çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Dövlət Komitəsi məscidlərə din xadimlərinin təyinatı üçün müsabiqəyə başladı - ilk təcrübə...

Image


Azərbaycanda sağlam milli, dini mühit bütün dünyada bir örnək olaraq qəbul edilir. Ölkəmizdə həm islam, həm də digər dinlərin inkişafı üçün münbit şərait var. Qəbul edilən qanunvericilik topluları da bu amala xidmət edir. Əlbəttə, qanunvericilik bazasının güclü olması bu sahəyə ciddi təkan verir. Azərbaycanda “Dini etiqad azadlığı haqqında” Qanuna bir sıra dəyişikliklərin edilməsi dini sahədə bir sıra məsələlərə aydınlıq gətirdi.

Məsələn, qanuna əsasən ölkəmizdəki məscidlər, məscidlərə kadrların, ruhanilərin, axundların təyin edilməsi səlahiyyətlərinin Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) alınaraq Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinə verilməsi çox müsbət qarşılandı. Bundan sonra artıq komitə məscidlərə din xadimi seçmək üçün müsahibə prosesinə başlayır. Din xadimi olmaq istəyənlər komitənin keçirdiyi müsahibədən keçməlidir.

Ümumiyyətlə, seçim prosesini necə həyata keçirmək lazımdır? Bütövlükdə, bu prosesi necə qiymətləndirmək olar? Komitənin seçimi nə dərəcədə obyektiv olacaq?

  • “Dini Komitənin bu işi təmizləyib yekunlaşdırmasına ən azı on il vaxt lazımdır”

Tanınmış ilahiyyatçı Tural İrfan “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bu səlahiyyətlərin Dövlət Komitəsinə verilməsi halı baş verib: “Məscidlərə imamların, axundların təyin olunması səlahiyyətləri Dövlət Komitəsinə verilib. Amma hərçənd ki, bir neçə il əvvəl də guya islahat adı altında “axund” sözünü ləğv etdilər ki, bu fars sözüdür, onu imam sözü ilə əvəzlədilər. Dedilər ki, Türkiyədə belə işlənir və dünyada da, bütün müsəlman ölkələrində də bu cürdür. Amma nə fayda? Adını dəyişsələr də mahiyyəti qaldı. Adam türk dilində imam adalanır, amma daxilən İrandır-farsdır. Bu gün məscidlərimizdə 90 faiz İranda təhsil almış axundlardır. Əgər onlar arasında İranda təhsil alan yoxdursa İrandakı muşteyidləri təqlid edənlərdir. İranda din dövlətlə bir olduğu üçün orada dini liderlər, mollar, müşteyitlər  həm də siyasi lider və dövlət xadimidir. Axundların, mollaların onları təqlid etməsi ara-sıra təzahür edir ki, dövlətimizə qarşı müəyyən addımlar atılır, şüarlar səsləndirilir. Onlar vaxtilə onları oxutdurub bu axundları yetişdirirblər. Ona görə də, Dövlət Komitəsi bu seçimdə, bu məsələdə çox əziyyət çəkəcək. Zarafat deyil, müstəqil dövlətimiz qurulandan bu günə kimi İrançıları yerləşdiriblər. Bu ölkəmiz üçün təhdid olduğu üçün bundan danışıram. Bunları təmizləmək çox çətindir. Bunu Şeyx adlanan şəxs Rusiyanın adamı olduğu üçün o məlumdur ki, Azərbaycanda Rusiya və İranın siyasətini həyata keçirib. Hətta o milli ayrı-seçkilik salan adamdır da... Məlumdur ki, QMİ-nin Azərbaycana vurduğu ziyan deyərdim ki, Hitlerin Almaniyaya vurduğu ziyandan da çoxdur. Ona görə də, Dini Komitənin bu işi təmizləyib yekunlaşdırmasına ən azı on il vaxt lazımdır”.

  • “Bu imtahanlara salınan suallarla tanışam, qənaətbəxşdir”

T.İrfanın sözlərinə görə, kök atmış adamları, axundları, Hacı Şahin kimilərini yerindən çıxarmaq oynatmaq asan məsələ deyil, bunun özü də ölkədə bir qarışıqlığa, xaosa gətirib çıxara bilər. “Yəni onları azad etsən orataya başqa biriləri çıxacaq. İran QMİ-nin əli ilə belə bombalar yetişdirib Azərbaycana göndərib. Bu təhlükəli məsələlərin aradan qaldırılmasında görək dini komitə edir. İmtahan və attestasiya prosesi, məsələsi ilə mən yaxından tanış olmuşam. Dini Komitənin rəhbərliyi ilə görüşlərim də olub. Bu imtahanlara salınan suallarla tanışam, qənaətbəxdir, dünyəvi  də, konstitutsiyamızdan, qanunlarımızdan, bayramlarımızdan da suallar qoyuluib. Suallar standartlara cavab verir və qayda-qanuna uyğundur. Yəni din xadimləri bunu bilsinlər. Həmçinin də xaricdən bu din xadimlərinin maliyə almaması məsələsi də qoyulub. Çünki imtahandan, müsahibə prosesindən uğurla keçən din xadimlərinə 800-1000 manat yüksək maaş da təyin edilib. Bir kəndin imamına, axunduna da maaş veriləcək. Komitənin onlara təyin etdiyi maaş Azərbaycanda bir neçə ali təhsil alanların maaşından çoxdur. Məscidlərin başqa gəlirləri də, ianələri də var. Adam məsciddə işləyəcək və 1000 manat maaş alacaq. Bu dövlətin din xadimlərinə göstərdiyi yüksək qayğıdır. Gərək onda bu axundlar, mollalar Azərbaycanın çörəyini yeyib İrana, ermənilərin tərəfini saxlayan İran müştehidlərinə təqlid etməsinlər...”

  • “Dini Komitənin görəcəyi işlər çoxdur”

T.İrfan qeyd etdi ki, Dini Komitə sadəcə prosesdə bir boşluğa yol verib və bunu müzakirələr zamanı səsləndirəcək: “Burada mollaların, axundların, imamların nə edəcəyini yazıblar. Məsələn, xaricdən onlar pul almamlıdır. Ocaqnecati gedənə qədər axundlara pul verilirdi. QMİ elə bil burada Rusiyanın və İranın bir şöbəsidir. Axundlara pul verilirdi və deyilirdi ki, sən filankəsi təqlid edirsənsə sənə pul veririk İranın sözün de. İndi bir şey unudulub. Xaricdən pul almaq göstərilib, amma xaricə pul göndərmək məsələsi unudulub. Xaricə pul göndərməyin də qarşısı alınmalıdır. Ziyarətgahlar var ki, milyonlar yığılır. O pullar hara gedir? Onu “xüms” adı ilə göndərirlər. “Xüms” dini vergidir. Guya islam dinində (bunu iranlılar uydurub, halbuki bu müharibə dövrünə aiddir-T.İ) müştehidə seyidə, Xəmneyiyə pul Azərbaycandan “xüsm” pulu getməlidir. Əgər sənin 100 min pulun varsa ona göndərir. Mən adamlar tanıyıram ki, Rusiyadan bura 10 min pul göndərib ki, apar bunu Ocaqnecatiyə. Yəni buradan İrana Rusiya vasitəsilə pul göndərilir, o məsələlərin qarşısını almaq lazımdır. Tutaq ki, məsciddə pul yığılır. Ona görə, 40 gün filan qondarma mərasimlər qururlar ki, pul yığmağa vasitə olur. Bu pulu da yığıb İrana müşteyitlərə göndərirlər. Bunun qarşısı alınsa yaxşı olar. Əgər birmənalı şəkildə Dini Komitə QMİ sədri başda olmaqla İrana təqlidin qarşısını ala biləcəksə effekt olacaq. Yoxsa nə etsə xeyri yoxdur. Məscidlərdən axundları çıxarıb yerinə başaqasını təyin etsələr də xeyri olmayacaq. İrandan fətva verəcəklər ki, yeni təyin olunan imamın arxasından qılınan namaz batildir, bununla da məsciddə qarışıqlıq salacaqlar. Çünki bunun qarşısı vaxtında alınmalı idi. Vaxtında da təəssüf ki, Dini Komitə susqunluq göstərdi, QMİ-də bunu təşkil etdi, bu nizami pozdu. Dini Komitə üçün bu işləri qaydasına salmaq çox çətindir. Bütün bunların qarşısını almaq üçün gərək Komitə hüquq-mühafizə orqanı ilə işləsin, zərərvericiləri sıradan çıxarsın. Dini Komitənin görəcəyi işlər çoxdur”.

T.İrfan deyir ki, iş imtahan prosesi ilə bitmir, aradan qaldırılmalı olan çox işlər, dini və qeyri-dini qiyafədə pozuculuq fəaliyyəti ilə məşğul olan xeyli adam var.

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ