Cümə günü, 06 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
“Sadıq bəy Ağabəyzadə – XX əsr Şərqşünaslıq elminin görkəmli nümayəndəsi kimi” mövzusunda beynəlxalq elmi konfrans keçirilir
Tarix: 16.03.2026 / 19:45
Bölmə: Sosial
16-17 mart 2026-cı il tarixdə AMEA-da Azərbaycanın tanınmış hərbi, siyasi və dövlət xadimi, Polşanın görkəmli şərqşünas alimi Sadıq bəy Ağabəyzadənin 160 illik yubileyinə həsr olunmuş "Sadıq bəy Ağabəyzadə – XX əsr Şərqşünaslıq elminin görkəmli nümayəndəsi kimi" mövzusunda beynəlxalq elmi konfrans keçirilir. Konfransın təşkilatçıları kimi AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu, AMEA Rəyasət Heyəti Elmi İrs Mərkəzi, Varşava Universitetinin Asiya və Afrika mədəniyyətləri fakültəsi və həmin fakültənin Azərbaycan Araşdırmaları Mərkəzi çıxış edirlər. Sadıq bəy Ağazadənin həyat və fəaliyyətinə və Şərqşünaslıq elminin müasir problemlərinə həsr olunmuş bu konfransa elmi məruzə ilə 13 ölkədən 95 alim qatılıb. 20 xarici tədqiqatçı Polşa, Almaniya, İsveç, Rusiya, Ukrayna, Türkiyə, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Fransa, İraq və Əlcəzairin elmi və təhsil müəssislərini təmsil edir. Konfrans öz işinə 16 martda, AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Sadıq bəy Ağabəyzadənin həyat və yaradıcılığına həsr olunmuş sərginin nümayişi ilə başlayıb. Sərgidə Polşa Elmlər Akademiyasının arxivi, Krakov Yegillan Universiteti arxivi, Azərbaycan Dövlət Arxivinin, Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin fondlarında Sadıq bəy Ağabəyzadəyə aid saxlanılan şəkillər və sənədlər nümayiş etdirilir. Sərginin açılışında Varşava Universitetinin Asiya və Afrika mədəniyyətləri fakültəsinin Azərbaycan Araşdırmaları Mərkəzinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Şəhla Kazımova, AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi və Azərbaycanın Ukraynada sabiq fövqəladə və səlahiyyətli səfiri, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətli çıxış edərək Sadıq bəy Ağabəyzadənin Azərbaycanın hərbi və dövlət xadimi, həmçinin şərqşünas alim kimi zəngin irsə malik olduğunu və sərginin bu görkəmli xadimin və alimin parlaq bioqrafiyasını dolğun əks etdirdiyini bildiriblər. Qeyd edilib ki, AMEA Rəyasət Heyəti aparatının Elmi İrs Mərkəzi Sadıq bəy Ağazadəyə dair Azərbaycan və Polşa arxivlərində qorunan bütün sənədlərin surətlərini bir mərkəzdə toplayaraq bu dövlət və elm xadiminin vahid fondunu yaradıb. Beynəlxalq konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbiri giriş sözü ilə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq tanınmış şərqşünas alim və ictimai-siyasi xadim Sadıq bəy Ağabəyzadənin Azərbaycanın istiqlal tarixində mühüm yer tutan görkəmli şəxsiyyətlərdən biri olduğunu diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan torpağının yetişdirdiyi bu böyük şəxsiyyətin xatirəsi xalqımız üçün hər zaman əzizdir. AMEA rəhbəri qeyd edib ki, Sadıq bəy Ağabəyzadənin ömür yolu Rusiya, Ukrayna, Türkiyə, Türkmənistan və Polşa kimi ölkələrlə bağlı olub. Harada yaşamasından və hansı vəzifədə çalışmasından asılı olmayaraq, o, hər zaman öz milli-mənəvi dəyərlərinə sadiq qalıb, vətənpərvərlik ruhunu qoruyaraq Azərbaycançılıq ideologiyasına sədaqətlə xidmət edib. Sadıq bəy Ağabəyzadənin çoxşaxəli fəaliyyətində hərbi xidmətin mühüm yer tutduğunu söyləyən akademik İsa Həbibbəyli vurğulayıb ki, Sadıq bəyin İkinci Dünya Müharibəsinin iştirakçısı olması onun yalnız elm və siyasət sahəsində deyil, eyni zamanda Vətən qarşısında silahlı xidmət missiyasını da ləyaqətlə yerinə yetirdiyini göstərir və bu xidmətlər Azərbaycan hərb tarixində dəyərli bir səhifə kimi qalmaqdadır. "Sadıq bəy Ağabəyzadənin tarixi xidmətlərinin zirvəsində isə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə müstəqil dövlət quruculuğu prosesində fəal iştirakı dayanır. O, AXC-nin daxili işlər nazirinin müavini kimi Şərqdə ilk demokratik respublikanın institusional əsaslarının möhkəmləndirilməsi, dövlətçilik ənənələrinin formalaşdırılması, milli idealların qorunması və inkişaf etdirilməsi kimi taleyüklü vəzifələri böyük məsuliyyət və prinsipiallıqla həyata keçirmişdir. Sadıq bəy Ağabəyzadənin bu istiqamətdə yorulmaz fəaliyyəti onun şəxsiyyətində vətənpərvər dövlət xadimi ilə yüksək intellektual düşüncəyə malik ziyalının nadir vəhdətini aydın şəkildə nümayiş etdirir", - deyə akademik İsa Həbibbəyli əlavə edib. AMEA prezidenti bildirib ki, Sadıq bəy Ağabəyzadənin həyat və fəaliyyətində elm amili aparıcı və müəyyənedici yer tutub. Alimin Türkmənistanda çalışdığı dövrdə yerli xalqların folklorunu, epik irsini və dil xüsusiyyətlərini dərindən araşdırması, xüsusilə də "Türküstan ləhcələri" adlı fundamental elmi əsəri şərqşünaslıq elminə mühüm töhfə kimi qiymətləndirilməlidir. Onun sözlərinə görə, bu tədqiqat Sadıq bəy Ağabəyzadəni beynəlxalq elmi mühitdə tanıdıb, möhkəm elmi-metodoloji əsaslara söykənən və real faktları əks etdirən sanballı bir əsər kimi şərqşünaslıq elmi tarixində yeni mərhələ açıb. Akademik İsa Həbibbəyli vurğulayıb ki, Sadıq bəy Ağabəyzadənin elmi fəaliyyətinin mühüm istiqamətlərindən biri də alimin Polşa ilə bağlı fəaliyyəti olmuşdur. Bu ölkədə yaşadığı və çalışdığı illərdə elmi axtarışlarını ardıcıl şəkildə davam etdirən alim polyak şərqşünaslıq məktəbinin inkişafında əvəzsiz rol oynamışdır. AMEA rəhbəri xatırladıb ki, Avropada şərqşünaslığın ən güclü və sistemli elmi mərkəzlərindən biri məhz Polşada formalaşıb və Sadıq bəy Ağabəyzadə XX əsrin əvvəllərində bu məktəbin elmi istiqamətlərinin genişlənməsində, yeni tədqiqat mərhələsinin yaranmasında aparıcı simalardan biri kimi tanınır. Onun adı bu gün də polyak elmi ictimaiyyətində böyük hörmət və ehtiramla çəkilir, elmi irsi isə Azərbaycan elmi düşüncəsi ilə Avropa şərqşünaslıq ənənələri arasında mühüm körpü rolunu oynayır. AMEA-nın elmi müəssisələrində Sadıq bəy Ağabəyzadənin zəngin irsi ilə bağlı aparılan tədqiqatlardan bəhs edən akademik İsa Həbibbəyli bu kimi şəxsiyyətlərin elmi və ictimai irsinin sistemli şəkildə öyrənilməsinin və təbliğinin vacibliyini vurğulayıb. Bildirib ki, Sadıq bəy Ağabəyzadənin irsi Azərbaycanda hələ də yetərincə tanınmır və onun fəaliyyəti ilə bağlı dərin elmi araşdırmalara ciddi ehtiyac duyulur. O, Sadıq bəy Ağabəyzadənin arxiv sənədlərinin artıq bir neçə ildir Azərbaycan arxivlərində saxlanıldığını, Azərbaycan alimlərinin bu görkəmli şəxsiyyətlə bağlı Polşada araşdırmalar apardıqlarını, təqdimatlar və elmi tədbirlər keçirdiklərini diqqətə çatdırıb. Qeyd edib ki, buna baxmayaraq, geniş ictimaiyyət və elmi mühit bu böyük şəxsiyyət haqqında hələ də dolğun və sistemli məlumata malik deyil. Akademik İsa Həbibbəyli beynəlxalq tədbirin bir neçə cəhətdən xüsusi əhəmiyyət daşıdığına diqqət çəkərək, Sadıq bəy Ağabəyzadənin zəngin elmi, ictimai və siyasi irsinin ilk dəfə olaraq geniş ictimaiyyətə bütöv və sistemli şəkildə təqdim olunduğunu vurğulayıb. O, konfransın Azərbaycan-Polşa elmi-mədəni əlaqələrinin inkişafında yeni və perspektivli bir mərhələnin əsasını qoyduğunu söyləyib. AMEA prezidenti çıxışının sonunda qeyd edib ki, bugünkü tədbir yalnız xatirə xarakteri daşımır, həm də Sadıq bəy Ağabəyzadənin irsinin dərindən, kompleks və elmi əsaslarla tədqiqi üçün möhkəm zəmin yaradır. "Bu istiqamətdə aparılacaq sistemli araşdırmalar görkəmli alimin irsinin milli elmi düşüncədə layiqli yer tutmasına, eyni zamanda beynəlxalq elmi ictimaiyyətə daha dolğun və obyektiv şəkildə təqdim olunmasına xidmət edəcək", – deyə akademik İsa Həbibbəyli fikrini tamamlayıb. AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva Sadıq bəy Ağabəyzadənin zəngin həyat yolu və çoxşaxəli fəaliyyətindən bəhs edib. Akademik qeyd edib ki, 1865-ci ildə Göyçayda doğulan Sadıq bəy Ağabəyzadə çar Rusiyası dövründə general-mayor rütbəsinədək yüksəlmiş, Azərbaycan Xalq Cümhuriyyəti dövründə daxili işlər nazirinin müavini vəzifəsində çalışmış, eyni zamanda Azərbaycan polisinin qurucularından biri kimi tanınmış, həmçinin görkəmli şərqşünas alim kimi ərəb, fars və türk dilləri üzrə mütəxəssis olmuş, Polşada şərqşünaslıq elminin inkişafına mühüm töhfələr vermişdir. Sadıq bəy Ağabəyzadənin 1927-ci ildən Lvov Universitetində fəaliyyət göstərərək türk, fars və ərəb dillərini, eləcə də islamşünaslıq və digər şərqşünaslıq fənlərini tədris etdiyini deyən akademik G.Baxşəliyeva onun hazırladığı dərsliklər barədə məlumat verib. Akademik Gövhər Baxşəliyeva qeyd edib ki, konfransda Sadıq bəy Ağabəyzadənin həyat yolu və elmi irsinə həsr olunmuş maraqlı məruzələr təqdim olunacaq, onların bir qismi arxiv sənədləri və alimin şəxsi məktubları əsasında hazırlanıb. Varşava Universitetinin Asiya və Afrika mədəniyyətləri fakültəsinin dekanı, professor Aqata Bereja Starjinska Konfransa təbrik nitqindən sonra "Elmi ənənələrin varisliyi – Sadiq bəy Ağabəyzadə, Vladislav Kotviç və Marian Levitski" mövzusunda məruzə edib. Məruzəçi Sadiq bəy Ağabəyzadə, Vladislav Kotviç və Marian Levitski arasında elmi varislik və onların formalaşdırdıqları şərqşünaslıq ənənələri haqqında məlumat verib. Məruzədə elmdə biliklərin müəllimdən şagirdə ötürülməsi prinsipi əsasında alimlərin elmi nəsil xətti və bu ənənənin inkişafı izah olunub. Eyni zamanda Kotviçin elmi fəaliyyəti, onun tədqiqat sahələri və tələbələri ilə bağlı faktlar, həmçinin müxtəlif arxiv materialları və fotoşəkillər təqdim edilib. Təqdimatda Sadiq bəy Ağabəyzadəyə aid sənədlər, məktublar və fotoşəkillər də xüsusi yer tutub. Azərbaycanın Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri, filologiya elmləri doktoru Vilayət Quliyev "Sadıq bəy Ağabəyzadənin sahibsiz məzarı" adlı video-çıxışında Sadıq bəyin Lvovdakı sahibsiz məzarının aşkar edilməsi və təmiri ilə bağlı məlumatları bölüşüb. O, çıxışında uzun illər baxımsız qalmış məzarın aşkar edilməsi tarixindən və aparılan araşdırmalardan bəhs edib. Bildirilib ki, sonradan bu məzarın bərpası və abadlaşdırılması istiqamətində müvafiq işlər görülüb. Vilayət Quliyev Sadıq bəy Ağabəyzadənin xatirəsinin yaşadılması və onun irsinin tanıdılmasının əhəmiyyətini xüsusi vurğulayıb. Məruzədə həmçinin alim və dövlət xadiminin xatirəsinə göstərilən diqqətin tarixi ədalətin bərpası baxımından mühüm olduğu qeyd edilib. Özünün azərbaycanşünaslıq sahəsində əsərləri ilə tanınan Berlin Humboldt Universitetinin professoru Yeva-Mariya Aux "Azərbaycan tarixinin öyrənilməsi Almaniya şərqşünaslığının bir hissəsi kimi" mövzusunda məruzə edib. Məruzədə Almaniyada Azərbaycanşünaslığın formalaşması və onun şərqşünaslıq və Şərqi Avropa tədqiqatları çərçivəsində inkişaf mərhələləri haqqında məlumat verilib. Professor qeyd edib ki, Azərbaycan və Qafqaz haqqında ilk məlumatlar əsasən Avropa səyyahlarının səyahət qeydləri və elmi ekspedisiyaları vasitəsilə yayılıb. XIX əsrdə ümumi şərqşünaslıqdan ayrılaraq ərəbşünaslıq, iranşünaslıq, türkologiya və islamşünaslıq kimi elmi istiqamətlər formalaşıb. XX əsrdə bu sahə institutlaşsa da, müəyyən dövrlərdə siyasi məqsədlər üçün istifadə olunub. 1991-ci ildən sonra isə postsosialist ölkələrdə transformasiya proseslərinin öyrənilməsi və beynəlxalq əməkdaşlıq Azərbaycanşünaslıq tədqiqatlarının əsas istiqamətlərindən birinə çevrilib. Məruzədə həmçinin müasir dövrdə tədqiqatlarda regiona daha geniş və müstəqil yanaşmanın, xüsusilə Qafqaz və Mərkəzi Asiya ölkələrinin regional və beynəlxalq əlaqələrinin daha çox nəzərə alınmasının vacibliyi vurğulanıb. AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi "Məktublarda yaşanan həyat səhifələri. Əli bəy Hüseynzadəyə ünvanlanmış məktublar əsasında. 1921–1939-cu illər" mövzularında məruzələr edib. Məruzədə Məhəmməd Sadıq bəy Ağabəyzadənin 1921–1939-cu illərdə Əli bəy Hüseynzadəyə yazdığı məktublar əsasında onun mühacirət həyatının müxtəlif mərhələləri işıqlandırılıb. Məktublarda Sadıq bəyin İstanbul, Paris və Nitsada yaşadığı dövr, bu şəhərlər haqqında təəssüratları və qarşılaşdığı insanlar barədə məlumatlar əks olunub. O, həmçinin Bakının vəziyyəti, qohumlarının taleyi və Azərbaycan mühacirlərinin durumu ilə bağlı narahatlığını ifadə edir, vətən həsrətini və işsizlikdən doğan çətinlikləri dilə gətirir. Məktublarda Türkiyə ilə bağlı hadisələrə münasibəti, xüsusilə türk ordusunun qələbəsi və Lozanna Konfransına sevinc hissi də öz əksini tapıb. Eyni zamanda Sadıq bəyin elmi fəaliyyətə marağı, təhsilini davam etdirməsi, iş axtarışı və sonradan Lvov Universitetinə dəvət olunaraq Polşaya köçməsi haqqında məlumat verilib. Məruzədə bu məktubların Sadıq bəyin həyat yolunu, düşüncələrini və dövrün siyasi-ictimai vəziyyətini əks etdirən mühüm tarixi mənbə olduğu vurğulanıb. Konfrans öz işini panel iclaslarında davam etdirib. "Şərqşünaslıq – siyasi və elmi fəaliyyət sahəsi kimi: görkəmli şərqşünas alimlər və xadimlər", "Sadiq bəy Ağabəyzadə siyasi-hərbi xadim və şərqşünas alim kimi", "Orientalizm və oksidentalizm şərqşünaslığın aktual problemləri siyasi problemlər kontekstində: Şərq və Qərb", "Şərq dilləri və ədəbiyyatı", "Din və fəlsəfə", "Türkologiya. I Türkoloji Qurultay" və "Şərqşünaslıq elminin obyekti – Şərq xalqlarının tarixi, siyasi, ictimai və mədəni həyatı. Mənbəşünaslıq" panellərində şərqşünaslıq elminin müxtəlif istiqamətlərini əhatə edən aktual mövzular üzrə dəyərli və məzmunlu məruzələr səsləndirilib, maraqlı elmi müzakirələr aparılıb. Konfransın işinə martın 17-də yekun vurulacaq.
DİGƏR XƏBƏRLƏR
Tarix: 05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər
Tarix: 05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi
Tarix: 05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi
Tarix: 05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib
- FOTO
Tarix: 05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər...
Həm də indi...
Tarix: 05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir
- Məskunlaşmanın əsas istiqamətləri...
Tarix: 05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi
- FOTO/VİDEO
Tarix: 05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”
Tarix: 05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub
- FOTO
Tarix: 05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir"
- Əhməd İsmayılov
Tarix: 05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı
- DTX-dan əməliyyat...
Tarix: 05.11.2026 / 12:09
Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...
Tarix: 05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...
Tarix: 05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..
SON XƏBƏRLƏR
06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı -
“Yaralı heyvanı sağ qoymaq olarmı?”
06.11.2026 / 06:52
Fransa “dağılır” -
etirazlar yenidən ölkəni bürüdü
05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...
05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər
05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi
05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi
05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...
05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır...
Bu necə olub?...
05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir
- Britaniya kralı, ya baş nazir?
05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib
- FOTO
05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?
05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər
- çox qorxulu ehtimal...
05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var...
Kimlərdir?
05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır"
- Vüqar Rəhimzadə
05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır -
Kreml qəzəb püskürür...
05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi -
Ukraynaya şiddətli hücumlar başladı...
05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...
05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...
05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər...
Həm də indi...
05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir
- Məskunlaşmanın əsas istiqamətləri...
05.11.2026 / 18:07
Fransa yenidən qarışdı
– iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...
05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi
- FOTO/VİDEO
05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı -
"Xəzər" yox, "Kaspian"?..
05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”
05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi –
"...belə bir prosedur yoxdur"...
05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı”
- Paşinyan
05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı -
vəziyyət 1950-ci illərlə müqayisə edilir...
05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...
05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib
05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi
05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı
05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...
05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub
- FOTO
05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...
05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...
05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...
05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...
05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir"
- Əhməd İsmayılov
05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb
05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...
05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...
05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib
05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu
- dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...
05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı
- DTX-dan əməliyyat...
05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər
- Tramp açıqladı...
05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...
05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır
– Heqset və Rubio “vurula” bilər...
05.11.2026 / 12:09
Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...
05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım
- 640 manat olacaq...
05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...
05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı
05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...
05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...
05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...
05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"
05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir"
- Prezident
05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...
05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...
05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir
05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...
05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...
05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır
- müqavilə imzalandı
05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı
05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı
04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…
04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir?
- DOSYE
04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan...
Qalmaqal...
04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...
04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...
04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...
04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...
04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir...
Guya...
04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...
04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı...
Hicab da olacaq?
04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...
04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...
04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı
- Paşinyan rəqiblərini məhv edir...
04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb?
- YENİ FAKTLAR...
04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü -
hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...
Populyar xəbərlər
Tarix: 08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı...
- VİDEO
Tarix: 07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...
XƏBƏR ARXİVİ