Yoluxmalara görə məktəblər bağlana bilərmi? - Baş infeksionist açıqladı

img

Məktəblərin distant təhsilə keçirilməsi bilavasitə Operativ Qərargahın səlahiyyətinə aid olan məsələdir. Lakin dövlət məktəblərin bağlanmasını istəmir.

Trend xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov nazirliyin "İnstagram" səhifəsində canlı yayımda qonaq olarkən deyib.

O bildirib ki, mümkün qədər təhsilin əyani formada davam etməsi məqsədəuyğundur: "Çünki biz distant təhsilin fəsadlarını görürük. Həmçinin, hazırda məktəblərdəki yoluxma sayı o qədər deyil ki, total tədbirlər görülsün. Hələlik yoluxma olan siniflərdə 14 gün müddətində bağlanma tədbiri seçilir. Bütün dünyada bu metod tətbiq edilir".

Son xəbərlər