"Müqavilələrin icrası, mübahisələrin həlli, müəssisənin bağlanması və müflisləşmə, məhkəmə sistemi və hüququn aliliyi" işçi qrupunun növbəti iclası keçirilib

img

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Müqavilələrin icrası, mübahisələrin həlli, müəssisənin bağlanması və müflisləşmə, məhkəmə sistemi və hüququn aliliyi işçi qrupunun videokonfrans formatında növbəti iclası keçirilib.

Tədbirə Ədliyyə və İqtisadiyyat nazirliklərinin, Məhkəmə-Hüquq Şurasının, Mərkəzi Bankın, Dövlət İmtahan, İqtisadi İslahatların Təhlili və Kommunikasiya, Elektron Hökumətin İnkişafı mərkəzlərinin nümayəndələri qatılıblar.

İclasda işçi qrupun 2021-ci il üçün Fəaliyyət Planının müvafiq bəndlərinin icrası üzrə görülmüş işlər, 19.08.2021-ci il və 27.08.2021-ci il tarixli iclaslarında qərara alınmış tədbirlərin icrası vəziyyəti barədə məlumatlar verilib.

Həmçinin Fəaliyyət Planında müəyyən edilmiş tədbirlərin icrasının təşkili məsələləri müzakirə olunaraq zəruri işlərin görülməsi, İşçi qrupun növbəti il üçün fəaliyyət planının layihəsinin hazırlanması qərara alınıb.

Son xəbərlər