Cümə günü, 05 iyun 2026
     

Azərbaycanda özəl məktəblərin qiyməti - 4 mindən 61 minədək, necədir?

Image


Bir çox valideynlər özəl məktəblərin yalnız adını eşidib desək, səhv etmərik. Burada keçmişdən gələn pulsuz təhsil vərdişinin də rolu böyükdür. Yaxşı orta təhsilin gələcək üçün layiqli məslək sahibi yetirmənin təməl daşı olduğunu hamımız bilirik, amma bu dəyərin nə qədər baha başa gəldiyini çox vaxt unudurlar.

Əksər həmvətənlərimiz adlı-sanlı məktəblərdə təhsil haqqının baha olmasından çəkinərək, övladlarının həmin təhsil ocaqlarında oxumasına maraq göstərmir. Həqiqətən də bu cür məktəblərin ad-sanına layiq təhsil qiymətləri, necə deyərlər, əl yandırır. Belə ki, nüfuzlu beynəlxalq məktəbdə illik təhsil haqqı Bakıda birotaqlı mənzilin qiymətilə müqayisə oluna bilər. Nəticədə, valideyn üçün övladın orta təhsili uzunmüddətli ipoteka kimi bir şeyə çevrilir. Məlum məsələdir ki, bu yükü hər ailə də daşıya bilməz.

Azərbaycan valideynlərinin qarşısına son illərdə çıxan bu sualın cavabı onlar üçün hələ də tam çözülməyib. O da sirr deyil ki, Azərbaycanda hər kəsin pulsuz təhsil ala bilməsi arzuları bazar gerçəkliyi qarşısında artıq xam xəyala çevrilərək ərşə çəkilib. Təhsil almaq üçün pul lazımdır. Nüfuzlu, üstəlik də xarici universitetin diplomu isə bəri başdan, yəni ibtidai təhsil çağından etibarən yatırım istəyir. Amma nüfuzlu xarici universitetə daxil olmaq artıq nağıl deyil. Düzdür, hələlik beynəlxalq səviyyəli təhsil şəhadətnaməsi verən təhsil müəssisələri ölkəmizdə o qədər də çox deyil. Özəl təhsil ənənəsinin əsrlərlə tarixə malik olduğu Qərb ölkələrindən fərqli olaraq, Azərbaycanda belə məktəblər keçən əsrin 90-cı illərinin ortalarında - bazar iqtisadiyyatı yoluna çıxdığımız ilk vaxtda, ölkəyə ilk xarici neft şirkətləri qədəm basandan açılmağa başladı.

Azərbaycanda fəaliyyət göstərən özəl orta məktəblərin qiymətləri hər kəsin büdcəsinə uyğun deyil. Belə ki, özəl təhsil müəssisələrində qiymətlər 4200 manatdan başlayaraq 61200 manatadək dəyişir. Maraqlıdır, təhsil haqqı 61 min manat olan təhsil müəssisələrində ABŞ, Kanada universitetləri səviyyəsində təhsil verilirmi?

  • “Azərbaycanda illik təhsil haqqı 50-60 min manata qədər olan özəl liseylər var, lakin bu özəl məktəblərin qiyməti…”

Təhsil eksperti Kamran Əsədov bildirdi ki, özəl təhsil müəssisələri təhsil haqlarını müəyyənləşdirməkdə müstəqildir. Lakin təbii ki, bu qiymətlər reallıqdan kənar olmamalıdır. Hazırda ölkədə özəl təhsil xidməti göstərən liseylər var. Müşahidə edəndə onların arasında xidmət haqlarında şişirdilmiş böyük məbləğ görürük: “Qeyd edim ki, xidmət haqları müəyyən edilərkən müəssisənin xərcləri, yəni göstərdiyi xidmətlərin müqabilindəki xərcləri hesablanaraq bu qiymətlər təşkil edilir. “Orta ümumtəhsil məktəblərinin nümunəvi nizamnaməsi”nə əsasən, özəl liseylər mütləq şəkildə dövlət nümunəli tədris verməlidir və qanunvericilikdə nəzərdə tutulur ki, bununla yanaşı, onlar əlavə xidmətlər göstərə bilər. Bilirik ki, özəl liseylər və orta ümumtəhsil müəssisələri dövlətin müəyyənləşdirdiyi tədrislə bərabər, eyni zamanda müəyyən xidmətlər də göstərir. Bura nəqliyyat servisi xidməti, qidalanma, forma, kitabxanalardan istifadə daxildir. Bundan başqa, özəl liseylər və orta məktəblər qanunvericilikdə nəzərdə tutulmayan xarici dilləri də tədris edirlər. Yəni mövcud qanunvericiliyə görə, yalnız rus, ingilis və qanunda nəzərdə tutulmuş digər xarici dillər tədris oluna bilər. Lakin, məsələn, bu cür liseylərdə ispan və digər dillər öyrədilir. Bundan əlavə, özəl liseylər var ki, rəqs, intellektual oyunlar və digər bacarıqları özündə əks etdirən xidmətlər göstərirlər”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, Azərbaycanda illik təhsil haqqı 50-60 min manata qədər olan özəl liseylər var. Lakin bu özəl məktəblərin qiyməti reallığı əks etdirmir: “Biz ekspertlər buraxılış və qəbul imtahanlarının nəticələrini təhlil edəndə görürük ki, həmin məktəblərin nəticələri heç də regiondakı məktəblərin nəticələrindən üstün deyil. Hətta bəzi bölgə məktəblərinin göstəriciləri onlardan daha yuxarıdır. Burada digər üstün tərəflərdən biri özəl liseylərin beynəlxalq imtahanları ilə bağlıdır. Lakin biz bu xərcləri də hesablasaq, heç də bu qədər yüksək qiymətlər alınmır”.

Ekspertin sözlərinə görə, məsələyə kompleks yanaşılmalıdır: “Açıq etiraf etmək lazımdır ki, özəl məktəblər yalnız varlılar üçündür. Çünki bu məktəbləri yaradan sahibkarlar kommersiya məqsədilə bu addımı atıblar. Rəqabət olmadığına görə, qiymətlər də fantastikdir. Demək olar ki, hamısında standart qaydalar tətbiq olunub. Yəni kreativ və fərqli metodlar yoxdur”.

Günel CƏLİLOVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənilər bir ailənin 5 üzvünü qətl etdi -Bakıdakı dipmissiyalar susdu...

Bakıda iqlimin kəskin dəyişməsinin səbəbi bilindi - inanmayacaqsınız, lakin...

Suriya terrorunda əli olan "Holcim"in Azərbaycandakı fəaliyyətinə də növbə çatdı...

SON XƏBƏRLƏR

04.06.2026 / 23:19
Azərbaycanın dövlətçilik tarixi – Xanlıqlar dövrü

04.06.2026 / 22:44
Putin Prezident İlham Əliyevə minnətdarlığını bildirdi

04.06.2026 / 21:37
Ermənilərin Başkəndi Azərbaycanın hansı kəndi ilə dəyişdirilə bilər? - Paşinyan niyyətini açdı...

04.06.2026 / 21:15
Aİ Ermənistana Rusiyanın iqtisadi təzyiqlərinə qarşı əks-tədbirlərə başladı...

04.06.2026 / 20:52
Məcburi köçkün gənclərin inkişafına son 20 ildə dövlət dəstəyi...

04.06.2026 / 20:35
Ermənistanın üstündə ABŞ-Rusiya intriqası daha açıq şəkil aldı...

04.06.2026 / 20:04
Bankların adından saxta kredit səhifələri yaradan şəxslər saxlandı

04.06.2026 / 19:56
Özgür Özəllə Klıcdaroğlunun şok telefon danışığı yayıldı...

04.06.2026 / 19:37
Ölkədə ilk dəfə "Təbiətin Dostları" Festivalı keçirildi

04.06.2026 / 19:31
Ankarada “Ortaq Türk mirası: Qərbi Azərbaycanın və Qars bölgəsinin milli geyim mədəniyyəti” tədbirləri keçirildi

04.06.2026 / 18:42
Avropa Bankı Azərbaycanın iqtisadi inkişaf proqnozunu aşağı saldı...

04.06.2026 / 18:18
Ermənistanda seçki prosesi və regionun gələcək siyasi mənzərəsi

04.06.2026 / 17:52
Rusiya XİN Azərbaycanla mədəni əməkdaşlığın yenidən başlanmasının vacibliyini bəyan etdi

04.06.2026 / 17:40
"Fənərbağça" prezidenti Sadettin Saran həbs edildi

04.06.2026 / 17:27
Azərbaycan Ermənistana 2475 ton dizel göndərdi...

04.06.2026 / 17:18
"Rusiya Azərbaycanın Aİİ-yə yaxınlaşmasına hərtərəfli dəstək verməyə hazırdır" - Qaluzin

04.06.2026 / 17:14
Dünya ikinci Çernobıl kabusunun bir addımlığında – nüvə stansiyası bombardman edildi, işçilər sığınacaqlara çəkildi...

04.06.2026 / 17:12
“Bir kəndin taleyi” filminin çəkilişləri başa çatıb

04.06.2026 / 16:42
Şəkidə “Heydər Əliyev irsində Azərbaycançılıq və milli-mənəvi dəyərlər” mövzusunda regional konfrans keçirilir

04.06.2026 / 16:32
Sonuncu BAZAR – Paşinyan İrəvanı Rusiyadan QOPARIR...

04.06.2026 / 16:29
Nazir Vilayət Eyvazov Qazaxda vətəndaş qəbulu keçirdi, Ağstafada isə gənclərin arasından seçim etdi - FOTO/VİDEO

04.06.2026 / 16:23
Mingəçevir Dövlət Universitetində regionun ən böyük Kibertəhlükəsizlik Laboratoriyasının açılışı olub

04.06.2026 / 16:11
Perinatal Mərkəzin eks direktoru məhkəmə zalında həbs olundu

04.06.2026 / 16:04
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO

04.06.2026 / 15:40
Rusiya Azərbaycandan keçməklə Ermənistana buğda, arpa və gübrə göndərdi

04.06.2026 / 15:24
Qazaxıstan Kiprlə yaxınlaşır -Türk Dövlətləri Təşkilatında təfriqə...

04.06.2026 / 14:35
Böyük Qayıdış mərhələsində keçmiş məcburi köçkünlərə sosial dəstək siyasəti yeni mərhələyə daxil olur

04.06.2026 / 14:31
Rusiya ilə boşanma, Avropa ilə nişan - sonda hər şey Bakıda həll olunacaq...

04.06.2026 / 14:29
Vətən müharibəsi və Milli Qəhrəmanların təqaüdlərini bərabərləşdirmək olar...(?)

04.06.2026 / 14:24
AB Rusiyanın acığına Ermənistana "Ukrayna və Moldova" tədbirlərini tətbiq etdi...

04.06.2026 / 14:22
Paşinyan seçkiyə 3 gün qalmış Putinin könlünü bu yolla almaq istədi...

04.06.2026 / 14:11
İran savaşı ABŞ-da idarəçilik böhranı yaradır - Konqres prezidentə qarşı sərt hərəkətə keçdi...

04.06.2026 / 13:51
Ali Məhkəmədən xəbərdarlıq - qanunsuz məqsədlə verilən pul geri qaytarılmır...

04.06.2026 / 13:44
TDT çərçivəsində maliyyə-bank sahəsində əməkdaşlıq müzakirə olunub - FOTO

04.06.2026 / 13:39
Aİİ-dən sonra Ermənistanın KTMT-dən çıxışı müzakirəyə verildi...

04.06.2026 / 13:21
Rusiya Ermənistanı hədələdi - Avropayönlü qüvvələr qalib gələrsə...

04.06.2026 / 13:13
TRIPP üzrə Ermənistan-Amerika birgə şirkətinin yaradılması təsdiqləndi

04.06.2026 / 13:08
Rusiyada Qarabağ ermənilərinin müdafiəsi ilə bağlı yeni proses başladı...

04.06.2026 / 12:50
Ermənistan və ABŞ TRIPP sazişini imzaladı...

04.06.2026 / 12:28
Məcburi köçkünlükdən azad rayonlarda rəsmi mülkiyyət hüququna qədər...

04.06.2026 / 12:16
Yuxarı məmurların övladları əsasən dövlət məktəblərində oxumurlar...Təhsil məmurları isə...

04.06.2026 / 12:10
Xəzərdə avtoşluq edən sürücü həbs olundu

04.06.2026 / 11:59
Ləyaqətli məmur, bacarıqlı rəhbər...

04.06.2026 / 11:45
Kartı bloklandığı üçün banka gedən azərbaycanlı gənc şoka düşdü - bir anda dünyanın ən varlılarından biri oldu...

04.06.2026 / 11:33
“Qəzza səssizliyi” Almaniyaya baha başa gəldi - Berlin tarixində ilk dəfə BMT TŞ-yə seçilə bilmədi...

04.06.2026 / 11:26
Xüsusi “Avtonom nəqliyyat vasitəsi” tanınma nişanı tətbiq ediləcək

04.06.2026 / 11:10
Moped sürücüləri üçün yeni tələblər müəyyənləşir

04.06.2026 / 10:43
ABŞ dəfələrlə öldüyünü iddia etdiyi Xameneinin sağ olduğunu etiraf etdi...

04.06.2026 / 10:15
Moskvadan İrəvana növbəti xəbərdarlıq - AİB və Rusiya ilə əlaqələr kəsiləcək...

04.06.2026 / 09:59
Tramp söz verdi - bu şərtlə ki…

04.06.2026 / 09:56
Rusiya Azərbaycandan keçməklə Ermənistana gübrə və buğda göndərəcək

04.06.2026 / 09:31
Bu il beş kişi qadının soyadını qəbul edib...

04.06.2026 / 09:22
Rubio hazırda Ukrayna böhranının həlli ümidlərinin yüksək olmadığını deyir...

04.06.2026 / 09:08
Bakıda “4-cü Milli Kibertəhlükəsizlik Forumu” keçirilir

04.06.2026 / 08:14
Xəzərdə zəlzələ oldu

03.06.2026 / 23:07
Putin və Şara Suriyadakı rus bazaları ilə bağlı ilə razılaşdı – ABŞ-ın gözləntiləri özünü doğrultmadı...

03.06.2026 / 22:40
Rusiyadan dünyanı qorxudan nüvə xəbərdarlığı – “bizi sınamağa çalışmayın”...

03.06.2026 / 22:24
Rusiya parlament xətti ilə də Ermənistana hücuma keçdi...

03.06.2026 / 20:42
Azərbaycanın enerji ixracının ən mürəkkəb “diplomatik mexanizmi” ilk dəfə açıqlandı...

03.06.2026 / 20:10
Avropanın enerji bazarı Azərbaycansız nə gündə ola bilərdi?!...

03.06.2026 / 19:32
Avropanın ən böyük qaz saxlama anbarları Azərbaycana təklif olundu...

03.06.2026 / 19:09
Aİ İrəvanı Moskvadan qorumaq üçün hərəkətə keçdi - Rusiya bazarına alternativ Avropa bazarı...

03.06.2026 / 18:37
Azərbaycan ilə Aİ arasında yeni hərtərəfli saziş layihəsi haqqında danışıqlar aparılıb

03.06.2026 / 18:24
Küveytdən İranla bağlı sərt qərar - diplomatlar ölkədən qovuldu, əlaqələr tamamilə kəsildi...

03.06.2026 / 18:15
Aİ və Azərbaycan yeni ikitərəfli saziş üzrə danışıqları bərpa etdi

03.06.2026 / 18:00
Tramp Xamenei ilə görüşə biləcəyini açıqladı - İran nüvə silahından imtina etdi...

03.06.2026 / 17:33
"Soyqırım və deportasiya qurbanlarına dəstək" adlı layihə davam edir

03.06.2026 / 17:21
“XXI Əsrin Qadınları” İB Şamaxıda tədbir keçirib - FOTO

03.06.2026 / 17:10
Tarixdə ilk ABŞ-Azərbaycan iqtisadi dialoq prosesi başladı...

03.06.2026 / 16:58
Qara kampaniyalar üzündən doğma adını dəyişən neft şirkətləri... Əliyev nə dedi?..

03.06.2026 / 16:45
“Soydaşlarımız və Qarabağ” layihəsinin icrasına başlanılıb

03.06.2026 / 16:41
Roma Papası Prezident İlham Əliyevə məktub göndərdi

03.06.2026 / 16:35
Rusiya 2-ci dəfə Xəzəri kənar hərbi zərbələrə hədəf etdi... Ukrayna Xəzəri vursa...

03.06.2026 / 16:24
Məcburi köçkünlərə sosial dəstək siyasətinin yeni mərhələsi başlayır

03.06.2026 / 15:40
Netanyahu Trampı da bezdirdi -mən olmasaydım, həbslərdə çürüyərdin...

03.06.2026 / 15:18
Azərbaycanın Trampdan gözləntisi bu deyildi - 907 niyə tam ləğv edilmədi...

03.06.2026 / 15:09
Tramp anons etdi -iyunda Əliyevlə Paşinyan son saziş imzalaya bilər...

03.06.2026 / 14:55
BTQ ilə Beynəlxalq Siqh Federasiyası arasında Anlaşma Memorandumu imzalandı

03.06.2026 / 14:43
Azərbaycanın 94-dən başlamış "enerji yüksəlişinin" 32 illik sonucları...

03.06.2026 / 14:22
Salyanda keçmiş məhkum 5 kq narkotiklə tutuldu

03.06.2026 / 14:16
Noyabrın 9-da Şuşada şəhid oldu -Elvin Məmmədzadənin nişanlısına ürək parçalayan son məktubu...

Məcburi köçkün gənclərin inkişafına son 20 ildə dövlət dəstəyi...

XƏBƏR ARXİVİ