çərşənbə günü, 11 noyabr 2026
     

El harayına can deyən şəhid - Birinci yazı

Image


Müəllifdən

Əziz oxucular!

Əvvəla hamınızı ən səmimi duyğularla salamlayıram.

Qarşınızdakı bu kitab İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan şəhid Elcan Muradovun qısa, amma olduqca məzmunlu həyat yolu barədədir.

Bir millətin gələcəyi sahib olduğu gəncliyin fikri - kamilliyinə, ümidlərinə, ideallarına və ürəyindəki arzularına bağlıdır. Milli-mənəvi duyğularla dolu, bayrağını, torpağını, dinini, millətini və vətənini sevən bir gəncliyə sahib olan ölkə əslində ən böyük xəzinəyə sahibdir. Belə bir gəncliyə sahib olan ölkənin gələcəyi isə parlaqdır.

Şəhid Elcan Muradov Vətənimizin milli-mənəvi dəyərlərlə yetişdirdiyi qəhrəman oğullarındandır. O, cəmi on doqquz illik ömür yaşaya bildi. Bəlkə də həyatın ən dəyərli çağlarından məhrum oldu. Düzdür, az yaşadı, amma gənc nəslə ibrət olacaq qədər əməlləri ilə mənalı yaşadı. Elcan öz fiziki varlığını bizlərin rifahı üçün qurban verdi. Mərd yaşadı və əsl kişilər kimi üçrəngli bayrağa bürünərək Ana Vətənin müqəddəs torpağına əmanət verildi.

Elcanı şəxsən tanımışam. O, mənim dost-doğmaca dayım oğlu olmaqdan əlavə, həm də mənəvi qardaşım idi. Hazırda həbsdə olduğum üçün onun şəhid olmasını da elə məhbəsdə eşitdim. Təəssüf ki, məlum səbəbdən dəfnində iştirak edə bilmədim. Əlimdən gələn yalnız ona dualar etmək idi. Dualarımda həm də diləyirdim ki, Elcan Muradovun xatirəsinə nə isə edə bilim.

Nəhayət, bir gün... Bir gün Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru, dəyərli ictimai xadim Nəzakət xanım Məmmədova anam Təranə xanımla telefon əlaqəsi saxlayıb, şəhidimiz üçün başsağlığı verdi. Həm gələcək nəslə, həm də şəhidin yaxınlarına bir töhfə, mənəvi dəstək olsun deyə, şəhid Elcan Muradov haqqında bir kitab yazmağımı təklif etdi. Məhbəsdə görüşümə gələn anam Nəzakət xanımın sözlərini mənə çatdıranda dualarımın qəbul olunduğunu anladım...

Nəzakət xanım artıq neçənci dəfədir ki, şəhidlərimizin adının əbədiləşməsi üçün belə bir addım atır. Zənnimcə, bu addımın özü şəhidlərimizin ruhunun şad olmasına ən gözəl töhfələrdəndir. Elə Nəzakət xanımın öz sözləri ilə desək, Vətənin bütövlüyü, doğma Qarabağımızın düşmən işğalından azad edilməsi uğrunda şəhid olmuş igidlərimizin keçdiyi şərəfli ömür yoluna həsr olunan bu kitablar, şübhəsiz ki, onların xatirəsini yaşadan ən gözəl abidədir.

Respublika Xatirə Kitabı Redaksiyasının “Şəhidlər ölməz, Vətən bölünməz!” seriyasından çap etdiyi kitabların hər bir məktəblinin, bütövlükdə hər bir Azərbaycan gəncinin masaüstü kitabı olacağına ümid edirik. Bundan əlavə, belə bir layihə şəhidlərimizin müqəddəs ruhu qarşısında məsuliyyətin əyani sübutudur. Buna görə də, başda Nəzakət xanım olmaqla, Xatirə Kitabı Redaksiyasının bütün əməkdaşlarına nə qədər təşəkkür edilsə azdır.

Bununla bərabər, kitabın ərsəyə gəlməsində mənə dəstək olan anam Təranə Məmmədovaya, qardaşım Elmir Məmmədova, şəhidin bibisi oğlu Turxan Məmmədova, əmisi İntiqam Muradova, müəlliməsi Könül Əsgərovaya, habelə hörmətli ziyalımız Elşən Mustafaoğluna öz səmimi minnətdarlığımı bildirmək istərdim.

Əlinizdəki əsərin hər sətri, hər səhifəsi qəlbimdən gələn duyğuların yazılı formasıdır. “Qəlbdən gələn söz qəlbə də oturar!” – deyib atalarımız. İnanıram ki, dünyaya göz açdığı gündən ta şəhid olanadək, demək olar, həyatının hər səhifəsini bildiyim şəhid Elcan Muradov haqqında yazılan kitab hər bir oxucunun könlüncə olacaq, mənəvi dünyasına xoş ab-hava bəxş edəcək. Çünki bu əsəri yazarkən təkcə lazımi tarixi faktlarla, şəhidlə bağlı xatirələrlə kifayətlənməyərək qəlbimi və ürəyimi də ortaya qoymuşam. Bu kitab vətənpərvər və ədalətsevər insanlar üçün yazılıb. Əminəm ki, şəhid Elcan Muradovun ruhu onun həyat yolunu sizlərlə paylaşdığım üçün daha da şad olacaq.

Əziz qardaşım Elcan! Bu Vətən, bu xalq səni heç vaxt unutmaycaq. Axı, necə unuda bilər ki, Sənin adın, xatirən atadan oğula, nəsildən-nəslə ötürülən müqəddəs əmanət kimidir. Səninlə indi təkcə doğmaların deyil, bütünlüklə Ana Vətən, Azərbaycan qürur duyur. Sən ölməmisən. Axı, şəhidlər ölmür. Qəbrin nurla dolsun və yerin əbədi behişt olsun! Amin!..

Elcan Muradovu yaxından tanıyaq
Doğumu və məktəbəqədər uşaqlıq illəri...

Muradov Elcan Eldəniz oğlu 3 iyul 2001-ci il Gəncə şəhərində Ermənistandan qaçqın düşmüş Muradovlar ailəsində dünyaya göz açıb. Atası Eldəniz və anası Leylanın ilk övladı olan Elcan ərköyün böyüyüb. Üç qardaşın böyüyü olan gələcəyin qəhrəmanı uşaqlıqdan digərlərindən seçilib.

Şəhidlərin Allah tərəfindən seçilmiş şəxslər olduğu deyilir. Bəlkə də buna görədir ki, demək olar, əksər şəhidlərin uşaqlığı ərköyün və dəcəl olur.

Hələ də gözlərimin önündən getmir. Elcan dünyaya gələndə hamı sevinir, toy-bayram edirdi. Mənim onda doqquz yaşım var idi. Tətil olduğundan, demək olar, bütün yayı Gəncədə keçirmişdim. Bir gün anam mənimlə qardaşım Elmiri qonşumuza əmanət edib Aybəniz xalamla birlikdə xəstəxanaya yollandı. Üzlərindəki təbəssüm nəsə şad xəbər gətirəcəklərini deyirdi.

Axşam Elcanın atası Eldəniz dayım öz dost-tanışını yığıb bir gözaydınlığı süfrəsi açdı. Mən də atamla birlikdə həmin məclisdə iştirak edirdim. Dayımın gözləri gülür, üzündən təbəssüm əksik olmurdu. Allah ona ilk övlad payı vermişdi. Eldəniz dayım oğlunun dünyaya gəlişi ilə qürur duyurdu. Tale elə gətirəcəkdi ki, o, oğlunun dünyadan getməsi ilə də qürur duyacaqdı...

Ertəsi gün uşağa ad qoyulması məsələsi müzakirəyə qoyuldu. Eldəniz dayım aylarmış qəlbində gizlətdiyi niyyətini onda açdı:

- Oğlumun adını Elcan qoyuram, – deyib gülümsədi.

Qardaşı İntiqam və yaxın qohumlar bir-birinin üzünə baxdılar. Adətən, övlada babanın adı qoyulur. “Elcan” adını isə oradakılar ilk dəfə idi ki, eşidirdilər.

- Elcan? – bircə gündür dünyaya gəlmiş körpənin əmisi belə bir sualla üzünü qardaşına tutdu. Sual dolu baxışlar öz cavabını gözləyirdi.

Elə bu an nəslin ağsaqqalı, körpənin babası Cəmşid kişi söhbətdən xəbərsiz şəkildə otağa daxil olur:

- Hə, noldu? İgidimizin adını nə qoyacaqsınız?

- Dədə, istəyirəm Elcan qoyaq. – Eldəniz dilləndi.

Cəmşid kişi əsl el ağsaqqalı idi. Həyatı boyunca dağılmaq üzrə olan neçə-neçə ailələri birləşdirmiş, küsülüləri barışdırmışdı. Mənəviyyatlı birisi olduğundan, həmişə, hər işdə birinci Allahın razılığını düşünərdi. Ana Vətəni olan Qərbi Azərbaycanın Dərələyəz rayonunun Qızılgül kəndindən artıq 13 il idi didərgin düşmüşdü. Neçə-neçə əzizləri, dost-sirdaşları mənfur işğalçılıq və genosid siyasətinin qurbanı olmuşdu. Əzab-əziyyətlə keçən ömür illəri onun əzmini sındıra bilməmişdi. Hər zaman öz izzət və vüqarını qoruyurdu. Elə buna görə də nəsildə son sözü o deyərdi.

Oğlunun ad seçimini eşidən Cəmşid kişi başı ilə razılığını bildirdi:

- “Elcan” qəşəng addır, bəyəndim. Yüz il yaşasın!

Otaqdakılar bir ağızdan: “Amin!” – deyəndən sonra Elcanın atası boğazını arıtlayıb dedi:

- Dədə, çox sağ ol. Niyə belə ad seçdiyimi deyim?

- Seçim sənindir. Amma demək istəyirsənsə buyur.

Hamı maraqla dinləməyə başladı. Axı, o, indiyə qədər bir dəfə də olsun bu barədə bir söz deməmişdi.

Eldəniz stolun üzərindəki meyvə şirəsindən içib fikrə getdi. Gözlərini divara zillədi. Amma baxışları onu illər öncəsinə aparmışdı. Nəfəsini təzələyib Elcan adının sirrini danışmağa başladı:

- O vaxt müharibədə olanda bir döyüş yoldaşım var idi. – Eldəniz özü də Birinci Qarabağ döyüşünün iştirakçısı olub. – Adı Elcan idi. Döyüş zamanı dəfələrlə bir-birimizi ölümdən qurtarmışıq. Cəbhə bizi dosta, qardaşa çevirmişdi. Bu gün yanımızda deyib-gülən sabah gözlərimiz önündə şəhid olurdu. Mən niyyət eləmişdim ki, oğlum olsa, adını Elcan qoyacam.

Cəmşid kişi gözlərini qıyıb əlini oğlunun çiyninə qoydu:

- Belə de... Eldəniz, niyyətə əməl etmək lazımdır. Balamızın adı oldu Elcan. Adını biz qoyduq, ömrünü Allah yazsın! İnşallah, yüz il yaşasın!

Uşağı bələkdə gətirib babasının qucağına verdilər. Eldəniz gözlərindən axan sevinc yaşını gizlətməyə çalışırdı. Cəmşid kişi körpənin sağ qulağına azan, sol qulağına iqamə dedi. Beləliklə, Elcanın həyat hekayəsi başladı...

Rəvayətə görə, günlərin birində gənc bir oğlan dövrün ən müdrik şəxslərindən birinə yaxınlaşıb soruşur:

- Ustad, insan ömrü nə qədərdir?

Ustad dərhal cavab verməyərək fikrə gedir. Sonra qarşısındakı şəxsin gözlərinə diqqətlə baxaraq deyir:

- Azanla namaz arasındakı fasilə qədər qısa, oğlum.

Gənc ustadın nə demək istədiyini anlamayaraq yenidən sualla müdrik qocaya üz tutur:

- Mümkünsə, bu cavabınızı izah edə bilərsinizmi?

Qoca başı ilə razılığını bildirib münasib yerdə əyləşir. Həmin gəncə də üzbəüz oturmağa yer göstərir. Cavan oğlan göstərilən yerdə əyləşib diqqətlə onu dinləyir:

- Oğlum, insan ömrü azanla namaz arasındakı fasilə qədərdir. İndi mən sənə bir sual versəm olar?

- Əlbəttə. Buyurun!

- Azan nə üçün verilir?

- Təbii ki, namaz qılmaq üçün.

- Əgər elədirsə, bəs niyə dünyaya göz açan körpənin qulağına azan deyiləndən sonra namaz qılınmır?

Gənc dodaqlarını bir-birinə pərçimləyərək sükuta dalır. Lakin heç bir cavab tapa bilmir. Müdrik şəxs yeni bir sualla sözünə davam edir:

- İnsan öləndə ona cənazə namazı qılınır. Namaz üçün azan verilməlidir. Bəs, niyə cənazə namazının azanı verilmir?

Cavan oğlan yenə də cavab tapmayaraq qocanı diqqətlə dinləyir. Müdrik qoca dərindən köks ötürüb deyir:

- Hə, oğlum, maraqlı sualdır, eləmi?

- ...

- İnsan vəfat edəndə qılınan namazın azanı o, dünyaya gələrkən verilir. Biz doğulanda azan verildikdən sonra namaz qılınmır. Çünki həmin azanın namazı dünyadan köçəndən sonra qılınır. Bax, bayaq dediyim “azanla namaz arasındakı fasilə” budur. Gündəlik namazlarımızda azanın ardınca çox qısa zaman keçir və hamı namaza durur. Heç bir dəqiqə çəkmir. Bizim ömrümüz də belədir. Azanla namaz arasındakı fasilə qədər çox qısa. Bəşər övladına bu qısa zamanda necə həyat yaşayacağı ixtiyarı verilir. İnsan var, ölüsünün leşdən artıq dəyəri olmur, insan da var, cənazəsi və qəbri başqalarının ziyarət yerinə çevrilir. Bunu təyin edən məhz insanın yaşayış tərzidir...

Elcan bu rəvayətdəki kimi qısa ömür sürsə də, mənalı yaşadı. İnsanlığa, gənc nəslə örnək oldu. Ona görə də indi qəbri ziyarətgaha çevrilib...

(Ardı var)

Elvin ARİFOĞLU



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ