Cümə günü, 02 oktyabr 2026
     

Naxçıvandakı "Əshabi-Kəhf" ziyarətgahına əcnəbi axını gördük...

Image


Bu gün Möminə Xatun, Qeysəriyyə kimi tarixi memarlıq abidələrilə yanaşı, "Əshabi-Kəhf" ziyarətgahı da Naxçıvanın simvoludur. Bura bölgələrlə yanaşı, xarici ölkələrdən də ziyarətə gələnlər var. "Əshabi-Kəhf" Naxçıvan şəhərindən təqribən 12 km aralı, İlandağ ilə Nəhəcir dağı arasındakı təbii mağara ziyarətgahdır.
"Əshabi-Kəhf" təkcə ziyarətgah deyil, həm də Azərbaycanın ən qədim tarixi abidələrindən biridir. Təsadüfi deyil ki, İslamın müqəddəs kitabı "Qurani-Kərim"də də bu tarixi abidə, ziyarətgahın adı çəkilir. Rəvayətə görə, Allaha iman gətirmiş bir qrup şəxs təqiblərdən yaxa qurtarmaq üçün bir itlə mağarada gizlənib. Onlar dincəlmək üçün uzanıb və Allah onları bir neçə yüz il yatırdıb. Bu insanlar oyandıqdan sonra dünyanın nə qədər dəyişdiyini görüb, Allahdan əbədi olaraq dünyadan köçmələrini istəyib və qeyb olublar. "Əshabi-Kəhf" mağarasının quruluşu, təbii coğrafi şəraiti buranın ilkin yaşayış məskənlərindən biri olmasını söyləməyə əsas verir. Mağarada qışın soyuğundan, yayın istisindən qorunmaq üçün hər cür şərait var. Mağaradakı təbii sığınaqlar ayrı-ayrı otaqları xatırladır. Buranın təbii girişi çox çətin keçilə bilən, sürüşkən qayadan ibarətdir ki, bu da mağaradakıları düşmənlərin və vəhşilərin hücumundan qoruyurmuş. Mağarada bir neçə kitabə də var. Mağaranın əsas inancları daş, su, ağacla bağlıdır. "Əshabi-Kəhf"in ətrafındakı yol boyu bütün kol və ağaclara əl yaylıqları, əski və parça hissələri bağlanır ki, bunlar da "niyyət", "dilək" adlanır. "Əshabi-Kəhf"ə çatmamış, yolun kənarında çoxlu qəbirlər var. Qəbirlərin burada nə vaxtdan və kimə məxsus olduqları məlum deyil. Mağaranın divarında izlər var. Bu, sanki divara söykənmiş insan izləridir ki, onlara da "Yeddi kimsənə" deyilir. Xalq arasında olan inama görə, həmin izləri öpmək vacibdir.
Məscidin qabağındakı "Qara daş"ın və "Damcıxana"nın ziyarəti əsas məqamlardan hesab edilir. Qara daş müqəddəs hesab edildiyindən, insanlar onu öpürlər. Bəzən xəstələr niyyət edib qara daşın yanında yatır. Bir sıra xəstələrin buradan nicat tapıb qayıtması söylənir. "Damcıxana" məscidin yuxarı tərəfində, bir neçə metr hündürlükdə yerləşir. Açıq salon şəklində olan həmin yerdə tavandan su damır. Maraqlıdır ki, ilin yağışlı və quraq keçməsindən asılı olmayaraq, burada damcı kəsilmir. Bu məqamda hər cür niyyət etmək olar. Yəni həm xəstələr, həm də hər hansı bir arzusu olan niyyət edib oturur damcının altında. Damcının başa və ya çiyinə düşməsi niyyətin tez hasil olacağı, aşağı ətraflara, bədənin hər hansı bir yerinə düşməsi isə nisbətən gec hasil olacağı kimi yozulur. Damcı düşməsə, deməli, niyyət qəbul olunmur. Ziyarətgahda ən uca (yüksək) məqam "Cənnət bağı" adlanan yerdir. Əvvəllər bura çıxmaq çox çətin idi. İndi isə dəmir pilləkənlər bu işi asanlaşdırıb. Silindrik formalı, hər tərəfdən yüksək qayalarla əhatə olunan bu məqam duaların qəbul olunduğu yer sayılır.
Bu müqəddəs yeri ziyarətə gələnlər həmin gənclərin bir zamanlar yatdıqları qayanın içərisində Allahdan arzu edib, ora daş yapışdırırlar. Əgər kimin niyyəti baş tutacaqsa, həmin adamın daşı bura yapışır. "Əshabi-Kəhf" ziyarətgahında insanın marağına səbəb olan tək bu yer deyil.
"Əshabi-Kəhf"i ziyarətə gələnlər bu qayanın yanında niyyət tutub, onun içərisindəki dar cığırdan keçməyə çalışır. Əgər həmin dar cığırı keçə bilsələr, onda niyyətləri baş tutacaq. Deyirlər ki, kimin niyyəti safdır, bu cığırdan keçəcək. Əksinə olduğu təqdirdə isə, o şəxs nə etsə də, bu dar cığır onun üçün keçilməz olacaq. Ziyarətgahda qara daş, yəni meteroit də var. Bu daşın göydən nə zaman və necə düşməsi haqda məlumat yoxdur.
"Əshabi-Kəhf" ziyarətgahında olan məsciddə iki yazılı daş var. Onlardan birinin tarixi bəlli olmasa da, digəri 1109-cu ilə aiddir. Qeyd edək ki, "Qurani-Kərim"in "Kəf" surəsinin ayələri yazılan bu daşlar Naxçıvan xanlığı tərəfindən qoyulub.
Məlumat üçün bildirək ki, mərhum prezident Heydər Əliyevin sərəncamı ilə "Əshabi-Kəhf" 1998-ci ildə dövlət müəssisəsi kimi qeydiyyatdan keçib. Elə həmin vaxt da ziyarətgahın abadlaşdırılmasına qərar verilib. 2006-cı ildə isə növbəti dəfə bərpa işləri aparılıb.
Ziyarətgah işçisinin sözlərinə görə, payız aylarında "Əshabi-Kəhf"i ziyarət edənlər digər aylara nisbətən çox olur: "İndi "Əshabi-Kəhf" Naxçıvanın ən böyük ziyarətgahı, dini kompleksidir. Artıq buraya asfalt yol, elektrik və içməli su xətləri çəkilib. Yolun kənarlarında ağaclar əkilib. Burada bərpa və abadlıq işlərinə 1998-ci ildən başlanıb. Ərazidə yerə piltə daşlar döşənib, ağaclara su verilir. Təxminən 200 metr yüksəklikdə dağın üzərində böyük məscid tikilib. Həmin məscidin daşları aşağıdakı maşın yolundan yuxarıya bir-bir əllə daşınıb. Əvvəllər "Əshabi-Kəhf"in möcüzəli yerləri hesab olunan "Damcılı mağara" və "Cənnət bağı"na hər adam qalxa bilməzdi. Çünki sıldırımlı yerləri və dəmir nərdivanla düzəldilmiş sınıq-salxaq "qırx pillə"ni qalxmağa hər kəsin cəsarəti çatmırdı. Lakin indi "Damcılı mağara"ya da, "Cənnət bağı"na da hər kəs, hətta qadınlar və uşaqlar da qalxa bilər.
Əvvəllər buradakı ağaclar susuzluqdan quruyurdu, indi isə Vayxır su anbarından buraya su çəkilib. İçməli su üçün də artezianlar vurulub".
"Əshabi-Kəhf"i ziyarətə gələnlər arasında əcnəbilərə də rast gəlmək olar. "Əshabi-Kəhf"də olarkən oraya daha çox türk, ingilis və İran vətəndaşlarının ziyarətə gəldiklərinin şahidi olduq.
Türkiyədən gələn ziyarətçi Hüsnü Hakkuş bizimlə söhbətində qeyd etdi ki, o, həqiqi "Əshabi-Kəhf"in Naxçıvanda olduğunun şahidi oldu: "Qurani-Kərim"də oxuduğumla bura uyğun gəlir. Bu qənaətə gəldim ki, onlar həqiqətən burada yaşayıblar. Digər abidələr belə deyil. Belə bir abidədən biri də Türkiyənin Mersin şəhərində, həmçinin İordaniyada da var, mən oranı da ziyarət etdim. Mən bu ziyarətgahda niyyət etdim, daş yapışdırdım, yapışdı. İnşallah, dualarım qəbul olar".
Qeyd edək ki, ziyarətgahın ərazisində məscid, qonaq evi, bələdçi otağı və hədiyyələr mağazası da fəaliyyət göstərir.
Gün ərzində yüzlərlə insan buranı ziyarət edir.
Həmçinin, onu da qeyd edək ki, "Əshabi-kəhf" ölkə turizminə gəlir gətirən məkanlardan biridir.








VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Prezident İlham Əliyev: "Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq"

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir" - Prezident

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır" - Hikmət Hacıyev

02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi - FOTO/YENİLƏNDİ

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu... Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ