“Carçı Express” jurnalının 2-ci sayı işıq üzü görüb.
Tanınmış qələm adamı Sərxan Çarçının təsisçiliyi və baş redaktorluğu ilə nəşr edilən dərginin bu sayında Azərbaycan Xalq Cumhuriyyətinin qurucusu və rəhbəri Məhəmməd Əmin Rəsulzadənin “Qardaş Türkiyənin imdadı”, Mehman İsmayılovun “Qafqaz İslam Ordusunun zəfər dolu tarixi”, Firdovsiyyə Əhmədovanın “Qafqaz İslam Ordusunun Bakı mücadiləsi”, Aydın Qasımlının “Vitse-Generalissimus Ənvər Paşa”, Elmar Həsənlinin “Azərbaycanın xilaskarı Nuru Paşa Killigil”, Ceyhun Nəbinin “Rəşadətli Mürsəl Bakı Paşa”, Mucib Kamalyerinin “Azərbaycan savaşı”, “Carçı” Araşdırma Mərkəzinin “Əmanət məzarlar”, Əkbər N.Nəcəfin “Türk savaş sənətinə dair qeydlər” və Eyləm Gültekinin “Kutlu bayrağı taşıyan egitim ordusu” məqalələrini oxuya bilərsiniz.
“Carçı express”in bu sayı baş redaktor Sərxan Carçının “Türkün dostu yalnız türkdür” baş məqaləsi ilə açılır. Olduqca maraqlı yazılar, tarixi - elmi araşdırmalarla zəngin olan dərginin 2-ci sayının oxucular üçün maraqlı olacağına şübhə etmirik.
Baki-xeber.com