Almaniyanın müdafiə naziri Boris Pistorius Yaxın Şərqdəki gərginlik və Hörmüz Boğazı mübahisələri ilə bağlı diqqət çəkənn açıqlamalar verib. ABŞ Prezidenti Donald Trampın gözləntilərinə toxunan Pistorius, Almaniyanın bölgədə hərbi əməliyyatda iştirak etməyi planlaşdırmadığını bildirib.
Almaniyanın Yaxın Şərqdəki gərginlik və Hörmüz boğazındakı təhlükəsizlik müzakirələri ilə bağlı hərbi əməliyyatda iştirak etməyi planlaşdırmadığını bildirən Pistorius deyib ki, Hörmüz boğazından təhlükəsiz keçidi təmin etmək üçün diplomatik töhfələr verməyə hazırıq. Lakin hərbi müdaxilədən söhbət gedə bilməz.
İrandakı rejimin sonlandırılması məqsədini bölüşdüyünü bildirənn Pistorius, bunun necə reallaşacağı məsələsinin müzakirə olunduğunu deyib. O, ABŞ-ın İsrail ilə birlikdə İrana hücum yolunu seçdiyini və bunu çox ölçülü şəkildə tənqid etdiklərini vurğulayıb.
Pistorius, bölgədəki növbəti addımın onları da münaqişəyə cəlb etmək təhdidi yaratdığını deyib: "Dünya və Donald Tramp nə gözləyir? Hörmüz boğazında Amerika donanmasının tək başına nail ola bilməyəcəyi bir şeyi bir neçə Avropa freqatındanmı gözləyirlər? Bir sual ağlıma gəlir. NATO bölgəsindən kənarda qərar verməzdən əvvəl, bu addımı atmadan öncə çox yaxşı düşünərdim. Bu etmək üçün bir səbəb görmürəm. Bu, bizim müharibəmiz deyil. Onu biz başlatmamışıq. Biz diplomatik həllər və tez bir sonluq istəyirik. Lakin bölgədə daha çox hərbi gəminin olması, heç şübhəsiz ki, buna bir töhfə verməz".
Tahir TAĞIYEV