İsrail Müdafiə Qüvvələrinin (İMQ) məlumatına görə, prezident İsaak Hersoqun olduğu İsrail Hərbi Hava Qüvvələrinə məxsus helikopter quş sürüsü ilə toqquşduqdan sonra təcili eniş edib.
İMQ-nin məlumatına görə, helikopter prezidenti Qüdsdəki Herzl dağında keçirilən anım mərasimindən şimali İsraildəki digər anım məkanına aparırdı.
Uçuş zamanı quşlarla toqquşan təyyarə Palmaxim Hava Bazasına enməyə məcbur olub. İMQ hadisədə heç kimin xəsarət almadığını və heç bir ziyanın qeydə alınmadığını vurğulayıb.
Enişdən sonra İsrail prezidenti və heyəti başqa bir helikopterə minib və planlaşdırıldığı kimi uçuşu davam etdiriblər.
İMQ həmçinin bildirib ki, helikopterin mümkün qədər tez bir zamanda xidmətə qaytarılması məqsədi ilə yoxlama və texniki xidmət üçün İMQ-nin texniki xidmətlərinə təhvil verilib. Hadisə ilə bağlı araşdırma davam edir.
SAMİRƏ