çərşənbə axşamı günü, 10 noyabr 2026
     

İnternat və uşaq evlərindən çıxanlar bəzi hallarda atılmış duruma düşürlər...

Image


Bəzi uşaqları valideynləri ya doğulduğu gün atır, ya da imkansızlıq ucbatından uşaq evlərinə və ya internatlara verir. Uşaq evləri, internatda kimsəsiz və ya müəyyən müddətə verilmiş uşaqlara yalnız 18 yaşına kimi baxılır, onlara tam olmasa da, valideyin qayğısı göstərilir, məktəbə göndərilir, tərbiyə ilə yanaşı, savadlanmalarına kömək edilir.

Lakin internat evlərində böyüyən uşaqların sonrakı həyatı isə taleyin ümidinə qalır. Hər kəsə məlumdur ki, uşaqlar internat məktəbini bitirdikdən sonra artıq oranı tərk etməli olurlar.  Belə ki, gedəcək yeri olmadığı üçün həmin uşaqlar çətinlik çəkir. Araşdırmalara görə, son vaxtlar internat məktəbləri və uşaq evlərindən çıxan yeniyetmələrin küçələrdə köməksiz və çarəsiz vəziyyətdə yaşaması halları artıb. İnternat məzunları arasında pis vərdişlərə aludə olub, hətta müxtəlif cinayətlərə meyl edənlər də az deyil.

Onu da qeyd edək ki, internati bitirdikdən sonra tərk edənlər növbə ilə evlə təmin olunmalıdırlar. Onların evlə təmin olmaları ilə bağlı Nazirlər Kabinetinin qərarı var, ancaq bu qərarla bağlı tənzimləmə mövcud deyil.

  • Hüseyn Axundov: “İnternat məktəblərindəki uşaqlar üçün problemlər var”

Hüquqşunas Hüseyn Axundov qeyd etdi ki, qanunvericiliyə əsasən, valideyn himayəsindən məhrum olmuş uşaqların qayğısına qalınması, həmçinin onların sonradan həyata uyğunlaşması tam şəkildə dövlətin üzərinə düşür: “Onların evlə təmin olmaları ilə bağlı Nazirlər Kabinetinin qərarı var. Bununla bağlı tənzimləmə mövcud deyil. Ola bilsin ki, işə götürülmək üçün müəyyən üstünlüklər göstərilə bilər. Dövlət kimlər üçünsə iş yeri açıb, onları təmin etmir.

Məlumat üçün bildirim ki, 1999-cu il 22 iyunda valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında Azərbaycan Respublikası Qanunu qəbul edilib. Valideynlərini itirmiş uşaqlar hər iki valideyni vəfat etmiş 18 yaşına qədər uşaqlardır ki, biz bunları valideyn himayəsindən məhrum olmuş uşaqlarla qarışdırmayaq. Yəni valideyn himayəsindən məhrum olmuş şəxslərin ya hər iki valideyni sağ, ya da onlardan biri dünyasını dəyişmiş olur. Valideyn hüququndan məhrum edilən və valideyn hüququnu məhdudlaşdıran, xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan valideynlərin uşaqları da valideyn himayəsindən məhrum edilmiş uşaqlar sırasındadır. Hətta valideynin biri vəfat etmiş, o biri valideyni birinci və ikinci dərəcəli əlil olan şəxs 18 yaşına qədər valideyn himayəsindən məhrum olmuş şəxs hesab edilir. Təbii ki, onlar tam orta təhsilli ümumtəhsil internat məktəblərində təhsil alırlar. Ümumi internat məktəbləri ilə bağlı əsasnamə var. Valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslər Azərbaycan Respublikasının qanuna əsasən bir sıra imtiyaz və hüquqlara malikdirlər. Bu şəxslər orta məktəbi bitirdikdən sonra ali və orta ixtisas məktəblərində, peşə təhsili müəssisələrində pulsuz təhsil almaq hüququna malikdirlər. Həmin şəxslər 23 yaşına qədər dövlət mülkiyyətində olan təhsil müəssisələrinə heç bir pul ödəmirlər. Onların təhsil haqqını dövlət öz üzərinə götürür və müvafiq təqaüdlər verir. Lakin həmin şəxslərin ümumtəhsil məktəblərində, ali təhsil ocaqlarında, yaxud magistratura səviyyəsində aldıqları təhsil dövründə onlara orta aylıq əməkhaqqının 2 mislindən az olmamaqla pul vəsaiti verilir. Müvafiq icra hakimiyyəti təsdiq etdiyi qaydada mövsümi paltar, ayaqqabı və digər geyimlər verilir. Həmin şəxslər oranı bitirdikdən sonra özəl və dövlət sektorlarında müvafiq işlə təmin oluna bilirlər.

Amma internat məktəblərindəki uşaqlar üçün problemlər var. İstər qeyri-hökumət təşkilatları, istər dövlət təşkilatları, istər qəyyumluq orqanları, istərsə də həmkarlar təşkilatları həmin şəxslərə daim diqqət və qayğı göstərməli, onların müvafiq işlə təmin olunması üçün zəruri tədbirlər görməlidir. Hazırda həmin şəxslər bu qayğılardan və diqqətdən kənarda qalırlar. Hətta bəzən bir sıra hallarda həmin şəxslər cinayətə belə əl atırlar. Ona görə də həmin şəxslər xüsusi nəzarətə götürülməli və ümumtəhsil internat məktəblərini bitirəndən sonra ali-orta ixtisas məktəblərində təhsil almayan həmin şəxslər müvafiq dövlət orqanlarında, özəl sektorda sosial layihələr əsasında işlə təmin olunmalı, dövlətin diqqət və qayğısı ilə əhatə olunmalıdırlar”.

  • Fatimə Hacıbəyli: “İnternat məktəbində oxuyan uşaqlara yaxşı təhsil verilməlidir ki, ali təhsil alıb cəmiyyətdə özünə mövqe tutsun”

“Vəfa” Sosial İctimai Birliyinin rəhbəri Fatimə Hacıbəyli qeyd etdi ki, imtina  edilmiş uşaqlar  internat məktəblərinə yerləşdirildikdən sonra onların cəmiyyətə inteqrasiyası, təlim-tərbiyəsi ilə bağlı düzgün, effektiv işlər aparılmır, onlara can yandırılmır. Həmin şəxslər internat məktəblərində, uşaq evlərində bir ailədə ala biləcəyi istiliyi, qayğını görə bilmir: “İnternat məktəbində oxuyan uşaqlara yaxşı təhsil verilməlidir ki, ali təhsil alıb cəmiyyətdə özünə mövqe tutsun. Əgər onlar ali təhsil ala bilməyəcəklərsə, işə tapmayacaqlarsa, təbii ki, küçədə qalacaq, cinayət törədəcək, narkomanlara qoşulacaqlar. 18 yaşları tamam olandan sonra internatdan buraxılırlar. Maraqlısı odur ki, həmin şəxslər işə düzələ bilirmi? Yaxud haradansa qazancı varmı? Təbii ki, internat məktəbindən 18 yaşında buraxılan şəxs ali təhsili olmadığı halda ya cinayətkar, ya da narkoman olacaq. Onların ali təhsillə, işə və müəyyən ipotekalara cəlb olunaraq evlə təmin olunması vacibdir. Çünki onun ata-anası yoxdur, kim ona ev alacaq? İnsanlar övladlarına əvvəlcədən ev almağa kömək edirlər. Pis vəziyyətdə ana-atadan kömək istəyirlər. Lakin bu şəxslərin nə ata, nə də anası var. Bu səbəbdən də həmin uşaqlarla bağlı xüsusi proqram hazırlanmalıdır”.

Günel CƏLİLOVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ