çərşənbə axşamı günü, 10 noyabr 2026
     

19 yaşa qədər qızlarda abort 87 faiz artıb - Azərbaycan hara gedir...

Image


Azərbaycanda son illərdə abort etdirən qadınların sayı artıb. Dövlət Statistika Komitəsi (DSK) Azərbaycanda səhiyyənin ötən ilin yekununa dair statistik göstəricilərini açıqlayıb. Doğum və abort saylarındakı kəskin dəyişikliklər ayrıca diqqət çəkir. Abort etdirən qadınların sayı 2020-ci illə müqayisədə ötən il 35% və ya 12 min 158 nəfər artaraq 46 min 877-yə yüksəlib. Bu, indiyə kimi Azərbaycanda qeydə alınan ən yüksək göstərici olub.

Məlumat üçün bildirək ki, abort etdirənlərin 5,2% və ya 2 428 nəfəri 15-19 yaşlılar olub. Bu yaşda abort etdirən qadınların sayı ötən bir il ərzində 87% və ya 1 129 nəfər artıb. Açıqlanan statistik rəqəmlərdən də bəlli olur ki, yeniyetmə və məktəbyaşlı qızlar arasında abort etdirənlərin sayı artıb.

  • Pərvanə Mustafayeva: “Yeniyetmələr arasında abortların artması Azərbaycanda cinsi tərbiyənin, cinsi maarifləndirmənin zəif olduğunun göstəricisidir”

Ginekoloq, həkim ekspert Pərvanə Mustafayeva bildirdi ki, 15-17 yaş arası abort hallarının qeydə alınmasının əsas səbəbi erkən nikah faktorudur.  Bu yaşda qadınların orqanizmi hamiləliyə hazır deyil: “Ona görə də 15-19 yaşda hamiləliyin gedişində fəsadların ortaya çıxma risqi reproduktiv yaşlı qadınlarla müqayisədə dəfələrlə yüksəkdir. Abort və doğuşların sayı göstərir ki, istənilən halda erkən nikah problemi ölkəmizdə mövcuddur. Bu gün əsasən erkən yaşda hamiləliklərdə dölün inkişafdan qalması halları müşahidə olunur. Həmin yeniyetmələrdə hamiləlikdə döl inkişafdan qaldıqda hamiləlik sonlandırılır və bu, abortların statistikasına əlavə olunur”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, yeniyetmələr arasında abortların artması Azərbaycanda cinsi tərbiyənin, cinsi maarifləndirmənin zəif olduğunun göstəricisidir: “Mövcud vəziyyətdən çıxış yolu 7-8-ci sinifdən etibarən sırf cinsi tərbiyə mövzusunda dərslərin keçirilməsidir. Qızlar və oğlanlar üçün bu dərslər ayrı-ayrılıqda da keçirilə bilər. Bu cür dərslərdə nə maraqlı sualları varsa, şagirdlər birbaşa həkim ginekoloqlara verə bilər. Şagirdlər bu haqda doğru məlumat almalıdır. “Cinsi əlaqə necə olmalıdır?; Neçə yaşdan sonra cinsi həyata başlamaq olar? Hansı yollarla hamiləlikdən qorunmaq mümkündür? Erkən yaşlarda hamiləliyin fəsadları nədir” kimi mövzularla bağlı yeniyetmələr məlumatlandırılmalıdır”.

  • Fatimə Hacıbəyli: “Hamilə qalan qızların hamısı o demək deyil ki, öz xoşu ilə cinsi əlaqədə olub”

“Vəfa” Sosial-İctimai Birliyinin sədri Fatimə Hacıbəyli bildirdi ki, erkən yaşlı qızların hamilə qalması narahatlıq doğurur: “Nəzarətsiz qalan uşaqların sayı çoxdur. Baxmayaraq ki, onların valideynləri var, amma nəzarətsizlik sonda belə sonluqlarla nəticələnir. Yaxud da bəzi uşaqlar kifayət qədər sərbəst davranışa malik olur və onları idarə etmək çətindir. Biz nə qədər milli mentalitetdən danışsaq da, müasir dünyanın müasir davranışları var. Uşaqlar daha sərbəst, daha rahat və seksual azad olmağa üstünlük verirlər. Təbii ki, təcrübəsizlik, eyni zamanda nəzarətsizlik, ailədə zorakılıq halları buna təsir göstərir. Hamilə qalan qızların hamısı o demək deyil ki, öz xoşu ilə cinsi əlaqədə olub. Həmin rəqəmlər içərisində zorlama halları da baş verib. Kimsə polisə müraciət edib, uşağı qanuni yolla abort edirib. Abortları gizli şəkildə etmək heç yaxşı hal deyil. Bunun üçün mütləq qeydiyyatdan keçmək lazımdır. Heç bir həkim azyaşlı qızı özbaşına abort edə bilməz”.

  • Könül İsmayılova: “Maarifləndirmə işi aparılmalı, orta məktəblərdə xüsusi fənlər tədris olunmalıdır, həkimlər, psixoloqlar valideynlərlə birgə çalışmalıdır”

Psixoloq Könül İsmayılova qeyd etdi ki, problemin kökü araşdırılmalıdır: “Ailə, məktəb və cəmiyyət üçü bir qanad təşkil etməlidir. Abortlarla bağlı rəqəmlərin ilbəil artmasına səbəb bu üç qanad arasında əlaqənin olmamasıdır. Bunların birgə çalışmaması üzündən belə hadisələr baş verir, yeniyetmələr cinsi təcavüzə məruz qalır. Maarifləndirmə işi aparılmalı, orta məktəblərdə xüsusi fənlər tədris olunmalıdır. Həkimlər, psixoloqlar valideynlərlə birgə çalışmalıdır. Həm ailə, həm məktəb tərəfindən yeniyetmələr üzərində nəzarət gücləndirilməlidir. Eyni zamanda, problemin kökü araşdırılmalıdır. Gəncləri bu addımı atmağa vadar edən hansı səbəblərdir? Onlar ötəri sevginin qurbanımı olublar, yaxud hansısa imkanlı kişilər tərəfindən təcavüzə məruz qalıblar?.. Onları valideynimi buna təhrik edir? İqtisadi durumunu yaxşılaşdırmaq, qazanc əldə etmək üçünmü bu addımı atırlar? Məktəb, ailə və cəmiyyətin birgə fəaliyyəti nəticəsində problem çözülməlidir. Əks halda, qorxunc statistika ilbəil daha da yenilənəcək. Qızlar əxlaqsızlıq yuvasına sürüklənəcək, bu da onların gələcək təhsili, karyerası və sosial həyatı üçün problemə çevriləcək”.

Günel CƏLİLOVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ