çərşənbə axşamı günü, 10 noyabr 2026
     

AMEA-da talan? Arxiv, muzey və kitabxanada nə baş verir...

Image


Azərbaycan Milli Elmlər Akademiyasında  (AMEA) baş verənlər yenə də gündəmi zəbt edib. İllərdir ki, burada baş verən ən kiçik hadisə belə mediada ciddi şəkildə müzakirə edilir. Daha doğrusu, elm adamları, ictimai xadimlər AMEA-da gedən proseslərə ciddi yanaşırlar. AMEA artıq parçalanıb və bu məkan artıq əvvəlki kimi onlarla müəssisəni özündə birləşdirmir.

Bilirik ki, Prezidentin məlum fərmanı ilə Təhsil Nazirliyinin adı Elm və Təhsil Nazirliyi olaraq dəyişdirilib və AMEA-nın da bir sıra institutları, müəssisələri bu nazirliyin tabeliyinə verilib. Bu hadisədən sonra çoxları güman edirdi ki, AMEA mövzusu artıq arxa plana keçəcək, burada baş verənlər daha maraq kəsb etməyəcək. Akademiyanın institutları bölündükdən sonra bu qurumla bağlı daha ilginc məlumatlar, iddialar yayılmağa başlayıb. AMEA-nın kitabxanasından, arxivindən qiymətli kitbların, xəritələrin, əlyazmaların evlərə daşındığı barədə iddianı nəzərdə tuturuq. Tanınmış qələm adamı Araz Qurbanovun “Qədim sənəd və kitabları, eksponatları gizli şəkildə AMEA-dan mənzillərə daşımağa başlayıblar” açıqlaması gündəmə bomba kimi düşdü. A.Qurbanov qeyd edir: “XATIRLATMA: 1996-cı ildə Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində Azərbaycan Milli Elmlər Akademiyasının fondundan nadir kitabların oğurlanması və ölkədən çıxarılması cəhdinin qarşısı alınmışdır. Müəyyən edilmişdir ki, Ukrayna vətəndaşı, etnik Krım tatarı olan «alim» Bakıya gələrək akademiyanın kitabxanasında «elmi araşdırmalar» aparmağa başlamışdır. Kitabxana işçilərinin etibarını qazandıqdan sonra onların məsuliyyətsizliyindən yararlanaraq burada saxlanılan XVIII-XIX əsrlərə aid xeyli sayda unikal (bəzilərinin yalnız Bakı nüsxəsi qalmışdır) kitabın fonddan çıxarılmasına nail olmuşdur. Oğru ifşa edilmiş, yaşadığı mənzildən həmin nadir kitablar götürülmüşdür. «Alim» bu cinayəti Ukraynadakı erməni iş adamının sifarişi ilə pul müqabilində törətdiyini etiraf etmişdir. Qeyd edim ki, həmin kitablar Şimali və Cənubi Qafqazda, Rusiyanın cənubunda, Ukraynada yaşayan türk xalqlarının, o cümlədən Azərbaycan türklərinin qədim tarixinə, etnogenezinə, etnoqrafiyasına aid idi. Məsələn, karalar (karaylar, karaimlər) haqqında olan kitabda (XIX əsr) bir fikir indiki kimi yadımdadır: «Karaimlərin dili, folkloru, adətləri ən çox Azərbaycan tatarlarının (türklərinin) dili və mədəniyyətinə yaxındır»…
Bu hadisəni əbəs yerə xatırlatmıram. Dünən də, bu gün də erməni yalanlarının ifşası, Azərbaycan tarixinin obyektiv öyrənilməsi üçün tutarlı faktları, sənədləri, kitabları az qala gündüz çıraqla axtarırıq. Tədqiqatçılar yaxşı bilir: kitabxanalarda, arxivlərdə bir çox əsərin, sənədin adları, inventar nömrəsi olduğu halda, özü artıq yoxdur. Bəzən isə həmin əsərin Bakı nüsxələrinin səsi başqa ölkələrdən çıxır. Görünür, hələ də irsimizə lazım olan qədər sahib çıxa bilmirik…
Bu gün AMEA-ın gələcək taleyi ilə bağlı bir çox fikirlər, ehtimallar dolaşmaqdadır. Onların nə dərəcədə həqiqətə uyğun olub-olmaması haqqında fikir yürütməkdən uzağam. Çünki əlimdə tutarlı fakt yoxdur. Amma bu günlərdə müəyyən etdiyim bir arzuolunmaz proses məni çox narahat etdi. Bəri başdan deyim ki, yazdıqlarım hər hansı bir «kampaniyanın» tərkib hissəsi də deyil. Belə ki, akademiyanın ləğv olunmasını ehtimal edən bəzi üzdəniraq alimlər sanki dövlətə ziyan vurmaq üçün nadir və qədim sənəd və kitabları, görkəmli elm xadimlərinə aid əlyazmaları, fotoşəkilləri, eksponatları gizli şəkildə AMEA-dan çıxarmağa, mənimsəməyə, mənzillərə daşımağa başlamışlar. Mən əminəm ki, AMEA-ın rəhbərliyi və əlaqədar dövlət strukturları bu vandalizmin qarşısını almaq üçün ciddi tədbirlər görəcəklər”. Çox maraqlı məsələdir. Xatirizdədirsə, bir neçə il əvvəl iddialar yayıldı ki, AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutundan qədim xəritələr, əlyazılar oğurlanıb, amma buna AMEA rəhbərliyi ciddi yanaşmadı, sadəcə institutdan deyilənlərin yalan olduğu bildirildi, bu sənədlərin oğurlanmadığı, AMEA-da olduğu barədə ortaya heç bir dəlil-fakt qoyulmadı. İndi də kifayət qədər ciddi mənbələr deyir ki, AMEA-dan əlyazmalar, albomlar, sənədlər daşınır, kitabxabadakı qiymətli kitablar evlərə aparılır. Ekspertlər bildirir ki, bunlar əsası olan məsələlərdir. Çünki indiyə qədər əlyazmaların, kitabların, sənədlərin kataloqları hazırlanıb təqdim edilməyib ki, kitabxanada bu qədər kitab var, arxivdə bu qədər sənəd, əlyama və sair var. Heç birinin kataloqu yoxdur, biz AMEA-nın indiyə qədər nələrə sahib olduğunu bilmirik.

Belə iddiaların əsası ola bilərmi ki, qiymətli kitablar və sair daşınıb  evlərə aparılsın?

  • “Akademiyada baş verənlərlə bağl ciddi araşdırmaya ehtiyac var”

AVCİYA-nın vitse-perzidenti, professor Məhərrəm Zülfüqarlı “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bu barədə mətbuatda məlumatlar yayılıb. “Buna qədər də akademiyanın kitabxanasından qiymətli kitabların oğurlanması, yoxsa çıxarılması ilə bağlı kitabxananın əməkdaşı tərəfindən məlumat yayılıb. Buna akademiya tərəfindən kiçik bir reaksiya verilsə də, sonradan bu barədə susmağa üstünlük verildi. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra belə hallar olub. Yalnız AMEA-da deyil, başqa müəssisələrdə də bu kimi başucalığı gətirməyən hallar yaşanıb. Məsələn, İncənət Muzeyindən qiymətli rəsm əsərləri oğurlanaraq Amerikaya aparılıb satılması barədə o zaman tanınmış sənətşünas Ziyadxan Əliyev geniş məqalələrlə çıxış edirdi. Bu da öz təsdiqini tapdı.

Akademiyada baş verənlərlə bağl ciddi araşdırmaya ehtiyac var. Yəni məlumatların AMEA tərəfindən təkzib edilməsi heç də o hadisələrin baş vermədiyi demək deyil. Bu məsələ ciddi araşdırmalıdır, kitabxanada, əlyazma fondunda, muzeylərdə ciddi araşdırmalar getməlidir. Belə ciddi bir məsələni akademiyanın öhdəsinə buraxmaq düzgün deyil, səlahiyyətli qurumlar buna kənardan müdaxilə etməlidir. Neytral araşdırmalar aparılmalıdır. Əgər belə bir iş varsa burada təqsiri olanlar cəzalandırılmalıdır və həmin sənədlər, qiyməti əlyazmalar, kitablar akademiyaya qaytarılmalıdır”.

M.Zülfüqarlının sözlərinə görə, AMEA-nın bir institutunun cavabı, təkzibi ilə kifayətlənmək olmaz, çünki bu sıradan bir məsələ deyil. O hesab edir ki, qurum diqqəti özündən yayındırmaq üçün təkzib verə bilər, amma araşdırılma aparılmalıdır: “Təkziblə kifayətlənmək olmaz, çünki bu, dövlət təhlükəsizliyinə aid olan məsələdir, strateji əhəmiyyət daşıyır. Ona görə də mənə elə gəlir ki, bu ciddi araşdırılmalı və  araşdırmanın nəticələri barədə ictimaiyyətə məlumat verilməlidir”.

Qeyd edək ki, AMEA-nın saytında iddia ilə bağlı təkzib verilib. Onu da sizə təqdim edirik: “...Bəzi xəbər saytlarında yayımlanmış “AMEA-nın arxivi talanır” başlıqlı yazıda kitabxana ilə bağlı səsləndirilən fikirlər həqiqəti əks etdirmir. Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq mətbuat katibi, tanınmış jurnalist Araz Qurbanovun xatırlatdığı hadisə uzun illər bundan əvvəl AMEA-nın Mərkəzi Elmi Kitaxanasında baş vermiş və dövlətin müvafiq orqanlarının müdaxiləsi nəticəsində bu hadisə öz  müsbət həllini tapmış, işi törədənlər isə öz layiqli cəzalarını almışlar.

Hazırda Mərkəzi Elmi Kitabxanadan bir nüsxə belə nəşr ölkə daxilində harasa daşınmayıb, yaxud ölkə hüdudlarından kənara aparılmayıb. Məlumat üçün xatırladaq ki, hər bir kitabxananın öz profili var. MEK oxuculara xidməti yerində, həmçinin onlayn formada həyata keçirir. Oxucuya yerində xidmət göstərildiyi zaman həmin nəşrin yalnız kitabxana daxilində istifadəsinə icazə verilir. Hazırda hər bir kitabxana əməkdaşının başlıca məqsədi dövlətin sərvəti olan kitabxananın arxivini, burada olan bir milyondan artıq nüsxə dəyərli nəşrləri gələcək nəsillərə çatdırmaqdır.

İnventar məsələsinə gəlincə, əgər bu iddia kitabxananın fondu ilə bağlıdırsa, qeyd edək ki, bir milyondan artıq fondun bir binadan digərinə daşınması zamanı  təbii ki, qarışıqlıq baş verir. Bu hal keçmişdə Mərkəzi Elmi Kitabxanada da baş vermişdir. Lakin hazırda bu işin üzərində kitabxananın çoxsaylı kollektivi böyük əzmlə çalışır, sənədlər İRBİS 64 proqramı vasitəsilə elektron kataloqa yerləşdirilir və yuxarıda adı çəkilən inventarlarla sənədlərin uyğunsuzluğu aradan qaldırılır”.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ