30 il düşmən tapdağında olan Qarabağ torpaqların azadlığı naminə haqq savaşımızda lənkəranlı gənclər də mərdliklə vuruşaraq misilsiz rəşadət və qəhrəmanlıq göstəriblər. İndi lənkəranlılar Vətən yolundan öz canından keçərək onlara üzüağlıq gətirən igid oğulları ilə fəxr edir, qürur duyurlar.
Bəli, həm birinci, həm də ikinci Qarabağ müharibəsində qanları ilə Vətən tarixinə şanlı səhifələr yazmış şəhidlər heç vaxt unudulmur, həm dövlət, həm də xalq tərəfindən xatirələri əziz tutulur, adları əbədiləşir. Adları zəfər tariximizə düşən Vüsal Yəhya oğlu Hüseynov, Samir Məhərrəm oğlu Quliyev, Elməddin Anar oğlu Məmmədli rayonun Velə-di kəndindəndir. Hər üç igid könüllü olaraq cəbhəyə getmiş yağı düşmənə qarşı mübarizə meydanında şəhidlik zirvəsinə yüksəliblər. İndi kənd sakinləri öz şəhid övladlarının xatirələrini daim yaşaması üçün bir sıra təşəbbüslər irəli sürürlər. Kəndəki ən böyük, yaraşıqlı küçələr həmin igidlərin adını daşıyır. Həm də şəhidlərin şərəfinə Velədi kəndindən keçən Bakı-Astara magistral yolunun kənarında “Şəhidlər bulağı” ucaldılıb. Lənkəran ŞİH başçısının birinci müavini M.Babayev, İcra aparatının rəsmilərin, qazi və şəhid ailə üzvlərin, ictimaiyyət nümayəndələrin iştirak ilə bulağın açılışı oldu. Mərasimdə çıxış edən şəhid ailə üzvləri şəhid adına göstərilən yüksək ehtirama və dövlət tərəfindən əhatə olduqları diqqət və qayğıya görə ölkə Prezidentinə və rayon rəhbərliyinə minnətdarlıq bildirdilər.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü