çərşənbə günü, 11 noyabr 2026
     

Koronavirus xəstələrinin pulsuz müalicəsinə özəl klinikalar niyə qoşulmur?..

Image


Ölkəmizdə koronavirusa yoluxanların sayının sürətlə artması və daha çox bu virusa gənclərin yoluxması, ölüm hallarının cavanlaşması cəmiyyəti ciddi narahat edir.

Bildiyimiz kimi, xəstəxanalarda koronavirus xəstələrinin müalicəsi dövlət hesabına həyata keçirilsə də, ev şəraitində müalicə alan koronavirus xəstələri, ötən ildən fərqli olaraq, bu il TƏBİB tərəfindən dərman vəsaitləri ilə təmin olunmur. Bundan başqa, xəstələrin sayının artması səbəbindən dövlət xəstəxanalarında yer qıtlığının yarandığı da gizlin deyil. Düzdü, bəzi məmurlar yer probleminin olmadığını iddia etsə də, reallıq tamam başqa şey deyir. Ev şəraitində müalicə alan xəstələrin də hamısının maddi imkanı müalicəyə çatmır, dərmanlar “od bahasına”dır. Bu gün orta vəziyyətdə olan bir koronavirus xəstəsinin müalicəsi üçün ən azından 500 manat pul lazımdır. Bu pul isə çox adamda yoxdur. Dövlət koronaviruslu xəstələrin müayinəsi, müalicəsi üçün onsuz da bacardığını edir. Amma özəl klinikalar hələ də bu məsələdə vətəndaşlara hər hansı bir səviyyədə dəstək olmaq istəmir. Belə çağırışlar var ki, koronaviruslu xəstələrin ödənişsiz müalicə prosesinə özəl klinikalar da qoşulmalıdır. Bu çağırışı edənlər deyirlər ki, çox adamın müalicəyə maddi imkanı çatmır, bu səbəbdən də özəl klinikalar insanlara könüllü dəstək olmalı və müalicəsini təmin etməlidir.

Bu çağırışları daha çox ictimaiyyətdə tanınmış simalar edir və onlar özəl klinikaları vətəndaş yönümlü olmağa çağırırlar.

  • Şəmsəddin Əliyev: “Özəl klinikalar koronavirus xəstələrinin ödənişsiz olaraq müayinə və müalicəsi prosesinə qoşulmalıdır”

Tanınmış hüquqşünas Şəmsəddin Əliyev bizimlə söhbətində bildirdi ki, koronavirus fərdi problem deyil, bu, taleyüklü məsələdir, bütün dünya bundan əziyyət çəkir. Ş.Əliyev hesab edir ki, Azərbaycanda koronavirusdan daha tez zamanda xilas olmağın ən optimal yollarından biri də özəl klinikaların prosesə qoşulmasıdır. Ş.Əliyev deyir ki, özəl klinikalar ən başdan dövlətin koronavirusla mübarizəsinə dəstək verməli idi. Onun sözlərinə görə, hər özəl klinika bacardığı qədər koronaviruslu xəstələrin pulsuz müalicəsi ilə məşğul olmalıdır. “Hesab edirəm ki, COVİD-dən müalicə pulsuz olmalıdır. Artıq 1 aydır ki, pandemiyanın dairəsi böyüyür, yoluxanların sayı 4 mini ötdü, gündəlik ölənlərin sayı 50 nəfərə yaxınlaşdı. Həyəcan təbilinin səsləndirilməsi vaxtı çatdı deyəsən. Vəziyyət kritik olaraq qalır. Vətəndaşların müəyyən təbəqəsi Nazirlər Kabineti yanında Operativ Qərargahın aktlarına boyun əymir, polisin sutka ərzindəki fasiləsiz xidmətini dəyətləndirmirlər. Nə etmək lazımdı?

Cəzalar sərtləşdirilməlidirmi?

Qənaətimə görə, indi də sosial güzəştlərə üstünlük verməyin vaxtı çatıb. Baxaq, görək nə dəyişəcək. Xəstəliyə yoluxanların - aztəminatlı, şəhid ailələrinin və qazilərin, Vətən müharibəsi veteranlarının, ümumiyyətlə xəstəliyə yoluxanların müalicəsi və dərman preparatları ilə təchizatı dövlətin hesabına həyata keçirilsin - pulsuz! Dövlətimizin buna kifayət qədər imkanı var! Çünki əvvəla, dərmanlar çox bahadır. Bir evdə 3 nəfər eyni xəstəlikdən müalicə olunursa onun pulunu tapmaq çox çətindir. Əksər hallarda bu xəstəliyin risq qrupuna aid olan qurbanların müayinəsi üçün 60-70, 75 manat, üstəgəl resept üzrə dərmanlara 500-700 manat lazım gəlir. Bu maliyyə çətinliyinə görə müəyyən qrup insanlar müayinəyə getmir, telefon vasitəsilə həkimlə əlaqə saxlayır, qabaqlayıcı təsir vasitəsi və profilaktik məqsədlə vitaminli həblər, immun preparatları almağa üstünlük verirlər. Bu da əslində baha başa gəlir. İmkansızlıq vəziyyətində sağlamlığı qoruyub saxlamaqda çətinlik çəkirlər”.

Ş.Əliyevin sözlərinə görə, özəl klinikalar çəkilib kənarda durmalı deyil. Onun bildirdiyinə görə, Zəfər günümüzdən sonra bəzi banklar yüksək vətənpərvərlik və alturislik nümayiş etdirib şəhid ailələrinin, qazilərin bank borclarını sildilər. “Bu dəfə də özəl klinikalar bu qəbildən olan xəstələri pulsuz müayinə və müalicə etsinlər. Özəl klinikalar koronavirus xəstələrinin ödənişsiz olaraq müayinə və müalicəsi prosesinə qoşulmalıdır. Nazirlər Kabineti məsələni ölkə Prezidenti ilə razılaşdırmaqla Azərbaycan Respublikası Konstitudiyasının 12-ci maddəsində ehtiva edilən “Dövlətin ali məqsədi”ni həyata keçirmək məqsədilə müvafiq qərar imzalasın. Evdə müalicə olunanlar pulsuz preparatlarla təmin edilsinlər. Səhiyyə Nazirliyi Baş Apteklər İdarəsinə müvafiq ğöstərişlər versin. Düşünürəm ki, bu da humanistliyin elit bir addımı kimi dünyaya görk olacaq. İndiki vəziyyətdə COVİD-in meydanı böyüməkdə davam edir. Ekspertlərin şərhinə görə, vəziyyəti nəzarətdə saxlamaq çətin olacaq!”

  • Ədalət Rüstəm: “Bu bir ictimai-sosial çağırışdır ki, özəl klinikalar da bu məsələdə öz əlindən gələni etsin”

Azərbaycan Həkimlər Birliyinin İdarə Heyətinin üzvü, professor Ədalət Rüstəm də hesab edir ki, özəl klinikalar koronavirus xəstələrinin pulsuz müayinəsinə və müalicəsinə qoşulmalıdır: “Bu çox ağıllı təklifdir. Bu bir ictimai-sosial çağırışdır ki, özəl klinikalar da bu məsələdə öz əlindən gələni etsin. TƏBİB özəl klinikaların pulunu ödəməlidir, onlar da camaata pulsuz xidmət göstərməli, koronavirus xəstələrini müalcə etməlidir. Bu tipdə olmalıdır”.

  • Şakir Ağayev: “Xalqa xidmət sözdə yox, əməldə olmalıdır”

“Novoye vremya” qəzetinin baş redaktoru Şakir Ağayev də hesab edir ki, özəl klinikalar humanist addımlar atmaqdan çəkinməməlidir, əksinə, cəmiyyət üçün daha yararlı olmağı hədəfləməlidirlər: “Bu gün dünyada olduğu kimi, Azərbaycanda da koronavirusun növbəti dalğası tüğyan edir. Xəstələnlərlə və həyatını itirənlərlə bağlı ortada çox ciddi və narahatlıq doğuran rəqəmlər var. Bu gün heç kimə sirr deyil ki, dövlət xəstəxanalarına müraciət artdığından, onların bütün xəstələri təmin etmək imkanı yoxdur. Onlar bütövlükdə bu çağırışlara cavab vermək gücündə deyil. Xəstələrin sayı artıq 50 mini keçib və bunların hamısını yerləşdirmək üçün çarpayı sayı yetərli deyil. Bununla paralel olaraq da vaksinasiya prosesi gedir, artıq bu müəyyən mənada məcburi xarakter daşıyır. Artıq ali məktəblərdən tutmuş bütün idarə və müəssisələrə qədər hər kəsdən  peyvənd tələb olunur. Təbii ki, özəl klinikaların bu prosesə qoşulması çox müsbət olardı. Çünki bu, qlobal bir problemdi. Bu baxımdan, özəl klinikalar bu prosesə qoşulmaqdan imtina etməməlidir. Onların bu prosesə könüllü qoşulması, bu prosesdə iştirakı həm ilk növbədə əhali üçün önəmli olardı, digər tərəfdən də, dövlətin yükünü bir qədər azaldardı. Əgər özəl klinikalar burada biznes fəaliyyəti ilə məşğul olub müəyyən gəlir əldə edirsə, belə ağır dövrdə də xalqın və dövlətin yanında olmalıdırlar. Təbii ki, bu çağırışlar  çox önəmlidir və vaxtında edilmiş çağırışlardır”.

Ş.Ağayev hesab edir ki, pandemiyanın yayılması davam etdiyi üçün özəl klinikalarda koronavirus test müayinəsi ya ödənişsiz olmalıdır, ya da heç olmasa qiymətləri aşağı salınmalıdır. Onun sözlərinə görə, qiymətlər elə olmalıdır ki, insanlar bundan istifadə edə bilsinlər: “Elə insanlar var ki, test etdirə bilmir, amma potensial xəstəlik daşıyıcısıdır. Bilirsiz ki, çox zaman poliklinikalar, təcili yardım maşınları vaxtında çağırışa gələ bilmir, çünki çox yüklənirlər. Bu yükü özəl klinikalar da paylaşmalıdır. Belə olsa, biz birlikdə bu xəstəliyə qalib gələ bilərik. Xalqa xidmət sözdə yox, əməldə olmalıdır, bu baxımdan özəl klinikalar da xalqa xidməti nümayiş etdirsinlər”-deyə Ş.Ağayev qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ