çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Sadıq Qarayev akademiyanın bir sıra təəssübsüz elm xadimlərinə nümunə göstərdi - alim öz məbədini qoruya bilmirsə...

Image


Uzun müddət idi ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ətrafında qalmaqallar baş verir, bu qurumun ləğv edilməli olduğu deyilirdi. Bildirilirdi ki, akademiya bir elm qurumu kimi özünü doğrultmur və bu səbəbdən də qapadılmalıdır, fəaliyyətinə son qoyulmalıdır.

İctimaiyyətin elə bir sferası tapılmazdı ki, AMEA-ya qarşı tənqidlər, iradlar bildirməsin, burada heç bir elmi iş görülmədiyini vurğulamasın. Camaatda belə bir təəssürat vardı ki, AMEA bütövlükdə fəaliyyətsiz bir quruma çevrilib və burada heç bir elmi-tədqiqat işləri aparılmır. Əlbəttə, bu belə deyildi, bu qurumun müxtəlif elmi-tədqiqat institutlarında çalışan alimlər vardı ki, (onlar indi də var) sözün həqiqi mənasında elm sahəsində külüng vururdular, indi də külüng vururlar, amma o alimlərə şərait yaradılmırdı, qısqanc münasibət bəslənirdi. Bu faktdır. Tutaq ki, ləyaqətli, zəhmətkeş bir alim gözünün nurunu töküb maraqlı bir tədqiqat əsəri ortaya qoyurdusa ona qarşı qarayaxma aparanlarla, maneə törədənlərlə yanaşı, tədqiqat işinə ən azı 3-4 “həmmüəllif” yamaq edilirdi. Daha doğrusu, akademiklər, professorlar özlərini bu işə yamaq edirdilər. Bu öz yerində. Maraqlıdır ki, AMEA-nın “güllə qabağına” qoyulduğu zamanlarda o akademiklər, o professorlar irəli durub sinələrini “gülləyə” vermədilər. Heç cəhd də göstərmədilər ki, illərdir yeyib dağıtdıqları, hər cür bəhrələndikləri, ev-eşik, şan-şöhrət sahibi olduqları, daha doğrusu, onları bu mərtəbəyə çatdıran AMEA-nı müdafiə etsinlər. İctimaiyyətə, dövlət başçısına, rəsmilərə səslənsinlər ki, AMEA-nı qorumaq lazımdır, o, elmimizə lazımdır. Demədilər ki, buranın əməkdaşları təkcə müftəxorlardan, rüşvətxorlardan, dövlət əmlakını, maliyyəsini talayanlardan, saxta, plagiat kitablar çap edənlərdən, direktoruna rüşvət verib xarici ölkələrdə haqqı olmaya-olmaya, istedadı, elmi göstərici çatmaya-çatmaya konfranslarda iştirak edənlərdən, elmi ezamiyyətlərə gedənlərdən ibarət deyil, burada bir qarnı ac, bir qarnı tox yaşayan, amma ömrünü piltə-piltə elm yolunda əridənlər də az deyil, bura onların məkanıdır. AMEA-da onların fəaliyyəti üçün münbit şərait yaradılması yönündə islahatlar aparılmalı, qurum təmizlənməli və burada əsl elmi mühit yaradılmalıdır. Bu sözləri gözləyirdik akademiklərdən, titullu alimlərdən. Amma eşidə bilmədik.  “AMEA bağlanmalıdır, ləğv olunmalıdır” deyənlərin qarşısında boyun əyib susan akademiklərin niyə belə etdiklərini bilmirik. Amma faktiki olaraq AMEA oratlıqda qalan yetim bir uşağa bənzədi, onu müdafiə edənlər, demək olar ki, olmadı. Xüsusən də akademiyanın iri ranqlı adamları səviyyəsində. Bu qurumun strukturları bölünməmişdən əvvəlki günlərdə, daha dəqiq desək, 26 iyul tarixində AMEA-nın Mərkəzi Nəbatat Bağının Bitki ekologiyası laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent  Sadıq Qarayev AMEA-nı müdafiə edən statusla çıxış etdi.

Ümumilli lider Heydər Əliyevin “Heç vaxt imkan vermək olmaz ki, kimsə, o cümlədən prezident Akademiyanı dağıtsın. Ola bilər başqa prezident bunu etsin, amma mən heç vaxt bunu edə bilmərəm” fikrini sitat gətirən S.Qarayev qeyd edib: “AMEA bağlansın deyənlər, nə edək? Bağlayaq, yerində bazar, ya da içi ərəblərlə dolu gecə kulubları açaq?
Elmə xəyanət yolunda olan, Azərbaycan xalqının ayağından tutub quldarlıq dövrünə qaytarmaq istəyənlər, siz Heydər Əliyevdən və ya "Akademiyada Azərbaycanın intellektual elitası cəmlənib. Akademiyanın inkişafı Azərbaycanda elmin inkişafına birbaşa təsir göstərir."- deyən Prezident İlham Əliyevdən daha çox məlumatlı, uzaqgörən, vətənpərvərsiz? Boş-boş danışıqlarınızın hansı real həyatda, praktikada özünü doğruldub, əkdiyiniz çürük toxumlara bənzər hansı ideyalarınız göyərib, gedək baxaq?
Avropada belədir, Avstraliyada kenqurudur deyənlər, Avropada hazır Akademyanı dağıdıb Universitetlə birləşdirməyiblər, universitetlərin özündə elmi fəaliyyət təşkil ediblər. Bir dəfə haradasa oxumuşdum, Deyəsən Oksford Universiteti idi, illik büdcəsi 20 milyard dollara yaxın... Avropada qığ görürsüz, qara kəhrəbadır deyirsiz... AMEA Azərbaycan elminin inkişafında mühüm rol oynamış, dünyada qəbul edilən görkəmli alimlər yetirmişdir. Bu müqəddəs elm ocağından xalqımızın milli-mənəvi təkamülündə böyük rol oynamış işıqlı İnsanlar, ziyalılar çıxmışdır.
İndi də əməkdaşlarının əksəriyyəti ictimai nəqliyyatdan istifadə etməklə, bəzən piyada işə gedib-gəlmələrinə rəğmən, mövcud imkanlar şəraitində əzmlə çalışır, müxtəlif istiqamətlərdə faydalı tədqiqatlar aparırlar.
AMEA köhnədən qalıb, effek vermir və s. cəfəng, elmi əsası olmayan fikirlər səsləndirənlər, bəs sizlər komfort şəraitdə, inomarka avtomobillərdə, təyyarələrdə şeytan trayektoriyaları cızaraq, hansı faydalı işlər görmüsünüz? Şəxsən mən 45 elmi məqalə, 1 nəzəriyyə, 3 iri həcmli elmi, fəlsəfi, bədii roman (623 s, 530 s, 470 s) yazanda, beynəlxalq elmi konfranslarda ölkəmizi təmsil edəndə ( məndən qat- qat artığını digər həmkarlarım edib) siz nə iş görürdünüz? Təbii ki, əksəriyyətiniz yeni düsturlar, formullar, mexanizmlər üzərində baş sındırırdınız… Büdcədən öğurlamaq, XXV əsrdə yaşayacaq primatlarınıza vərəsə toplamaq üçün.
Köhnədən qalıb deyə məhv etdiyimiz üzüm bağlarını yada salın, indi yerində nə var? Cənnət bağları? Xeyr, çoxu şoranlaşıb, eroziyaya uğrayıb, ən yaxşı halda yerlərində mal- heyvan otaran uşaqlar telefonda "iqra" oynayırlar...
Müqəddəs elm ocağından aralı durun. Gedin o tərəfdə oynayın!
Əminəm ki, Prezident İlham Əliyevin qətiyyətlə başlatdığı islahatlar prosesi daha da sürətlənəcək, dərinləşəcək və həmişə yüksək dəyər verdiyi, diqqət mərkəzində saxladığı AMEA-nı da əhatə edəcəkdir!”

S.Qarayev bu statusla sözün əsl mənasında AMEA-nı, onun dəyərlərini müdafiə edib, qurumun ayağından çəkib onu şikəst vəziyyətə salanlara sözünü deyib. S.Qarayevin bu açıqlamasından yaltaq, mənsəbpərəst, elmin maraqlarını öz şəxsi maraqlarına  qurban verən yaşı 80-ni ötmüş qoca akademiklər, məddah professorlar nümunə, örnək götürməlidirlər. Əslində, bu fikirləri, bu bəyanatları qoca akademiklər verməli idilər, amma dediyimiz kimi, onlar ancaq yaltaqlıq yarışına həvəs göstərirlər, onları dövlət, dövlətçilik, elmin sabahı, inkişafı maraqlandırmır. Bu gün elmin iqtisadiyyatda, qeyri-neft sektorunda rolu sıfırsa, bunun da günahı o alimlərin, elmə rəhbərlik edənlərin boynundadır…Özlərini nə qədər süddən çıxmış ağ qaşıq saysalar da yenə də özlərini aldadırlar.

Sadıq Qarayev “Bakı-Xəbər”ə bildirdi ki, AMEA-da islahatların aparılması zamanın tələbi idi: “Prezident İlham Əliyevin qətiyyətlə başlatdığı islahatlar həmişə yüksək dəyər verdiyi, diqqət mərkəzində saxladığı AMEA-nı da əhatə edir. Elmi islahatların səmərəli olması üçün islahatlar zəruri idi və oldu. Elmin gəlir gətirməsi çox vacibdir və bunun üçün isə bir sıra şərtlər var:

1. Qarşıdakı aylarda islahatların, stürukturun, elmin koordinasiya edilməsinin mahiyyətindən çox şey asılıdır.

2. Azərbaycan elmi uzun illər idi ki, Sovet elmi ənənələri əsasında formalaşmışdır və əsas istiqamətlər nəzəri nəticələrə yönəlmişdir.

3. Elmin praktikaya, iqdisadiyyata tətbiqi üçün yeni müstəviyə keçirilməsi vacibdir. Bunu etməkdən ötrü yeni elmi məktəblər, ənənələr formalaşmasına zaman lazımdır.

4. İstedadlı, elmə həvəsli gənclərin cəlb edilməsi mütləqdir, vacibdir. Onların xarici ölkələrdə yeni metodları, müasir tədqiqat istiqamətlərini öyrənməyə göndərmək lazımdır.

5. Orta, yaşlı alimlərin təcrübələrini gənc tədqiqatçılara öyrədilmisi prosesi mühümdür. Bir çox hallarda bir alim nə qədər doktorant var, qamarlayır, yığır başına, heç nə də etmir.

6. Praktikaya, iqdisadiyyata yönəlik tədqiqatlar üçün müasir avadanlıqlar, maddi- texniki baza olmalı və onlardan səmərəli istifadə edilməlidir. Bir çox hallarda alıb, üzünə baxırlar.

7. Ən vacib şərtlərdən biri, elmin paktikaya, iqdisadiyyata yönəlməsi, səmərə verməsi, vəsait qazanması, təkcə elmdən asılı deyil, təmas edəcək qarşı tərəfdən də asılıdır”.

Gördüyünüz kimi, S.Qarayev elmin gələcəyi ilə bağlı maraqlı təkliflər də irəli sürüb və bu təkliflərin faydasını nəzərə alıb onlara diqqət yetiriləcəyinə şübhə etmirik.

Leyla QARAXANLI



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ