Asxanakəran Astara rayonunun böyük keçmişə malik, inkişaf yolunda olan kəndi sayılır. Buranın camaatı öz Vətənini ürəkdə sevir, onun yolunda canından keçən qəhrəman oğulların şərəfini həmişə uca tutur.
Yenə də kənd hamılıqla bir yerə cəm olmuşdu. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə qəhrəmancasına həlak olan Azərbaycanın Milli Qəhrəmanı, şəhid General-mayor Polad Həşimovun büstünün açılış mərasimi idi. Tədbirdə iştirak edən Lənkəran Regional Mədəniyyət İdarəsinin, Astara rayon İcra Hakimiyyətinin, Astara rayon Mədəniyyət Mərkəzinin, kənd Diyarşünaslıq klubunun nümayəndələri və şəhid ailələri da qürurlu görünürdü.
Açılış mərasimində söz alanlar Azərbaycan Ordusunun Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında müqəddəs Qarabağ torpaqların erməni faşistlərdən azad olmaqda və şanlı zəfərimizdə şəhid General-mayor Polad Həşimovun döyüş əməliyyatları zamanı nümayiş etdirdiyi xüsusi rəşadətindən və keçdiyi şərəfli ömür yolundan sevgi dolu ürəklə danışdılar.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü