Cümə axşamı günü, 12 noyabr 2026
     

Telekanallarımızda məşhur türk kinolarının dublyaj edilmə səviyyəsindən böyük narazılıq var - “bərbad günə qoymayın”...

Image


Azərbaycan telekanallarında Türkiyə istehsalı olan filmlərin dublyaj edilərək təqdim edilməsi ictimaiyyət tərəfindən narazılıqla qarşılanır. Hətta mütəxəssislər belə deyirlər ki, Türkiyə filmlərinin dublyaj edilərək efirə verilməsi gərək deyil, heç buna ehtiyac da yoxdur.

Əksəriyyətin fikrincə, Türkiyə filmləri, serialları dublyajsız təqdim edilməlidir, çünki tamaşaçıların hamısı Türkiyə türkcəsini yaxşı anlayır. Burada digər məsələ isə dublyaj zamanı sünilik yaranmasıdır ki, bu da filmin mahiyyəti, çəkisini itirir. Bu baxımdan,  mütəxəssislər hesab edirlər ki, Türkiyə türkcəsi əcnəbi dil deyil, ona görə də sünilik yaratmaq gərəksiz bir işdir.

  • Fuad İslamzadə: “...o filmlər elə çəkildiyi dildə getsə, daha yaxşı olar”

Tanınmış ziyalı, həkim Fuad İslamzadə hesab edir ki, Azərbaycan televiziyalarında dublyaj işi olduqca aşağı səviyyədədir. Onun fikrincə, bu, özünü müxtəlif ölkələrə aid filmlərdə açıq şəkildə göstərir. F.İslamzadənin fikrincə, Türkiyə filmləri dublyaj edilərkən tamamilə kontekstindən çıxarılır və mənası itirilir. “Türkiyə filmlərini dublyaj edib, onları çox pis günə qoyurlar. Təkcə Türkiyə filmlərinə deyil, başqa filmlərə də bu cür yanaşırlar. Kurslar keçən adamlar tərcümə işinə baş vururlar, nəticədə də belə mənzərə alınır. Dövlət dili Azərbaycan dilidir, başqa bir dildən mətn tərcümə edilirsə, Azərbaycan dilinin bütün qayda və qanunlarına əməl olunmalıdır. Türkiyə türkcəsindən yüksək səviyyədə dublyaj edə bilmirlərsə, filmlər elə dublyajsız verilsin, bu daha yaxşı olar. Düşünürəm ki, görəsən Türkiyə filmlərini dublyaj edənlər özləri o filmlərə baxanda “abi” sözünün “qardaş”la əvəz edilməsi haqqında nə düşünürlər? “Abi” böyük qardaş mənasında, həm də hörmət mənasında işlənilir. Amma bizim dublyaj edənlərimiz hər cümlənin başında da, ayağında da “qardaş” sözü işlədirlər, bu da tamaşaçıda qıcıq yaradır. Tərcümələri səhv edirlər. Bizim ölkə əhalisinin əksəriyyəti, təxminən 80 faizi Türkiyə türkcəsini anlayır, ayrı-ayrı sözlərin mənasını bilməsələr də, cümlənin ortasında işləniləndə başa düşülür ki, söhbət nədən gedir. Həm anlaşıldığı, həm də səhv dublyaj edildiyi üçün Türkiyə filmlərinin dublyajına ehtiyac yoxdur. Yenə də deyirəm, dövlət dilimiz Azərbaycan dilidir, amma televiziyalarımız Azərbaycan dilini korlayıb yaman günə qoyurlar. Siz reklamların dilinə baxın, görün nə gündədir. Bilmədikləri işi üzərlərinə götürürlər. Əgər Türkiyə türkcəsində çəkilən filmləri yüksək səviyyədə, ana dilimizin qayda-qanunlarına uyğun dublyaj edə bilmirlərsə, o filmlər elə çəkildiyi dildə getsə, daha yaxşı olar” - deyə müsahibimiz qeyd etdi.

  • Vasif Sadıqlı: “Türkiyə filmləri dublyaj edilməlidir”

Dilçi mütəxəssis Vasif Sadıqlının fikrincə isə Türkiyə filmləri Azərbaycan dilinə dublyaj edilməlidir. V.Sadıqlının sözlərinə görə, dövlət dili Azərbaycan dilidir və ekrana çıxarılan başqa ölkələrə məxsus bütün filmlər dublyaj olunmalıdır: “20 il əvvəl də bu məsələ gündəmə gəlmişdi ki, bizim dilə yaxın dillərdə olan filmlər dublyaj edilməsin. Amma mən belə düşünmürəm, o vaxt da mövqeyimi bildirmişdim. Çünki bizə yaxın dillərin dilimizə təhdidi daha böyükdür. Türkiyə filmləri dublyaj edilməlidir və mətnlər dublyaj zamanı Türkiyə türkcəsinin istər leksikasının, istərsə də sintaksisinin təsirindən çıxarılmalıdır ki, ədəbi dili zədələnməsin. Bu başqa məsələdir ki, dublyaj keyfiyyətli edilmir. Daha yaxşı tərcümə etmək ən yaxşı çıxış yoludur”.

  • Azər Həsrət: “Türkiyə filmlərini dublyaj edilərək təqdim etməyə heç bir ehtiyac yoxdur”

Tanınmış siyasi şərhçi Azər Həsrətin birmənalı fikri belədir ki, Türkiyə filmləri dublyaj edilməsin: “Bu fikrin önündə gedənlərdən elə biri də mən özüməm. Çünki Türkiyə türkcəsi Azərbaycan dilindən fərqli bir dil deyil. Düzdür, az da olsa fərq var. Amma Mirzə Ələkbər Sabirin sözü ilə desək: “Mümkün iki dil bir-birinə tərcümə, amma “Osmanlıcadan tərcümə türkə” nə deməkdir, bunu bilməm?” Yəni hələ ötən əsrin əvvəllərində Sabir Osmanlıcadan indi bizim Azərbaycanca dediyimiz türkcəyə çevirmə cəhdlərinə bu cür yanaşırdı ki, bu, eyni dildir, dilin özünü özünə çevirərlərmi? Çevirməzlər. Bu baxımdan, bizim televiziyalar türkcə olan filmlər də daxil olmaqla, türkcə nə varsa, hamısını olduğu kimi verməlidir. İstər rəsmi xəbərlər olsun, istərsə də çıxışlar. Nəyə görə? Ona görə ki, birincisi, anlaşma problemi yoxdur, yetişməkdə olan nəsil, ümumiyyətlə, Türkiyə türkcəsini çox gözəl anlayır. Digər bir tərəfdən də bizim hamımız ortaq türkcə üçün çalışırıq. Bu, türk dünyasının birliyinə atılan bir addım olardı. Üçüncüsü, bir tərəfdən, dublyaj istənilən halda orijinalı bərbad günə salır. Nə qədər yüksək səviyyəli dublyaj olsa da, orijinaldan sapmalar olur. Yəni oradakı emosiyalar, ifadə tərzi, fikirlərin çatdırılması və sair zədələnmiş olur. Ona görə də Türkiyə türkcəsində olan filmlərin dublyaj edilərək Azərbaycan dilində təqdim edilməsi yanlış bir işdir. Hətta deyərdim ki, Azərbaycan hökuməti Türkiyə hökuməti ilə danışıqlar aparıb, ortaq razılığa gəlinsin ki, Türkiyədə Azərbaycan, Azərbaycanda isə Türkiyə filmləri tərcüməsiz təqdim edilsin. Türkiyə filmlərini dublyaj edilərək təqdim etməyə heç bir ehtiyac yoxdur. Zatən, Türkiyədə Azərbaycan dilinə çox böyük hörmətlə yanaşırlar, özü də Türkiyənin bəlli bir hissəsi onsuz da Azərbaycan dilində danışır. Qars, İğdır, bütövlükdə, Doğu Anadolu deyilən kəsimdə Azərbaycan dilini çox rahat anlayırlar və danışırlar. Yəni ona görə də Amerika kəşf etməyə ehtiyac yoxdur, televiziyalar tərəfindən Türkiyə filmləri olduğu kimi təqdim edilməlidir. Çünki bu, yabançı, bizə yad olan dil deyil. Ümumiyyətlə, bizim üçün anlaşılmaz deyil. Əgər biz belə edəriksə, Türkiyədən də bunu istəyəriksə, qarşılıqlı anlaşma olarsa, 83 milyonluq bir auditoriyaya əlavə Azərbaycan dilini də təqdim etmiş olarıq. Məncə, bunun üzərində operativ işlər getməlidir, məsələ çox qısa zamanda öz həllini tapmalıdır.

Yeri gəlmişkən, Azərbaycan dili və Türkiyə türkcəsi arasında heç bir fərq yoxdur, hər iki ölkənin insanları başqa dilin müdaxiləsi olmadan bir-birilə rahat şəkildə anlaşırlar. Amma tutaq ki, Qırğızıstan və Türkiyə türkcəsi arasında çox ciddi fərqlər var. Buna baxmayaraq, Qırğızıstan televiziyaları Türkiyə filmlərini dublyaj etmədən verirlər, sadəcə, qırğız dilində alt yazılar verirlər, amma filmi olduğu kimi verirlər. Hesab edirəm ki, Qırğızıstan televiziyalarındansa bunu Azərbaycan televiziyaları etməli idi. Azərbaycan televiziyalarının bunu etməməsi təəccüblüdür, qəribədir, anlaşılmazdır” - deyə A.Həsrət vurğuladı.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ