Cümə günü, 18 sentyabr 2026
     

Azərbaycan iqlim dəyişiklikərinə qarşı qlobal mübarizəyə mühüm töhfələr verir

Image


Bu gün dünya dövlətləri və bütün bəşəriyyət üçün ən ciddi problemlərdən biri qlobal iqlim dəyişikliyidir. Hazırda çoxsaylı xəbərdarlıqlar səsləndirilir ki, preventiv tədbirlər görülməyəcəyi təqdirdə dünyanın qarşısıalınmaz fəlakətlə üzləşməsi qaçılmaz olacaq.

  • Azərbaycan ekologiya məsələsində də regionun lideridir

Mövcud vəziyyət göstərir ki, iqlim dəyişikliyi kimi bəşəri xarakterli problemin həlli üçün bu istiqamətdə qlobal əməkdaşlığın həyata keçirilməsi olduqca vacibdir. Əks təqdirdə bu problemin fəsadlarının aradan qaldırılması mümkün olmayacaq. Xatırladaq ki, elm adamları ilk dəfə 19-cu əsrin əvvəllərində qlobal istiləşmə və istixana effekti haqqında danışmağa başlasalar da, bu məsələyə diqqət  yalnız 1990-cı illərin sonlarında planetar miqyas almağa başladı. Son otuz il ərzində isə iqlimin dəyişmə təsiri dəfələrlə nəzərdən keçirilib, problemlərin həllinə meyllər və əsas yanaşmalar yenilənib. Bu məsələ nəinki aktuallığını itirib, əksinə, bütöv dövlətlərin taleyini müəyyən edən siyasi, iqtisadi aspektə çevrilib.

Məlumdur ki, 2000-ci illərin ortalarına qədər hamı qlobal istiləşmədən danışırdı. Alimlər xəbərdarlıq edirdilər ki, planet çox böyük sürətlə istiləşir və bunun nəticələri fəlakətli olacaq: buzlaqların əriməsindən tutmuş dəniz səviyyəsinin qalxmasına qədər olan hadisələr nəticəsində bütün regionları su basacaq. Tədqiqatçılar tərəfindən tərtib edilən iqlim modelləri bunun mümkünlüyü ehtimalını artırır.  Bu səbəbədən istixana qazlarının tullantılarının azaldılması zərurəti dünya birliyinin gündəmindədir. Dünyanın 196 ölkəsi tərəfindən qəbul edilən Paris İqlim Sazişi istixana qazlarının emissiyalarını azaltmaqla qlobal orta temperaturun artımını 2 dərəcədən  aşağı saxlamağı nəzərdə tutur. Məqsədə əsasən təmiz texnologiyaların tətbiqi, qalıq yanacaq və kimyəvi gübrələrin rədd edilməsi yolu ilə nail olunacağı gözlənilir. Üstəlik, Paris sazişi əsasında iqlim neytrallığına keçid üçün ehtiyacı olan ölkələrə maliyyə dəstəyi verilir. Problem ondadır ki, bütün ölkələr kəskin dəyişikliklərə hazır deyil. Məsələn, Şri-Lanka azot gübrələrini idxal etməkdən imtina edərək, kənd təsərrüfatı istehsalının azalması ilə üzləşdi və bu, siyasi qeyri-sabitliyin səbəblərindən birinə çevrildi. Oxşar vəziyyət Qanada da müşahidə olunur.

Cənubi Qafqaz ölkələri olan Azərbaycan, Gürcüstan və Ermənistan Paris sazişini təsdiqləyib. Üstəlik, Azərbaycan bu məsələdə digər region ölkələrindən öndədir. Ölkədə bu sahədə fəaliyyəti tənzimləyən dövlət qurumları  fəaliyyət göstərir. Bundan əlavə, dövlət neft və qaz hasilatı, tikinti, nəqliyyat, kənd təsərrüfatı və tullantıların idarə olunması kimi sektorlarda iqlim təsirini azaltmağı öhdəsinə götürüb. Məsələn, Gəncədə bərk məişət tullantılarının idarə olunması kimi layihələrə vəsait ayrılır. İşğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerji mənbələrin inkişafı üçün beynəlxalq şirkətlərlə müqavilələr imzalanır. Gürcüstan hələ 2013-cü ildə Avropa ittifaqı ə ABŞ hökumətlərinin köməyi ilə Aşağı Emissiyaların İnkişafı Strategiyasının hazırlanmasına başlayıb.  2015-ci ildə Avropa Komissiyası kənd təsərrüfatı sektoru da daxil olmaqla islahatları dəstəkləmək üçün Gürcüstana 100 milyon avroluq yardım paketini təsdiqləyib. Gürcüstan iqlim dəyişikliyi ilə mübarizə sahəsində Avropa agentlikləri ilə fəal əməkdaşlıq edir.  Amma bu ölkədə ekoloji problemlərlə mübarizə sahəsində vəiyyət heç də ürəkaçan deyil. Kənd təsərrüfatıməhsullarıının  istehsalçısı kimi Gürcüstan bir sıra hallarda ekoloji normaları pozur. Ermənistan da Gürcüstan kimi kənd təsərrüfatının inkişafı üçün maliyyənin əhəmiyyətli hissəsini beynəlxalq və Avropa maliyyə institutlarından alır. Xüsusilə, Avstriya İnkişaf Agentliyi ölkədə yaşıl kənd təsərrüfatına 9,7 milyon avro sərmayə qoyub. Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Yaşıl İqlim Fondu 2021-ci ilin iyul ayına kimi iqlim layihələri üçün 344,7 milyon dollar ayırıb. Lakin vəsaitlərin bölüşdürülməsi üçün şəffaf mexanizmlərin olmaması iqlim dəyişikliyi layihələrinin icrasında çoxsaylı problemlər yaradır.

  • Ölkəmiz iqlim məsələsində də böyük hədəflər müəyyənləşdirib

Gözlənilir ki, qarşıdakı dövr ərzində Azərbaycan ekoloji müstəvidə mövcud  olduğu regionda daha böyk nailiyyətlərin üəllifinə çevrilsin. Bu da səbəbsiz deyil. Əvvəla,  Azərbaycan ətraf mühitə ziyan vurmayan enerji mənbələrindən istifadə edilməsini də xüsusi diqqət mərkəzində saxlayır. Bu səbəbdəndir ki, enerji resursları ilə zəngin olmasına və dünyada həmin resursların ixracatçısı kimi tanınmasına baxmayaraq, Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadə hər zaman ön planda yer alır. Hazırda ölkənin ümumi enerji istehsalında bərpa olunan enerjinin payı 17 faiz təşkil edir. Hədəf 2030-cu ilə qədər bu rəqəmi 30 faizə çatdırmaqdır.

Onu da xatırladaq ki, Azərbaycan 1995-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını, 2000-ci ildə isə Konvensiyanın Kioto protokolunu,  2016-cı ildə Paris Sazişini ratifikasiya edərək qlobal iqlim dəyişmələrinin mənfi təsirlərinin yumşaldılması üzrə beynəlxalq səylərə qoşulub. Qoşulduğu beynəlxalq razılaşmalar üzrə Azərbaycan üzərinə götürdüyü öhdəliklərə tam riayət edir. İqlim dəyişmələrinə qarşı apardığı mübarizə ilə yanaşı, Azərbaycan beynəlxalq ictimaiyyətin diqqətini bu problem üzərində cəmləşdirməyi də vacib hesab edir. Ötən il baş tutan VIII Qlobal Bakı Forumu bu mənada böyük əhəmiyyət kəsb edib.  Forum iqlim dəyişmələrinə gətirib çıxaran səbəblərin aradan qaldırılmasına xidmət edən ideya və təklifləri irəli sürülməsi, bunun dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm rol oynayıb. Ölkəmizin iqlim məsələsinə bu qədər xüsusi diqqət etməsi təsadüfi hesab olunmur. Azərbaycan torpaq və su resursları məhdud olan ölkələrdən biridir və iqlim dəyişikliyi ölkəmizdə birbaşa bu resurslara mənfi təsir göstərir. Kənd təsərrüfatı naziri İnam Kərimov bu xüsusda bildirir: “Ötən ilin sonunda BMT-nin Kənd Təsərrüfatı və Ərzaq Təşkilatı dünyanın torpaq və su resursları-sistem tənəzzül astanasında adlı hesabat dərc edib. Bu hesabatın əsas məğzi ondan ibarət idi ki, hazırda dünya əhalisini ərzaq məhsulları ilə təmin etmək üçün artıq torpaq və su resursları özlərinin son istifadə imkanları həddindədir. Bundan artıq bizim torpaq və su resurslarımız yoxdur. Nəzərə alsaq ki, 2050-ci ilə qədər dünya əhalisinin sayının 10 milyarda yaxınlaşması gözlənilir, o cümlədən qlobal istiləşmə problemi daha kəskin formada artmağa başlayacaq və həmin hesabata görə son 20 ildə dünyada 191 milyon hektar ərazi əkin dövriyyəsindən çıxıb. Yəni, iqlim dəyişikliyi ərzaq təhlükəsizliyini ən böyük stress altında saxlayan amillərdən biridir. Azərbaycan üçün də bu hal xarakterikdir”. Bunlar fonunda Azərbaycan iqlim dəyişiklikərinə qarşı fəal mübarizə aparır, bu xüsusda qlobal fəaliyyətə də mühüm töhfələr verir.

Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

Ərəblərdən sonra Albaniya Aqvan adlandı, ancaq heç vaxt Hayastan olmadı...

SON XƏBƏRLƏR

18.09.2026 / 21:12
Yaraşıqlı qadınların “mənə takib atın, sizi arayacam” mesajı kişilərə tələdir - Ayıq olun...

18.09.2026 / 20:58
Vüqar Rəhimzadə: Tarixi Zəfərimizi, suverenliyimizin bərpasını əbədiləşdirən şəhər günləri gələcəyə çağırışdır

18.09.2026 / 20:16
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar

18.09.2026 / 20:03
Ermənistan yeni Konstitusiyaya və yeni sərhədlərə hazırlaşır...

18.09.2026 / 19:24
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək - FOTO/VİDEO

18.09.2026 / 18:59
Ramil Usubov müasir təhdidlərin qabaqlanmasında TDT-nin çevik mexanizmlərindən danışdı...

18.09.2026 / 18:54
Fransa Azərbaycana səyahət xəbərdarlığı etdi, rəsmi Bakıdan da tutarlı cavab aldı...

18.09.2026 / 18:53
BMT missiyası Birləşmiş Ştatların İranda hərbi cinayətlər törətdiyini bəyan etdi...

18.09.2026 / 18:53
ABŞ BMT İnsan Hüquqları Şurasındakı üzvlüyünə rəsmən son qoydu

18.09.2026 / 18:50
Ermənistan Rusiyanın onu KTMT-dən qovmasını gözləyir...

18.09.2026 / 18:38
Netanyahu BMT tədbirində iştirak üçün ABŞ-a gedir - Baş nazirin həbsinə qarşı tədbirlər pik həddə…

18.09.2026 / 18:37
Azərbaycanın BMT-yə qarşı maddi və mənəvi təzminat davası açmaq hüququ var… Prezident Əliyev tam haqlıdır...

18.09.2026 / 18:22
Əliyev haqlı çıxdı - Bu boyda təşkilat ildə bir dəfə Zirvə toplantısı ilə hara qədər gedə bilər?!...

18.09.2026 / 18:11
Türk dövlətləri ilə ikitərəfli əməkdaşlıq formatı TDT-də Azərbaycanın tapıntısıdır...

18.09.2026 / 18:02
Qarabağ xristianlarının 1-ci Pyotra və Potyomkinə məktublarında qabarıq alban ruhu...

18.09.2026 / 17:56
İstanbul 2027-ci ildə İspaniya futbolunun zirvə yarışına ev sahibliyi edəcək

18.09.2026 / 17:44
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını qınadı

18.09.2026 / 17:33
Türk dünyasında yeni oyanış – qısa müddətdə din və təhlükəsizlik xadimlərinin Bakı zirvələri çox şey deyir...

18.09.2026 / 17:26
Putin Duma seçkilərində onlayn səs verdi - növbəti dəfə…

18.09.2026 / 17:14
Rusiyada Dövlət Dumasına namizəd yoxa çıxdı

18.09.2026 / 16:58
Türk dövlətlərinin dünyada yeni siyasət kursunun anonsu Bakıdan verildi...

18.09.2026 / 16:48
Xankəndidə TDT-yə üzv dövlətlərin insan resurslarının inkişafı üzrə V Görüşü keçirilib - FOTO

18.09.2026 / 16:43
Tarixi Zəfərimizi, suverenliyimizin bərpasını əbədiləşdirən şəhər günləri gələcəyə çağırışdır - Vüqar Rəhimzadə

18.09.2026 / 16:40
Azərbaycan QHT-ləri Ermənistanda başlanmış kampaniya əleyhinə bəyanat yaydı

18.09.2026 / 16:24
Avropa Birliyi Paşinyanın qarşısına rus sərhədçilərlə bağlı şərt qoyub...

18.09.2026 / 16:15
Azərbaycanda işğala gec son qoyulmasının bütün məsuliyyətini BMT daşıyır...

18.09.2026 / 16:15
Əliyev türk dövlətlərinin gəncləri üçün yeni fəallıq yolu açdı...

18.09.2026 / 16:07
Türk dövlətlərində antimilli qüvvələrin marjinallaşması ümumi proses kimi təqdim edildi...

18.09.2026 / 15:56
"Qərbi Azərbaycan" Ermənistanın təhlükəsizliyinə təhdiddir - Paşinyanın əlində "sülh və qisas qarpızı"...

18.09.2026 / 15:41
Pezeşkian və Araqçi Nyu Yorka gedir - ABŞ viza verir…

18.09.2026 / 15:28
Ukrayna Rostovda hərbi aerodromu ikinci dəfə vurdu - üç qırıcı və üç hərbi helikopter məhv edildi…

18.09.2026 / 15:03
"Yeni Parti" ad dəyişməsi tələbilə üz-üzə - Özəl "...dəyişməyəcəyik" deyir...

18.09.2026 / 14:53
Ermənistandakı Rusiya şirkətləri təhlükədə - Moskva İrəvana xəbərdarlıq etdi…

18.09.2026 / 14:52
"Kurtlar Vadisi"ndəki "Erdoğan" yazılı məzar daşı istintaq materiallarına əlavə edildi - İlginc...

18.09.2026 / 14:43
Pakistanda məscid yaxınlığında güclü partlayış - 15 nəfər həlak olub

18.09.2026 / 14:38
Alban-Udi xristian dini icması Ermənistanın revanşist münasibətini pislədi

18.09.2026 / 13:52
ABŞ Səudiyyə Ərəbistanına 48 ədəd qabaqcıl F-35 qırıcı təyyarəsi satacaq - Çinə rəğmən…

18.09.2026 / 13:32
Paşinyan Rusiyaya rəsmən qapını göstərdi - Bizə sizin bazanız lazım deyil… bizi hədələməyin…

18.09.2026 / 13:08
“ASAN xidmət”də Milli Musiqi Günü qeyd olunub

18.09.2026 / 12:33
Saxlanılan şəxslər Azərbaycanda dini xadimlərə qarşı sui-qəsd hazırlayıblar - DTX

18.09.2026 / 12:30
İran Hörmüzdən keçməyə çalışan daha bir tankeri vurdu…

18.09.2026 / 12:16
“Məhəllə dərslərindən ölkə arenasına” — Teacher Haydar ilə müsahibə.

18.09.2026 / 12:10
BŞDYPİ Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar hərəkət iştirakçılarına müraciət etdi

18.09.2026 / 11:12
Hikmət Hacıyev Almaniya səfiri ilə ikitərəfli münasibətləri müzakirə etdi

18.09.2026 / 11:05
Cinayət törətməkdə şübhəli bilinən 65 nəfər saxlandı

18.09.2026 / 10:40
DTX beş ölkədə antiterror əməliyyatları keçirdi, 11 nəfər saxlandı - VİDEO

18.09.2026 / 10:27
SOMDA müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar müsabiqə elan edir

18.09.2026 / 07:02
Putin beynəlxalq korporasiyaların Rusiyadakı aktivlərini milliləşdirdi - “Auchan”, “Nestle”…

18.09.2026 / 06:56
Rusiyada Duma seçkilərinə start verildi - Yabloko seçkiyə buraxılmadı

18.09.2026 / 06:14
İranın TRİPP üçün iki şərti varmış - səfirdən açıqlama

18.09.2026 / 06:14
İranın TRİPP üçün iki şərti varmış - səfirdən açıqlama

17.09.2026 / 22:44
Trampa impiçment tələbləri getdikcə daha təhlükəli şəkil alır...

17.09.2026 / 22:18
Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

17.09.2026 / 22:02
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfərinə dair görüntülər paylaşılıb

17.09.2026 / 21:51
25 manatlıq internet paketi abunəçilərin ən ucuz seçim şansını məhv edir... Narazılıq...

17.09.2026 / 21:35
Ursula Lyayen Orta Dəhlizin şaxələndirilməsinə 12 milyard avro ayırdı...

17.09.2026 / 21:17
“Ölkədə boş mənzillərin olduğu 10-larla yaşayış məntəqəsi var” - Paşinyan illər öncə Əliyevin sözlərini təsdiqlədi...

17.09.2026 / 21:01
Ermənilər öz tarixçiləri Orbelinin Qarabağ toponimlərinə aid kitabını məqsədli məhv etdilər...

17.09.2026 / 20:43
İlham Əliyev dini liderlərlə görüşdə Xətai düşmənlərini də vurmağı unutmadı...

17.09.2026 / 20:25
Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

17.09.2026 / 20:12
Rusiya Ermənistana qarşı apokalipsis ssenarisini işə salır - İrəvanın ümidi Azərbaycanadır...

17.09.2026 / 19:44
Ərəblərdən sonra Albaniya Aqvan adlandı, ancaq heç vaxt Hayastan olmadı...

17.09.2026 / 19:21
Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

17.09.2026 / 19:04
İlham Əliyev “sanksiyabaz Qərb”in ikiüzlü Ermənistan siyasətini yenə ifşa etdi...

17.09.2026 / 18:48
Dairə seçki komissiyalarının tərkibi yenidən formalaşdırılacaq...

17.09.2026 / 18:42
Səhiyyə komitəsinin payız sessiyasında ilk iclası keçirilib

17.09.2026 / 18:38
Avropa ABŞ-ı “qızıl damarı”ndan vurur - sarı metal Amerikadan geri alınır...

17.09.2026 / 18:24
Ermənistanda daşnaklar Paşinyan üçün əsas təhlükə iddialarını yenidən ortaya qoyur...

17.09.2026 / 18:04
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

17.09.2026 / 17:45
Düşmənin üzərinə Şuşaya qədər yeridi – şəhid Elnur Allahverdiyev...

17.09.2026 / 17:10
Hacıqabulda oğurluq edən şəxs saxlandı

17.09.2026 / 16:44
Gələn il İslam Zirvəsinə qədər Azərbaycanın əsas dövlət strategiyası müəyyənləşdi...

17.09.2026 / 16:23
"BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq" - Prezident

17.09.2026 / 16:19
Yeni tədris ili Astara Pedaqoji Kollecinə uğurlar, yeni nailiyyətlər və böyük təhsil zirvələri gətirsin...

17.09.2026 / 16:17
Prezident: "Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın"

17.09.2026 / 16:14
"Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir" - Prezident

17.09.2026 / 16:04
Famil Mustafayev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

17.09.2026 / 15:30
Deputatın ailəsinin Dubayda 76 mənzilinin olduğu ortaya çıxdı…

17.09.2026 / 15:27
Musiqi, balet və teatrın dünya ulduzları Bakı Beynəlxalq İncəsənət Festivalında

17.09.2026 / 15:02
Vüqar Rəhimzadə: 20 sentyabr 2023-cü il xalqımızın çoxəsrlik dövlətçilik tarixinin yeni və qürurlu səhifəsidir

17.09.2026 / 14:56
Qafqazda sülh, Türk dünyasında birlik və İslam aləmində həmrəylik

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ