Müəlliflik hüququ ilə qorunan məhsullara nəzarət markalarının tətbiqi üzrə tədbirlər davam edir

img

Müəllif hüquqlarının təminatı ilə bağlı məsələlər Əqli Mülkiyyət Agentliyinin fəaliyyətində daim diqqət mərkəzində saxlanır. Bu sahədə digər dövlət qurumları ilə əlaqəli tədbirlər keçirilir, piratçılığa qarşı mübarizə tədbirləri çərçivəsində bir sıra çap məhsullarına nəzarət markalarının verilməsi təmin edilir.

Nəzarət markalarının tətbiqi əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə tədbirləri çərçvəsində xüsusi əhəmiyyətə malikdir. Bu baxımdan müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin (audiovizual əsər, fonoqram, kompüter proqramı, məlumat toplusu, kitab) nüsxələrinə yapışdırılması üçün nəzarət markalarının hazırlanması və onların müqavilə əsasında istifadəçilərə verilməsi, həmin nüsxələrin yaradılmasının qanuniliyinin müəyyənləşdirilməsi, yuxarıda qeyd edilən obyektlərə nəzarət markaları yapışdırılaraq yayılmasına nəzarət edilməsi, bu obyektlərin dövlət reyestrinin aparılmasının təmin edilməsi istiqamətində müvafiq işlər həyata keçirilir.

Ölkəmizdə müəlliflik hüququ ilə qorunan məhsullara nəzarət markalarının tətbiqi, o cümlədən Azərbaycan ərazisinə idxal olunan mallara qanunvericiliyə uyğun olaraq nəzarət markalarının vurulması istiqamətində Agentlik tərəfindən digər dövlət qurumları ilə müvafiq işin aparılması istehlakçılarının hüquqlarının qorunması baxımından da böyük əhəmiyyət kəsb edir.

Cari ilin iyul ayından Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi və Təhsil Nəzirliyinin tabeliyində olan Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzi arasında müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin nüsxələrinə yapışdırılması üçün nəzarət markalarının verilməsi istiqamətində əməkdaşlığa başlanılıb.

Artıq Təhsil Texnologiyaları Mərkəzinin sifarişi əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 9 iyun tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəzarət markasının forması, uçotu, istifadəsi və verilməsi Qaydaları”na uyğun olaraq nəzarət markalarından qanuni istifadəni təmin etmək məqsədi ilə Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi tərəfindən ümumilikdə 350.000 ədəd nəzarət markası çap edilərək təhvil verilib.

Son xəbərlər