çərşənbə günü, 11 noyabr 2026
     

Azərbaycanın görkəmli elm fədaisi: Mərhum professor Əbdürrəhim İsmayılovun 90 illik yubileyidir

Image


İftixar hissi ilə demək lazımdır ki, ötən əsrdə ölkəmızdə elmin ayrı-ayrı sahələri üzrə samballı naliyyətlər qazanılıb, dünya şöhrətli alimlər yetişib. O cümlədən, respublikamızda kimya elmi də çox güclü inkişaf etmiş bu sahədə yeni-yeni elmi məktəblər yaranıb, istedadlı kimyaçılar nəsli meydana gəlib. Bu kimyaçı alimlər ordusunun layiqli nümayəndələrindən biri də bu günlərdə anadan olmasının 90 ili tamam olan kimya elmləri doktoru, mərhum professor Əbdürrəhim Hacıkərim oğlu İsmayılovdur.

Əbdürrəhim Hacıkərim oğlu İsmayılov vətənimizin qədim maarif və mədəniyyət ocaqlarından olan Qazax rayonunun Aşağı Əskipara kəndində 1931-ci il sentyabrın 5-də sadə kəndli ailəsində dünyaya göz açıb. O, 1947-ci ildə Qazax şəhərində özünün qabaqcıl maarifçilik ənənələri və çox sayda istedadlı məzunları ilə məhşur olan 1 saylı orta məktəbi bitirib. Kimya elminə güclü marağı sayəsində elə həmin ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) kimya fakültəsinə qəbul olub.

Tələbəlik dövründə səylə çalışaraq qabaqcıllar sırasında olub. Bu məşhur elm ocağında görkəmli alimlərdən , istedadlı pedaqoqlardan mükəmməl dərs alaraq  kimya elminin sirlərinə yiyələnib. 1952-ci ildə universiteti müvəffəqiyyətlə - fərqlənmə diplomu ilə başa vurub. Ali təhsil aldıqdan sonra bir il Leninqrad (indiki Sankt-Peterburq) Hərbi Dəniz Akademiyasında leytenant rütbəsində dinləyici olub. 1953-cü ildən başlayaraq, bu elm fədaisinin bütün mənalı ömrü kimya elmi ilə, onun müasir problemləri ilə bağlı olub. O, 1953-1955-ci illərdə Azərbaycan Elmlər Akademiyasının (indiki Azərbaycan MEA) Neft İnstitutunda kiçik elmi işçi, 1955-58-ci illərdə isə Azərbaycan Dövlət Neft Dəniz Layihə İnstitutunda mühəndis və böyük elmi işçi vəzifələrində çalışıb, geniş tədqiqatçı təcrübəsi qazanıb. Həmin illərdə Neftçıxarma İnstitutunun aspiranturasında təhsil alaraq, boru kəmərlərində su təbəqəsinin qızdırılması zamanı əmələ gələn korroziya ilə bağlı maraqlı tədqiqatlar aparıb, bu sahədə 1958-ci ildə “Boru kəmərlərində su təbəqəsinin qızdırılması zamanı yaranan korroziya və onunla mübarizə” mövzusunda dissertasiya müdafiə edərək, kimya elmləri namizədi alimlik dərəcəsi alıb. Elmi-praktiki əhəmiyyəti olan bu dissertasiya işi mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib.

Güclü fitri istedadı, dərin elmi biliyi və yüksək ziyalı mədəniyyəti ilə həmkarlarının rəğbətini və hörmətini qazanmış Əbdürrəhim müəllim 1958-61-ci illərdə BDU-nun “Katalitik çevrilmələr”, 1961-68-ci illərdə isə indiki Azərbaycan Dövlət Neft Akademiyasının “Monomer və Polimer” elmi-tədqiqat problem laboratoriyalarında böyük elmi işçi vəzifəsində çalışıb. Katalitik çevrilmələr, monomer və polimerlər sahəsində bir sıra maraqlı tədqiqatlar apararaq, sanballı elmi nəticələr əldə edib. İstedadlı alim alitsiklik karbon turşularının xloranhidridlərinin dərindən və hərtərəfli tədqiq və təhlili nəticəsində olduqca dəyərli elmi nəticələr əldə edib. Nəhayət, 1967-ci ildə bu sahədə doktorluq dissertasiyası müdafiə edərək kimya elmləri doktoru alimlik dərəcəsi alıb. 1968-ci ildən etibarən, görkəmli kimya aliminin elmi-pedaqoji fəaliyyət dövrünün ikinci səmərəli mərhələsi başlayır. O, 1969-ci ildə Azərbaycan Texniki Universitetinin “Analitik kimya və kimya texnologiyası”  kafedrasına müdiri seçilib və 1985-ci ilədək həmin vəzifədə fədakarlıqla çalışıb.

1968-ci ildə ”Üzvi Kimya” ixtisası üzrə professor elmi rütbəsi alıb.  Professor Ə.H.İsmayilov 1985-ci ildən ömrünün sonunadək Gəncədə yaradılmış Texnologiya İnstitutunun “Kimya” kafedrasında professor və eyni zamanda elmi işlər üzrə prorektor vəzifələrində işləyib. Ali təhsil ocağında tədris sahəsindəki pedaqoji fəaliyyəti ilə yanaşı, Professor Ə.H.İsmayılov elmi yaradıcılığa, elmi-tədqiqat işlərinə həmişə böyük maraq göstərib, müasir elmi problemlərlə yaxından maraqlanıb. 1991-ci ildən etibarən, Texnologiya İnstitutunda “Maye kristal” elmi-tədqiqat problem laboratoriyasına uğurla rəhbərlik edib. 

Professor Ə.H.İsmayılovun elmi-pedaqoji fəaliyyəti olduqca zəngin və çoxşaxəlidir. Onun ilk elmi tədqiqatları axar sistemdə poladın korroziyasının qarşısının alınmasına həsr edilmişdisə, sonrakı maraq dairəsi alitsiklik karbon turşularının xloranhidridlərinin müxtəlif doymamış karbohidrogenlərlə elektrofil birləşmə, eləcə də aromatik karbohidrogenlərlə katalizator iştirakı ilə elektrofil əvəz etmə reaksiyalarının və alınmış birləşmələrin quruluşunun, cevrilmə məhsullarının geniş və dərin tədqiqi istiqamətinə yönəlib. Professor Ə. H. İsmayılovun rəhbərliyi ilə ilk dəfə olaraq bir sıra furanların, pirazolların, tiofenlərin, pirdinlərin və digər heterotsiklik birləşmələrin yeni törəmələrinin alınma üsulu işlənib hazırlanıb.

Vətəninə və xalqına sədaqətlə və fədakarcasına xidmət etmiş bu istedadlı alim-pedaqoqun səmərəli elmi-pedaqoji fəaliyyətinin nəticələri öz əksini 205-dən çox dəyərli elmi əsərlər, 45 ixtirada, bir sanballı monoqrafiyada və “Üzvi Kimya”ya dair ikicildlik dərslikdə tapmışdır. Onun rəhbərliyi ilə 25 elmlər namizədi hazırlanıb. Yetişdirdiyi 5 elmlər namizədi doktorluq dissertasiyası müdafiə edərək yüksək elmi dərəcə alıb. Professor Ə.H.İsmayılov 1994-cü ildə elmi-pedaqoji fəaliyyətinin ən məhsuldar cağlarında qəflətən dünyasını dəyişərək əbədiyyətə qovuşub. Allah ona rəhmət eləsin!

Vətənimiz və qədirbilən xalqımız özünün professor Ə.H.İsmayılov kimi oğulları ilə daim fəxr etməyə haqlıdır. İnanırıq ki, XXI-ci əsrdə ölkəmizdə elm və texnika daha sürətlə inkişaf edəcək və Professor Ə.H.İsmayılov elmi məktəbinin davamçıları olan yeni-yeni görkəmli alimlər yetişəcək.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ