilgilərin əhəmiyyətli dərəcədə genişləməsinə, 40-cı illərin axırlarında Dövlət Ermitajı və Gürcüstan Dövlət İncəsənət Muzeyində İrəvaninin bir sıra qiymətli əsərlərini ortaya çıxarmağa nail oldu.

Azərbaycanlı sənətşünas Kərim Kərimov da, həmçinin, İrəvani yaradıcılığını araşdırırdı. Abbas Mirzənin portretini analiz edərkən Kərimov müstəvi ölçülərinin qorunması ilə birgə, kölgə-işıq oyununu əks etdirmə cəhdini, eləcə də rəssamın obrazın psixoloji ifadəliliyini ötürmək meylini qeyd edirdi.

R.Kərimovanın "Azərbaycan incəsənətində portret janrı" adlı elmi işində Fətəli Şahın daha bir portretinin adı qeyd olunur. Müəllifin fikrincə, yağlı boyalarla çəkilmiş şərtiliyi, yastlılığı, dekorativliyi ilə seçilən bu əsər İrəvaninin əl işidir. Ancaq Kərimova nə keçmişdə, nə də özünün araşdırma etdiyi zaman bu əsərin yerinin hara olduğunu qeyd etməmişdir.

Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi Mirzə Qədim İrəvaninin Bakının İncəsənt Muzeyindəki əsərləri onun bir rəssam kimi yaxşı oramentalist olduğunu deyir.

Qeyd edək ki, 14 fevral 2025-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Mirzə Qədim İrəvaninin 200 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. Həmin ilin aprelində Bakı Şəhər İcra Hakimiyyətinin qərarı ilə paytaxtın mərkəzi küçələrindən birinə, daha dəqiq desək, Qərbi Azərbaycan İcmasının ofisinin yerləşdiyi küçəyə Mirzə Qədim İrəvaninin adı verilib.

Mirzə Qədim İrəvaninin adının məhz bu küçəyə verilməsi təsadüfi deyildi və icmanın yerləşdiyi küçənin onun adını daşınmasının böyük tarixi, siyasi mənası olmamış deyil.

Ermənistan adlanan ölkədə, tarixi Qərbi Azərbaycan torpağında doğulan Mirzə Qədim İrəvaninin əsərləri Tiflis muzeylərində, Ermitajda, Bakıda saxlanılır və nümayiş olunur... Belə bir böyük şəxsiyyətin irsi xalqımızın əbədi mirasıdır.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ