Sentybarın 30-da Xətai rayonu 25 saylı orta məktəbdə şəhid Nurəhməd Ulubəyovun xatirəsinə həsr olunmuş tədbir keçirildi.Tədbirdə şəhidin anası Ulubəyova Tahirə xanım və bacısı Fərzəliyev Rümayə xanım iştirak edib.
Tədbiri giriş sözü ilə məktəbin direktoru Fəridə Şərifova açdı. Sonra isə anası Tahirə xanım və bacısı Rümayə xanım qəhrəman şəhidin döyüş yolundan, həyatından faktlar danışdılar.
Məktəbdə şəhidin adını əbədiləşdirmək üçün “5c” sinifi Nurəhməd Ulubəyovun adına verildi. Qeyd edək ki, həmin sinifdə şəhidin qardaşı qızı Ulubəyova Nuray və bacısı oğlu Fərzəliyev Ramiz təhsil alır.Tədbirin sonunda məktəbin həyətində yerləşən abidə lövhəsinin qarşısına gül dəstələri qoyuldu.
Baki-xeber.com