Cümə günü, 02 oktyabr 2026
     

75 yaşın nuru

Image


Biliyin ağası olmaq üçün zəhmətin köləsi olmaq gərəkdir
Balzak

Uzun zamandır ki, bu yazını yazmaq istəyirəm. Ancaq hamı kimi mənim üçün də başlamaq çətin olur. Yəni əgər yazacağım insan həm də mənə doğma və əzizdirsə... Bu lap fikirlərimi pərakəndə edir. Çünki ürəyimdə o qədər sözüm olur ki, onları bir-birinin ardınca düzmək üçün yollar axtarıram.
Bir alimdən «Kimi ağsaqqal saymaq olarğ» deyə soruşduqda, o: «Elmini başqalarına öyrədən elm sahibini» cavabını vermişdir. Bu dahiyanə cümləni oxuyanda sevindim. Sevindim ki, başlaya bilərəm.
O xoşbəxt insanlardanam ki, ömür yoluma həmişə xeyirxah, təmənnasız, müdrik, ədalətli, gözəl şəxsiyyətlər çıxıb. İlk dəfə əlimdən tutub məni tələbə auditoriyasına öz assistenti kimi aparanda, müəllimlik peşəsinin çətinliyini, sirrini, müqəddəsliyini öyrədəndə bu xeyirxah insan həyəcandan dili-dodağı əsən bir xanıma «Sən yaxşı müəllim olacaqsan!», deməklə, deməmiş bir insanın həyatında mayaka çevrilir. Söhbət əməkdar müəllim, ADMİU-nun dosenti, 100-ə qədər məqalənin, neçə-neçə tərcümənin, dərs vəsaitinin müəllifi Əzizağa Quliyevdən gedir.
75 yaş müdriklik yaşıdır, müdriklik, ziyalılıq isə insanın mənəviyyatından, genetik kodundan gəlir. Əzizağa Quliyev də 75 ildir ki, taleyin yolunda addımlayır. Əsas da odur ki, bu illərdə o öz yolu ilə gedir. Kiminsə yoluna çıxmır. Qətiyyətli, ədalətli, düzə-düz, cəsarətli, qorxmadan, çəkinmədən əsl vətəndaş kimi yaşayır.
Əzizağa müəllim 1940-cı il mayın 4-də Bakıda anadan olub. 1958-ci ildə orta məktəbi bitirən bu gənc oğlan taleyini M.A.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutuna bağlayır. Burada xalq artistləri Məhərrəm Haşımov, Əli Zeynalov və Əjdər Sultanovdan aktyor sənətinin sirlərini öyrənir.
1962-1965-ci illərdə səhnə danışığı üzrə müəllim işləyən Əzizağa Quliyev təhsilini davam etdirmək üçün Moskvaya yollanır. Əzizağa Quliyev öz zəhməti və əziyyəti sayəsində «Səhnə danışığı» kafedrasında müəllimlikdən dosent vəzifəsinə qədər yüksəlir. Ancaq bu yüksəlişi yazdığı neçə-neçə metodiki vəsait, dərslik, məqalə meydana gətirir.
Səhnə danışığına, aktyor və rejissorların yaradıcılığına həsr olunmuş 100-ə qədər məqalə «Dil mədəniyyəti» məcmuəsində, «Qobustan» incəsənət toplusunda, «Mədəniyyət dünyası» elmi-nəzəri məcmuəsində, «Ədəbiyyat və incəsənət», «Xalq qəzeti», «Mədəniyyət», «Kaspi» və başqa dərgilərdə çap edilir.
Onun səhnə danışığı problemlərinə həsr olunmuş «Düzgün ədəbi tələffüz haqqında», «Bədii danışıq haqqında», «Səhnə danışığına diqqəti artıraq», «Səhnədə danışmaq məharəti», «Artıran söz qədrini» və s. məqalələri cəmiyyətdə böyük rezonans yaradır. Görkəmli fransız ədibi Viktor Hüqonun gözəl bir kəlamını xatırlatmaq istərdim: «Xeyirxahlıq və ləyaqət, nəciblik və insanpərvərlik insanın içindəki günəşdir. Bu günəş insanın daxilində anadangəlmə varsa, onu söndürmək yoxdursa, alovlandırmaq mümkün deyil».
İtalyan filosofu Leon Albertse deyir ki, «xeyirxah və alicənab insanlar anadan belə doğulurlar. Onlar bu dünyaya nəcib, əzəmətli, möhtəşəm və faydalı işlər görmək üçün gəlirlər».
Əzizağa Quliyev də bu dünyaya faydalı işlər görmək üçün gəlib. Çünki onun ürəyi millətinin, sənətinin, dərs dediyi «Səhnə danışığı» fənninin və tələbələrinin ürəyi ilə birgə döyünür. Çünki bu yol zəhmətdən, fədakarlıqdan və sınaqlardan keçib. Əzizağa Quliyev işgüzarlığı, zəhmətkeşliyi ilə birlikdə həm də mərd, məsləkli, əqidəsi bütöv olan insandır. Hələ eşitməmişəm ki, nəyinsə xatirinə yaxşıya yaman, yaxud yamana yaxşı desin. Bizim zəmanə üçün o qədər də münasib olmayan bu xarakteri bu insan qoruyub saxlaya bilir. Və əminəm ki, heç zaman bu xüsusiyyətini dəyişməyəcək. Çünki o bir günün adamı deyil, dədə-babalardan gələn mükəmməl bir xarakterin insanıdır ki, onun tarixi çox böyük miqyaslarla ölçülür.
Əzizağa Quliyev aktyorlar və rejissorlar haqqında çoxlu sayda elmi-publisistik məqalənin müəllifidir. «Aktyor və müəllim bədii qiraət ustası», «Arzuları böyük idi», «Qocaman müəllim, təcrübəli rejissor», «İstedad və əməksevərlik», «Sənətkar unudulmur» və s. yazıları görkəmli insanların ömür yoluna həsr edilib. Ancaq onun «Səhnə danışığı» fənninin tədrisinin təkmilləşməsinə xidmət edən bir sıra metodiki vəsaitləri indi biz müəllimlərin tütyə kimi istifadə etdiyi mənbələrdir. «Diksiya və bəzi metodik göstərişlər», «Mətn üzərində iş», «Orfoepiyaya aid metodik göstərişlər», «Səhnə danışığı və onun tədrisi haqqında», «Yanıltmaclarda danışıq texnikasının təkmilləşdirilməsi», «Təmsil üzərində aparılan işin aktyor tərbiyəsində əhəmiyyəti» və başqa vəsaitlər tələbələrin və müəllimlərin stolüstü kitablarıdır.
2011-ci ildə uzun illər elmi-pedaqoji fəaliyyəti nəticəsində onun Azərbaycan dilində ilk «Səhnə danışığı» adlı dərsliyi işıq üzü gördü. Bu dərsliyin çap olunması «Səhnə danışığı» kafedrasında bir bayrama çevrildi. Çünki rus ədəbiyyatından bəhrələnən müəllimlərimiz axır ki, milli dərsliklə təmin olundular. Tələbələrin həmin dərsliyə böyük ehtiyacını nəzərə alan hörmətli rektor professor Fərəh xanım Əliyeva onun ikinci nəşrinə qayğı göstərdi. Ə.Quliyev «Aktyor sənəti» fənninin tədrisi ilə əlaqədar da faydalı işlər görüb. 1970-ci ildə onun tərcüməsində fundamental dərslik sayılan «Stanislavski məktəbi əsasında aktyor tərbiyəsi» kitabı nəşr edilir. Bu əsər «Aktyor sənəti»nin tədrisinə dair qiymətli dərslikdir.
1980-1987-ci illərdə radionun «Qiraət salonu» verilişinin müəllif və aparıcısı olan Ə.Quliyev verilişlərdə bədii qiraət sənətinin müxtəlif problemlərinin yollarını axtarır.
53 illik elmi-pedaqoji fəaliyyəti ərzində yetişdirdiyi xeyli tələbə fəxri adlara layiq görülüb. Xalq artistləri Şəfiqə Məmmədova, Canəli Əkbərov, Rafiq Hüseynov, Ramiz Novruzov, Qabil Quliyev, Nurəddin Mehdixanlı, Zərnigar Ağakişiyeva, Səidə Quliyeva, əməkdar incəsənət xadimləri Qəmər Məmmədova, Baba Piriyev, Bəxtiyar Xanızadə, Mehriban Ələkbərzadə, əməkdar artistlər Kazım Abdullayev, Rafiq İbrahimov, Ayşad Məmmədov, Əli Nurzadə, Əkbər Əliyev, Elşən Cəbrayılov, Sevinc Əliyeva, Vahid Əliyev, Elşən Rüstəmov, Novruz Cəfərov, Şəfəq Əliyeva, Adil Zeynalov onun zəhmətinin bəhrələridir.
Hal-hazırda tələbələrindən dosent Nadir Hüseynov, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Kəmalə Mehdiyeva və Əlizaman Mirzəyev «Səhnə danışığı» kafedrasında öz ustadları ilə birgə fəaliyyət göstərirlər.
Həyat da davam edir. Səmərəli və intensiv fəaliyyət də. Bu fəaliyyət Əzizağa müəllimi qətiyyən yormur. Ə.Quliyevin hazırda «Stanislavski sistemi» «Səhnə danışığı» fənninin tədrisinin əsaslarından biri kimi, «Səhnə danışığı» fənninə dair praktikum (Z.Eldarqızı ilə birlikdə) metodiki vəsaitləri, dram teatrı və kino aktyoru ixtisası üzrə yenidən işlədiyi (K.Mehdiyeva və N.Hüseynovla) proqramı çapa hazırlanır.
Hörmətli Əzizağa müəllim! Vaxt gəlib keçəcək, sizin Azərbaycan mədəniyyəti üçün etdiyiniz xidmətlər sizin yetişdirdiyiniz tələbələrin araşdırmaları, tədqiqatları, monoqrafiyaları olacaq. Sizin gənclərə göstərdiyiniz mənəvi yardımların özü tarixin özü qədər yaşayacaq.
75 yaşınız mübarək! Ömrünüz uzun, canınız sağlam, arzularınız çin olsun!
Zülfiyyə Eldarqızı
Sənətşünaslıq üzrə
fəlsəfə doktoru




VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu... Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ