Uşaqların yoluxması məsələsi çox ciddi şəkildə izlənilir. Trend-in məlumatına görə, bunu TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqdə deyib.
O bildirib ki, hazırda uşaqların peyvənd olunması üçün araşdırmalar aparılır:
"Bəzi ölkələrdə uşaqların vaksinasiyasına başlanılıb. Lakin ölkəmizdə bu müzakirə səviyyəsində olduğu üçün hələ ki, başladılması tövsiyə olunmur".