Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3 069 yeni yoluxma faktı qeydə alınıb, 1 180 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan baki-xeber.com-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 29 nəfər vəfat edib.
Son sutkada koronavirus əleyhinə 60 191 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 45 649, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14 542 nəfərdir.