çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Azərbaycanda selektiv abort qorxulu həddə çatıb - əhali artımına təhlükə varmı?..

Image


Müasir dövrdə cəmiyyətimiz dayanmadan inkişaf edir. Təbii ki, əksər hallarda bu inkişaf insan həyatına müsbət təsir göstərir. Lakin bəzi hallarda həmin bu irəliləyişlər kiminsə həyatında mənfi izlər qoyub gedir.

Məsəl üçün, tibb sahəsində inkişaf bir çox hallarda kimlərinsə həyatını xilas etməyə, ağır xəstəliklərin qarşısını vaxtında almağa kömək edir. Hər bir şeyin iki tərəfi olduğu kimi, bu inkişafın da bir növ mənfi tərəfi var. Məsələn, bir neçə il bundan əvvəl ultrasəs müayinəsi uşağın cinsini müəyyən edə bilmirdi, lakin indi sizə hətta 3D şəkil belə verir. Təbii ki, belə bir proqres abortların sayını bir qədər də artırdı. İndiyə qədər bir çox ailələr var ki, valideynlər müəyyən cins uşaq istəyirlər: ya qız, çünki düşünürlər ki, onu tərbiyə etmək daha asandır, ya da oğlan, çünki o, nəslin davamçısı olacaq. Bəzən bu istək o qədər güclü olur ki, valideynlər sırf istədikləri cins olmadığı üçün gələcək uşaqdan imtina etməyə hazır olurlar. Bu halda abort selektiv adlanır, çünki valideynləri hamiləlik faktı deyil, məhz müəyyən embrionun xüsusiyyətləri qane etmir. Selektiv aborta səbəb olan situasiyalar müxtəlif olur: məsələn, prosedur tibbi göstərişlə müəyyən edilə bilər - əgər döldə genetik pozuntular və ya xəstəliklər təyin edilərsə və valideynlər belə uşağı böyütməyə hazır olmadıqlarını dərk edərlərsə. Çox hallarda selektiv abortlar köməkçi reproduktiv texnologiyalarla, məsələn EKO, əlaqədar olur: çoxdöllü hamiləlik zamanı müəyyən göstərişlər olduqda cütlük bir embriondan imtina edə bilər ki, digərlərinin inkişafına mane olmasın. Lakin diaqnostika selektiv abortun daha bir növünü – cins xüsusiyyətinə görə - mümkün edib. Bir çox ölkə və mədəniyyətlərdə tarixən oğlanları qızlardan daha çox dəyərləndirirdilər və valideynlər varis əldə etmək üçün ən qəti tədbirlər görməyə hazır idi, hətta yeni doğulmuş qızlarını qurban verməyə. Müasir texnologiyaların sayəsində uşağın cinsinin doğuşdan öncə müəyyən edilməsi situasiyanı daha da qəlizləşdirib, bir çox ailələr sırf qız böyütmək istəmədikləri üçün döldən qurtulurlar. Beləliklə, Azərbaycanda selektiv abortların sayı günü-gündən artmağa başladı.

Qeyd edək ki, 2021-ci ilin statistikasına əsasən, Azərbaycanda 100 qıza 115 oğlan düşürdü. Əvvəllər selektiv aborta görə siyahıda liderlik Çinə məxsus idi və Azərbaycan ikinci yerdə idi. İndi vəziyyət əksinədir. Belə ki, hazırda Çində bu göstərici 100-110,3 təşkil edir. Nəzərə almaq lazımdır ki, dünyaya gələn uşaqların cins nisbəti bioloji normaya uyğun olaraq 102-106-dır. Belə ki, heç bir xarici müdaxilə olmadığı təqdirdə doğulan hər 100 nəfər qız uşağına 102-106 oğlan uşağı düşür. 1990-cı illərin əvvəllərindən Azərbaycanda bu nisbətin pozulması müşahidə edilir.

BMT-nin Əhali Fondunun hesablamalarına görə, Azərbaycanda doğulan uşaqlar arasında cinsə görə nisbətin ciddi şəkildə pozulması davam etsə, 2050-ci ilə qədər hər il doğulan oğlan uşaqlarının sayı qız uşaqlarının sayından 12 000-15 000 nəfər çox olacaq. Cəmiyyətdə kişilərin sayının bu artımla davam etməsi ölkəni acınacaqlı nəticələrlə üz-üzə qalması halına gətirib çıxara bilər. Bura gender bərabərsizliyi, zorakılıq, erkən nikah, insan alveri və kriminal səviyyənin artması aiddir. Bu vəziyyətlə qarşılaşmaq istəmiriksə qızlara dəyər vermək lazımdır. Ədalətli cəmiyyət naminə qızlar üçün bərabər imkanlar yaradılmalıdır.

  • Pərvanə Mustafayeva: “Cinsiyyətə görə abortları ailədə daha çox kişilər tələb edir”

Həkim ekspert Pərvanə Mustafayeva qeyd etdi ki, hamiləlik planlaşdırılan zaman dölün cinsiyyətini öncədən təyin etmək üçün dəqiq yol yoxdur. Müəyyən təqvimlərdən istifadə olunsa da, onların heç bir tibbi əsası yoxdur. Qız övladı istəməyən ailələr də "çıxış yolu”nu abortda görürlər: "12-ci həftədən sonra dölün cinsiyyətini təyin etmək üçün ultrasəs aparatına müraciət edilir və daha sonra abortlar həyata keçirilir. Bu, qadın üçün olduqca təhlükəli məqam, risqli prosedurdur. Selektiv abortların ana üçün ilkin mənfi təsiri psixoloji stresdir. Cinsiyyətə görə aparılan abortları ailədə daha çox kişilər tələb edir. Düzdür, bəzən qadınların özlərinin də bu cür istəyi olur. Amma bu, əsasən kişilərin təsiri ilə olur. Təsəvvür edin ki, 3 ay ərzində özünü hamiləliyə hazırlamış bir qadının bu qərarı verməsi nə qədər çətindir. O, psixoloji travma yaşaya bilər. Digər tərəfdən abort, xüsusən selektiv abortlar qadın həyatına bir çox problemlər gətirir. İlk növbədə, baş verən qanaxmalardan danışaq. O, qadının ölümünə də səbəb ola bilər. İnfeksiyalar, xüsusən çanaq orqanlarının irinli iltihabı kimi xəstəliklər gələcəkdə qadınlara ana olmaq üçün ciddi problemlər yarada bilər. Hətta daxili orqanların zədələnməsi, uşaqlığın cırılması da baş verə bilər. Belə halların nəticəsində gələcəkdə sonsuzluq yaşanması qaçılmaz olur”.

  • Fatimə Hacıbəyli: “Hər il oğlan uşaqlarının sayı artır, qız uşaqlarının sayı isə azalır, evlənmə yaşına çatanda…”

“Vəfa” Sosial-İctimai Birliyinin sədri Fatimə Hacıbəyli bildirdi ki, ultrasəs müayinəsinin meydana çıxması bu məsələdə çox böyük rol oynayıb: “Belə ki, hamiləlik vaxtı yoxlanaraq qız və oğlan övladı olduğunu öyrənib, qız övladını bətndənkənar, yəni abort edirlər. Qədimdə hər zaman oğlan uşağına üstünlük verilib. Adət-ənənəyə görə, evdə oğlan uşağı dünyaya gələn kimi gözaydınlığı verir, təbrik edirdilər. “Yeddi oğul istərəm, bircə dənə qız gəlin”, “Qız yükü, duz yükü” və s. kimi atalar sözlərimiz də oğlan uşağına nə qədər üstünlük verildiyinin göstəricisidir. Bütün bunlar qızlara münasibətin ənənəvi olaraq soyuq olduğunu göstərir. Çünki bir vaxtlar müharibələr olurdu, kişilər evə daha çox gəlir gətirirdi, qız uşaqlarının o vaxtkı hüquqları daha az idi, evdə qalanda yük olurdu. Bu, ənənəvi olaraq davam edirdi. İndi vəziyyət daha pisə doğru gedir. Valideynlər qız uşaqlarının olmasını istəmirlər. Get-gedə də uşaqların ailədə sayı azalır”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, valideynlər indi daha çox oğlan övladlarının olmasını istəyirlər: “İnsanlar arasında belə bir düşüncə tərzi var ki, oğlan övladı nəslin davamçısıdır. Yəni “oğlan övladımız olsa, nəslimiz davam edəcək, qız övladımız olsa, var-dövlətimiz başqa oğlana qalacaq” kimi fikirlər var. Buna görə də bəzi ailələr daha çox oğlan uşaqlarına meyllənirlər. Əslində, övladlar arasında heç bir fərq qoyulmamalıdır, çünki hər övladın özünəməxsus özəlliyi, xüsusiyyətləri var. Allahın verdiyi payla kifayətlənmək lazımdır. Allaha üsyan etməyə haqqımız yoxdur. O, necə məsləhət bilirsə, elə də edəcək”.

Birlik sədri onu da əlavə etdi ki, bu cür hal gələcəkdə demoqrafik gərginliyə səbəb olur: “Hər il oğlan uşaqlarının sayı artır, qız uşaqlarının sayı isə azalır. Evlənmə yaşına çatanda oğlanların sayı qızlardan çox olacaq. Belə olan halda isə subayqalma halları olacaq, oğlanlar başqa ölkələrdən, başqa millətdən olan qızlarla evlənəcək, nikahların milliliyini qorumaq çətinləşəcək. Milli mentalitetin qorunması üçün atanın da, ananın da eyni millətdən olması vacibdir, xüsusən də bunun bizim kimi o qədər də böyük olmayan və gənc ölkə üçün böyük əhəmiyyəti var”.

Günel CƏLİLOVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ