Bazar günü günü, 04 oktyabr 2026
     

‘’BAYATI-ARAZ’’ AZƏRBAYCAN HƏRB ƏDƏBİYYATI TARİXİNDƏ HADİSƏDİR

Image


Bəşəriyyətin əzəli,əbədi mövzularından biri də müharibə mövzusudur. Gücüm yetdiyi qədər oxuduğum sənədli, bədii -sənədli əsərləri xatırlayıram. Bu əsərlərin bir qisminin ən yüksək mükafata layiq olmasına əmin olsam da nədənsə hələ də kifayət qədər nə təbliğ olunur , nə də ssenariləşdirilərək filmlər çəkilir.O siyahıya bu gün həyacanla,göz yaşlarıyla(həm də sevinc göz yaşlarıyla) oxuduğum Etibar Muradxanlının ‘’BAYATI -ARAZ’’ sənədli romanını əlavə etdim.

Ordan başlayım ki,əsərin torpaqlarımızın işğal olunduğu zamanı xatırlatmaqla başlanması hər şeydən öncə yazıçının insanlara və gələcək nəsillərə bir çağırışı kimi səslənir. Kiçik Nicatın 28 il sonra artıq yetkin bir döyüşçü kimi göstərilməsi həm də Azərbaycan xalqının ayağa qalxaraq torpaqlarını düşmən tapdağından xilas edəcəyinin simvoludur. Biz ,o qanlı-qadalı illəri unutmamışıq və əmin idik ki,səbrsizliklə gözlədiyimiz o gün gələcək,mütləq gələcək.Çoxumuz o mübarək tarixin dəqiq vaxtını bilməsək də, o günün 27 sentyabr 2020 -ci il olduğunun hamılıqla şahidi olduq.Etibar Muradxanlının hər sətirini yaşayaraq qələmə aldığı bu əsər vətən müharibəsində Dövlət Sərhəd Xidmətinin (DSX) 44 gün ərzində keçdiyi məsuliyyətli ,məsuliyyətli olduğu qədər çətin və çətin olduğu qədər şərəfli döyüş yolu nəinki Azərbaycan hərb tarixinə,dünya hərb tarixinə göstərilə biləcək usta,peşəkar dərs təsiri bağışlayır. Əsərin əvvəlindən sonuna qədər addım-addım irəliləyən döyüşçülərin illərlə keçdiyi hərbi təlimlərin nə qədər yüksək səviyyədə olduğu içimizi fərəhləndirirsə, generalından ,sıravi döyüşçüyə qədər hər birinin iç dünyasının nə qədər zəngin olduğunun,hər zaman başlarına gələ biləcək ən çətin vəziyyətə psixoloji cəhətdən hazır olduqları səhnələrini oxuduqca içində qürur hissi yaşayırsan.Əsər əlli başlıqlı olub,Qarabağın müxtəlif ərazilərində baş verən döyüş səhnələrini canlandırmaqla yanaşı hərbiçilərimizin bir-biriləriylə səmimi,kövrək söhbətlərinin də şahidi oluruq. Hər biri sanki sözləşərək ‘’Əgər şəhid olsam arxamca ağlamayın,bu vətəni sahibinə qaytarmaq hər birimizin müqəddəs borcudur.’’ deyib şəhadət şərbətini ‘’Allahu Əkbər’’ kəlməsinə qataraq əbədiyyətə qovuşduqları səhnələr bizim də ruhumuza əbədi hopduğunu hiss edirik.

Əsərdə erməni əsirlərinə göstərilən humanist davranış içimizdə qıcıq yaradır və bunun çox təbii səbəbləri var. Ermənilər 1- ci Qarabağ müharibəsində əsir götürülmüş azərbaycanlı hərbi və mülkki şəxslərə qarşı qəddar rəftarları ilə seçiliblər və bunu təsdiq edən saysız-hesabsız faktlar var. Bu baxımdan Ermənistanın azərbaycanlı əsirlərlə davranışı ilə Azərbaycanın erməni əsirlərlə davranışları heç bir şəkildə müqayisə edilə bilməz.Erməni vandallarının öz dilləriylə qəhramanlıqlarına verdikləri qiyməti müəllif əsərin elə ilk səhifələrində çox mükəmməl qələmə alıb. Britaniyalı jurnalist Tomas de Vaal Ermənistanın keçmiş prezidenti Serj Sarkisyandan soruşanda ki,’’Xocalı soyqırımı haqqında nə düşünürsünüz?’’,o,’’ Xocalıya qədər Azərbaycan tərəfi elə bilirdi ki,bizimlə zarafat eləmək olar.Onlar elə düşünürdülər ki,ermənilər mülki əhaliyə qarşı əl qaldıracaq insanlar deyil.Biz bu anlayışa son qoyduq.’’ -deyə cavab vermişdi.Amma biz o zamana qədər də ermənilərin belə bir vəhşilik törədəcəklərinə inanırdıq. Bunu onlar 1905-1906-cı illərdə törətdikləri soyqırımla,’’Böyük Ermənistan’’ xülyası ilə tarixin müxtəlif dövrlərində terror və soyqırım kimi bəşəri cinayət aktları ilə sübut etmişlər. Ancaq biz müasir dövrdə ,dünyanın gözü qarşısında ermənilərin Xocalı soyqırımı kimi bir faciə törədəcəklərini ağlımıza gətirə bilmirdik. Onlar bunu iyirmi birinci əsrin astanasında da bacardılar və müasir dünya buna göz yumdu. Biz də ermənilərin amansız olduqlarına bir daha inandıq,onlar bunu bizə inanmağa məcbur etdilər. Onlar müasir insanın qadınları,uşaqları,yaşlıları,dinc sakinləri vəhşicəsinə öldürə bilməmək sreotipini məhv etdilər.

Baş leytenant Qubadovun mayor Yusubovdan erməni əsiri Vaçaqan Antoyanla təkbətək görüşməsini xahiş etməsi səhnəsi və Qubadovun Xocalıda baş verənləri xatırlaması,bu ağrıların ürəyinin dərinliklərində əbədi silinməz iz qoymasına baxmayaraq humanist davranışı bir daha söylədiklərimizin bariz nümunəsidir. Hər birimiz əlimizə aldığımız kitabın adna və müəllifin kim olduğunu mütləq nəzərə alırıq. 44gün davam edən döyüşlərdə Azərbaycan Zəfər tarixini yazdı. Azərbaycan bütün dünyaya gücünü,qüvvətini həm də vətənə olan sevgisini göstərdi. ‘’ BAYATI-ARAZ ’’ təkcə müharibə xatirələri kitabı deyil,həm də vətən savaşının canlı salnaməsidir. Müəllif hadisələri saatbasaat izləyərək oxucunu döyüş meydanının içərisinə aparır,tarixi faktları şəxsi müşhaidələr və milli yaddaşla birləşdirir. Kitabın ən böyük üstünlüyü hadisələrin emosional təsvirindən daha çox,onların ardıcıllığını və həqiqi axarını qoruyub saxlamasıdır.

Bu əsər Azərbaycan hərb tarixinin öyrənilməsi baxımından mühüm mənbələrdən biri kimi dəyərləndirilə bilər. Xüsusilə Arazboyu bölgələrin ,Cəbrayılın, Zəngilanın ,Xudafərinin və ətraf ərazilərin işğaldan azad olunması prosesinin dəqiq və ardıcıl şəkildə təqdim edilməsi gələcək nəsillər üçün qiymətli tarixi yaddaş nümunəsidir

‘’BAYATI-ARAZ ’’ da yalnız torpaqların azadlığı deyil,həm də bir nəslin ruhu əks olunur.1 -ci Qarabağ müharibəsinin qəhramanlarının fədakarlığı arasında görünməz bir körpü qurulur. Bu baxımdan əsər həm tarixi sənəd,həm də milli-mənəvi dəyər daşıyan ədəbi salnamədir. Məncə ,xüsusiylə vurğulanmalı məqam budur ki,belə kitablar sadəcə müharibədən bəhs etmir,gələcək tarixçilər üçün ilkin mənbə rolunu oynayır.Hadisələrin saatbasaat qeydə alınması Azərbaycan hərbi memuar və sənədli ədəbiyyatında nadir rast gəlinən və xüsusi əhəmiyyət daşıyan bir yanaşmadır.

Tarix yalnız böyük qələbələrlə deyil,həmin qələbələrin addım-addım necə qazanıldığını qoruyub saxlayan əsərlərlə yaşayır. ‘’ BAYATI -ARAZ’’ da Vətən müharibəsinin qəhramanlıq salnaməsi gələcək nəsillərə çatdırılan belə qiymətli əsərlərdən biridir. Əsərin hər bölümündə neçə-neçə igidlərin (şəhid və qazilər)eləcə də hərbi hissədəki rəhbərlərin,səhra jurnalistlərinin,ailəli hərbiçilərin bir-biriləriylə səmimi,kövrək söhbətlərinin şahidi oluruq. Belə səhnələri inanıram ki,hər kəs oxuduqca göz yaşlarını saxlaya bilməyib. Müəllif belə söhbətlərlə bir daha Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin həyatımızda nə qədər mühüm və əhəmiyyətli olduğunu göstərməklə yanaşı eyni zamanda belə dəyərləri ustalıqla təbliğ etməyə nail olub.

PS Bu əsəri oxuduqdan sonra həm də dərindən köks ötürüb içimdən gələn səs eşitdim. Üzdə çox sakit ,təmkinli görsənən dəyərli Etibar bəyin içində nə vulkanlar var imiş....Etibar Muradxanlını təqdim edərkən leksikonumda bildiyim ən yaraşan ifadələri işlətdiyimi zənn etmişdim, bu əsəri oxuduqdan sonra anladım ki, çox az demişəm.

Jalə Cəfərova.
Yazıçı-publisist

Bakı



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

04.10.2026 / 14:51
Pakistan Yəmən müharibəsində Səudiyyənin tərəfini seçdi – dörd təyyarə silah və texnika göndərdilər…

04.10.2026 / 14:25
Putindən Qərbə sərt xəbərdarlıq - Kalininqrada təhlükə yaranarsa, bütün silah arsenalımızdan istifadə edəcəyik…

04.10.2026 / 13:45
İran BƏƏ-yə xəbərdarlıq etdi – adalardan əl çəkin…

04.10.2026 / 13:12
Rusiya raket və dronları Moldova hava məkanını pozdu – Kişinyov Moskvaya nota verdi…

04.10.2026 / 12:37
BMT Baş Assambleyasından sonra ABŞ qalan iki İran diplomatını da ölkədən qovdu…

04.10.2026 / 11:54
Tokayevdən hərbi təlimlərdə 14 əsgərin ölümünə görə yeni qərar - Baş Qərargah rəisi, nazir müavini və HDQ komandanı işdən çıxarıldı...

04.10.2026 / 11:37
İlham Əliyev nə deməli idi?! Deməli idi müftə aldığımız şeylərə görə hamının qabağında gözü kölgəli, başı aşağıyıq?!...

04.10.2026 / 11:22
Prezident İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı -VİDEO

04.10.2026 / 11:20
Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir - Vüqar Rəhimzadə

04.10.2026 / 10:35
Putin Kadırova ordu generalı rütbəsi verdi...

04.10.2026 / 09:47
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər yaxalandı

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ