şənbə günü, 20 iyun 2026
     

Özünü öldürmə həddinə çatdırma və doğuran səbəblər – Azərbaycan praktikası nə deyir?

Image


Ümumdünya Səhiyyə Təşkilatı İntihar hallarının qarşısının alınması günü - 10 sentyabr ərəfəsində özünə qəsd edənlərin əməllərinin profilaktikası ilə bağlı Milli strategiyası olan ölkələri beynəlxalq aləmin diqqətinə çatdırıb. Say çox deyil, təxminən 40 ölkə. Əldə olunan nəticələrdən məlum olur ki, hər 40 saniyədən bir  insan həyatı qeyb olur. 

Qənaitimə görə, təkcə dövlət orqanları yox, vətəndaş cəmiyyəti - KİV, QHT-lər, internet xəbər portalları bu istiqamətdə səmərəli fəaliyyət göstərməlidir. Daha çox bu əməlin profilaktikasına yönələn maarifləndirmə tədbirləri həyata keçirilməlidir.

Son 10 ildə intihar hallarının geniş yayılması - bəzi ölkələrdə 100.000 min əhaliyə 10,5 fakt,bəzən də 100 000 min əhaliyə 5-30 fakt düşür.

Özünü öldürmə-suisid müasir cəmiyyətin qlobal problemidir. «Son 50 il ərzində  dünyada intihar faktları 60% artıb, yaş kateqoriyasına görə 14-18 yaşda olanlar  acı təəssüflə yadda qalır. Bu yaşda olanlar mövcud dəyərləri başqa cür düşünür, yeniyetmə dövrünə xas ifrat tələblər irəli sürür və həmyaşıdları ilə olan münasibətləri inkişaf etdirməkdə çətinlik çəkirlər.

Həyat təcrübəsi olmayan, psixi durumu hələ bərkiməmiş belə yeniyetmələr həddi buluğ həyatına başlarkən yaranmış problemli situasiyalara son dərəcə emosionallıqla reaksiya verir və düzgün olmayan qərar qəbul etməklə həyatını təhlükəyə atırlar (ata bilərlər).

Latın sözü olan suisid (sui-caedere «özünü öldürmə») qəsdən şəxsin həyatına xitam verməsi kimi qəbul olunur. Elm suisidi belə şərh edir: Suisid-aşkar və ya qeyri-aşkar şəraitdə şəxsin həyatından könüllü məhrum olması ilə bağlı hərəkət və ya hərəkətsizliyidir. Akademik mülahizələrdə süisid mikrososial münaqişə şəraitində şəxsin özünü saxlaya və ya sosial-psixoloji mühitə alışa bilməməsi nəticəsində suisidal fəallığın artması kimi vurğulanır.

Son onilliklərdə internetin inkişafı ilə insanlar arasında virtual münasibətlər də artmış, real həyatda qarşılıqlı təmas dağılmağa başladıqca həssas təbəqəyə malik insanlarda ruhən sıxıntılar, tənəzzül dövrü baş qaldırır. Həyatın böhranlı dövründə gənclər çox asan yolla saytlara daxil olub həmsöhbət axtarışına,problemlərini virtual qaydada həllinə başlayıırlar. Belə şəraitdə süisid hallarının rahat təbliği mümkün olur.

Dünyada hər gün 3 min adam könüllü olaraq həyatdan məhrum olur. Özünü öldürməyə cəhdlərin sayı isə 20 dəfədən çox qeydə alınır. Müasir dövrdə intihar hallarına görə RF siyahıda liderlik edir,Belorusiya ikinci yerdə, Litva isə üçüncü yerdəir.

Azərbaycana gəlincə, 2014-2018-ci illərdə və cari ilin 7 ayında ölkədə 2 min 831 intihar faktı qeydə alınıb. 2014-cü ildə 490, 2015 -ci illərdə 499, 2016-cı ildə 507, 2017-ci ildə 498, 2018-ci ildə 521, 2019-cu ilin 7 ayında isə 316 intihar hadisəsi baş verib. 2014-2018-ci illərdəvə cari ilin 7 ayı ərzində intihar edən 2 min 831 nəfərin 66,4 faizi (1879) kişilər, 27,7 faizi (785) qadınlar təşkil edir.

MDB ölkələri arasında Rusiyada hər 100 min nəfərə düşən intiharların sayı 31, Belarusiyada 26,2, Qazaxıstanda 22,5, Qırğızıstanda 8,3, Özbəkistanda 7,4, Türmənistanda 6,7, Moldovada 4,7, Tacikistanda 2,5 fakt təşkil edir. Analoji müqayisədə həmin faktların sayı Ukraynada 22,43, Gürcüstanda 8,2 fakt təşkil edir.

Belə qənatə gəlinib ki, intihar halları Çinin uzaq əyalətlərində yaşayan kənd sakinləri arasında daha çox baş verir. Mərkəzi şəhərlərdə baş verən 1 intihar halına qarşı kənddə 3 nəfər durur. İntiharların ümumi sayının 50%  kənddə yaşayan gənc qadınların payına düşür.

Avstraliyalılar arasında isə il ərzində 1280 nəfər könüllü həyatına qəsd edir və ya intihar həddinə çatdırılır. Ölkədə özünü öldürmə halları həm yaşlılar, həm də gənclər arasında artımla müşahidə edilir. İntiharlarla bağlı qaynar xətlə daxil olan zənglərin sayı da yüksəkdir. Ay ərzində belə zənglərin sayı 47 mini ötür. İl ərzində 500 min adamın (bəzən daha çox) qaynar xəttə zəngi qəbul edilir.

İntiharların artımı 1990-cu ildən başlayaraq diqqəti cəlb etməyə başlayıb. Bu,daha çox ictimai kataklizmlər,dağıdıcı xarakter daşıyan çevrişlər və insan davranışlarının  nəzarətdən çıxması ilə yadda qaldı.

Bəzi mütəxəssislərin nəzərinə görə gənclərin və yeniyetmələrin alkoqollu içkilərdən asılılığı onların psixikasının pozulmasına təsir edir.

Bəzən ali tədris mərkəzlərində təhsil alan gənclər həyatın arzuolunmaz,aşırımlı,sərt «oyun qaydaları» ilə rastlaşdıqda düşüncələrinə xas «həyat nağılı» dağılır və mürəkkəb situasiyada müvazinətlərini saxlaya bilməyib, kimdənsə kömək olacaqlarını da bilmədiyindən özünə qəsdə cəhd edirlər.

Ekspertlərin vahid fikrinə görə həyatla vidalaşmağa aparan əsas səbəblərdən biri yoxsulluq, işsizlik, ağır xəsətliklərə məruz qalma,evdə-ailədəki problemləri həll edə bilməmək,həyatdan doymaq və s.aid edilir. Lakin özünə qəsdlərin 80% şəxsin psixikasında ciddi çatışmazlıqlar, əsəb gərginliyi yaşanan, alkoqol və narkomanlığa aludə olanlar arasında baş verir.

Təcrübədə sağlam insanların da həyatlarına qəsd etmə faktlarına rast gəlinir. Uğursuz sevgi həyatı, boşanmalar, yaxın adamın ölümü, münaqişələr, işdə çətinliklər bu səbəblərdəndir. Çox təəssüf ki, hamı özündə güc və iradə tapıb həyatın qeyri-adi çətinlikləri qarşısında tab gətirə bilmir,yaşanan problemləri həll etmək bacarığında olmur.

Qənaətimə görə müasir çəmiyyətdə mürəkkəb həyat şəraitindən çıxış yolu  nümunəsinin olmaması da intiharlara sövq edə bilir.

İntihar əməllərini doğuran mühüm və real səbəblər sırasına psixi xəstəliyə məruz qalma, psixi durumda yaşama və psixoəsəb vəziyyətində həyatın davam edilməsini də daxil etmək olar.

Suisidə təsir edən digər obyektiv səbəblərdən aşağıdakıları göstərmək olar:   

- Sosial şəbəkələrdə özünə qəsdin təbliğ edilməsi, sosial qruplarda,fərdlər arasında qarşılıqı əlaqənin daralması;

   - Yeniyetmələrin problemləri ilə bağlı informasiyaların təbliğ,təşviq və  münasibətlərə zidd çağırış xarakterdə tirajlanması, (qurbanı inandırmağa çalışırlar ki, çıxış yolu həyatdan getməkdir. Ən doğru yol və problemin həlli özünə qəsdədir və s.);

   - Suisidin qurbanını inandırmağa çalışırlar ki, özünə qəsddən sonra sosial şəbəkələrdə nüfuzu artacaq, ondan çox yazacaqlar və s… 

Beləliklə internet və virtual məkana nəzarət zəif olduğundan, yeniyetmələrin intihara yolu reallaşır.

Sosial şəbəkələrə nəzarətin zəifliyi səbəbindən suisidin «dəbdə» olduğu qənaəti rahat təbliğ olunur, destruktiv dəstələr - birliklər və qruplar bu məqsədlə birləşirlər.

Müasir kütləvi kommunikasiya vasitələrindən sərbəst istifadənin cəmiyyətə və ayrı-ayrı şəxslərə müxtəlif mənada təsir gücü yetərincədir.

Kiber suisid halları ilə mübarizə aparan bəzi ölkələrin təcrübələrindən bəlli olur ki, internet vasitəsilə özünə qəsd edənlərə «yardım etmək» çətin olur. Qarşısını almağa istiqamətlənən mühüm üsullardan biri ümumtəhsil müəssisələrində bu cinayətə-suisidal davranışlara qarşı profilaktik tədbirlərin həyata keçirilməsi  müasir problem kimi tədrisidir.

Bu mənada aşağıdakı kompleks,pedaqoji və təşkilati-metodik xarakterli tədbirlərin görülməsi də əhəmiyyət kəsb edir:

- Suisidə meyilli şəxslərin aşkar edilməsi üçün monitorinqlərin keçirilməsi;

- Müasir informasiya mühitinə uyğun profilaktikanın təkmil formalarından istifadə edilməsi;

- İntiharların profilaktikası sahəsində bacarıqlı pedaqoq və valideynlərin səriştəsindən istifadə edilməsi;

- Bu işdə mütəxəssislərin (koordinasiyası) kompleks əlaqəsi prinsipinə əməl olunması;

- Pedaqoqların, psixoloqların, sosial və tibb işçilərinin həddi buluğa çatmamışların və valideynlərin işləri üzrə komissiyanın qarşılıqlı əlaqəsinin gücləndirilməsinin təmin edilməsi və s...

Kəmiyyət göstəricilərinə görə bütün dünyada intihar hallarının 79% sosial inkişafı aşağı və ya orta səviyyədə olan ölkələrin payına düşür. Sosial inkişafı yüksək olan ölkələrin vətəndaşları arasında kişilər qadınlardan 3 dəfə çox intihara əl atırlar. Amma gəlir səviyyəsi aşağı və ya orta həddə olan ölkələrdə  qadınlarla kişilərin payı bərabərdir. ÜST-nın qanaətinə görə 15-29 yaşda olan yeniyetmələr və gənclər arasında olan intiharlar yol nəqliyyat hadisələrində həlak olanlardan sonra ikinci yerdə qeydə alınır.

15-16 yaşlarda qeydə alınan intihar faktlarında isə qızlar çoxluq təşkil edir.

İntiharlar-özünü asma,hündürlükdən atma, zəhərləmə, odlu silahdan istifadə etməklə və s.üsullarla həyata keçirilir. İntihar hallarının azalmasına təsir edən əsas və özünü təsdiqləmiş  səbəblərdən biri özünə qəsdə aparan vasitələrə çıxışın və ondan istifadənin məhdudlaşdırılmasıdır.Məs:dərman pereparatlarına,odlu silaha əl çatanlığı qapamaq və s..

KİV-də suisidin qarşısının alınmasına səmtlənən maarifləndirmə, tövsiyə xarakterli məlumatların yayılması, yeniyetmə və gənclərin həyat məqsədlərilə uzlaşan proqramlarının inkişaf etdirilməsi ictimai marağa xidmət edir. (Belə proqramlar onların stresdən çıxış yolunu təqdir edə,intihara meyilli gənclərin düşüncələrində dəyişiklər edə bilər). 

Yuxarıda qeyd edildiyi kimi intihar hallarının qarşısını almağa yönələn  səmərəli və profilaktik əhəmiyyət daşıyan mühüm tədbirlərdən biri risk qrupuna aid şəxslərin özünə qəsdə aparacaq alətlərdən istifadəyə çıxışını məhdudlaşdırmaqdır. Səhlənkarlıq, diqqətsizlik, ehtiyatsızlıq və biganəlik halları olan yerlərdə intihara cəhdlər həmişə çox olur. Bəzən həmin yerlərdə tibbi yardım əlçatmaz olduğundan suitsid reallaşır. ÜST-ün «Özünə qəsdin profilaktikası ilə bağlı tövsiyəsində» əyani şəkildə göstərilir ki, risk qrupuna aid şəxslərin həyatı nəzarətdə olanda intiharların azalması müşahidə edilir.

Şri Lankada intiharlara meyilli şəxslərə tətbiq edilən qadağalar nəticəsində faktlar  70% azalmış, 93000 nəfərin həyatı xilas edilmişdir.

 Koreya Respublikasında intihar hallarının daha çox zəhərlənmə yolu ilə törədilməsi «parakamoniakvat duzu olan güclü herbisid» tabletin qəbulu ilə baş verdiyindən bu herbisidin qəbuluna qoyulan qadağalar(əczaxanalardan bu dərmanların buraxılması ciddi nəzarət altında həyata keçirilib və ya satışına qadağalar qoyulub)  nəticəsində intihar halları 2 dəfə azalıb. İntihar əleyhinə mübarizənin əhəmiyyət kəsb edən istiqamətlərindən biri də,özünə qəsdin profilaktikasının milli strategiyasına uyğun  monitorinqlərin keçirilməsidir. ÜST-nın məlumatına görə təşkilata üzv olan 183 dövlətlərin yalnız 80-i keyfiyyət üzrə qiymətləndirilməni həyata keçirib. Əksər ölkələr belə qiymətləndirməyə malik deyil!

Səmərəli monitoringin həyata keçirilməsi, intihar hallarının profilaktikasının da səmərəliliyinə təsir edir. Dünyada əhalinin psixi sağlamlıqlarının mühafizəsi naimnə vahid - birgə fəaliyyətə başlanılsa müsbət nəticələr də olar. Belə bir kompaniyanın kuliminasiyası «Umumdünya psixi sağlamlıq günü - 10 sentabr» gününə təsadüf edir.  Həmin gün hər bir ölkə, intiharlarla bağlı hesabatını təqdim etməklə doğuran səbəblərin də qarşısını almağa kömək etmiş olur.

Özünü öldürmə halları indiki qədər narahatlıq doğurmamış, müzakirə predmetinə çevrilməmişdir. İntihar problemi bütün dövrlərdə mövcud olsa da, aradan qaldırmasına istiqamətlənən tədbirlər gözlənilən səmərəni verə bilməmişdir.

Suisidal davranış şəxsin deviant davranışlarının bir forması və ya subyektiv patoloji təfəkkür tərzinin məhsulu kimi özünə qəsd halına keçir. Belə davranış özünü könüllü həyatdan məhrum etməyə yönələn cəhdin bilavasitə yerinə yetirməsilə başa çatır.

Bu gün intihar fenomeni günün ağrılı və aktual mövzullardan biridir. ÜST-nın statistik məlumatına görə suisidal aktların törədilməsi il ərzində bəzən 80 min fakt təşkil edir. 15 milyondan çox insanlar müxtəlif səbəblər ucbatından həyatlarından məhrum olurlar.

Sosioloqların tədqiqatına görə, özünə qəsdin qurbanları daha çox yeniyetmə və gənc yaşda olanlar, yaş kateqoriyalarına görə 20-25,

- İkinci yerdə 40-60 yaşda olanlar təşkil edir.

- Suisid nəticəsində həyatını itirənlərin sırasında olan - 70 yaşdan yuxarı  ahıl şəxslər də var.

Özünə qəsdin növləri aşağıdakı kimi təsnif edilir:

- Şəxsin( sosiumda )qarşılıqlı münasibətlər dairəsinin daralması - Eqoistik hal.

- Fərdin mənəvi dəyərlər sisteminin tam iflası, itirilməsi - Anomik hal.

- Yüksək məqsədə nail olmaq və ya ümumi maraq naminə məqsədə çatmaq - Alturistik hal.

- Özünü ittiham etmək ideyası nəticəsində meydan çıxan - Günahı yumaq;

- Özünün özəl düşüncə tərzini, fikirlərini sübut etmək və hamıya çatdırmaq, mövcud qaydaların səhv olduğunu nümayiş etdirmək üçün - etiraz, və s.

Adətən suisidin növlərini üç kateqoriyaya bölürlər:

- Nümayişkaranə akt;

- Həqiqi özünə qəsd;

- Gizli intihar (yanakı qəsd, birbaşa olmayan özünü məhv etmə).

İlk növdə intihar adətən qısa zamanda, tələm-tələsik, affekt nəticəsində baş verir. Bu elə bir emosional vəziyyətdir ki, şəxs ya tam, ya da qismən anlaqsız vəziyyətdə olur.  Bəzən də bu hərəkətilə kənar diqqəti özünə cəlb etmək istəyir, məqsədinə çatmaq, ictimaiyyətə özü haqda ərz eyləmək və yaxud, ondan istəyini tələb etməklə ala bilməklə davam edir. Nümayişkaranə intihar bir növ şantaj xarakteri daşıyır.

- Həqiqi - intihar. Bu, nümayişkaranə intiharın tam əksidir. Fərd həyatına xitam verməkdə israrlı olur, dəqiq plan və qərarla özünə qəsd edir. Məqsədi nəyin bahasına olur-olsun həyatla vidalaşmaqdır. Heç kimlə məsləhətləşmədən və doğmalarının da reaksiyalarına fikir vermədən bunu edir.

Üçüncü növ intihar - özünə qəsdin yanakı növünə uyğun özünü öldürməsidir. Belə bir vəziyyətdə, şəxs şüurlu şəkildə suitsidal davranışa yol verir. Bu, davranışın elə bir modelidir ki, həyatla vidalaşma təxirəsalınmaz olmur, amma bütün hərəkətlər subyektiv qərar qəbul etməklə müşayət olunur. Özünə qəsdin yanakı formasında subyekt ağır xəstəlikdən əzab çəksə də, həkim müayinəsindən və ya köməyindən bilə-bilə imtina edir.

Gizli suitsid şəxsdə ictimai münasibətlərə zidd bəzi hallardan - alkoqoldan və ya narkomaniyadan asılı olması ilə davam edir. Bura həm də, küçə hərəkət qaydalarına məhəl qoymadan avtomobilin yüksək sürətlə idarə edilməsi, tələb olunan ekipirovkalar və müvafiq hazırlıq olmadan idmanın ekstremal növlərilə məşğul olma, hərbi münaqişələrin davam etdiyi qaynar nöqtələrdə könüllü iştirak etmə aiddir.

                 Aşağıdakı hallarda hüquq məsuliyyəti yarana bilər.

- Suisidə sövq etməyə görə;

- Özünü öldürmə həddinə çatdırma - şəxsin ləyaqətinin mütəmadi aşağılanması, şantaj və amansız rəftar etmə, mənəvi, seksual və fiziki zorakılıqlarla davam edən hərəkətlər;

- Suisidal aktda vasitəçilik;

- Özünə qəsd edən şəxsə hamilik edən həkimin yardım etməməsi.

Suisidal davranışların (fundamenti) formalaşması psixotik reaksiyaya malik genetik faktorlarla da bağlıdır. Belə anormal «vərəsəlik» həmin ailədə böyüyən şəxsin, gələcək davranışlarında problemlər yaradır. Bu mühitdə yaşa dolan uşaq ya hədsiz ciddi rejimdə böyüyür, yaxud da həyat öz axarına buraxılır. Uşaq tələbatının tanınmaması, uşaq hüquqlarının pozulması, ləyaqətin alçaldılması, kiçik şəxsiyyətin  işkəncələrə tab gətirib, valideyn mərhəmətindən və nəvazişindən, qayğılarından uzaq düşməsi, kənardan ona məhəbbət və diqqətin olmaması təbii ki, suisidə gedən yolu qısaldır.

Belə bir mənzərədə böyüyən kiçik şəxslərin şəxsiyyəti də başqa cür formalaşır, şəxsi portretinin xarakterik cizgiləri qüsurla ərsəyə gəlir, tam olmur.

Suisidi doğuran sair səbəblər sırasında:

- Ailədə qarşılıqlı anlaşmanın yoxluğu;

- Qohumlarla münaqişəli vəziyyətin, mübahisələrin olması və davam etməsi;

-  Ər və arvadın ictimai mənəviyyəta zidd hərəkətləri;

- Sərxoşluq və narkomanlıqdan asılılıq;

- Sevdiyi adamın xəyanəti;

- Uşaqlarla problemlərin məcrasına yönəldilməsində çətinliklər;

- Ağır psixi xəstəliklərə məruz qalan ahıl şəxslərlə bir yerdə yaşamağa məcbur olma;

- Ər tərəfindən arvadın incidilməsi, mənəvi və psixoloji təzyiqin olması, döyülməsi, qeyri-etik davranışlar;

- Boşanma və ya (ərin, arvadın) ayrılma;

- Yaxın qohumun ölümü;

- Ər və arvadın və yaxud, uşaqların davam edən ağır xəstəliyini və s. göstərmək olar.

Təhsildə uğursuzluqlar, yaradıcı layihələrin iflası, peşəkar sferada çətinliklər də intihara apara bilər.

Cəmiyyətin arzulamadığı problemli məsələnin KİV-də dövlət qurumlarının yaydığı informasiyalardan kənar, səhih mənbəyə əsaslanmayan faktların çap edilməsi, məlumatların bəzən «görk» olacaq tərzdə verilməsi intiharlara çağırış kimi də yozula bilər. Hərəkətlərini və davranışlarını nəzarətdə saxlaya bilməyən, iradəsi zəif, kövrək xarakterə malik yeniyetmə və gənclər belə informasiyalardan «bəhrələnirlər».

Qənaətimə görə suisid hərəkətlərinin təbliğ və təşviq formasında, diqqət çəkən başlıqlarla verilməsi cəmiyyətə zərərli məlumat ovqatı bəxş edir. Fakt üzrə cinayət təqibinin prokurorluq orqanları tərəfindən  başlanılmasını nəzərə alsaq, bu tip informasiyaların yayılmasını yalnız müştəntiqin və ya prokurorun rəsmi məlumatına istinad etməklə tirajlanmasının tərəfdarıyam.Əks təqdirdə informasiyanın dərci istintaqın obyektiv gedişinə ziyan gətirə bilər.   

Şəmsəddin ƏLİYEV
İntihar və intihara cəhd edilməsi hadisələrinin baş verməsinin minimuma endirilməsi və qabaqlayıcı tədbirlərin görülməsinə dair Qurumlararası İşçi Qrupun üzvü



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Müəllimlərin geyim forması ilə bağlı yeni standartlar bəzən yanlış başa düşülür...

"Trampla İranın gizli razılaşdıqları başqa bir mətn var" - İddia...

Tramp dünyanı yenə heyrətləndirdi...

SON XƏBƏRLƏR

20.06.2026 / 07:47
“Başladığımız yerə döndük” - Barak Obama

20.06.2026 / 07:35
Ukrayna XİN rəhbəri Polşa Komandir Xaçından imtina etdi - Gərginlik artır…

20.06.2026 / 07:13
Kuba rəhbərini də Maduronun aqibəti gözləyir? - Heqset mümkün sayır…

20.06.2026 / 07:03
Polşa Prezidenti Zelenskini ən yüksək dövlət mükafatından məhrum etdi - Tuskun reaksiyası gündəmdə…

19.06.2026 / 23:12
İran ABŞ-ı açıq təhdid etdi - bu dəfə daha sərt şillə yeyəcəklər...

19.06.2026 / 22:50
Vətənə tuşlanan düşmən gülləsinə sinəsini sipər etdi – Elvin Şahmarlı

19.06.2026 / 22:37
İlham Əliyev 3 super dövlətin birgə keçmiş siyasətini cəsarətlə ifşa etdi...

19.06.2026 / 22:15
AB edamlara görə İranı tənqid etdi

19.06.2026 / 21:54
Bir gündə onlarla gəmi: Hörmüz boğazında canlanma müşahidə olunub

19.06.2026 / 21:30
Azərbaycanın üstündən daşınan yük 15-dən 30 milyon tona çatdırılacaq...

19.06.2026 / 21:06
Qarabağ münaqişəsinin bu qədər uzanmasının unikal səbəbi... dünya eşitdi...

19.06.2026 / 20:47
Azərbaycanın Ermənistanla siyasətinin 2 əsas prinsipi bəyan edildi - “unutmayacağıq” və “yenidən qisas almayacağıq”...

19.06.2026 / 20:32
Çingiz Əsgərov Avropa Məhkəməsinin anti-Azərbaycan qərarlarını tutarlı arqumentlərlə alt-üst etdi...

19.06.2026 / 20:15
Rüstəm Minnixanov Prezident İlham Əliyevə məktub ünvanlayıb

19.06.2026 / 20:10
Trampın "mənə yalvardı" iddiaları Melonini qəzəbləndirdi – XİN başçısı ABŞ səfərini ləğv etdi

19.06.2026 / 19:51
Azərbaycan-Ermənistan sərhədində zəlzələ...

19.06.2026 / 19:38
Xamenei ABŞ-la razılaşmanı bir ŞƏXSİN xahişindən sonra qəbul etdi...

19.06.2026 / 19:17
Rusiya ABŞ və Fransa kimi düşmənlərin Ermənistanda hərbi təliminə susdu...

19.06.2026 / 19:03
Ekoloji koalisiya Ermənistanda keçiriləcək COP17 sammitinin iştirakçılarına müraciət etdi

19.06.2026 / 18:49
İslam İnkişaf Bankı Qrupunun toplantıları çərçivəsində 32 saziş imzalandı..

19.06.2026 / 18:36
Hörmüzün açılması neftin qiymətinə və dolların nüfuzuna maraqlı təsir göstərdi...

19.06.2026 / 18:15
Abituriyentlərin 40 faizə yaxını imtahanlarında 200-dən az bal toplayıb...

19.06.2026 / 18:01
Kılıçdaroğlu Dəniz Baykala qarşı intim video komplosu ilə necə CHP başqanı oldu? – Vikiliks açır...

19.06.2026 / 17:46
Ceyhun Bayramov Almaniya səfiri Horlemannı qəbul edib

19.06.2026 / 17:36
Paşinyan 7 iyun seçkidən sonra Avrasiya İqtisadi Birliyinə münasibətini dəyişir...

19.06.2026 / 17:32
Ermənistan kömək üçün Avropanın qapısında rəsmi "əl açıb"...

19.06.2026 / 17:23
“XXI Əsrin Qadınları” İctimai Birliyi daha bir maarifləndirici tədbir keçirib

19.06.2026 / 17:23
Ermənistanda müxaliflərin kütləvi həbs mərhələsi başladı...

19.06.2026 / 17:16
Dünyada gübrə bahalaşır, amma ölkəmizin gübrə gəliri azalır... Niyə?

19.06.2026 / 17:11
Trampın “daha yaxşı” dediyi İran razılaşmasının Obama sazişindən ciddi fərqi yox imiş ki...

19.06.2026 / 17:03
Moskvada azərbaycanlı biznesmenlərin bazarını Ukrayna vurmadı -iddia...

19.06.2026 / 16:50
Bakıda saxlanılan Rusiya vətəndaşlarına hökm oxundu

19.06.2026 / 16:31
Süni intellektin yayılması Azərbaycan ombudsmanı qarşısında tələblər qoydu...

19.06.2026 / 16:05
Türkiyənin ən gözəl turizm kəndlərinın adı açıqlandı - FOTO

19.06.2026 / 15:47
Netanyahu yenə meydan oxudu - “İsrail qoşunları Livandan çıxmayacaq…”

19.06.2026 / 15:41
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi... - FOTO

19.06.2026 / 15:34
Lavrov NATO-Rusiya danışıqlarını aldadıcı taktika adlandırdı - “…diplomatik örtükdür”…

19.06.2026 / 15:07
Daha 80 nəfər Xankəndi və Ağdərəyə köçdü...

19.06.2026 / 14:59
NATO və ABŞ şübhəli şəkildə razılaşdılar - 3.0 konsepsiyası...

19.06.2026 / 14:48
Bəzi sahibkarlara elektrik qoşulması üçün dövlət dəstəyi veriləcək

19.06.2026 / 14:46
Məktəbəqədər təhsildə yeni model tətbiq ediləcək - Prezident fərman imzaladı...

19.06.2026 / 14:42
İsraildə Trampa qarşı təhqiramiz media kampaniyası başladıldı - "80 yaşlı uşaq"...

19.06.2026 / 14:41
“Vətənpərvərlər Maarifləndirmə” İB-yi 18 iyunda Milli Qəhraman Mübariz İbrahimovun anım gününə həsr olunmuş tədbir keçirib

19.06.2026 / 13:58
Benzin və dizeldən imtinaya çağıran sanballı dövlət başçılarından kim(lər) elektromobildə gəzir?..

19.06.2026 / 13:32
Azərbaycanda utilizasiyaya verilən avtomobillərin sayı 30 mini keçdi...

19.06.2026 / 13:18
14 bəndlik razılaşmanı kim üddü - Tramp, ya Xamenei?..

19.06.2026 / 13:11
Prezident "Diplomatik xidmət haqqında" qanuna dəyişiklikləri təsdiqlədi

19.06.2026 / 13:10
Azərbaycanın Portuqaliyada səfirliyi təsis edildi

19.06.2026 / 13:03
Media ilə bağlı qanun layihəsi ilk oxunuşda təsdiqləndi...

19.06.2026 / 12:49
Reuters: “SEPAH İraqda Körfəz ölkələrinə qarşı gizli qruplar yaradıb”

19.06.2026 / 12:46
CNN:ABŞ və İran memorandumu üçün gizli icra planları hazırlanır

19.06.2026 / 12:16
Prezident Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim etdi - FOTO

19.06.2026 / 11:57
Sənədsiz evlər üçün amnistiya elan edilməsi təklif olunur...

19.06.2026 / 11:46
"Məqsəd sadəcə istehsalın həcmini deyil, məhsuldarlığı və keyfiyyətini artırmaqdır" - Prezidentin köməkçisi

19.06.2026 / 11:30
ABŞ ordusu Sakit Okeanda daha bir narkoticarət gəmisini "ovladı"

19.06.2026 / 11:24
Özəl yeni partiya yaratmaq istəmədiyini dedi - amma qurultay tələbi keçməzsə...

19.06.2026 / 11:11
Şəmkirdə aqrar sahəyə dair regional müşavirə keçirilir

19.06.2026 / 08:52
Vens İsveçrəyə getməyəcək - səbəb Livanla bağlıdır?..

19.06.2026 / 08:45
Sənətçi etiraz etdi - “Xəbərim yoxdu…”

19.06.2026 / 08:30
Vensdən İsrailə xəbərdarlıq - “Tramp sizin yeganə müttəfiqinizdir…”

18.06.2026 / 23:28
Düşmənə sipər və üzü... Naxşıvan diyarına baxan dağlar....

18.06.2026 / 23:14
Vüsalın Vətən sevgisi həyatı üçün istinad yeridir...

18.06.2026 / 22:50
Prezidentin sosial şəbəkə səhifələrində İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarının açılış mərasimindən görüntülər paylaşılıb - VİDEO

18.06.2026 / 21:53
Ermənistanın revanşçı müxalifəti “Qarabağ iddialarını” yenidən rəsmən qaldırdı...

18.06.2026 / 21:19
Böyük 7-lər Trampın Ukrayna siyasətinin dəyişdiyini yekun bəyanata daxil etdilər...

18.06.2026 / 20:31
Erməni məhsulları Avropa bazarına “su kimi axacaq” - ildə 420 milyon...

18.06.2026 / 19:37
Netanyahu Trampı saymadı – Livandan geri çəkilməyəcəyik...

18.06.2026 / 19:22
Bəzi ixracatçı sahibkarlar Azərbaycan dövlətindən əlavə pul alacaqlar...

18.06.2026 / 19:05
Zaxarova Kallasın açıqlamasını absurd adlandırdı

18.06.2026 / 18:41
Ermənistanın KTMT-də səsvermə hüququ ləğv edilə bilər...

18.06.2026 / 18:14
Rusiya Ermənistana nota verdi – “çaşqınlıq içindəyik”...

18.06.2026 / 17:57
Müəllimlərin geyim forması ilə bağlı yeni standartlar bəzən yanlış başa düşülür...

18.06.2026 / 17:53
Kərim Vəliyev MDB Qərargah Rəisləri Komitəsinin iclasında iştirak edib

18.06.2026 / 17:40
Azərbaycanın kamandan oxatma üzrə idmançısı IV Avropa Oyunlarında iştirak etmək üçün kvota qazanıb

18.06.2026 / 17:35
"Saxta profillər rəqəmsal mühitdə ən ciddi təhlükələrdən biridir" - DİN rəsmisi

18.06.2026 / 17:22
Rusiyanın İranla aviasiya ticarəti yenidən qızışdı... Hələlik 20 helikopter...

18.06.2026 / 17:16
Avropadan Ukraynaya hərbi təyyarələrin yeni axını başladı...

18.06.2026 / 16:59
20 il idarə etdiyi müəssisəni "Korrupsiya" yoxlayır, özünə yeni vəzifə verirlər - MÜƏMMA...

18.06.2026 / 16:52
Azərbaycan və Rusiyanın beynəlxalq təşkilatlarda əməkdaşlıq məsələləri Bakıda müzakirə edildi

18.06.2026 / 16:44
Tramp Yaxın Şərqi şiə-sünni müharibələrinə çəkir - "Böyük 7-lər" niyə susdu...

18.06.2026 / 16:27
Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçirilib

Prezidentin aqrar müşavirəsi liberal iqtisadiyyat yolunda yeni mərhələ açır...

XƏBƏR ARXİVİ