İsrail Baş naziri Benyamin Netanyahu Vaşinqton və Tel-Əviv arasında gərginliyin artdığı bir vaxtda təəccüblü açıqlamalar verib. ABŞ Prezidenti Donald Trampla görüşünə toxunan Netanyahu "Mən ABŞ-dan İrana hücum üçün icazə istəmədim; mən ona yalnız planlarım barədə danışdım" deyib. İsrail Baş naziri ABŞ prezidenti Trampın ona "Bunu etməməlisən" dediyini, lakin buna baxmayaraq, öz strategiyalarından əl çəkmədiklərini bildirib. ABŞ administrasiyasının prosesdə sonrakı iştirakından məmnunluğunu ifadə edən Netanyahu deyib ki, İran gəlib şəhərlərimizi dağıdarkən biz durub baxmalı deyildik.
SAMİRƏ