İkinci Qarabağ müharibəsində Vətən torpaqları uğrunda döyüşərək şəhidlik zirvəsinə ucalan Mahmud Əflatun oğlu Mikayıllı Yardımlı rayonunun Avaş kəndindəndir. İndi rayonda hamı üçün bu ad çox doğma və əzizdir. Onun yaşadığı evini özünə and yeri bilir, tez-tez buraya baş çəkirlər. Növbəti şəhidin ailəsini ziyarət edənlər rayonunun mədəniyyət işçiləri, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Yardımlı rayon komitəsinin nümayəndələri oldular.
Ziyarətçilərdən Masallı Regional Mədəniyyət İdarəsinin Yardımlı rayonu üzrə nümayəndəsi Ayaz Əliyev görüş zamanı kollektiv adından ailə üzvlərinin kədərini bölüşdü, qəhrəman şəhidin valideynlərinə səbir dilədi. Şəhid haqqında söz düşəndə bildirdi ki, Vətən uğrunda canından keçənlər heç vaxt ölmürlər. Onlar xalqın qəlbində yaşamaqla əbədi ömür qazanırlar. Bizim Mahmudda belə. O, indi bizə səmada parlaq günəş kimidir...
Görüşdə həm də şəhid ailələrinə göstərilən dövlət qayğısından söhbət açıldı, bu istiqamətdə zəruri sosial tədbirlərin bundan sonra da görməsinin vacibliyi bildirildi.
Axırda müvafiq sahə üzrə yerli həmkarlar komitəsinin tədarük etdiyi yardım bağlaması şəhidin ailəsinə təqdim edildi.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü