Azərbaycanda COVID-19-a 1734 yeni yoluxma, 25 nəfər vəfat etdi

img

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 734 yeni yoluxma faktı qeydə alınıb, 3 378 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan baki-xeber.com-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 25 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 472 719 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 434 095 nəfər müalicə olunaraq sağalıb, 6 305 nəfər vəfat edib. 32 319 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 780, bu günə qədər isə ümumilikdə 4 744 161 test icra olunub.

Son xəbərlər