çərşənbə axşamı günü, 10 noyabr 2026
     

İqlim dəyişikliklərinin daha bir dəhşətli fəsadı üzə çıxdı

Image


İqlim dəyişiklikləri ilə bağlı verilən proqnozlar hər keçən gün özünü daha ciddi şəkildə doğrultmaqdadır. Dünyanın az qala bütün ölkələri bunun təsirini açıq şəkildə hiss etməyə başlayıb. Anomal istilər, quraqlıq, yanğınlar bütün planeti öz cənginə alıb.

Qeyd edilən xüsusda Avropada vəziyyət daha dəhşətli hal alıb. Məsələn, İtaliyada müşahidə edilən anomal istilər ölüm hallarının 21 faiz artmasına səbəb olub. İtaliya Səhiyyə Nazirliyinin məlumatına görə, 16 may-15 iyul tarixlərində anomal istilər səbəbindən ölkənin ümumilikdə 33 şəhərində 733 nəfər ölüb. İyun ayında isə 9 faiz çox ölüm faktı qeydə alınıb. Bildirilib ki, cari ilin may ayından başlayaraq, ölkədə havanın temperaturu mövsüm normasından 3,2 dərəcə Selsi yüksək olub. Xüsusilə də İtaliyanın mərkəzində yerləşən şəhərlərdə daha yüksək temperatur göstəricisi qeydə alınıb. İyunda temperatur mövsümi orta göstəricidən 3 dərəcə Selsi yüksək olub. İyunun sonu və iyulun ilk həftəsində isə ölkədə havanın temperaturu müsbət 37-40 dərəcə Selsi arasında dəyişib. İtaliyada müşahidə olunan anomal istilər və quraqlıq səbəbindən kənd təsərrüfatı sektoruna 6 milyard avro ziyan dəyib. Ölkənin Kənd Təsərrüfatı Birliyi qeyd edir ki, cari il may ayının ortalarından etibarən müşahidə olunan anomal istilər və yağıntının miqdarının azalması səbəbindən son 70 ilin ən şiddətli quraqlığı qeydə alınıb. İtaliyanın ən böyük çayı olan Poda suyun səviyyəsi isə bəzi yerlərdə 10 faizə düşüb. İtaliyanın Milli Araşdırma Şurasının İqlim və Atmosfer İnstitutunun məlumatına görə, ilk 7 ay ərzində qeydə alınan yüksək temperatur fonunda cari il ölkə tarixində ən isti il ola bilər. Belə ki, iyul ayında ölkədə havanın temperaturu orta göstəricidən 2,26 dərəcə yüksək olub. Cari ilin yanvar-iyul aylarında qeydə alınan temperatur göstəricisi 1800-cü ildən bəri qeydə alınan orta göstəricindən 0,98 dərəcə yüksək olub. Digər Avropa ölkələrində də vəziyyət yaxşı deyil. Məsələn, Monteneqronun paytaxtı Podqoritsa şəhərindən 4 kilometr uzaqlıqda yerləşən və ölkədə “Niaqara şəlaləsi” kimi tanınan şəlalə quruyub. Şəlalənin Çiyevna çayının suyunun azalması səbəbindən quruduğu bildirilib. İngiltərə və Almaniyada iyul ayında havanın temperaturu 40 dərəcə təşkil edib. İstilər səbəbindən quraqlıq, meşə yanğınları və havanın çirklənməsi artıb. Temperaturun 45 dərəcə olduğu İspaniya və Portuqaliyada iyulun ortalarında ölüm halları əvvəlki illərlə müqayisədə ən yüksək həddə çatıb. Reyn çayının Niderland ərazisindəki hissəsində də suyun səviyyəsi rekord aşağı həddə yaxınlaşıb. Avropa Komissiyası bu xüsusda bildirir: “Niderland ərazisində Reyn çayında suyun səviyyəsi tarixin ən aşağı səviyyəsinə yaxınlaşıb. Avropanın “Kopernikus” peyk sistemindən alınan heyrətamiz görüntülər çayın vəziyyətini göstərir. Quraqlıq və yanğınlar Avropada iqlim dəyişikliyinin ən çox görünən nəticəsidir”. Avropa Komissiyasının məlumatına görə, Aİ-nin, demək olar ki, 50%-i bu yay quraqlıqdan təsirlənir ki, bu da xüsusilə məhsulun 10-15%-nin itkisinə səbəb ola bilər. İstilik və su çatışmazlığı Avropada da böyük meşə yanğınlarına səbəb olub. Ekspertlər kəskin istilərin iqlim dəyişikliyinin nəticəsi olduğunu vurğulayır.

Belə bir vaxtda Manoadakı Havay Universitetinin alimləri müəyyən ediblər ki, bəşəriyyətə məlum olan bütün patogen xəstəliklərin, məsələn, “Denge qızdırması”, sətəlcəm, malyariya, “Zika xəstəliyi” və digərləri iqlim dəyişikliyi ilə bağlı kəskinləşə bilər. Araşdırmanın nəticələri “Nature Climate Change” jurnalında dərc olunub.Tədqiqatçılar quraqlıqlar, tufanlar və okean səviyyəsinin qalxması kimi istixana qazları emissiyalarına həssas olan iqlim təhlükələrinin insana məlum olan hər bir patogen xəstəliyə təsirini araşdırıb. Tədqiqat qrupu xüsusi iqlim təhlükələri və xəstəliklər arasında əlaqəni göstərən interaktiv diaqram işləyib hazırlayıb. Məlum olub ki, iqlim dəyişikliyi və yanğınlar viruslar, bakteriyalar, heyvanlar və göbələklərin yaratdığı xəstəliklərə təsir edir. Bura koronavirus da daxildir. Tədqiqatda bu xüsusda bildirlir: “COVID-19 pandemiyasının geniş təsirini nəzərə alaraq, istixana qazları emissiyalarının yaratdığı böyük zəifliyi aşkar etmək həqiqətən dəhşətli idi”. Havay Universitetinin Manoadakı Sosial Elmlər Kollecinin coğrafiya üzrə professoru və tədqiqatın baş müəllifi Kamilo Mora məsələ ilə bağlı bildirib: “Bu, istixana qazı emissiyalarının qlobal miqyasda azaldılması zərurətinin vacib olduğunu göstərir. Çoxsaylı iqlim təhdidləri daşıyıcılar və patogenlər üçün əlverişli ətraf mühitin miqyasını genişləndirir. Məsələn, istiləşmə və yağıntıların miqdarının dəyişməsi xəstəlik daşıyıcıları – “Denge”, çikunqunya, vəba, “Layma xəstəliyi”, “Qərbi Nil qızdırması”, “Zika virusu”, tripanosomoz, exinokokkoz və malyariya virus və bakteriyalarının yayılması ilə bilavasitə əlaqəsi olan ağcaqanadlar, gənələr, birələr, quşlar və bəzi məməlilərin məskunlaşma arealının genişlənməsinə səbəb olur. İqlim dəyişikliyi insanların evakuasiya və miqrasiyasına səbəb olur ki, bu da patogenlərlə əlaqələrin sayını artırır”. Tədqiqatçılar hesab edirlər ki, məsələn, fırtınalar, daşqınlar, dəniz səviyyəsinin qalxması və bunun ardınca çoxlu sayda insanın köçürülməsi “Lassa qızdırması”, lyamblioz, qastroenterit, vəba, salmonellez, şigellez, pnevmaniya, yatalaq, hepatit, respirator və dəri xəstəliklərinin yayılmasına səbəb olur.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ